Məhkəmə qərarları › İş №2(102)-4036/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4036/2023

14.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4036/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi 14.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3323/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünv anında (Xəzər ray, Qala kəndi, Xaşa-xuna bağları) yerləşən bağ evi iddiaçının anası X1 məxsus olmuşdur.

2. X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.

3. Tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 24 iyun 2022-ci il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, cavabdeh iddiaçını təbii qazla təmin etməyi, iddiaçı isə cavabdeh tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə bağlandıqdan sonra cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsinin aşkar edilməsi barədə aktlar tərtib edilmişdir.

4. Azəriqaz İB tərəfindən tərtib edilmiş aktlara və abonent saldosuna əsasən, 2019cu ilin dekabr ayından 2022-ci ilin iyun ayın adək hər ay akt tərtib edilmiş və fərqli məbləğlər olmaqla ümumilikdə 10359,36 manat məbləğində borc yazılmış, iyun ayında 4 manat ödəniş edilməsi nəzərə alınmaqla hazırda 10355,36 manat məbləğində borcu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən abonent hesabına (abonent kodu **********00041) aktlar əsasında hesablanmış ümumilikdə 10355,36 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bağ evində daimi yaşayış olmamışdır. Yaşayış olan dövrlərdə isə anası yaşamış və anası xx.xx.2020-ci il tarixdə ölmüşdür. Həmin ünvanda sayğac quraşdırılanadək, yəni xx.xx.2022-ci il tarixədək heç vaxt qazdan istifadə edilməmişdir. Həmin bağ evi ilə bağlı sənədləşdirmə işlərini aparmağa başlamış, o cümlədən sayğac olmadığından sayğacın quraşdırılması üçün Cavabdeh İB-nin əsas filialına müraciət etmişdir. Bu zaman ona bildirilmişdir ki, ünvanla bağlı 10.000 manatdan çox məbləğdə borc var və həmin borc ödənilməlidir. Bundan sonra həmin borcun yazılmasına əsas olmuş aktları tələb etmişdir. Ona təqdim edilmiş aktlara əsasən ünvanda uzun müddətdir ki, qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə edilmiş və buna görə də borclar yazılmışdır. Həmin aktlara əlavə edilmiş fotoşəkillərdə olan xətti araşdıranda ona məlum olmuşdur ki, həmin xətt yolun digər hissəsində yerləşən qonşu evə gedir. Belə ki, həmin xəttin keçən istiqamətində yolun asfalt hissəsində də müvafiq izlər var dır. Bununla bağlı, həmin qonşu ona bildirmişdir ki, bu xəttə görə ona da cərimələr yazılmışdır. Qeyd etdiyi məsələlərlə bağlı Cavabdeh İB-yə bildirmişdir. Buna baxmayaraq, oradan şifahi qaydada bildirilmişdir ki, sayğacın quraşdırılması mümkün olacaq, lakin həmin borclar onun adına yazılacaq. Bundan başqa, qanunvericiliyin tələblərinə əsasən əgər belə xətt aşkar edilmiş olsaydı, həmin xətt ləğv olunmalı idi. Lakin belə bir hal olmadığı halda qanunsuz əmələ yol verilərək 4 il ərzində ona aid olmayan bir xəttin bir dəfə çəkilmiş fotoşəkilinə əsasən hər ay akt tərtib edilərək həmin aktlara əlavə edilmişdir. Həmin şəkillərə nəzər yetiriləndə bir dəfə çəkilmiş fotoşəkillər olması müəyyən olunur.

7. Məhkəməyə təqdim edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu i l tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlara əsasən, a bonent X2 qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etmişdir. Odur ki, kənar xəttin kəsilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur.

8. Məhkəmə tərəfindən ünvana yerində baxış keçirilmişdir.

9. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq həmin ünvana 2022-ci ilin aprel ayında köçdüyünü, həmin dövrdə qaz sayğacı olmadığı üçün may və iyun aylarında sayğacdan kənar qazdan istifadə etdiyini, odur ki, ******* saylı akt üzrə 362,88 manat və ******* saylı akt üzrə 362,88 manat qazdan istifadə etdiyini qeyd etmişdir.

10. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(003)-196/23 saylı (hakim Emin Məmmədli) qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvana aid qaz sayğacına (abonent kodu: **********00041 olan) h esablanmış 9629,6 manat məbləğində borcun silinməsi və ödənilməli olan 116,29 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı qaz sayğacına müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Məhkəmə qeyd etmişdir ki, ziyanın hesablanmasına əsas olmuş aktlar iş materiallarında olsa da, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş və qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktların bir nüsxəsi abonentə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda, iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyinə şübhə doğurur.

12. Məhkəmə onu da qeyd etmişdir ki, tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilə rkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir.

13. Eyni zamanda Yaqut İsmayılova xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi, qeyd edilən xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx. 2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı akt(lar) Cavabdeh İB tərəfindən tərtib edilən zaman ölmüş şəxs barəsində tərtib edilməklə, heç bir normativ hüquqi akta əsaslanmadığından, qanuna zidd şəkildə tərtib edilmişdir.

14. Cavabdeh İB tərəfindən Yaqut İsmayılovaya təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib olunmuş, həmin aktlarda Yaqut İsmayılovanın aktları imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Bununla həmçinin müəyyən olunur ki, cavabdeh qurum tərəfindən tərtib edilmiş aktlar tamamilə formal xarakterli olmaqla, abonentdən zərərin tutulması üçün əsas kimi qəbul edilə bilməz.

15. Məhkəmə iddiaçı tər əfindən 2022-ci ilin may və iyun aylarında iki dəfə sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etməsini, onun sayğaca qanunsuz qoşulma kimi iddiaçının qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən hal kimi qəbul etməklə hesab etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə verdiyi izahatında 2022-ci ilin may və iyun aylarında iki dəfə sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etdiyini bildirdiyindən, məhkəmə 2022-ci ilin may ayında akt əsasında hesablanmış 362,88 manat, 2022-ci ilin iyun ayında akt əsasında hesablanmış 362,88 manat borcun, ümumilikdə 725,76 manat borcun silinməsi hissəsində cavabdehi bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların cavabdeh tərəfindən sübut edilməsi zərurəti aradan qalxmı şdır. Buna görə də, iddia tələbi qismən təmin edilməklə iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00041 olan) hesablanmış 9629,6 (10355,36 – 725,76) manat məbləğində borcun silinməsi və iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

16. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 1.3, 1.4, 2.5, 2.12, 3.1.7, 3.4, 3.1.4, 3.4.4, 6.5, 6.6, və 6.7-ci bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 11.6-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir.

18. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir. Abonentin həmin aktlara imza etməkdən imtinası bu aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, cavabdehin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. İddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – S.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) 2(103)-3323/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə mü nasibətdə qeyd etmişdir ki, məhkəmə tərəfindən ünvana yerində baxış keçirilərkən orada 2 yataq otağı və bir mətbəxdən ibarət evin olması, otaqlardan birinin yaşayış üçün yararlı, digərinin isə yararsız olmaqla istifadə edilməməsi, həmin evin çöl hissədə qarşısında kənar xətdən istifadə izlərinin mövcud olması müəyyən edilmişdir. Lakin həmin izlərin mövcud olması, aktlarda göstərilən tarixlərdə müdaxilənin edilməsi kimi qəbul edilə bilməz. Əvvəla, tərtib edilmiş aktların 2021-ci ilin yanvar ayından başlayaraq 2022-ci ilin iyun ayınadək olan hissəsi ölmüş şəxsin, yəni iddiaçının anasının adına tərtib edilməklə onun imzalamaqdan imtina etməsi qeyd edilmişdir. Halbuki, həmin tarixlərdə iddiaçının anası artıq ölmüşdür. Ölmüş şəxsin aktı imzalamaqdan imtina etməsi əsası göstərilməklə aktların 1 ildən artıq müddətə bu formada tərtib edilməsinin özü belə həmin aktların formal əsaslar əsasında hər hansı baxış keçirilmədən tərtib edildiyini göstərir. Həmin dövrlərdə orada daimi yaşayışın olmaması halı da istisna edilmir. Hansı ki, iddiaçı da bununla bağlı iddiasında və məhkəmə iclaslarında bildirmişdir. Həmçinin, aktlara əlavə edilmiş fotoşəkillərin bir çoxları eynilik təşkil edir.

21. Məhkəmə kollegiyaı eyni zamanda qeyd etmişdir ki, qeyd edilən müddət ərzində hər dəfə akt tərtib edilməsi də həmin aktların formal tərtib edilməsini istisna etməməklə mötəbərliyini şübhə altına alır və aktlar əsasında hesablanmış zərərin də real olmadığı qənaətinə gəlinməsinə əsas verən hal kimi qiymətləndirilməsinə əsas ola bilər.

22. Apellyasiya şikayətinin ekspertizanın təyin edilməsi barədə dəlil inə münasibətdə isə kollegiya qeyd etmişdir ki, ekspertiza təyin olunmasına zərurət yoxdur. Belə ki, həmin evin yoldan qarşısında müdaxilə izləri olduğu yerində baxış zamanı da məhkəmə tərəfindən görülüb. Bu da iddiaçının özünün sayğac quraşdırılması üçün müraciətindən quraşdırılana kimi etdiyi 2 aya görə, yəni may və iyun 2022-ci il tarixlərdə olan qoşulma ilə bağlı iz olmaqla ekspertizanın bu halı yenidən müəyyən etməsi lüzumsuz və işin baxılması müddətinin uzadılmasına dəlalət edə bilər.

23. Həmçinin şəxsin özünün hər hansı vaxtda qaza qoşulma etməsinin bildirilməsi onun ziyanına şərh edilə bilməz. Belə ki, müdaxilənin olması və həmin müdaxiləyə görə aktların qanuni tərtib edilməsi, onların nüsxələrinin abonentlərə verilməsi, qazla işləyən cihazların düzgün göstərilməsi, aktda qeyd edil ən halların doğruluğunu sübut etmək vəzifəsi onu edən orqanın üzərinə düşür. Yuxarıda aktların tərtib edilməsi zamanı göstərilən nöqsanlar mövcud olduğu və aradan qaldırılmadığı halda iddiaçının abonent hesabında həmin aktlar üzrə hesablanmış zərərin saxlanılması və tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Aktların hər birinə görə kəsim aktları da tərtib edilməklə xəttin kəsilməsi və qaynaqla bağlanması qeyd edilsə də, həmin aktların da formal olaraq tərtib edilməsi halı istisna edilmir. Belə ki, həmin aktlar 2 ildən çox müddətə tərtib edilsə də, qanunsuz olaraq qaz xəttinə qoşulmaya görə bir dəfə belə olsun cavabdeh qurum tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilməmişdir.

24. Apellyasiya instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qət naməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Şikayət, apelyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, Mülki Məcəllənin 21.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.2 və 6.5-ci bəndinə istinad edilərək qeyd edilmişdir ki, məhkəmə mülki işi təqdim edilmiş sübut və ya sübutlar əsasında araşdırmaq əvəzinə sübutsuz və ya sübut təqdim edilməsini lüzum bilmədən qətnamə qəbul etmişdir. Halbuki təqdim edilən saldo və aktlardan iddiaçının təbii qazı talamış olduğu açıq aydın bəlli olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bi lər. “Qaz təchizatı haqqında” Qanun

32. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 33. 4.2-ci bəndi. Qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 34. 4.6-cı bəndi. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 35. 4.7-ci bəndi. Sayğacların üzər ində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 36. 4.9-cu bəndi. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 37. 6.5-ci bəndi. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 38. 13.8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir ( göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları 39. 5.1-ci bənd. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfin dən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 97.1: İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

44. Maddə 407.2: Kassasiya şikayətində işin hallar ının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı mübahisə abonentin cavabdehə məxsus ümumi qazpaylayıcı qaz xəttinə ayrı-ayrı vaxtlarda qanunsuz qoşulmaqla təbii qazdan sayğacdan kənar istifadə edib-etməməsinin müəyyən edilməsi ilə bağlıdır.

51. İşə baxmış məhkəmələr təbii qazdan sayğacdan kənar istifadə olunmasına dair işin mübahisələndirilən halı üzrə araşdırma apararaq qeyd etmişdir ki, tərtib edilmiş aktların 2021-ci ilin yanvar ayından başlayaraq 2022-ci ilin iyun ayınadək olan hissəsi ölmüş şəxsin, yəni iddiaçının anasının adına tərtib edilməklə onun imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Halbuki, həmin tarixlərdə iddiaçının anası artıq ölmüşdür. Ölmüş şəxsin aktı imzalamaqdan imtina etməsi əsası göstərilməklə aktların 1 ildən artıq müddətə bu formada tərtib edilməsinin özü belə həmin aktların formal əsaslar əsasında hər hansı baxış keçirilmədən tərtib edilməsini göstərir. Həmin dövrlərdə orada daimi yaşayışın olmaması halı da istisna edilmir. Hansı ki, iddiaçı da bununla bağlı iddiasında və məhkəmə iclaslarında bildirmişdir.

52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclar ının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

53. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcı sı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (qaydaların 6.5, 6.6, 6.7-ci bəndləri). 54. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 9-cu bəndlərinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

55. Qazdan istifadəni tənzimləyən bu qanunvericilik normaları qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylay ıcısının qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmasını, dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməsini, qazın verilməsinin dayandırılması və bərpa edilməsinin hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməsi və aktın bir nüsxəsinin istehlakçıya təqdim edilməsini tələb edir.

56. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, aktların hər birinə görə kəsim aktları da tərtib edilməklə xəttin kəsilməsi və qaynaqla bağlanması qeyd edilsə də, həmin aktların da formal olaraq tərtib edilməsi halı istisna edilmir. Belə ki, həmin aktlar 2 ildən çox müddətə tərtib edilsə də, qanunsuz olaraq qaz xəttinə qoşulmaya görə bir dəfə belə olsun cavabdeh qurum tərəfindən hüquq müha fizə orqanlarına müraciət edilməmişdir.

57. İşə baxan məhkəmələr tərəfindən həmçinin müəyyən edilmişdir ki, cavabdeh Birliyin əməkdaşlarının iddiaçıya məxsus yaşayış sahəsində quraşdırılmış qaz xətlərinə və qaz sayğacına baxış keçirən zaman aşkar edilmiş faktlarla əlaqədar tərtib etdikləri aktlar qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilməmişdir. Buna görə də aktlarda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun cavabdeh tərəfindən məhkəmələrə təqdim edilməməsi aktın etibarlı hesab edilməsini və aktlarda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir.

58. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Həmin nəticə qazdan istifadə üzrə münasibətləri tənzimləyə n “Qaz təchizatı haqqında” haqqında Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müddəalarına uyğundur.

59. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu ma ddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3323/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar