Məhkəmə qərarları › İş №2(102)-4022/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4022/2020

19.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4022/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)817/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.H.Qasımov, iş № 2(001)-4395/2019) İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair ilkin iddiası təmin edilərək İd diaçı tərəfindən Cavabdeh 20.000 manat məbləğində kompensasiya ödənilməklə onun Bakı şəhəri, N saylı evin 38 saylı mənzilindən istifadə hüququna xitam verilməsi, cavabdehin 3 yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin edilən hissəsində ləğv edilmiş, iddia tələbinin həmin hissədə rədd olunmasına dair yeni qətnamə qəbul edilmiş, qətnamə apelyasiya şikay ətinə münasibətdə qalan hissədə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Cavabdeh iddiaçının oğlu Nlə xx xxxx 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin vaxtdan N saylı evin 38 saylı mənzilinə köçmüş və orada yaşamışdır. Birgə nikahdan üç uşaqları olmuşdur. 2019-cu ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan N saylı evin 38 saylı mənzilindən Cavabdeh istifadə hüququna 20.000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, sonuncunun 3 yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə həmin mənzildən çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə oğlu Rasif arasında olan şifahi müqaviləyə əsasən ödənilən pul məbləği nəzərə alınaraq N saylı evin 38 saylı mənzilinə onların mülkiyyət hüququnun tanınması və qalıq borc olan 2000 ABŞ dolları məbləğində pul vəsaitinin onlardan alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kasasiya şikayəti verərək qətnamənin onun iddia tələbi üzrə sübutlara düzgün qiymət verilmədən maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 6 7.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti qismən təmin olunmalı, qətnamə ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsindən Cavabdeh tərəfindən kasasiya şikayəti verilmədiyindən kollegiya qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlayır. İş materiallarından görünür ki, cavabdeh mübahisəli mənzildən istifadə hüququna malik olan şəxs olmaqla onun həmin hüququna xitam verilməsi yalnız kompensasiya ödənilməsi yolu ilə mümkündür. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər Apelyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən nəticəsini onunla əsaslandırmışdır ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi müqabilində 20.000 manat məbləğində təklif olunan məbləğ mövcud ərazidə oxşar şəraitli ayrıca yaşayış sahəsindən istifadə etmək üçün ağlabatan deyildir. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisənin Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbinə uyğun həllini təmin etməməklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarı nəzərə alınmadan qəbul edildiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiyanın məbləği iddianın predmetinə aid deyildir, birinci instansiya məhkəməsinin belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməli, lakin bu zaman iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Həmin qərarın mənası belə bir nəticəyə gəlməyə əsas verir ki, məhkəmə təklif olunan kompensasiyanın məbləğindən asılı deyildir. Mübahisə yarandıqda məhkəmə özü kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli və mülkiyyətçi həmin məb ləğlə razılaşdıqda iddianı təmin etməlidir. Əks halda iddia təmin edilmədən saxlanılmalıdır. Lakin işdən göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi kompensasiyanın məbləğini müəyyən etməmiş, yalnız iddiaçı tərəfindən təklif olunan məbləğ çərçivəsində mübahisənin həllinə yanaşmışdır. İşə yenidən baxılarkən istifadə hüququna xitam verilməsi üçün bazar qiyməti müəyyən edilməklə mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə uyğun qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzr ə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar