Məhkəmə qərarları › İş №2(102)-4039/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4039/2024

12.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4039/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4039/2024 (Açar sözlər: payların naturada bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-197/2024 nömrəli, 06 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3190/2020 nömrəli, 06 mart 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-480/2020 nömrəli, 17 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilk və qarşılıqlı iddia qismən təmin edilmiş, mərhum X11 miras qalmış, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 83 nömrəli evdə yerləşən 4 nömrəli mənzilə İddiaçı 1/4 hissədə, X6 1/4 hissədə, Cavabdeh 1/4 hissədə, X7 1/4 hissədə vərəsəlik hüquqları tanınmış və payları müəyyən edilmiş, onlara həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi Bakı şə həri 12 saylı notariat ofisinə həvalə edilmişdir.

2. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-1201/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçılar İddiaçı, X14, X16, X12, X13, Hacıyeva (Qasımova) Zenfira Hüseyn qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3190/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə 1/4 hissəsi X6, 1/4 hissəsi X9, 1/4 hissəsi İddiaçı və 1/4 hissəsi Cavabdeh adlarına daşın maz əmlakın dövlət reyestrində xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində qeydiyyata alınmışdır. 4. 03.06.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən X17 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60,3 kv.m. olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 1/4 hissəni bacısı İddiaçı mülkiyyətinə vermişdir. 5. 03.06.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən X14 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60,3 kv.m. olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 1/4 hissəni bacısı İddiaçı mülkiyyətinə vermişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən, ünvan 1 xüsusi mülkiyyət hüququ üzr ə 3/4 hissəsi İddiaçı və 1/4 hissəsi Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçılar İddiaçı, X14 və X17 (bundan sonra iddiaçılar) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, mərhum X11 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsindəki 83 nömrəli evdə yerləşən 4 nömrəli mənzilə İddiaçı 1/4 hissədə, X6 1/4 hissədə, X9 1/4 hissədə və Cavabdeh 1/4 hissədə paylarına düşən hissələrin, yəni ümumi paylı mülkiyyətin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, ev 83, mənzil 4 ataları X18 məxsus olub, 1996-cı il tarixində DƏDRX-də onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. X8 xx.xx.2013-cü il tarixində, anası X21 isə xx.xx.2004-cü il tarixində vəfat etmişlər. Onlara vərəsəlik açılmışdır. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-480/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə mərhum ataları X11 miras qalmış, ünvan 2 ünvanında yerləşən 4 saylı mənzildən ibarət mirasın qəbul edilmə müddəti uzadılmaqla həmin əmlaka mərhumun vərəsələri İddiaçı 3/30 hissədə, X6 3/30 hissədə, X2 3/30 hissədə, X10 3/30 hissədə, X3 3/30 hissədə, X4 3/30 hissədə, X5 3/30 hissədə, X15 mərhum vərəsəsi Bayramova (Qasımova) Səriyyə Hüseyn qızının vərəsələri X22 1/30 hissədə, X19 1/30 hissədə və X20 isə 1/30 hissədə vərəsəlik hüquql arı tanınmaqla qeyd edilən hissələrdə hər bir vərəsənin qanun üzrə vərəsəlik hüquqları müəyyənləşdirilmişdir. Qətnamədən narazı qalan qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-480/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3190/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsilə ləğv edilmiş, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsindəki 83 nömrəli evdə yerləşən 4 nömrəli mənzilə İddiaçı 1/4 hissədə, X6 1/4 hissədə, X9 1/4 hissədə və Cavabdeh 1/4 hissədə vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsi, onlara həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi Bakı şəhəri 12 saylı notariat ofisinə həvalə edilməsi qət ed ilmiş, onlar həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1201/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmış və paylı mülkiyyət yaranmışdır. Beləliklə, mərhum X11 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsindəki 83 nömrəli evdə yerləşən 4 nömrəli mənzilə İddiaçı 1/4 hissədə, X6 1/4 hissədə, X9 1/4 hissədə və Cavabdeh 1/4 hissədə payları müəyyən edilmişdir. Halhazırda paylarına düşən hissədən Cavabdeh hər birinin istifadə etməyinə imkan vermir, işıqdan, qazdan, sudan istifadə ilə bağlı xərcləri ödəmir, o, onkoloji xəstədir, imkanları olduqda onlar xərcləri ödəyir, iddiaçıların isə maddi vəziyyəti ağırdır. Cavabdeh tərəfindən payına düşən hissədə işıq, qaz, sudan is tifadə ilə bağlı xərclər ödənilmədiyi üçün işıq, qaz, su kəsilir, o, xəstə adamdır, ev buz kimi olur. Bu səbəbdən də qərara gəlmişlər ki, paylı mülkiyyətdən hər biri öz payının ayrılması üçün məhkəməyə müraciət etsinlər, paylarını ayırmaq istəyirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində qeyd edilmişdir ki, “Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ondan payın ayrılması üsulu və şərtlərilə razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyilsə, ayrılan payın mülkiyyətçisi öz payının dəyər inin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb edə bilər”. Odur ki, onların hər birinə ayrılmış pay naturada bölünməlidir.

9. İşə məhkəmə iclasında baxılan zaman iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçılardan X14 və X9 iddiaçılar sırasından çıxarılmasını, ünvan 3 ünvanda yerləşən 4 saylı mənzilin İddiaçı 3/4 hissədə, Cavabdeh isə 1/4 hissədə paylarına uyğun naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirmişdir ki, ünvan 3 ünvanda yerləşən 4 saylı mənzilin bölünməsi mümkündür. Evin sağ tərəfində 03 otaq, sol tərəfində isə 01 otaq və mətbəxtdir və o, ekspert rəyində də qeyd olunduğu kimi sərhəd hasarı çəkilməklə ümumi istifadədə saxlanılmalıdır. Ekspert rəyi ilə razıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

11. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, ünvan 3 ünvanda yerləşən 4 saylı mənzilin naturada bölünməsinə razıdır, lakin 60 kv.m. kənara çıxmamaq şərti ilə, özbaşına tikililərdən kənara çıxılmasın. Axırıncı ekspert rəyi ilə razı deyil, 01 saylı tikilidə yalnız özünün qaldığını bildirmişdir. O, mətbəxtdə ona aiddir, niyə orada hasar çəkilməlidir, bir otaqda yaşayır və orada onun uşaqları dərs oxuyur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmi şdir.

12. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1464 nömrəli, xx.xx.2022-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 83 ünvanında yerləşən 04 saylı mənzilin təcrid mənzillər şəklində mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada dörd hissəyə (ayrılması) bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2680 nömrəli, xx.xx.2022-ci il tarixli rəyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəs i, ev 83 ünvanında yerləşən 04 saylı mənzilin təcrid mənzillər şəklində mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada dörd hissəyə (ayrılması) bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.

14. Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6426 nömrəli, xx.xx.2023-cü il tarixli rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 83 ünvanında yerləşən 04 saylı yaşayış evinin tərəflərin paylarına uyğun (1/4 hissə və 3/4 hissədə) təcrid mənzillər şəklində iki hissəyə natura qaydasında (ayrılması) bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun ola raq texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq olunan yaşayış evinin həyətyanı torpaq sahəsi ümumi istifadədə saxlanılmalı və 01 saylı tikilinin eni 3,95 m. uzunluğu 4,10 m. hissəsi saxlanaraq sərhəd hasarı çəkilməli və qalan tikililərə 01 saylı tikiliyə giriş-çıxış yolu açılmalıdır. Həyətyanı torpaq sahəsinin daxilində yerləşən tikililər faktiki vəziyyətə uyğun ümumi istifadədə saxlanılmalıdır.

15. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)41/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia tələbi qismən təmin edilmiş, ünvan 3 ünvanda yerləşən 4 saylı yaşayış evinin İddiaçı mülkiyyətində olan 3/4 hissədən ibarət payı (ekspert rəyinə uyğun olaraq) naturada ayrılması, iş üzrə məhkəmə məsrəfi olan 300 manat ekspertiza xərcinin 150 manatının İddiaçı, 150 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi iddia tələbinin “ünvan 3 ünvanda yerləşən 4 saylı mənzilin Cavabdeh 1/4 hissədə payına uyğun naturada bölünməsi hissəsində qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı bu tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmamışdır və bu hissədə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6426 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 83 ünvanında yerləşən 04 saylı yaşayış evinin tərəflərin paylarına uyğun (1/4 hissə və 3/4 hissədə) təcrid mənzillər şəklində iki hissəyə natura qaydasın da (ayrılması) bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq olunan yaşayış evinin həyətyanı torpaq sahəsi ümumi istifadədə saxlanılmalı və 01 saylı tikilinin eni 3,95 m. uzunluğu 4,10 m. hissəsi saxlanaraq sərhəd hasarı çəkilməli və qalan tikililərə 01 saylı tikiliyə giriş-çıxış yolu açılmalıdır. Həyətyanı torpaq sahəsinin daxilində yerləşən tikililər faktiki vəziyyətə uyğun ümumi istifadədə saxlanılmalıdır. Məhkəmə ekspertiza rəyinə digər sübutlarla yanaşı qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

17. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 4 ünvanda yerləşən 4 saylı yaşayış evinin İddiaçı mülkiyyətində olan 3/4 hissədən ibarət payı naturada ayrılmalıdır.

18. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1, 220-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.1, 88, 103, 119, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

19. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, əvvəlki giriş-çıxış qapısı nın bərpa edilməsini və mənzilin natura qaydasında bölünməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədən öncə ekspert rəyi ilə tanış olarkən, onun hüquqlarının kobud surətdə pozulmasının şahidi olmuşdur. Belə ki, ekspert rəyinə əsasən ona düşən çıxarışlı sahə təcrid edilməklə, tam olaraq iddiaçının istifadəsinə verilir. Mənzil çıxarışla 60 kv.m. sahədən ibarətdir. Qalan tikililər isə onun tərəfindən inşa edilmiş özbaşına tikili hesab edilir. Hesaba əsasən 45 kv.m., yəni 3 hissə Safurə Qasımovaya, 15 kv.m. sahə isə onun istifadəsində olan sahə ona verilməlidir. Faktiki olaraq 45 kv.m. sahə elə iddiaçının, 15 kv.m. sahə də onun istifadəsindədir. Əvvəllər iddiaçının hissəsindən həyətdən giriş-çıxış olmuş, həmin qapı bağla naraq onun hissəsindən giriş-çıxış qapısı açılmışdır. Mənzilin natura qaydasında bölünməsi əvvəlki giriş-çıxış qapısının bərpası ilə mübahisənin həllinə düzgün, çıxarışa uyğun, heç kimin hüquqlarını pozmadan son qoya bilərdi. Belə ki, evin həm çıxarışda olan sahələri, həm də onun tərəfindən özbaşına inşa edilmiş hissələri vardır. Hər iki sahə bir-birinə bitişikdir. Özbaşına inşa edilən hissələr çıxarışda nəzərdə tutulan sahəyə aid deyildir. Çıxarışda ümumi sahə 60 kv.m.-dir. Çıxarışda nəzərdə tutulan 3 hissə-45 kv.m(daha çox) sahə faktiki olaraq iddiaçıların istifadəsindədir. Çıxarışda nəzərdə tutulan digər 15 kv.m. (və ya bir neçə kv.m. az) sahə və ona bitişik özbaşına tikili onun istifadəsindədir. Ekspertin bölgüsünü nəzərə alsaq, çıxarışla onun payına düşən və istifadəsində olan 15 kv.m. sahə arakəsmə kəsildikdən sonra iddiaçıların istifadəsinə verilmiş olur. Yəni çıxarışla nəzərdə tutulan evin bütünlüklə 60 kv.m. sahəsinin hamısı iddiaçıların istifadəsinə verilmiş olur. Yəni çıxarışda ¾ hissə onun hissəsi nəzərdə tutulsa da, faktiki olaraq ekspert həmin sahəni də təcrid etməklə, natura qaydasında iddiaçılara vermişdir. O, faktiki olaraq mülkiyyətsizdir. Mülkiyyətində olan sahədən istifadə edə bilmir. Məhkəmədə bu barədə o açıq-aşkar məhkəməyə bildirsə də, təkrar və yenidən ekspertizanın keçirilməsi barədə vəsatət versə də, məhkəmə əsaslandırılmış qərar qəbul etmədən, vəsatəti rədd etmişdir. Beləliklə, məhkəmə qətnaməsinə əsasən qanunsuz olaraq mülkiyyət hüququndan məhrum edilmiş, mülkiyyətində olan sahə zorla alınaraq iddiaçıya verilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 25, 26, 29, Mülki Məcəllənin 152-ci maddəsinin tələbləri pozulmuşdur.

21. Məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2024-cü il tarixli 3-1616/2-10/672 nömrəli rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-743/2024 rəyinə əsasən aşağıda göstərilənlər müəyyən edilmişdir. Qeyd olunan mənzil dövlət reyestrindən çıxarışa əsasən 60,3 kv.m. kimi qeydiyyatdan keçib. Faktiki olaraq mənzilin ümumi sahəs i 107,1 kv.m. təşkil edir (4 yaşayış otağı 70,3 kv.m., köməkçi sahə 36,80 kv.m.). Mənzilin arxiv çizgisi ilə faktiki vəziyyət uyğun gəlmədiyi müəyyən edilir. Faktiki vəziyyətə uyğun mənzilin planı əlavə olundu. Texniki pasportda və faktiki vəziyyətə əsasən mənzilin bir giriş-çıxışı olduğundan, həmçinin bölünməsi nəzərdə tutulan hissənin ayrıca komunal şəraiti olmadığından bölünməsi mümkün olmadığı müəyyən edilir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-197/2024 nömrəli, 06 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəs ində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsini qət edilmişdir.

23. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edib ki, tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 83 nömrəli evdə yerləşən 4 nömrəli mənzilin naturada ayrılması qeyri-mümkündür. Bu xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/672 nömrəli Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə müəyyən olunmuş və məhkəmə kollegiyası da ekspert rəyi ilə razılaşır. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq rəs mi qaydada dövlət reyestrindən qeydiyyatdan keçmiş daşınmaz əmlakın naturada bölünərək ayrıca təcrid edilmiş mənzillər şəklində paylara uyğun ayrılması mümkünsüzdür. Bu baxımdan bu hissədə iddianın təmin edilməsi mümkün deyil. Tərəflər arasında da bölgü ilə bağlı razılaçma mövcud deyil.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılarkən işin göstərilən halları dəqiq müəyyənləşdirilməməklə araşdırılmamış, qeyd edilən xüsusatlar digər hallarla birlikdə məcmu qaydada qiymət verilməməklə iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir.

25. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 220.1, 220.2, 220.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 103.1, 103.2, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad edərə k əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

26. Qətnamədən iddiaçı (Vəkil2) apellyasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası iddiaçıya mövgeyini bildirməsinə söz verməmiş, ona qarşı qərəzli olmuş, onun iştirakı olmadan, işə baxıb əleyhinə qətnamə çıxartmışdır. Baxmayaraq ki, həmin vaxt iddiaçı xəstəxanada stasionar müalicə almış, ayağı parçalanmışdır. İddiaçı məhkəməyə çox sayda vəsatətlər vermiş və vəsatətləri qəbul edilməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin və DƏDRX-nin rəyləri arasında ziddiyyət olmasına baxm ayaraq bu ziddiyyəti aradan qaldırmağa çalışmamış, ekspertləri dindirməmiş və mənzilə baxış keçirməmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi qeyri-obyektivdir və qərəzlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə ist ənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

31. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

32. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

33. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında r azılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.

34. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbay can Respublikasının Mülki Prosessual Məcəlləsi.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

41. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

42. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

43. Maddə 102.2. Məhkəmə, ə sassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

44. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

45. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

46. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

47. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqi q etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol v erilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı inst ansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

60. Məhkəmə kollegiy ası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində yalnız payların naturada bölünməsini xahiş etmiş, bununla belə payların naturada bölünməsinin mümkün olmadığı ekspert rəyi ilə müəyyən olunduqdan sonra Mülki Məcəllənin 220 və 221-ci maddələrinin tələbinə əsasən əmlakın pul kompensasiyası ödənilməsi yolu ilə bölünməsi, yaxud əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi ilə bağlı MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddianın dəyişdirilməsi barədə məhkəməyə müraciət etməmişdir. Bu səbəbdən də məhkəmələr payların naturada bölünməsi barədə iddia tələbini rədd etməkdə haqlı olmuşlar.

61. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut ol unmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 ap rel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 63. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməs i maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

64. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

65. İşin faktiki halla rını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

66. Kassasiya instansiya məhkəməsi həmçinin kassasiya şikayətinin - məhkəmə kollegiyası tərəfindən iddiaçıya mövqeyini bildirməsinə söz verilməməsi, ona qarşı qərəzli olması, həmin vaxt xəstəxanada stasionar müalicə almasına, ayağı parçalanmasına baxmayaraq onun iştirakı olmadan işə baxıb əleyhinə qətnamə çıxartması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, həmin dəlillər əsassızdır. Belə ki, iddiaçı apellyasiya instansiya məhkəməsinin 07 iyun 2023-cü il tarixli iclasında iştirak edərək izahat vermişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili Vək il2 apellyasiya məhkəməsinin bütün iclaslarında iştirak edərək məhkəmə tərkibinə etiraz vermiş, daha sonra apellyasiya şikayətinə qarşı etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

68. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Respublikası MPM-nin 416, 417 və 419-cu ma ddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-197/2024 nömrəli, 06 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar