Məhkəmə qərarları › İş №2(102)-4035/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4035/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4035/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin (likvid qiymət) müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh2, digər cavabdeh X1 hüquqi varisi X2 iştirtakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyası nın 2(103)-2734/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı BOKT ASC ilə (bundan sonra iddiaçı və ya ASC) Cavabdeh2 arasında bağlanmış 29.08.2017-ci il tarixli, 2017/00501-01 saylı kredit müqaviləsinə əsasən borc alana dövriyyə vəsaitinin artırılması məqsədi ilə 60 ay müddətinə illik 24 faiz hesablanmaq şərti ilə 12000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 29.08.2017-ci il tarixli, 2017/00501-01 İP nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyanın mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 32 saylı mənz il (bundan sonra – mübahisəli mənzil) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə DƏDRX tərəfindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 29.08.2017-ci il tarixli, 2017/00501-01 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh2 İddiaçının xeyrinə 29.05.2019-cu il tarixə yaranmış 10717,69 ABŞ dolları əsas, 525,63 ABŞ dolları faiz borcu, 3276 A BŞ dolları dəbbə pulu olmaqla, cəmi 14519,32 ABŞ dolları borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin mübahisəli mənzilə yönəldilərək açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddia tələbinin ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Cavabdeh2 tərəfindən ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Bunlara baxmayaraq iddiaçı cavabdehə dəfələrlə müraciə t edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh2 29.08.2017-ci il tarixli, 2017/00501-01 saylı kredit müqaviləsi üzrə 29.05.2019-cu il tarixə 10717,69 ABŞ dolları əsas, 525,63 ABŞ dolları faiz borcu, 3276 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 14519,32 ABŞ dolları təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) e-2(011)-4182/2019 saylı 30 may 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 29.08.2017-ci il tarixli, 2017/00501-01 saylı kredit müqaviləsinə xitam verilmiş, Cavabdeh2 29.08.2017-ci il tarixli, 2017/00501-01 saylı kredit müqaviləsi üzrə 29.05.2019-cu il tarixə yaranmış 10717,69 ABŞ dolları əsas, 525,63 ABŞ dolları faiz borcu, 276 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 11519,32 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 24 manat hissəsinin iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan mübahisəli mənzilə yönəldilməsi və mənzilin ilkin satış qiymətinin 74000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə mənzil açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh1 əşyaları ilə birlikdə həmin mənzild ən çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə onun iddiaçının təqdim etdiyi maliyyə arayışında göstərilən məbləğlərdə borcu yaranmışdır. Məhkəmə əsas və faiz borcunu maliyyə arayışına əsasən iddiaçının tələb etdiyi kimi təmin etmiş, Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək tələb edilən 3276 ABŞ dəbbə pulunu azaldaraq 276 ABŞ dolları müəyyən etmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 29.08.2017-ci il tarixli, 2017/00501-01 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Ona g örə də, iddia tələbi müqavilənin ləğvi hissəsində də təmin edilməlidir. Məhkəmə ipoteka predmetinə tutumanın yönəldilməsi hissədə də tələbi əsaslı hesab etmiş, ipoteka predmetinin ilkin satış qiymətini ipoteka müqaviləsində əks olunmuş məbləğdə, yəni 74000 manat müəyyən etmişdir. Qətnamədən cavabdeh Nəbiyev X4 və digər cavabdeh X1 hüquqi varisi X6 birgə apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya baxışı zamanı tərəflər arasında kredit müqaviləsi üzrə borcun məbləği və ipoteka predmetinin satış qiyməti ilə bağlı mübahisə yarandığından məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizalarının keçirilməsi qərara alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/1783 saylı 15.07.2020-ci il tarixli rəy ilə müəyyən olunmuşdur ki, iş mate riallarında olan hesabdan çıxarış məlumatları, 2017/00501-01 saylı 29.08.2017-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla, cavabdehin 29.05.2019-cu il tarixə banka olan əsas və faiz borcu cəmi 11300,03 ABŞ dolları, o cümlədən əsas borc üzrə 10942,18 ABŞ dolları, faiz borcu üzrə 357,84 ABŞ dolları təşkil edir. Apellyasiya şikayətinin digər - ipoteka predmetinin satış qiyməti ilə bağlı dəlili yoxlanılarkən "xxxx" MMC-nin təqdim etdiyi G-09/20-212 saylı 23 sentyabr 2020-ci il tarixli hesabatına əsasən ipoteka predmeti olan mənzilin 23 sentyabr 2020-ci il tarixinə olan bazar qiymətinin 90000, likvid dəyərinin isə 84000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov, Elmira Nağıyeva) 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdehdən tutulmalı olan faiz borcunun məbləği və borcun ipoteka predmetinə yönəldilməsi” hissəsində dəyişdirilmiş, faiz borcunun məbləği 357,84 ABŞ dolları məbləğində müəyyən edilmiş, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 84000 manat müəyyən edilmiş, qətnamə 10717,69 ABŞ dolları məbləğində əsas borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin olunmuş hissəsi üzrə əsas və faiz borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün müqavilədən yaranan əsas və faiz borcu cavabdehdən tutulmalı, tutma ipoteka predmeti olan əmlaka yönəldilməlidir Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə görə işə iddiaçının verdiyi iddia tələbləri həddində baxılmalı olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçının tələbi əsas borcla bağlı 10717,69 ABŞ dolları məbləğində olduğundan və bu borcun mövcudluğu ekspert rəyi ilə də təsdiq olunduğundan birinci instansiya məhkəməsinin qətnaməsi həmin əsas borcun cavabdehdən tutulması hiss əsində qanuni və əsaslı olmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdehin 29.05.2019-cu il tarixə banka olan faiz borcunun məbləği 357,84 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, qətnamə cavabdehdən 525,63 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilərək, həmin faizin məbləği ekspert rəyinə uyğun olaraq 357,84 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi hissədə qətnaməni dəyişdirərək təqdim edilmiş müətəxəssis rəyinə əsasən ipoteka predmetinin açıq hərracdan ilkin satış qiymətini 84000 manat müəyyən etmişdir. Cavabdeh2 (vəkil X3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini qəbul edilməsini xahiş etmi şdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə onun iştirakını təmin etmədiyinə görə təkrar ekspertiza keçirilməsi barədə vəsatət verə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri əsassızıdır. Şikayətdə maddi və prosessual hüquq normalarının pozulması əsaslandırılmamışdır. Ona görə də şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 və digər cavabdeh X1 hüquqi varisi X6 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassa siya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasi ya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissədə yoxlamışdır. Kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilmədiyini qeyd etmiş, lakin təkrar ekspertizanın keçirilməsinin zəruriliyini əsaslandırmamış, iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Belə ki, MPM-nin 102.2-ci maddəsinə görə, məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Digər tərəfdən cavabdeh məhkəmə iclasında iştirakının təmin edilmədini, ona görə də təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verə bilmədiyini göstərmişdir. Lakin işə əlavə edilmiş poçt xəbərnamələrindən və “SMS” məlumatlandırmalardan görünür ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə həm məhkəmə bildirişi ilə, həm də mobil nömrəsi vasitəsi ilə məlumatlandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxl anılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2734/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar