Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4030/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlak bölgüsu, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və əmlaka payın tanınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1141/2022 nömrəli iş üzrə 05 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 06 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı (bundan sonra-iddiaçı) ilə Cavabdeh1 (bundan sonra-cavabdeh) arasında 21 oktyabr 2014-cü il tarixdə qeydə alınmış nikahın pozulması, 17 mart 2016cı il təvəllüdlü X1 anasının yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136,60 manat sabit məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat 2.2021-ci ilin iyun ayında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş “Lexus LX 570” markalı, 90 HP-999 dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı barədə 18 noyabr 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin alqı-satqısı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və onun həmin avtomobil üzərində ½ pay nisbətində mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qərardadı ilə “Lexus LX 570” markalı, ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına baxmayaraq Cavabdeh1 tərəfindən qanunsuz olaraq həmin avtomobil 18 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında sonuncunun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh2 adına qeydiyyata alınmışdır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) 2(006)-5238/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia ərizəsi rədd edilmişdir.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki iş üzrə iddianı İddiaçı qaldırmış, Cavabdeh1 iddianı qəbul etmədiyindən tərəflərə barışıq üçün 3 ay vaxt verilmiş, 3 aydan sonra məhz iddiaçının təkidi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Həmin qətnamədə müəyyən olunmuşdur ki, tərəflər ayrı mənzillərdə yaşayırlar, birgə təsərrüfat idarə etmirlər.Belə olan halda mübahisəli avtomobil birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilə bilməz. Bundan başqa, iddiaçı ümumi əml aka olan mülkiyyət hüququnun pozulduğunu 2017-ci ilin əvvəllərində bilirdi. Məhkəmədə hazırki iddia isə 2021-ci ilin iyul ayında qaldırılmışdır, bu halda mülki (ailə) qanunvericiliyin tələbləri baxımında müəyyən edilmiş 3 illik iddia müddəti buraxılmışdır.
6. Məhkəmə öz mövqeyini Avropa İnsan Hüquqları Məhkəməsinin "Miragall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375; Ailə Məcəlləsinin 23.1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apelly asiya instansiyası məhkəməsində icraat
7. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1141/2022 nömrəli iş üzrə 05 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), A.N.İmanov və Q.A.Əsgərov) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci iddia ərizəsinin məhkəməyə xx.xx.2020-ci il tarixində təqdim edildiyi nəzərə alınsa belə, iddiaçı tərəf ümumi əmlaka olan mü lkiyyət hüququnun pozulduğunu 2017ci ilin əvvəllərində, yəni münasibətlərin pozulduğu andan bilmişdir və bu halda mülki (ailə) qanunvericiliyin tələbləri baxımında müəyyən edilmiş 3 illik iddia müddəti buraxılmışdır. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsasında təmin edilməsi üçün əsaslar mövcud deyil.
10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337,354, 372-384, 377, 385-390, 560-ci,Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-37 və 36.9-cu, Azərbaycan Respublikasının Mül ki Prosessual Məcəlləsinin 13, 14.2, 76.1, 77.1, 80-82, 119, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassator Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci və 33.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli qərarına istinad edərək, məhkəmə tərəfindən maddi hüquq n ormalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, məhkəmə iddia müddətinin keçməsi ilə bağlı məsələni araşdırmamış və nəticədə yanlış nəticəyə gəlmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, iddiaçı mübahisəli nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra ”Lexus LX 570” markalı, **HP-*** dövlət qeydiyyat nişanlı avtomobil özgəninkiləşdirilmişdir. Bu da sübut edir ki, iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın özgəninkiləşdirilməsinə razı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
20. Maddə 36.9 Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2 Məhk əmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həqiqətə nail olunması ü çün mühüm əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamə iddia tələbinin əsassız olmasını təsdiq edən etibarlı sübutlara istinad olunmadan çıxarıldığından qanuni sayıla bilməz.
28. Müəyyən olunduğu kimi, tərəflər 21 oktyabr 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş və onların nikahı 18 aprel 2017-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. Mübahisə predmeti olan avtomobil isə 19 yanvar 2017-ci il tarixdə Cavabdeh1 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmaqla adına müvafiq şəhadətnamə verilmişdir.
29. Avtomobilin tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilməsi mübahisəsizdir.
30. İddiaçı həmin avtomobilin birgə nikah dövründə əldə olunmasına və onun razılığı olmadan başqasına satılmasına əsaslanaraq avtomobilin alqı-satqısına dair 18 noyabr 2020-ci il tarixli müqavilənin eti barsız hesab edilməsi və bununla əlaqədar avtomobilə dair cavabdehin adına verilmiş şəhadətnamənin ləğv edilməsi və avtomobilin ½ hissəsinə mülkiyyət hüququnun tanınmasını tələb etmişdir.
31. Cavabdeh isə avtomobilin onun adına qeydiyyata alınsa da əslində atası Eldəniz Məmmədov tərəfindən və onun vəsaiti hesabına alınmasını və bu səbəbdən etibarnamə əsasında onun tərəfindən idarə olunmasını, eləcə də hazırkı iddia tələbinin qanunda müəyyən olunmuş 3 illik iddia müddətinin ötürülməklə irəli sürülməsini əsas göstərməklə iddianın rədd olunmasını tələb etmişdir.
32. İşdən görünür ki, mübahisə predmeti olan avtomobilə dair tərəflər arasında bundan əvvəl də mübahisə olmuş və İddiaçı həmin iddia tələbində avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi onların arasında bölünməsini xahiş etmişdir.
33. İddiaçı həmin tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə rədd edilərkən iddiaçı tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin ötürülməsi əsas göstərilmişdir.
34. Bundan sonra 2021-ci ilin iyul ayında İddiaçı keçmiş ərinə və avtomobilin indiki mülkiyyətçisinə qarşı müqavilənin etibarsız hesab edilməsi və s. barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
35. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.
36. Apellyasiya instansiyası məhkəməsi qanunun həmin normasına əsaslanıb iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini qanuni sayarkən iddiaçının hüququnun pozulması anı ilə əlaqədar onun göstərdiklərini araşdırmamış və həmin məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəllənin 477.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyi baxımından qiymət verməmişdir.
37. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə iddia müddətinin axımı nikahın pozulması anından deyil, tərəfin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır.
38. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmələr ərarvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxa rkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidirlər.
39. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının başlanma anını tərəflərin ailə münasibətlərinin pozulduğu 2017-ci ilin əvvəllərindən hesablamaqla iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlmişdir.
40. Apellyasiya instansiyası məhkəməsinin nəticəsi Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmadığından kollegiya həmin nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə kollegiyası tərəfindən iddiaçının hüququnun pozulması anı kimi konkret halları nəzərə alınmadan və onlara müvafiq hüquqi qiymət verilmədən müəyyən olunmuşdur.
41. İşdən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 18 aprel 2017-ci il tarixdə tərəflər arasında bağlanmış nikahın pozulmasına dair işə baxılarkən Cavabdeh1 nikahın pozumasına razı olmamış, lakin buna baxmayaraq İddiaçı iddiası təmin olunaraq nikah pozulmuş və birgə nikahdan olan uşağın saxlanılması üçün Cavabdeh1 İddiaçı xeyrinə hər ay 136,60 manat məbləğində alimentin tutulması qət edilmişdir.
42. Lakin müəyyən olunduğu kimi alimentin tutulmasına 09 iyul 2020-ci il tarixdən – 3 ildən artıq müddət keçdikdən sonra başlanmışdır.(i.v.188).
43. İşə baxan məhkəmə kollegiyası isə bunun səbəblərini araşdırmamış və İddiaçı tərəfindən iddia olunduğu kimi bunun ailənin bərpasına ümid bəsləmələri ilə əlaqədar baş verib-verməməsinə qiymət verməmişdir.
44. İş materiallarından görünür ki, tərəflər arasında əmlak bölgüsü tələbinə dair iş üzrə qəbul edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsində iddianın rədd edilməsi 3 illik iddia müddətinin ötürülməsi ilə (Ailə Məcəlləsinin 36.9-cu maddəsi) əsaslandırılmışdır.
45. Lakin həmin qətnaməni 03 iyun 2021-ci il tarixdə ləğv etmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi qətnaməsində bununla razılaşmayaraq iddianın yenidən rədd olunmasını avtomobilin başqasına satılması və həmin alqı-satqı müqaviləsinin mübahisələndirilməməsi ilə əsaslandırmışdır.
46. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi isə bunu nəzərə almadan iddianı iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsini əsaslı hesab etmişdir.
47. Halbuki tərəflər arasında baxılmış əmlak bölgüsü tələbinə dair mülki iş üzrə apellyasiya instansiyası mə hkəməsi qəbul etdiyi qətnaməsində iddianın müddətin keçməsi əsası ilə rədd etməmiş və müddətin ötürülməsini müəyyən etməmişdir.
48. Belə olan halda, iddianın həmin əsasla rədd edilməsinin mümkünlüyü qiymətləndirilməli idi.
49. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi bir tərəfdən avtomobili cavabdehin mülkiyyəti olmasını göstərməklə birgə nikah dövründə əldə edilmiş əmlak olmasını inkar etmiş, digər tərəfdən isə iddianı müddətin ötürülməsi əsası ilə rədd etmiş və bununla da ziddiyyətli nəticəyə gəlmişdir.
50. Avtomobilin cavabdehin mülkiyyəti olması barədə nəticəyə gəldikdə isə məhkəmə kollegiyası onun izahatına əsaslanmış, lakin bu zaman nəzərə almamışdır ki, tərəflər arasında olan birinci mübahisəyə baxılarkən cavabdeh avtomobilin onun mülkiyyəti olmaqla ailə münasibətləri pozuld uqdan sonra almasını və birgə nikah dövründə əldə edilmiş əmlak olmamasını iddia etməmişdir.
51. Alqı-satqı müqaviləsində avtomobilin qiyməti 28000 manat göstərilsə də, işdə olan 14 oktyabr 2021-i il tarixli mütəxəssis rəyindən görünür ki, avtomobilin hazırkı tarixə olan bazar qiyməti 67000 ABŞ dolları təşkil edir.
52. Lakin apellyasiya instansiyası məhkəməsi avtomobilin həqiqi qiymətinin müəyyən olunması istiqamətində də heç bir araşdırma aparmamış və işin həmin halına aydınlıq gətirməmişdir. 53.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır 54.Apellyasiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyənliyin yaranmasını, pozulmuş və mübahisə edilən hüquqların real bərpasını təmin etmədiyindən kollegiya hesab edir ki, qətnamə MPM-nin 418.1-ci maddəsinin tələblərinə uyğun çıxarılmadığından ləğv edilməlidir. 55.Qanunun həmin normasına görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 56.Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə ko llegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1141/2022 nömrəli, 05 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.