Məhkəmə qərarları › İş №2(102)-4041/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4041/2019

19.06.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4041/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X13 oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, onların vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 16 Saylı Notariat Kontoruna (3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi) qarşı qanun üzrə vərəsəl ik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli 2(103)-822/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 16 Saylı Notariat Kontoruna (3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, 10 saylı evi n, 60 saylı mənzilə dair Cavabdeh1 adına Bakı şəhəri 16 saylı Notariat Kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 14.08.2012-ci il tarixli, reyestrdə 2V-1/548 il qeyd edilmiş şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və miras əmlakda paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İ.R.Burcayev) 2(008)-6505/2018 saylı mülki iş üzrə 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 16 Saylı Notariat Kontoruna (3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi) qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və miras əmlakda payların müəyyən olunması tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (R.Ə.Qurbanov, E.Q.Nəbiyev, A.Ə.Hüseyn) 22 yanvar 2019-cu il tarixli 2(103)-822/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6505/2018 saylı mülki iş üzrə qəbul etdiyi 18 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və onların vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2018-ci il tarixli 2( 103)-822/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, sübutlara düzgün hüquqi qiymət verilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Kassatorlar mirasın qəbulu ilə bağlı bütün hərəkətləri etmişlər, notariat kontoruna ərizə ilə müraciət etmişlər. Lakin cavabdeh onların razılığı və xəbəri olmadan atalarından miras qalmış əmlakı öz adına sənədləşdirmişdir. Həmçinin notarius mərhumun digər övladının mövcudluğu barədə maraqlanmamış, onların sağ olubolmamasını, əgər sağdırlarsa, mirasın açılması barədə onlara məlumat vermək barədə öhdəliyini yerinə yetirməmi ş, nəticədə notariat haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. Notariat kontoru cavabdehin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mövcud qanunvericilik normalarının tələblərini pozmuşdur. Bu hüquq pozuntuları zamanı miras qoyanın qanuni vərəsələri olan iddiaçıların hüquq və vəzifələri də pozulmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2018-ci il tarixli 2(103)-822/2019 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və onların vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclas ında Cavabdeh1 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1, 1243.2, 1246, 1273-1, 1262-ci maddələrinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik hüququ haqqında şəhadətnam əni mübahisələndirmək hüququna yalnız miras əmlakı qəbul etmiş vərəsələr malikdir. Hazırkı işdə iddiaçılar vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək üçün mirası əmlakı qəbul etmələrini sübut etməmişlər. Onlar Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən müddətdə mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirası faktiki surətdə qəbul edilməsi ilə bağlı hər hansı hərəkətlər etməmişlər. Ümumiyyətlə iddia ərizəsində iddiaçılar tərəfindən mirasın qəbul edilməsi hallarına istinad belə etməmişlər. Bu baxımdan 14 dekabr 2011-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakın (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi 10 saylı evin 60 saylı mənzili) iddiaçılar tərəfindən qəbul edilməsi müəyyən olunmadığına görə, o nlar həmin miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik şəhadətnaməsini mübahisələndirmək hüququna malik deyillər və həmin hissədə iddia tələbləri subyektiv hüququ olmayan şəxslər tərəfindən qaldırılmış hesab olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin həmçinin nəticələrindən görünür ki, etibarsız hesab edilməmiş vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilən çıxarışın ləğv edilməsi üçün heç bir qanuni əsas mövcud deyildir. Həmçinin, iddiaçılar qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmədikləri üçün miras əmlakda paylarının müəyyən edilməsi barədə tələbləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, iş materiallarından müəyyən olunur ki, X8 14 dekabr 2011-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi 10 saylı evin 60 saylı mənzili miras qalmışdır. Miras qoyanın qanun üzrə 1-ci növbə 8 vərəsəsi (uşaqları) vardır: Cavabdeh1, X5, X3, X6, X4, İddiaçı1, İddiaçı2 və İddiaçı3. İşin materiallarından görünür ki, vərəsələrdən Cavabdeh1, X5, X3, X6, X4 16 mart 2012-ci il tarixdə mirasın qəbul edilməsi ilə bağlı 16 saylı notariat kontoruna müraciət etmişlər. X5, X3, X6, X4 miras paylarından imtina etmişlər. Bundan başqa digər heç bir vərəsə mirasın qəbulu ilə əlaqədar müraciət etmədiyindən miras əmlaka dair şəhadətnamə 14 avqust 2012-ci il tarixdə yalnız Cavabdeh1 verilmiş və sonuncu miras əmlak olan mənzili xüsusi mülkiyyət hüququ ilə adına qeydiyyata aldırmışdır. İşin materiallarından həmçinin görünür ki, iddiaçılar Gəncə şəhərində yaşayırlar. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə Cavabdeh1 miras qoyanla birgə həmin mənzildə yaşamış və miras açılandan sonra da mənzildə yaşamağa davam etmişdir İddiaçıların tələbindən və apellyasiya şikayətinin dəlillərindən görünür ki, bu ilin aprel ayında onlara məlum olmuşdur ki, cavabdeh atalarına məxsus olan miras əmlakı öz adına rəsmiləşdirmiş, rəsmiləşdirmə zamanı isə qanunsuzluğa yol verilərək, digər vərəsələr - daha 3 bacının mövcud olmasını gizlədilmiş, notariat kontorunda vərəsələrin dairəsi tam göstərilməmişdir. Notariusun hərəkətləri isə hüquqa zidd olmuş, qanunsuz sənədləşmə işləri aparılmaqla, qardaşları miras əmlak ü zərində onların da payına sahib olmuş, vərəsəlik hüquqlarını pozmuşlar. Bununla bağlı onlar notariat kontoruna ərizə ilə müraciət etsələr də, cavabdeh həmin şəhadətnaməni ləğv etməkdən, miras əmlakda onların payını verməkdən imtina etmişdir. Belə olan halda məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququna yalnız miras əmlakı qəbul etmiş vərəsələrin malik olması qənaətinə gələrkən nəzərə almamışdır ki, iddiaçıların mərhum X7 İ növbədə olan vərəsələri olmaqla, faktiki olaraq cavabdeh onların mövcud olmasını notariat orqanına imzalayaraq verdiyi ərizəsində göstərməmiş, notariat kontorunda vərəsələrin dairəsi b arədə tam məlumat verməyərək ərizədə özündən başqa, X5, X3, X6, X1 vərəsələrin olmasını qeyd etmişdir. İşin materiallarından görünür ki, adları qeyd edilən vərəsələr qardaşları Cavabdeh1 xeyrinə imtina etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdehin notariat kontoruna verdiyi ərizəsində bacıları olan iddiaçıların adlarının qeyd edilməməsinin səbəblərini araşdırmamış, vərəsəlik payından imtina edən vərəsələrin bu paydan imtinalarını mirası qəbul edərək və ya qəbul etmədən edib-etmələrinin səbəblərini araşdırmamış, imtina ərizələrində konkret kimin xeyrinə imtina etmələrini göstərmədikləri halda, məhkəmələrin onların miras paylarından qardaşları Cavabdeh1 xeyrinə imtina etməsini göstərməsinə, eləcə də, b u imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1262-ci maddəsinin tələblərinə uyğun olubolmamasına hüquqi qiymət verməmişdir. Sözügedən normada göstərilmişdir ki, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin notariat orqanına verdiyi ərizəsində özündən başqa olan vərəsələrin dairəsinə iddiaçıların adının qeyd edilməməsinin səbəblərinə və bu halın q anuniliyinə hüquqi qiymət vermədən iddiaçıların mirası əmlakı qəbul etmələrinin müəyyən olunmamasına, eləcə də, iddiaçıların miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik şəhadətnaməsini mübahisələndirmək hüququna malik olmamalarına dair nəticələrini əsaslı saymaq olmaz. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların notariat orqanına verilən ərizədə digər vərəsələr kimi adlarının qeyd edilməsinin müəyyən hüquqi nəticələrin baş verməsi ilə nəticələnəcəkdi. Çünki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə ç ağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Həmin Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Həmin maddənin 2-ci hissəsinə əsasən mirasın qəbulu müddətini ötürmüş vərəs ələr mirası qəbul etmiş bütün digər vərəsələrin razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməyərək bu dəlillər üzrə apellyasiya icraatı qaydasında Azərbaycan Respublikasının MPM-nin 372.1 və 372.7-ci maddəsinin tələbləri baxımından araşdırma aparmamışdır. Halbuki, vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq bu hüququn həyata keçirilməsinə təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şika yətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə ətraflı qiymət verilməlidir. Göstərilənlə rə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2019-cu il tarixli 2(103)-822/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar