Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4027/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X4 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili X1 iştirakı ilə, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-1704/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Səməd Cəfərov) xx xxxxxxx 2019-cu il tarixli, 2(006)-5914/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh “xxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş NDQ № 005444 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 3193,02 manat məbləğində borcun İddiaçı abunə hesabından silinməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Xəyal Sarıyev- sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Şərafət Məmmədova) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləcavabdeh “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraci ət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Zabrat qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Elektrik enerjisindən istifadə üzrə ********** VÖEN əsasında icarədar X5 fəaliyyət göstərir və 09/K348 saylı abonent kimi istifadəçidir. Elektrik enerjisindən istifadəyə görə ödənişləri vaxtlı-vaxtında edilir. xx xxxxxx 2019-cu il tarixdə “xxxx” ASC-nin əməkdaşları icarə müqaviləsi üzrə ona aid qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvana gələrək dövlət yoxlamasının keçirilməsi üçün baxış keşirmişlər. “xxxx” ASC-nin göndərdiyi 005444 saylı, xx xxxxxx 2019-cu il tarixli aktda göstərilmişdir ki, guya eyni obyektə kənar xətt daxil olur, kənar xətt obyektin arxa hissəsində olan fərdi yaşayış evinə məxsus elektrik sayğacı qidalandıran sip kabelin obyektin dam hissəsindən izolyasiya pozulmaqla budaqlanma bir başqa işlədicilərə çəkilmişdir. Yoxlama və aktın tərtib olunması zamanı qanunvericiliyin tələbləri pozulmaqla 3300 manat cərimə yazılmışdır. Qanunun tələbinə görə akt tərtib olunan zaman hal şahidləri iştirak etməli, həmin naqilin mövcud olması, mövcuddursa naqilin işlək olması sübüt edilməli və onun iştirakı təmin edilməli,dəymiş zərər də bundan sonra hesablanmalı idi. Aktı tərtib etmiş əməkdaşlar isə kənar xətt olmasını qeyd ediblərsə bunu sübüt etmək üçün orada həmin kənar xəttin şəklini çəkib şahidlərin və ya onun iştirakı ilə bunu akta əlavə etməli idilər. Bununla bağlı hər hansı şahidin iştirakı ilə həmin hal protokollaşdırılmamışdır. Hazırda elektrik enerjisinin olmaması ücbatından həmin obyekt fəaliyyətini həyata keçirə bilmir. On a görə də hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh “xxxx” ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi işə baxarkən prosessual pozuntuya yol vermiş, məhkəmə aidiyyət qaydaları pozulmuşdur. Belə ki, ilkin olaraq iddiaçı X5 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə hazırki iddia il ə müraciət etmiş, həmin məhkəmə işin iqtisadi mübahisə olması səbəbi ilə iddianı icraata qəbul etmişdir. Hətta məhkəmənin 2-2(81)-669/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş ərizə qismən təmin edilərək iş mahiyyəti üzrə baxılıb həll edilənədək X3 istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə elektrik enerjisinin verilməsinin dayandırılması “xxxx” ASC-yə qadağan olunmuşdur. xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək iddiaçının əsl tərəf kimi İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı X3 əsl İddiaçı ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2, 259.0.1-ci maddələrinə istinad edilərək İddiaçı iddiası baxılmamış saxlanılmışdır. Qeyd edilən hallardan da göründüyü kimi, inzibati iqtisad məhkəməsi mübahisənin iqtisadi xarakter daşıdığını, iddiaçının sahibkar olmaqla VÖEN əsasında fəaliyyət göstərdiyini aydınlaşdırmış və haqlı olaraq iddiaçı öz icraatına iqtisadi mübahisə olaraq qəbul etmişdir. Tərəflərin izahatları: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili X2 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etmə si kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən, “xxxx” ASC-nin NDQ № 005444 saylı, xx xxxxxx 2019-cu il tarixli aktından görünür ki, “xxxx” ASC-nin əməkdaşlarının iştirakları ilə Bakı şəhəri, Zabrat qəsəbəsində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsində yoxlama keçirən zamanı məlum olmuşdur ki, obyektə sayğac sxemindən kənar xətt daxil olmuşdur. “xxxx” ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, NDQ № 005444 saylı akta əsasən Bakı şəhəri, Zabrat qəsəbəsində yerləşən İddiaçı məxsus obyektə 3193,02 manat cərimə hesablanmışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005 -ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”na istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunan xx xxxxxx 2019-cu il tarixli akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır. İstehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab edilə bilməz. Belə ki, aktdan görünür ki, hal şahidləri aktı imzalamamışlar. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətna məsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən iddiaçıya məxsus ünvanda yerləşən qeyri-yaşayış obyektində cavabdeh ASC-nin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməməsi və cavabdeh tərəfindən akt tərtib edilərkən hal şahidlərinin iştirak etməsini qeyd etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu qənaətini əsaslı hesab etmir. Belə ki, cavabdeh ASC iddiaçıya məxsus qeyri-yaşayış obyektin də yoxlama zamanı sayğaca kənar müdaxilə edilməsi əsası ilə deyil, obyektə kənar xəttin daxil olması əsası ilə akt tərtib etmişdir. İddiaçı da iddia tələbində akt tərtib edilərkən qanunvericiliyin tələblərinin pozulması, akt tərtib edilərkən naqilin fotoşəklinin çəkilməli olması, akt tərtib edilərkən hal şahidlərinin və onun iştirakının təmin edilməməsini göstərmişdir. Bundan başqa cavabdeh ASC mübahisəli qeyri-yaşayış sahəsinə kənar xəttin qoşulması ilə bağlı tərtib edilmiş akt təqdim etmişdir. Apelyasiya instansiyası məhkəməsi həmin akt tərtib edilərkən hal şahidlərinin iştirakı olmaması əsası ilə aktın etibarsız olması qənaətinə gəlmişdir. Lakin məhkəmə bu qənaətə gələrkən də istinad etdiyi maddi hüquq normalarını düzgün şərh etməmiş, məhkəmənin istinad etdiyi normativ aktı hazırki müba hisəyə düzgün tədbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edil ir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişətabonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd olunan Qərarın 8.33-cü bəndində təsbit olunmuşdur ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatl ar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qərarın istinad edilən bəndlərindən göründüyü kimi, istinad edilən normalar məişət abonenti ilə bağlı yaranan münasibətləri tənzimləyir. Qeyd olunan Qərarın 1.1-ci bəndindəməişət abonentintinə anlayış verilmişdir. Belə ki, həmin bəndə görə, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı nəzərdə tutulur. Hazırki işin mübahisələndirilməyən halına əsasən iddiaçının mülkiyyətində olan qeyriyaşayış obyekti (restoran) icarə müqaviləsi əsasında X3 i stifadəsindədir. Sonuncu həmin restoranı məişət abonenti kimi deyil, gəlir əldə etmək üçün xidmət sahəsi kimi istifadə etmiş, İddiaçı isə obyekti icarəyə verməklə gəlir götürmüşdür. Nə İddiaçı, nə də P.Babazadə qeyri-yaşayış sahəsi olan restorana münasibətdə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndinin tələbləri baxımından məişət abonenti sayıla bilməz. Belə olan halda məhkəmənin istinad etdiyi məişət abonentinə dair yuxarıda sadalanan halların (akt tərtib edilərkən hal şahidlərinin iştirakının təmin edilməsi və s.) hazırki halda tədbiq edilməsinin mümkünlüyünü apelyasiya instansiyası məhkəməsi müzakirə etməli idi. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tama milə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh “xxxx” ASC-nin kassasiya şi kayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-1704/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4027/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4027/2020
20.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver