Məhkəmə qərarları › İş №2(102)-4030/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4030/2023

03.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4030/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X4 qarşı QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) 03.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X4 qarşı “qanunsuz tikililərin sökülməsi, cavabdehin evi ilə sexin arasında 1.02 metr ara məsafəsinin saxlanılması, ara məsafəsinə cavabdehin tökdüyü torpağın keçid yolu açılması məqsədilə götürülməsi, cavabdehin evinin navalçasından tökülən yağış sularının sexə axıdılmasının qarşısının alınması” tələbinə dair Bakı Apellyasiya Mə hkəməsinin Mülki kollegiyasının 2(103)-2484/2023 nömrəli, 08 may 2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 noyabr 2023cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 19.10.2007-ci il tarixli, 10 saylı Müşfiqabad Bələdiyyəsinin protokoluna əsasən Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 4 E, mənzil 9-da qeydiyyatda olan İddiaçı Müşfiqabad bələdiyyəsinə müraciəti qənaətbəxş hesab edilsin və ona “X1 Haqqında” Əsasnaməyə və “Torpaq Bazarı Haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Müşfiqabad qəsəbəsi ərazisində kiçik sahibkarlıqla məşğul olmaq məqsədilə istifadəsində olan 30 (otuz) kv.m. torpaq sahəsini qaynaq sexinin tikintisi üçün onun adına sənədləşdirilsin.

2. Torpaqların alqı-satqısına dair aktın məzmununa əsasən Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 4 E, mənzil 9-da qeydiyyatda olan Məmmədov X2 bələdiyyəsinin istifadəsində olan 30 kv.m. torpaq sahəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdeh X4 qarşı «qanunsuz tikililərin sökülməsi, cavabdehin evi ilə sexin arasında 1.02 metr ara məsafəsinin saxlanılması, ara məsafəsinə cavabdehin tökdüyü torpağın keçid yolu açılması məqsədilə götürülməsi, cavabdehin evinin navalçasından tökülən yağış sularının sexə axıdılmasının qarşısının alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sexindən 30-40 sm məsafədə tikdiyi tikililərin sökülməsi, cavabdehin evi ilə sexinin arasında 1.02 metr məsafənin saxlanı lması, ara məsafəsinə cavabdehin tökdüyü torpağın keçid yolu açılması məqsədilə cavabdehin hesabına götürülməsi, cavabdehin evinin navalçasından tökülən yağış sularının sexinə axıdılmasının qarşısının alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Müşfiqabad qəsəbə X8 İcraiyyə Komitəsinin 01 mart 1990-cı il tarixli qərarını əsas tutaraq Bakı şəhəri Qaradağ rayon X8 İcraiyyə Komitəsi 06 avqust 1990-cı il tarixli M-34 nömrəli məktubu ilə ona Müşfiqabad qəsəbəsində maşın dayanacağının yanında 3x4m ölçüdə yüngül konstruksiyadan ibarət köşk qoymağına icazə vermişdir. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli sərəncamı ilə sahibkar kimi qeydiyyatdan keçirilmiş, bu barədə ona 34 nömrəli şəhadətnamə verilmişd ir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə istifadəsində olan 30 kv.m. torpaq sahəsinin qaynaq sexinin tikintisi üçün adına sənədləşdirilməsi barədə Müşfiqabad bələdiyyəsi 30 oktyabr 2008-ci il tarixli 12 saylı qərar vermişdir. Müşfiqabad bələdiyyəsi ilə onun arasında bağlanmış 30 dekabr 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 30 kv.m. torpaq sahəsi almışdır. Torpaq sahəsinin çizgisi Müşfiqabad bələdiyyəsi tərəfindən tərtib və təsdiq edilmiş, çizgi Qaradağ rayon İcra Hakimiyyəti Aparatının memarı ilə razılaşdırılmış və təsdiq edilmişdir. Torpaq sahəsində eni 6.60 metr uzunluğu 7.10 m, hündürlüyü 3.40 m olan mişar daşından ibarət sex tikmişdir. Sexin damını azbest şiferlə üzləmişdir. Sexdə qaynaqçı kimi fərdi əməklə məşğul olmaqla vergi ödəyicisi kimi qeydiyyatdadır. Cavabdehin əri ilə aralarında razılığa gəlmişlər ki, həyətyanı sahəsinin hasarını sexindən 1 metr ara məsafəsi saxlamaqla çəksin. Həmin hasarın tikintisi üçün cavabdehin ərinə 500 ədəd mişar daşı vermişdir. Lakin cavabdeh həmin daşlardan öz evinin tikintisi üçün istifadə etmiş, sonradan isə razılaşdığı qaydada hasarı çəkməkdən imtina etmişdir. Hasarın cavabdehin əri X9 tərəfindən inşa edildiyini güman edərək sonuncuya qarşı "istifadəsində və sahibliyində olan torpaq sahəsinə maneənin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1798/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtarana kimi ona məxsus qaynaq sexinin arxasında cavabdeh Nümayəndə2 tərəfindən hasarın tikil isinin aparılmasına qadağa qoyulmuşdur. Buna baxmayaraq cavabdeh hasarı tikib başa çatdırmış, qərardada məhəl qoymamışdır. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1798/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə mühəndis- texniki ekspertizaları təyin etdi və rəy aldı. Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 10/2245 nömrəli 08 yanvar 2021-ci il tarixli rəyində göstərilir: “İddiaçıya məxsus sexin yan divarına bitişik vəziyyətdə mişar daşından hasarın inşa olduğu müəyyən edilmişdir. Lakin arxa divarından 30-40 sm ara məsafəsi saxlayaraq hasarın quraşdırıldığı və təqribən 0,300,40 m hündürlüyündə qalxdığı müəyyən edilmişdir. İddiaçının istifadəsində olan sexə cavabdehin istifadəsində olan torpaq sahəsi istiqamətindən suyun axdığı müəyyən edilmişdir. İddiaçıya məxsus sexin divarların üzərində (cavabdehin hasarına yaxın hissədə) çatların olduğu və bunların yaranmasına səbəb iddiaçının hasarı ilə iddiaçının sexinin divarı arasında qalan 30-40 sm boş torpaq sahəsinə təbii atmosfer çöküntülərin və axıdılan suların tökülməsi nəticəsində əmələ gəlməsi ehtimal edilir. Cavabdeh tərəfindən quraşdırılmış hasarın iddiaçıya aid sexə aidiyyəti olmadığı müəyyən edilmişdir. Lakin cavabdehə məxsus yaşayış evinin navalçasından tökülən təbii atmosfer çöküntülərinin axıdılması nəticəsində iddiaçının sexinə axıdılan su (gölməçə) sexdəki normal fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyən edilir. İddiaçının sexi ilə cavabdehin hasarı ilə ara məsafəsi 30-40 sm olduğu nu nəzərə alaraq inşa olunmuş hasar Məcəllənin 69.5.2-1 maddəsinin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, cavabdeh tərəfindən inşa olunmuş hasar 1,02 m ara məsafəsində inşa olunmalıdır. İddiaçının sexinin və cavabdehin hasar arasında olan boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə həmin hissəyə keçid yolu açılmalı və cavabdehə məxsus yaşayış evinin su novunun istiqaməti dəyişdirilməlidir. Qərardadın doqquzuncu sualı ilə bağlı qeyd olunur ki, ayrılmış torpaq sahəsinə dair mülki iş materiallarında mütəxəssis rəyi olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı”. Apellyasiya baxışı zamanı X7 məhkəməyə təqdim etdiyi sənədlərdən məlum oldu ki, 400 kv.metr torpaq sahəsi Müşfiqabad Bələdiyyəsinin 10 saylı 10 oktyabr 2007-ci il tarixli qərarı ilə Şaiqin arvadı Cavabdeh 512 manata satılmış, bu barədə 19 oktyabr 2007-ci il tarixdə “torpaqların alqı-satqısına dair akt” tərtib edilmişdir. Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-203/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia cavabdeh olmayan şəxsə qarşı verildiyindən Qaradağ Rayon Məhkəməsinin 2(002)-1798/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. Məlum oldu ki, o, Cavabdeh qarşı iddia qaldırmalıdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirir ki, cavabdeh Sevda Məmmədova 400 kv.metr torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 66. 69, 72, 80-cı maddələrinin tələblərinə zidd olmaqla sexi ilə evi arasında ara məsafəsi saxlamadan yaşayış evi tikmiş, sexinin yan divarına biti şik vəziyyətdə mişar daşından hasar inşa etmiş, hasarla sexinin arasında keçid yolunu torpaqla doldurmuş, keçid yolu saxlamamış, cavabdehə məxsus torpaq sahəsindən və evinin navalçasından sexinə su axıdılır. Nəticədə cavabdehin hasarına yaxın hissədə sexin divarları üzərində çatlar əmələ gəlmişdir. Bu çatların yaranmasına səbəb cavabdehin hasarı ilə onun seximin divarı arasında qalan 30-40 sm boş torpaq sahəsinə təbii atmosfer çöküntülərinin və axıdılan suların tökülməsidir. Həmçinin cavabdehə məxsus yaşayış evinin navalçasından tökülən təbii atmosfer çöküntüləri axıdılması nəticəsində sexinə axıdılan su sexdəki işinə mənfi təsir göstərir, sexdə yüksək gərginlikli cərəyanla qaynaq işləri apardığına görə həyatı üçün təhlükə yaradır. 380 kvat-lıq elektrik kabeli cavabdehin tökdüyü torpağın a ltında qalmışdır. Qeyd edilən halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı və vəkili tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ərizədə (i.v. 86) iddia ərizəsinin “xahiş etdi” hissəsində cavabdehin hasarı yerinə evi sözü yazıldığından, iddia ərizəsinin xahiş etdi hissəsinə düzəliş təqdim edilərək, Cavabdeh sexindən 30-40 sm məsafədə tikdiyi tikililərin sökülməsi, cavabdehin hasarı ilə onun sexinin arasında 1.02 metr məsafənin saxlanılması, ara məsafəsinə cavabdehin tökdüyü torpağın keçid yolu açılması məqsədilə cavabdehin hesabına götürülməsi, cavabdehin evinin navalçasından tökülən yağış sularının sexinə axıdılmasının qarşısının alınması barədə qətnamə çıxarılması xahiş edilmişdir. 6. 20.12.2022-ci il tarixli məhk əmə iclasında İddiaçı nümayəndəsi (qardaşı) Nümayəndə4 və iddiaçının vəkili Nümayəndə1 iddia ərizəsində səhvən cavabdehin soyadının “Məmmədova” yazıldığını bildirərək, cavabdehin soyadının “Cəfərova” kimi nəzərə alınmasını xahiş etmiş, məhkəmə tərəfindən vəsatət təmin edilmişdir.

7. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Əlavə olaraq qeyd etmişlər ki, cavabdeh məxsus hasar ilə ona məxsus sex arasında cəmi 20 sm məsafə var, ekspertiza rəylərindən göründüyü kimi onun sexinə cavabdehin evindən axan sular nəticəsində ziyan dəyir və 20 sm-lik məsafəyə girib həmin divarı təmir etmək ümumiyyətlə mümkün deyil, həmçinin sexlə hasar arasındakı ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun deyildir.

8. Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianın rədd edilməsini xahiş etmiş və əlavə etmişdir ki, onun evinin navalçasından tökülən yağış sularının sexə axıdılmasının qarşısının alınması mümkündür və iddia tələbinin bu hissəsinə dair etirazı yoxdur. 9. xx.xx.2021-ci il tarixli 10/3965 №-li ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş iddia ərizəsində cavabdeh tərəfindən Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində məxsus qaynaq sexinin arxa divarından 20 sm aralıdan mişar daşı ilə hasar inşa edilmiş həmin hasarın üzərində qaynaq sexinin arxa divarından 40 sm aralı məsafədə plastik lövhələrdən hasar quraşdırılmışdır. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya məxsus sexin arxa hissəsində yerləşən hasara bitişik 2,3 metr enində 3 metr hündürlükdə talvar tikilisi inşa edilmişdir. Cavabdehin istifadəsində olan torpaq sahəsi və tikililər iddiaçıya məxsus qaynaq sexindən hündürdə yerləşdiyindən cavabdehə aid yaşayış yerinin navalçasından tökülən yağış sularının qaynaq sexi ilə hasar arasında olan sahəyə axması nəticəsində iddiaçını tikilisində çatlar, nəmlik və s. qüsurlar yaranmışdır. Ara məsafəsi divarın hündürlüyündən asılı olaraq, binanın, xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafəni təşkil edir. Müvafiq mütəxəssislər tərəfindən yaşayış evinin yerləşdiyi torpaq sahələrinin sərhədləri müəyyən olunduqdan sonra həmin evin inşası zamanı ara məsafəsinin saxlanılıbsaxlanılmaması müəyyən olunur. 10. xx.xx.2022-ci il tarixli 10/762 №-li ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş iddia ərizəsində Cavabdeh tərəfindən Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m. torpaq sahəsində (faktiki 46.8 kv.m.) yerləşən qaynaq sexinin arxa divarından 0.2 metr aralıda 0.5 metr hündürlükdə mişar daşından hasar hörülmüş və həmin hasarın üzərində plastik lövhələr quraşdırılmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən hasarın hündürlüyü 2.2 metr müəyyən olunduğundan cavabdeh tərəfindən inşa edilmiş hasarın hündürlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69cu maddəsində və “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydala r”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarında sərhəd hasarının inşası zamanı ara məsafəsinin saxlanması nəzərdə tutulmamışdır. Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m. torpaq sahəsində (faktiki 46.8 kv.m.) yerləşən qaynaq sexi ilə cavabdehin hasarı arasında olan 0.2 metr enində 0.5 metr dərinlikdə sahə mövcuddur. Cavabdeh sərhəd hasarını inşa edərək öz istifadəsində qalmış sahəni torpaq örtük tökməklə doldurmuşdur. Faktiki vəziyyətdə cavabdehin həyəti relyef baxımından yuxarıda iddiaçının sexi isə aşağıda yerləşir. Cavabdehə aid yaşayış yerinin navalçasından tökülən yağış sularının Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m. torpaq sahəsində (faktiki 46.8 kv.m.) yerləşən qaynaq sexinə axmasının cavabdeh tərəfindən qarşısının alınması texniki cəhətdən mümkündür. Belə ki, cavabdehin evinin damında iddiaçıya tərəf olan bütün hissələrdə navalçalar quraşdırılmaqla cavabdehə aid yaşayış yerinin navalçasından tökülən suların qarşısının alınması mümkündür. Eyni zamanda iddiaçıya məxsus qaynaq sexinin bir enişli damının suyu arxa tərəfə (mübahisəli sahəyə) axmasını nəzərə alaraq həmin sahəyə də navalçanın quraşdırılması zəruridir. Əlavə olaraq qeyd olunur ki, iddiaçının iddia etdiyi sahədə keçid yolunun nəzərdə tutulub-tutulmaması torpaq sahələrini ayıran müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən oluna bilər. 11. xx.xx.2022-ci il tarixli 10/4299 №-li ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş iddia ərizəsində Cavabdeh tərəfindən Qaradağ rayonu, Müşfi qabad qəsəbəsi ərazisində 30 kv.m. torpaq sahəsində (faktiki 46.8 kv.m.) yerləşən qaynaq sexinin arxa divarından 0.2 metr aralıda 0.5 metr hündürlükdə mişar daşından hasar hörülmüş və həmin hasarın üzərində plastik lövhələr quraşdırılmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən hasarın hündürlüyü 2.2 metr müəyyən olunduğundan cavabdeh tərəfindən inşa edilmiş hasarın hündürlüyü Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində və “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli,72 nömrəli qərarında sərhəd hasarının inşası zamanı ara məsafəsinin saxlanılması nəzərdə tutulmamışdır. Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m. torpaq sahəsində (faktiki 46.8 kv.m.) yerləşən qaynaq sexi ilə cavabdehin hasarı arasında olan 0.2 metr enində 0.5 metr dərinlikdə sahə mövcuddur. Cavabdeh sərhəd hasarını inşa edərək öz istifadəsində qalmış sahəni torpaq örtük tökməklə doldurmuşdur. Faktiki vəziyyətdə cavabdehin həyəti relyef baxımından yuxarıda iddiaçının sexi isə aşağıda yerləşir. Eyni zamanda baxış zamanı iddiaçının istifadəsində olan qaynaq sexinin cavabdehin torpaq sahəsi ilə sərhəd olan arxa divarının aşağı hissəsində döşəmədən təqribən 40/50 sm hündürlükdə nəmlənmə izlərinin və eləcə də yan divarında çatların olması müşahidə olundu. Həmin çatların əmələ gəlməsinə səbəb iddiaçının qaynaq sexinin dam örtüyünün su növünün olmamasından tikilinin bünövrəsinə cavabdehin hasarı ilə iddiaçının tikilisinin arasında olmamasından tikilinin bünövrəsinə cavabdehin hasarı ilə iddiaçının tikilisinin arasında 20 sm boşluğa atmosfer çöküntülərin tökülməsi və relyef fərqinə görə yeraltı qrunt sularının axması nəticəsində qruntun boşalması səbəb ola bilər. Eyni zamanda cavabdeh tərəfindən istifadəsində olan torpaq sahəsində 50 sm hündürlükdə hördüyünü və eləcə də iddiaçının giriş-çıxış yolunun, pəncərəsinin qarşısını kəsmədiyini nəzərə alaraq, cavabdehin hördüyü hasar iddiaçının sexdəki normal fəaliyyətinə mənfi təsir göstərə bilməz. Cavabdehə aid yaşayış yerinin navalçasından tökülən yağış sularının Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m. torpaq sahəsində (faktiki 48 kv.m.) yerləşən qaynaq sexinə a xmasının cavabdeh tərəfindən qarşısının alınması texniki cəhətdən mümkündür. Cavabdehin evinin damında iddiaçıya tərəf olan bütün hissələrə navalçalar quraşdırılmaqla cavabdehə aid yaşayış yerinin navalçasından tökülən yağış sularının qarşısının alınması mümkündür. Eyni zamanda iddiaçıya məxsus qaynaq sexinin bir enişli damının suyu arxa tərəfə (mübahisəli sahəyə) axmasını nəzərə alaraq, həmin sahəyə də navalçanın quraşdırılması zəruridir. İddiaçının iddia etdiyi sahədə keçid yolunun nəzərdə tutulub-tutulmaması torpaq sahələrini ayıran müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən oluna bilər. 12.223020438264№-li xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüqu qi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən, göstərilən sahə vahid elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar olunmamışdır. Təqdim edilmiş cizgilərdə dəqiq istinadlar, istinad məsafələri qeyd edilməmişdir. Faktiki sahələrin ölçü və konfiqurasiyası ilə cizgidəki ölçü və konfiqurasiya arasında ciddi uyğunsuzluq olduğundan sahənin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Yol tərəfdən 108 mm-lik orta təzyiqli qaz xətti keçir. Bundan əlavə qəsəbədaxili yolun mərkəzindən hasara qədər olan məsafə 9 metr təşkil edir. 13.Bakı Apelliyasiya Məhkəməsinin 2(103)-759/2020-saylı iş üzrə təyin edilmiş xx.xx.2021-ci il tarixli, 10/2245 saylı ekspertiza rəyinə əsasən iddiaçıya məxsus sexin yan divarına bitişik vəz iyyətdə mişar daşından hasarın inşa olduğu müəyyən edilmişdir. Lakin arxa divarından 30-40 sm ara məsafəsi saxlayaraq hasarın quraşdırıldığı və təqribən 0,300,40 m hündürlüyündə qalxdığı müəyyən edilmişdir. İddiaçının istifadəsində olan sexə cavabdehin istifadəsində olan torpaq sahəsi istiqamətindən suyun axdığı müəyyən edilmişdir. İddiaçıya məxsus sexin divarların üzərində (cavabdehin hasarına yaxın hissədə) çatların olduğu və bunların yaranmasına səbəb iddiaçının hasarı ilə iddiaçının sexinin divarı arasında qalan 30-40 sm boş torpaq sahəsinə təbii atmosfer çöküntülərin və axıdılan suların tökülməsi nəticəsində əmələ gəlməsi etimal edilir. Cavabdeh tərəfindən quraşdırılmış hasarın iddiaçıya aid sexə aidiyyəti olmadığı müəyyən edilmişdir. Lakin cavabdehə məxsus yaşayış evinin navalçasında n tökülən təbii atmosfer çöküntüləri axıdılması nəticəsində iddiaçının sexinə axıdılan su (gölməçə)sexdəki normal fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyən edilir. İddiaçının sexi ilə cavabdehin hasarı ilə ara məsafəsi 30-40 sm olduğunu nəzərə alaraq inşa olunmuş hasar Məcəllənin 69.5.2-1-ci maddəsinin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, cavabdeh tərəfindən inşa olunmuş hasar 1,02 m ara məsafəsində inşa olunmalıdır. İddiaçının sexinin və cavabdehin hasar arasında olan boşluğun atmosfer yağıntılarında mühafizə olunması məqsədi ilə həmin hissəyə keçid yolu açılmalı və cavabdehə məxsus yaşayış evinin su novunun istiqaməti dəyişdirilməlidir. 14.Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin (hakim X5) 2(002)-31/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qi smən təmin edilmiş, Cavabdeh məxsus evinin navalçasından tökülən yağış sularının Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m. torpaq sahəsində (faktiki 48 kv.m.) yerləşən qaynaq sexinə axıdılmasının qarşısının cavabdeh tərəfindən alınması, İddiaçı məxsus sex ilə 20 sm məsafədə tikilən tikilinin (hasarın) sökülməsi və Cavabdeh məxsus hasar ilə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m. torpaq sahəsində (faktiki 48 kv.m.) yerləşən qaynaq sexi arasında 1.02 metr ara məsafəsi saxlanılması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. 15.Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfin izahatları və iş üzrə müəyyən edilmiş hər 3 ekspert rəyləri ilə (xx.xx.2021-ci il tarixli 10/3965 №-li ekspert rəyi, xx.xx.2022-ci il tarixl i 10/762 №-li, xx.xx.2022-ci il tarixli 10/4299 №-li ekspert rəyi) cavabdehə məxsus evin navalçasından tökülən sular nəticəsində iddiaçıya məxsus sexə ziyan dəyməsi müəyyən olunur. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4299 №-li ekspert rəyindən göründüyü kimi, ekspert rəyi ilə cavabdehə aid yaşayış yerinin navalçasından tökülən yağış sularının Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m. torpaq sahəsində (faktiki 48 kv.m.) yerləşən qaynaq sexinə axmasının cavabdeh tərəfindən qarşısının alınması texniki cəhətdən mümkün olması müəyyən edilmişdir.) Ekspert rəyləri ilə təsdiq olunur ki, cavabdehin evi relyefcə iddiaçının sexinə nəzərən hündürlükdə olduğundan cavabdehin evinin navalça sından tökülən yağış suları sexə axıdılır və bu isə sexdə çatların və nəmin yaranmasına səbəb olur, bu səbəbdən iddia tələbi cavabdehin evinin navalçasından tökülən yağış sularının sexə axıdılmasının qarşısının cavabdehin hesabına alınması hissəsində təmin edilməlidir. 16.Məhkəmə hesab etmişdir ki, iddiaçının sexi ilə cavabdehin hasarı ilə ara məsafəsi 20 sm olduğunun ekspertiza rəyləri ilə təsdiqini tapdığını nəzərə alaraq inşa olunmuş hasarın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. Bu səbəbdən iş materiallarında olan ekspert rəyləri iddiaçıya məxsus sexin hündürlüyü 3.4 m olduğu təsdiqləndiyindən, cavabdeh tərəfindən inşa olunmuş hasarın 1,02 m ara məsafəsində inşa olunmalı olduğundan iddia tələbi cavabdehə məxsus hasar ilə sexin arasında 1.02 metr ara məsafəsinin saxlanılması və iddiaçıya məxsus sexlə 20 sm ara məsafəsində cavabdeh tərəfindən inşa olunmuş hasarın sökülməsi hissəsində də təmin edilməlidir. 17.Məhkəmə iddia tələbini cavabdehin evi ilə iddiaçının sexi arasındakı məsafəsinə cavabdehin tökdüyü torpağın keçid yolu açılması məqsədilə götürülməsi hissəsində əsassız hesab edərək qeyd etmişdir ki, bu tələb bilavasitə sübutetmə yükü ilə bağlı olmaqla, sübutetmə yükü də məhz iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübutetmək öhdəliyi daşıyır. Lakin iddiaçı tərəfindən qeyd edilən tələblə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. 18.Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1, 80, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 88, 103.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat 19.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-31/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh X6 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 20.Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1.-cı maddəsinə görə bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsində ara məsafəsi saxlanmalıdır. Lakin hazırki iddiada bu maddə tətbiq oluna bilməz. Hazırki evdə ara məsafəsi saxlana bilməz. Çünki qeyd olunan yaşayış evinə və qeyri-yaşayış sahəsinə məlumatlandırma icraatı tətbiq edilməmişdir. Bu barədə icraatın olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Ümumiyyətlə, qeyd olunan maddə tikinti aparılandan sonra bu maddə qeyd olunan Məcəlləyə əlavə edilmişdir. Hesab edir ki, qanunun ağırlaşdırcı hallarda geriyə qüvvəsi yoxdur. Burada vətəndaşın mülkiyyət hüququ pozulduğundan bu qanun təbiq edilə bilməzdir. Birmənalı olaraq tərəflərin tikililəri arasında ara məsafəsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərt əbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Göründüyü kimi, istər cavabdehin evi, istərsə də iddiaçının qeyri-yaşayış sahəsi üçün məlumatlandırma icraatı tələb olunmur. Tələb olunmadığı halda ara məsafəsindən - qeyd olunan ara məsafəsindən söhbə t belə gedə bilməz. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Hazırda mübahisəli hasar cavabdehin mülkiyyətində olan ərazidə yerləşməklə onun sökülməsi cavabdehin hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yəni cavabdehin öz əmlakına istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnun olduğu halda öz mülkiyyətində gördüyü işləri məhkəmə qanunsuz hesab edir. Hasar cavabdehə məxsus ərazidə tikildiyindən cavabdehə məxsusdur. Onun sökü lməsi cavabdehin mülkiyyətinə qəsddir. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Lakin iddiaçı cavabdehə hörmət bəsləmək əvəzinə cavabdehin mülkiyyətində olan ərazinin sökülməsini tələb edir. Ümumiyyətlə, onun tikilisinin cavabehin divara bitişik tikilməsi əsassızdır. Çünki ilk olaraq cavabdehin evi tikilmişdir. Sonra tikinti aparan iddiaçı tikilini hasara birləşdirmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı deyildir. 21.Cavabdeh X3 nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ara məsafəsi ilə bağlı qərarının 9-cu bəndi məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə münasibətdə ara məsafəsinin nə qədər olduğunu müəyyən edilir. Cavabdehdə fərdi yaşayış sahəsi deyil, qeyri-yaşayış sahəsidir. Məhkəmə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1.-cı maddəsinə istinad etmişdir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. Məhkəmə, 2021-ci il tarixli başqa işdə keçirilmiş ekspertizanın rəyinə istinad etmişdir. Məhkəmənin həmin ekspert rəyinə istinad edilməsi əsassızdır. Həmin iş üzrə də iddia rədd edilmişdir. Sexin qanuni tikilib-tikilməməsi müəyyən edilməmişdir. 30 kv.m. torpaq sahəsində qaynaq sexi tikilməli olduğu halda faktiki olaraq 46 kv.m.-dir. Sex hazırda evə birləşmişdir. İddiaçı qaynaq sexini tikən zaman ara məsafəsini saxlamalı idi. Torpaq cavabdehindir, istədiyi zaman ora köçə bilər, sata da bilər. Torpaq sahəsi 2008-ci ildə ayrılıb. İddiaçı tərəf 30 kv.m. torpaq sahəsində sex tikilməli olduğu halda faktiki olaraq 46 kv.m.-dir. İddiaçının sexinin divarlarına heçnə birləşdirilməyib. Pəncələrinin qarşısı da kəsilməmişdir. İddiaçı sexi tikəndə ara məsafəni nəzərə almayıb. Qrunt suyu ilə bağlı maneələr də aradan qaldırılmışdır. Hasar ev tikildikdən əvvəl-2017-ci ildə tikilmişdir. Pəncərənin qarşısı kəsilməmişdir. Onlar iddiaçının sexinə heç nə birləşdirməmişdir. 22.İddiaçı a pellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. 23.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2484/2023 nömrəli, 08 may 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-31/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən – “İddiaçı məxsus sex ilə 20 sm məsafədə tikilən tikilinin (hasar) sökülməsi və Cavabdeh məxsus hasar ilə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m torpaq sahəsində (faktiki 48 kv.m.) yerləşən qaynaq sexi arasında 1.02 metr ara məsafəsi saxlanılması” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmişdir. 24.Məhkəmə kollegiyası iddiaçının Cavabdeh m əxsus evinin navalçasından tökülən yağış sularının Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində 30 kv.m. torpaq sahəsində (faktiki 48 kv.m.) yerləşən qaynaq sexinə axıdılmasının qarşısının cavabdeh tərəfindən alınması tələbinin təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı məhkəmə tikinti-texniki və təkrar məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmişdir. 25.Kollegiya bildirmişdir ki, ekspert rəyləri ilə müəyyən olunur ki, cavabdehə məxsus hasar iddiaçıya məxsus qaynaq sexin arxa divarından 0.2 metr aralıda 0.5 metr hündürlükdə hörülmüşdür. Cavabdehə aid yaşayış yerinin navalçasından tökülən suların qarşısının alınması mümkündür. 26.Məhkəmə kollegiyası qeyd etmiş dir ki, xx.xx.2021-ci il tarixli 10/2245 saylı ekspert rəyi başqa iş üzrə əldə edilmiş rəydir və işə baxan məhkəmə tərəfindən hazırki iş üzrə 2022-ci il tarixdə iki dəfə ekspertiza təyin edilmiş və hazırki iş üzrə verilən ekspert rəyləri üst-üstə düşür. 27.Kollegiya öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 157.4, 170.1, 170.2-ci maddələrinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4, 69.5, 69.6, 73.1, 73.2, 73.3, 73.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. a)Kassasiya şikayətinin dəlilləri: 28.Qətnamədən iddiaçı (vəkili Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, rəy verilərkən cavabdeh plastik lövhələrdən ibarət hasarı quraşdırmamışdı. Ekspertiza keçirildikdən sonra mişar daşından hördüyü hasarın hündürlüyünü artırıb 0,5 metrə çatdırdı, üzərində plastik lövhələrdən hasar quraşdırdı, iddianın təmini tədbiri haqqında məhkəmənin qərardadına məhəl qoymadı. 0,5 metr hündürlükdə mişar daşından hasarın hörüldüyü və həmin hasarın üzərində plastik lövhələr quraşdırıldığı, sexlə cavabdehin hasarı arasında 20 sm enində 50 sm dərinlikdə sahənin mövcud olduğu 24 noyabr 2021-ci il tarixli 10/4299 nömrəli rəy ilə müəyyən edilmişdir. Ekspert həmin rəydə cavabdehin hördüyü hasarın sexinin pəncərəsinin qarşısını kəsmədiyini göstərir. Lakin ekspert bilə bilə yalan rəy vermişdir. Belə ki, cababdehin hasarı sexinin pən cərələrinin qarşısını kəsmişdir. Ekspertin əməlində CM-nin 297-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. 30.Kassator qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli, 10/762 №-li rəydə göstərilir ki, cavabdeh tərəfindən ona məxsus qaynaq sexinin arxa divarından 0,2 metr aralıda 0,5 metr hündürlükdə mişar daşından hasar hörülmüş və həmin hasarın üzərində plastik lövhələr quraşdırılmışdır. Şəhərsalma və Tikinti Məcəlləsinin73-cü maddəsinin tələblərinə əsasən hasarın hündürlüyü 2,2 metr müəyyən olunduğundan cavabdeh tərəfindən inşa edilmiş hasarın hündürlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Qaynaq sexi ilə cavabdehin hasarı arasında 0,2 metr enində 0,5 metr dərinlikdə sahə mövcuddur. Cavabdeh sərhəd hasarını inşa edərək öz istifadəsind ə qalmış sahəni torpaq tökməklə doldurmuşdur. Faktiki vəziyyətdə cavabdehin həyəti relyef baxımından yuxarıda iddiaçının sexi isə aşağıda yerləşir. Cavabdehin inşa etdiyi hasarın hündürlüyü 3,5 metri ötüb. Ekspert hasarın hündürlüyünü 2,2 metr göstərməklə bilə-bilə yalan rəy vermişdir. Ekspertin əməlində CM-nin 297-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. 24 noyabr 2022-ci il tarixli 10/4299 nömrəli rəydə göstərilir ki, mənə məxsus sexin arxa divarından 20 sm aralıda 0,5 metr hündürlükdə mişar daşından hasar hörülmüş və həmin hasarın üzərində plastik lövhələr quraşdırılmışdır. Qaynaq sexi ilə cavabdehin hasarı arasında olan 0,2 metr enində 0,5 metr dərinlikdə sahə mövcuddur. Hasarın hündürlüyü 2,2 metr müəyyən olunduğundan cavabdeh tərəfindən inşa edilmiş hasarın hündürlüyü Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Cavabdehin tikdiyi hasarın hündürlüyü 3,5 metri ötdüyü halda ekspert hasarın hündürlüyünü 2,2 metr göstərməklə bilə-bilə yalan rəy vermişdir. Bu rəylə sübuta yetir ki, seximlə cavabdehin hasarı arasında 0,2 metr enində 0,5 metr dərinlikdə sahə mövcuddur. Dərinliyin yaranmasının səbəbi cavabdehin torpaq tökərək həyətyanı sahəsinin səviyyəsini qaldırmasıdır. Ekspert rəylərindən göründüyü kimi cavabdeh səviyyəsini qaldırdığı torpaq sahəsinin üzərində 0,5 metr hündürlükdə daş hasar inşa etmiş, sonra da həmin bünövrənin üzərində 2,2 metr hündürlüyündə plastik lövhələrdən hasar quraşdırmışdır. Ümumilikdə hesabladıqda sexin arxasındakı torpağın səthindən plastik lövhələrdən quraşdırılmış hasarın yuxarı hissəsinin sonu na qədər məsafə 3.5 metri ötmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 31.Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 32.Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 33.Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətin ə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 34.Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 35.Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 36.Maddə 560.2.Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi. 37.Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. 38.Maddə 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. 39.Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.

40. Maddə 69.5.2-1. Bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi ölçüsündə müəyyən olunur. 41.Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 42.Maddə 74.2 Bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. 43.Maddə 76.3 Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 saylı qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”. 44.5-ci bənd: Ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədlər i çərçivəsində olmalıdır. 45.6-cı bənd: Ara məsafələri bir-birinin üzərinə düşə bilməz. Bu hal bir-birinə 75 dərəcədən böyük bucaq altında yerləşən binaların xarici divarları qarşısındakı ara məsafələrə şamil edilmir. 46.9-cu bənd. Ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur. Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsi. 47.Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 48.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 49.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 50.Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 51.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 52.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 53.Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 54.Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir 55.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 56.Maddə 217.3. Qətnamə iş üzrə m üəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 57.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 58.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 59.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol veril məsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 60.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 61.Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 62.Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilsədə, dəilləri yalnız iddianın təmin olunmayan hissəsinə yönəlmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin aktı iddianın təmin olunmayan hissəsi üzrə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 63.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün ə sas yoxdur. 64.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər iki tərəfin, o cümlədən iddiaçının dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. 65.Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022ci il tarixli ekspert rəyində müəyyən olunduğu kimi cavabdeh istifadəsində olan torpaq sahəsində tikdiyi hasar iddiaçının giriş-çıxış yolunu, pəncəsinin qarşısını kəsmir. Bu baxımdan cavabdehin hördüyü hasar iddiaçının sexdəki normal fəaliyyətinə mənfi təsir göstərə bilməz. Azərbaycan Respublikası Şəhərsalama və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələbələrinə əsasən hasarın hündurlüyü 2.2 metr müəyyən olunduğundan, inşa edilmiş tikili Şəhərsalama və Tikinti Məcəlləsinin tələblə rinə uyğun həyata keçirilmişdir.

66. Həmçinin, cavabdeh kassasiya şikayətində iş üzrə keçirilmiş ekspertizanın rəyinin əsassız olmasını bildirsə də, bu mövqeyini əsaslandırmamışdır. 67.Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən iş üzrə keçirilmiş ekspert rəyinə istinad etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir. 68.Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşa raq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. 69.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 may 2023-cü il tarixli, 2(103)-2484/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qəra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar