Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4023/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçı və nümayəndəsi S, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X və Cavabdeh3 qarşı mirasdan vərəsəyə düşən payın tələb edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən veri lmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim F.Hüseynov) 27may 2019-cu iltarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1,X və Cavabdeh3 ödənilmiş 11000 (on bir min) manat məbləğində birdəfəlik ödənişdən iddiaçının miras payı olan hissə - 2750 (iki min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, X və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov) cavabdeh X tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2019-cu iltarixli qətnaməsi apelyasiya şika yətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh 1, X və Cavabdeh3 qarşı mirasdan vərəsəyə düşən payın tələb edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 01 nömrəli Fərmanına əsasən X2 vərəsələri Cavabdeh1, və Cavabdeh3 ödənilmiş 11000 (on bir min) manat məbləğində birdəfəlik ödənişdən iddiaçının miras payı olan hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, X3 xx xxxxxx 1993-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Həmçinin iş materiallarından görünür ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında'’ Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli 1 nömrəli Fərmanına uyğun olaraq, şəhid X2 vərəsəsinə (vərəsələrinə) 11,000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə həyata keçirilmişdir. Həmin məbləğ X ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarix li qətnaməsi ilə X mirası qəbul etmə vaxtının uzadılması və Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən X2 vərəsələrinə düşən 11000 (on bir min) manat birdəfəlik ödənişin verilməsinə münasibətdə onun vərəsə kimi tanınması qət edilmişdir. İş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş qətnamə ilə iddiaçı X Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən X2 vərəsələrinə düşən 11000 (on bir min) manat məbləğində birdəfəlik ödənişə münasibətdə vərəsə kimi tanınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 7-ci bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı bi rinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-ci maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfimdən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli 1 nömrəli Fərmanının 4-cü bəndinə əsasən birdəfəlik ödəmə həqiqi hərbi xitmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericilikdə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. Həmin birdəfəlik ödənişə münasibətdə iddiaçı cavabdehlərlə bərabər hüquqlu vərəsə olduğundan (dörd vərəsənin payları bərabər olduğundan) və birdəfəlik ödəniş artıq cavabdehlər tərəfindən qəbul edildiyindən, həmin ödənişin ¼ hisssəsi olan 2750 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə birinci instansiya məh kəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apelyasiya instansiya məhkəməsi iş üzrə düzgün qənaətə gəlmişdir Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4023/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4023/2020
08.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver