Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4036/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı1, vəkili Vnun, Cavabdeh nümayəndəsi X3 və vəkili X16 qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Tağıyev) xx.xx.2019-cu il tarixli, xx x nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “kredit müqaviləsinin qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İddiaçı2, A.Hüseynov, A.İmanov) xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, xxx saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, 3-cü şəxslər X2, X8 və X1 qarşı “kredit müqaviləsinin qismən etibarsız hesab edilməsi” təl əbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 32 saylı Notariat Kontorunda 3M-180 nömrəli reyestrlə bağlanmış xx.xx.2012-ci il tarixli borc müqaviləsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı1 və vəkili V kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə araşdırması zamanı Y kredit müqaviləsi üzrə cavabdehdən alınmış 19.000 manatın məhz özü tərəfindən götürüldüyünü təsdiq etmişdir. İddiaçının Cavabdeh şikayətçi olmamağının səbəbkarı Y olmuşdur. Sonuncu bildirmişdir ki, kredit müqaviləsi üzrə pulu artıq Ra ödəmişdir və R kredit müqaviləsinin ləğvi ilə bağlı notariusa müraciət edəcəkdir. Y Rəhim və ondan xahiş etmişdir ki, Rdan şikayətçi olmasınlar. Məhkəmə isə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçılar 50.000 manat məbləğində borcun qaytarılmasını sübut edə bilməmişlər. Eləcə də Cavabdeh pulunu tam şəkildə geri almasına baxmayaraq, kredit müqaviləsini ləğv etdirmədiyinə görə barəsində gedən cinayət işində Rəhim Əliyev də prokurorluğa şikayət etmiş, lakin Y ondan və Rəhimdən xahiş edərək onları inandırmışdır ki, R yaxın vaxtlarda kredit müqaviləsini ləğv etdirib mənzilin ipotekasına xitam verdirəcəkdir. Məhz həmin xahişlərin nəticəsində onlar şikayətlərini geri götürmüşlər. Sonra isə başa düşmüşlər ki, Cavabdeh onları aldatmışdır. Apelyasiya kollegiyası da maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı2, Cavabdeh və 3-cü şəxslər X6, X10 və X4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştir ak edən Cavabdeh nümayəndəsi X9 və vəkili X16 qızı kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçılar cavabdehə olan borcun qaytarılmasını iddia etdiklərindən, bunu sübutetmə yükünü daşıyırlar, lakin onlar bu halı əsaslandıra, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut (ödənişlər barədə qəbz və pulun ödənilməsini təsdiq edən hər hansı sübut) təqdim edə bilməmişlər. Apelyasiya şikayətinin dəlilləri əsassızdır, şikayət müəllifi İddiaçı1 göstərdiyi halları təsdiq edəcək heç bir sübut təqdim etməmiş, tələbini əsaslandırmamışdır. Apelyasiya şikayətində iddiaçı iddia ərizəsində göstərilənləri qeyd etmiş, hər hansı konkret dəlillərə istinad etməmiş, ümumi sözlərlə fikrini ifadə etmiş, tələbinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir halı göstərməmişdir. Apelyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır. Apelyasiya kollegiyası apelyasiya şikayətinin digər, yəni iddia ərizəsində söhbət kredit müqaviləsinin ləğvindən yox, etibarsızlığından getməsinə, bununla da iddiaçıların əslində niyyətlərinin kredit müqa viləsinin etibarsız hesab edilməsinə nail olmaq barədə dəlillərinə də qiymət verərək qeyd etmişdir ki, əvvəla, iddiaçılar xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 50.000 manat yox, 25.000 manat borc verildiyini də sübut edə bilməmişlər (bununla bağlı hər hansı sübut təqdim olunmamışdır). Digər tərəfdən isə işin araşdırılan hallarından görünür ki, kredit müqaviləsi ilə bağlı tərəflər arasında artıq 2013cü ildə məhkəmə mübahisəsi olmuş və icra sənədinə əsasən 50.000 manatın tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə icra sənədi verilmişdir. Belə ki, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi icra sənədlərindən görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli xxx saylı icra sənədinə əsasən borclu İddiaçı1 tələbkar Cavabdeh olan 50.000 manat borcu və 30 manat dövlət rüsumunun ipoteka ilə yüklü edilmiş İddiaçı2 məxsus Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsi 13 b saylı evin 111 saylı mənzilinin açıq hərrac vasitəsilə satılmasından əldə edilmiş vəsait hesabına ödənilməsi, həmin mənzil satıldıqdan sonra İddiaçı1, İddiaçı2, X15, X5, X11, X7 və onların azyaşlı uşaqlarının həmin mənzildən çıxarılması qət edilmişdir. İcra sənədi xx.xx.2014-cü il tarixli «İcraata başlamaq haqqında» qərarla icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Apelyasiya kollegiya hesab etmişdir ki, iddianın dəlillərindən asılı olmayaraq, əqdin etibarsızlığı ilə bağlı hazırki iddianın qaldırıldığı vaxta artıq iddiaçı üçün məhkəmə müdafiəsi hüququ mövcud olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məc əllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə isə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci h alda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Göründüyü kimi, həm əhəmiyyətsiz, həm də mübahisə edilən (etibarsız) əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən, mübahisə edilən (etibarsız) əqdlərdə isə iddiaçının həmin halları bildiyi və ya bilməli olduğu gündən başlayır. Hazırkı işd ən isə aşkar şəkildə görünür ki, İddiaçı1 mübahisələndirdiyi kredit müqaviləsini özü şəxsən imzalamış və həmin müqavilə notariat qaydada təsdiq olunmuşdur. Həmin müqavilənin icrasına isə artıq Cavabdeh müqavilə üzrə pul tələbinə dair iddia qaldırdığı vaxtdan başlanmışdır. Buna baxmayaraq iddiaçılar həmin əqdi 1 il müddətində mübahisələndirməmiş, bununla da məhkəmə müdafiə hüququnu itirmişlər. Yəni, hər iki halda (əqdin mübahisə edilən və ya əhəmiyyətsiz olmasından asılı olmayaraq) məhkəmə müdafiəsi ilə bağlı müddət buraxılmışdır. Beləliklə, əqdin etibarsızlığı ilə bağlı da iddianın və apelyasiya şikayətinin dəlilləri əsassızdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının kas asiya şikayətinin dəlilləri də apelyasiya şikayətində olduğu kimi, iddia tələbində göstərilənlərlə əsaslandırılmışdır. Hazırki halda da kasasiya şikayətinin dəlilləri formal xarakter daşımaqdadır. Bu hal apelyasiya baxışı zamanı da müəyyən edilmiş, apelyasiya kollegiyası bununla bağlı hüquqi mövqeyini düzgün əsaslandırmışdır. İddiaçı isə iddia tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi hal müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəf lərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki,kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4036/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4036/2020
11.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver