Məhkəmə qərarları › İş №2(102)-4026/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4026/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4026/2021 30.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Maraqlı şəxsnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamaye v Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-864/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "Dəmirbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2012-ci il tarixli 2(004)-5071/2012 nömrəli icra vərəqəsinin surətindən və məzmunundan görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, X4, X5, X 6, İddiaçı, Baturina Şövkət-xanım Sadıx qızına, Gözüm (Məmmədova) İranə Adil qızına, X10 və X11 qarşı 3.914.053,47 (üç milyon doqquz yüz on dörd min əlli üç dollar qırx yeddi sent) ABŞ dolları məbləğində borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 07 fevral 2008-ci il tarixli, 04 USD nömrəli kredit xətti müqaviləsi üzrə 1.500.000 (bir milyon beş yüz min) ABŞ dolları məbləğində əsas, 1.294.803,47 (bir milyon iki yüz doxsan dörd min səkkiz yüz üç dollar qırx yeddi sent) ABŞ dolları məbləğində faiz, 120.000 (bir yüz iyirmi min) ABŞ dolları məbləğində cərimə (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) və ödənilm iş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaitinin tutulması, 07 fevral 2008-ci il tarixli, 04 USD nömrəli kredit xətti müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş cavabdeh X4 məxsus Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 0,0592 ha torpaq sahəsinə, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 593-cü məhəllədə yerləşən 64 nömrəli evin, 91 kv.metr ümumi sahədən ibarət 4 otaqlı 64 nömrəli mənzilə və cavabdeh İddiaçı məxsus ünvan 2ndə yerləşən üç mərtəbəli, yeddi otaqlı, 213 kv.metr yaşayış, 481,8 kv.metr köməkçi sahədən ibarət 25a nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə ediləcək məbləğ hesabına cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçı "xxxx" Açıq Səhmdar Cə miyyətinə olan borcunun ödənilməsi, cavabdeh X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 64 nömrəli evin 64 nömrəli mənzili açıq hərracda satıldıqdan sonra bir ay müddətində cavabdehlər X2 və X3 mənzildən çıxarılmaları, cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 25a nömrəli fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra bir ay müddətində cavabdehlər İddiaçı, Baturina Şövkət-xanım Sadıx qızının, Gözüm (Məmmədova) İranə Adil qızının, X7 və X8 mənzildən çıxarılmaları müəyyən edilmişdir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 fevral 2015-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus ünvan 2ndə yerləşən 3 mərtəbəli 7 otaqlı 213 kv.metr yaşayış sahəsi, 481,8 kv.metr köməkçi sahədən ibarət 25A nömrəli fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 520.000 (beş yüz iyirmi min) manat müəyyən edilmişdir; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair 14 oktyabr 2016-cı il tarixli 01 nömrəli və 28 oktyabr 2016-cu il tarixli 01/2 nömrəli bildirişlərin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, ünvan 2ndə yerləşən 25A nömrəli fərdi yaşayış evi 520.000 (beş yüz iyirmi min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 14 noyabr 2016-cı il tarixə saat 11:00-a təyin edilmişdir; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair 18 noyabr 2016-cı il tarixli 02 nömrəli və 02 dekabr 2016-cı il tarixli 02/2 nömrəli bildirişlərin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, ünvan 2ndə yerləşən 25A nömrəli fərdi yaşayış evi 442.000 (dörd yüz qırx iki min) manat məbləğində (520.000-15%=442.000) açıq auksion formasında təkrar hərracın keçirilməsi 19 dekabr 2016-cı il tarixə saat 11:00-a təyin edilmişdir; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, X4, X5, X6, İddiaçı, Baturina Şövkət-xanım Sadıx qızına, Gözüm (Məmmədova) İranə Adil qızına, X10 və X11 ünvanladığı 23 dekabr 2016-cı il tarixli məktubun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, müvafiq icra şöbəsini n 30 avqust 2016-cı il tarixli 29240-2517/5-15 nömrəli sifariş məktubuna əsasən ünvan 2ndə yerləşən 25A nömrəli fərdi yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 23 dekabr 2016-cı il tarixli buraxılışında elan dərc edilmişdir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 yanvar 2017-ci il tarixli 04/01 nömrəli hərracın yekunları barədə protokolun surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus ünvan 2ndə yerləşən 3 mərtəbəli 7 otaqlı 213 kv.metr yaşayış sahəsi, 481,8 kv.metr köməkçi sahədən ibarət 25A nömrəli fərdi yaşayış evi 520.000 (beş yüz iyirmi min) manat qiymətə ilkin hərraca çıxarılmış, ipoteka predmeti təkrar hərraca ilkin satış qiymə tindən 15% aşağı qiymətə, yəni 442.000 (dörd yüz qırx iki min) manat qiymətə çıxarılmış, təkrar hərrac baş tutmadığından ipoteka predmeti 25% aşağı qiymətə, yəni 331.500 (üç yüz otuz bir min beş yüz) manat qiyməyə tələbkar banka-"xxxx" Açıq Səhmdar Cəmiyyətinə təklif edilmişdir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 yanvar 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən və məzmunundan görünür ki, ünvan 2ndə yerləşən 3 mərtəbəli 7 otaqlı 213 kv.metr yaşayış sahəsi, 481,8 kv.metr köməkçi sahədən ibarət 25A nömrəli fərdi yaşayış evini 331.500 (üç yüz otuz bir min beş yüz) manat qiymətə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əldə edilmişdir; "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə ünvanladığı 24 may 2 017-ci il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, “Dəmirbank” Açıq Səhmdar Cəmiyyəti İddiaçı məxsus ünvan 2ndə yerləşən 3 mərtəbəli 7 otaqlı 213 kv.metr yaşayış sahəsi, 481,8 kv.metr köməkçi sahədən ibarət 25A nömrəli fərdi yaşayış evini 331.500 (üç yüz otuz bir min beş yüz) manat qiymətə əldə etmiş və bununla əlaqədar olaraq yeddi faiz icra ödənişinin köçürülməsindən ötrü icra şöbəsinin depozit hesabı rekvizitlərinin banka təqdim edilməsi üçün göstəriş verilməsini xahiş etmişdir; 26 may 2017-ci il tarixli ********* nömrəli ödəmə tapşırığının surətindən görünür ki, “Dəmirbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə nəzarətçiləri (depozit) hesabına 23.205 (iyirmi üç min iki yüz beş) manat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2012-ci il tarixli 2(004)-5071/201 2 nömrəli icra vərəqəsi üzrə yeddi faiz məbləğində olan pul vəsaitini köçürmüşdür; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışının surətindən görünür ki, ünvan 2ndə yerləşən 25a nömrəli fərdi yaşayış evi xüsusi müılkiyyət hüququ üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində 86 nömrəli reyestr kitabının 7832 nömrəli vərəqində 20 iyun 2017-ci il tarixdə qeydiyyata alınmışdır; “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 iyun 2020-ci il tarixli 016/20 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, ünvan 2ndə yerləşən üç mərtəbəli yeddi otaqlı 694,8 kv.metr ümumi sahədən ibarət 25a nömrəli fərdi yaşayış evinin 2015-ci il üçün orta bazar qiyməti 625.000 (altı yüz iyirmi beş min) manat, hazırkı dövrə olan orta bazar qiyməti 680.000 (altı yüz səksən min) manat təşkil edir; İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Maraqlı şəxsnə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın, hərracın nəticələrinin, protokolun, hərracın yekunları üzrə alqı-satqı barədə müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı məxsus ünvan 2ndə yerləşən üç mərtəbəli yeddi otaqlı 213 kv.metr y aşayış sahəsi, 481,8 kv.metr köməkçi sahədən ibarət 25A nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinin nəticələri haqqında 60 nömrəli, 18 fevral 2015-ci il tarixli hesabatın, həmin fərdi yaşayış evinin satışı ilə əlaqədar keçirilmiş hərracın nəticələri haqqında yekun protokolunun etibarsız hesab edilərək ləğv edilməsi, tələbkar bankla bağlanmış alqı-satqı müqaviləsi ləğv edilərək fərdi yaşayış evinin onun mülkiyyətinə qaytarılması, habelə iddiaçının iştirakı təmin olunmaqla qeyd olunan əmlakın yenidən qiymətləndirilməsi, hərrac yolu ilə satışının təşkil edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, icra məmuru tərəfindən iddiaçıya tələbin könüllü icrası haqqında bildiriş verilmədən, ona məxsus ünvan 2ndə yerləşən 3 mərtəbəli 7 o taqlı 213 kv.metr yaşayış sahəsi, 481,8 kv.metr köməkçi sahədən ibarət 25A nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsi üçün mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul edilmiş, habelə həmin qərar icra olunması üçün ‘'Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş, lakin ona (istər poçt vasitəsi ilə, istərsə də şəxsən) yenə bu barədə məlumat verilməmişdir. Bundan başqa, icra məmurunun müvafiq qərarı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə daxil olduqdan sonra ona məxsus ünvan 2ndə yerləşən 3 mərtəbəli 7 otaqlı 213 kv.metr yaşayış sahəsi, 481,8 kv.metr köməkçi sahədən ibarət 25A nömrəli fərdi yaşayış evi onun iştirakı olmadan və fikri öyrənilmədən 520.000 (beş yüz iyirmi min) məbləğində qiymətləndirilmişdir, habelə qiymətləndiril mənin rəyi ona (istər poçt vasitəsi ilə, istərsə də şəxsən) təqdim edilməmişdir. Həmin əmlakın real bazar qiyməti 1.000.000 (bir milyon) manatdan artıqdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin evi göstərilən məbləğdə qiymətləndirilməsi, həmin əmlakın hazırki real bazar qiymətini əks etdirməyərək, reallığa uyğun olmayan məbləğdir. Bundan sonra icra məmuru “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə əmlakının hərrac yolu ilə satılması üçün sifariş göndərmiş və adı çəkilən hərrac təşkilatı ona məlumat vermədən guya ki, hərraca çıxarır və hərrac mərkəzi tətəfindən isə əmlakı 331.500 (üç yüz otuz bir min beş yüz) manat qiyməyə tələbkar banka satılmışdır. Hərracın keçirildiyi vaxt və yer barədə ona heç vaxt istər hərrac təşkilatı, istərsə də hərracın sifarişçisi tərəfindən məlumatlandırılmamışdır və nəticə etibarı ilə İddiaçı əmlakı qanuna zidd şəkildə çox aşağı qiymətə satılmışdır. Hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə məlumat kütləvi informasiya vasitələrində elan dərc etdirilməli və bununla bərabər ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməlidir. İddiaçı hərracın keçirilməsi barədə bildiriş göndərilməsi barədə hər hansı sübut yoxdur. Deməli, hərrac “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydalar pozulmaqla keçirilmişdir. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti mülki iş üzrə cavabdehin tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 2(005)-147/2020 saylı işi üzrə 29.09.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Maraqlı şəxsnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan "Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qiymətləndirilmə aparılarkən qanunvericiliyin tələbləri pozulmamış, İddiaçı iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə i clasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında İddiaçı qiymətləndirilmə barədə rəyin etibarsız hesab olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qətnaməsini “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə istinadla əsaslandırmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Fuad Talışinski - sədrlik edən və məruzəçi, Rafael Eyvazov və Ziya Şirinov) 2(103)-864/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmi n edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-147/2020 saylı işi üzrə 29.09.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinə və maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı "əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi” dair tələbi təmin edilmiş, "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti və "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məxsus ünvan 2ndə yerl əşən üç mərtəbəli yeddi otaqlı 213 kv.metr yaşayış sahəsi, 481,8 kv.metr köməkçi sahədən ibarət 25A nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinin nəticələri haqqında 60 nömrəli, 18 fevral 2015-ci il tarixli hesabat, 04/01 nömrəli, 17.01.2017-ci il tarixli hərracın nəticələri haqqında yekun protokol etibarsız hesab edilərək ləğv edilmiş, tələbkar bankla bağlanmış alqı-satqı müqaviləsi ləğv edilərək əmlakın yenidən qiymətləndirilməsi və hərrac yolu ilə satışının təşkil edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1, 53.2, 61, 62; "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 4- 10; Mülki Məcəllənin 139-158, 182.1, 415, 416; “İpoteka haqqında” Azərbaycan Respublikası Qan ununun 39, 41- 46; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası qeyd etmişdir ki, hərracın keçirilməsi zamanında qüvvədə olan mülki qanunvericiliyin tətbiqi baxımından hərrac üzrə işin hallarına düzgün qiymət verilməmişdir. Belə ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməli olduğu halda, məhkəmə qərarında göstərilməyən ilkin satış qiymətinin müəyyən edilməsi zamanı iddiaçının (ipoteka qoyanın) iştirakı təmin edilməmiş və onların bu razı lığına dair məsələlər həll edilməmişdir. Həmçinin hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Birinci hərrac keçirilən zaman qüvvədə olan qanunvericiliyə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. 28 dekabr 2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliklərdən sonra verilən redaksiyada isə hərracın təşk ilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştira kçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İcra vərəqi üzrə Sabunçu İcra Şöbəsi tərəfindən 02.12.2014-cu il tarixli sifariş "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidmət i” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 18.02.2015-ci il tarixdə icra edilərək qiymətləndirilmiş və bu zaman mülkiyyətçinin öz əmlakını qiymətləndirmək hüquqları və qiymətləndirici qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmə vəzifələrinə riayət etməmiş, məhkəmə prosesində isə keçirilmiş ekspert nəticələrinə dair qiymətlərin müəyyən edilməsində qiymət uyğunsuzluğuna dair sübutlar təqdim edilməmişdir. Bundan əlavə, "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 14.10.2016-cı il tarixdən (sifarişçisi məlum olmayan) başlayan hərracın nəticələri 17.01.2017-ci il tarixdə imzalanmamış protokolla nəticələnmiş, bu prosedur çərçivəsində iddiaçıya məlumatın veri lməsi və elanın yerləşdirilməsi barədə məlumatlar öz təsdiqini tapmamışdır (iş səh.67-101). Beləliklə, prosedurların həyata keçirilməsi qiymətləndirmə və hərracın keçirilməsi üçün müəyyən edilən qanunvericiliyin tələblərinə cavab verməmişdir. Cavabdehlər sübutetmə yükü üzrə iddiaçının dəlillərini təkzib edən sənədlər (sübutlar) təqdim etməmiş, məhkəmə qeyd edilənləri təfsir etməmiş və mötəbər olmayan sübutlarla əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinə istinadla əsaslandırmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "Dəmirbank” Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətində Azərbaycan Respublikası MPM-nin 88, 385.1.1 385.1.4, 386, 390, 418.1, 76.1, 80-cı maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsinin "əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbi əsas tələb olduğundan, həmin tələbin dəlilləri öz təsdiqini tapmadığından və əsassız hesab edilərək təmin edilmədiyindən, müvafiq iddia ərizəsinin “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi və evin iddiaçıya qaytarılması" kimi tələb qeyd edilən əsas tələbdən törə nmiş tələblər olduğundan təmin edilməməlidir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun ke çirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun mübahisə yaranan dövrdə qü vvədə olan redaksiyasına əsasən: Maddə 39.3.“Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun pr edmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Maddə 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Maddə 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanun: Maddə

7. Qiymətləndirmə“nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını“müvafiq icra hakimiyyəti orqanı“müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda“əmlakın bazar və“ya digər dəyərl ərinin yekun göstəricisi məhkəmə“qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə“obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş“bazar və“ya digər dəyəri haqqında hesabat məhkəmə“tərəfindən müvafiq mübahisələrə“baxıldığı“bütün hallarda nəzərə“alına bilər. Maddə

8. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və“digər dəyərinin həqiqiliyi ilə“əlaqədar mübahisələrə“məhkəmə“tərəfindən baxılır.Bu halda mübahisəni baxılmaq“üçün qəbul etmiş“məhkəmənin mövcud prosessual qanunvericiliyin və“bu Qanunun müddəalarını“nəzərə“alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norma larına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "Dəmirbank” Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya insta nsiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəld iyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinə əsasən ipotekaya tutma yönəldilməsi barədə qətnamədə ipotekanın satış qiymətinin göstərilməsi mütləq şərt kimi əks olunmuşdur. İcra sənədi verilmiş məhkəmə aktında isə bu məbləğ müəyyən edilmədiyinə görə həmin əmlak icra məmurunun sifarişi əsasında qiymətləndirilmişdir. Lakin məhkəmə araşdırması zamanı və alınmış yeni qiymətləndirmə rəyinə əsasən Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 18.02.2015-ci il tarixli rəydə göstərilən qiymətin reallığı əks etdirmədiyi müəyyən edilmişdir. Əmlakın real qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətlə hərracda satılması və hərraclar barəd ə ipotekaqoyanın qanunla müəyyən edilən qaydada məlumatlandırılmaması isə ipoteka qoyanın əsaslı mənafelərinin pozulmasına gətirib çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göst ərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-864/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar