Məhkəmə qərarları › İş №2(102)-4041/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4041/2021

23.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4041/2021 23.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: torpaq sahəsindən çıxarılması) Azərbaycan Respublikası Ali MəhkəməsininMülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhimoğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, X1 katibliyiilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2464/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyul 2021- ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 25 no yabr 2015-ci il tarixdə Lənkəran rayonunun Boladi kənd sakinləri X3 ilə Cavabdeh qızı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən A.A.Ağayev mülkiyyətində olan 0,165 ha torpaq sahəsinin 0,06 ha ölçüdə hissəsini Cavabdeh satmışdır. Cavabdeh aldığı 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və 29 noyabr 2016-cı il tarixdə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Cavabdeh qızına ona məxsus yuxarıda göstərilən torpaq sahəsində tikintialtı sahəsi 6.25x8.0=50 kv.metr ölçüdə avtoyuma emalatxanasının tikintisinə icazə verilmiş və həmin tikilinin layihəsi təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin oktyabr ayında Lənkəran rayonunun Boladi kənd sakini İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qızının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış torpaq sahəsinin onun babasından qalmış torpaq sahəsi olmasını, lakin əmisi oğlu X2 tərəfindən həmin torpaq sahəsinin ondan xəbərsiz Cavabdeh qızına satılmasını və sonuncunun həmin sahədə hazırda avtoyuma emalatxanası tikməyə hazırlaşmasını əsas göstərməklə Cavabdeh tərəfindən həmin torpaq sahəsinin azad edilməsi, mişar daşından olan hasarının qanunsuz sökülməsinin, avtoyuma emalatxanasının tikintisinin dayandırılması və onun adına verilmiş Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.M.Məmmədov) iddia qi smən təmin edilərək Cavabdeh qızının İddiaçı məxsus Boladi kəndində yerləşən 0,105 ha torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.X.Heydərov, T.S.Kərimov və İ.Ə.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiy a şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin apellyasiya şikayətinin dəlillərinin tam araşdırılmadan, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq rədd edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə b ilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidl iyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamə iddianın rədd olunmuş hissəsində mübahisələndirildiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi həmi n hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən – Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi tələbinin rədd olunmasına dair hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh adına verilmiş Reyestrdən Çıxarışın ləğv edilməsinə dair hissədə İddiaçı iddiasını rədd edərkən hesab etmişdir ki, iddiaçı həmin tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li qə rarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya instansiyası məhkəməsi iddiaçının subyektiv hüquqa malik olmaması barədə nəticəyə gələrkən bunu təsdiq edə biləcək heç bir sübuta və işin halına istinad etməmiş və həmin nəticəsini əsaslandırmamışdır. İş materiallarından görünür ki, iddiaçı Boladi kəndində yerləşən 0,105 ha ölçüdə torpaq sahəsinin, cavabdeh isə həmin kənddə yerləşən 0,06 ha ölçüdə torpaq sahəsinin mülkiyyətçiləridir. İddiaçıya görə cavabd eh ona məxsus torpaq sahəsində avtoyuma emalatxanasının inşasına başlamaqla onun mülkiyyət hüququnu pozmuşdur. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 15 aprel 2020-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehə məxsus torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. İşin müəyyən olunmuş həmin halı iddiaçının hüquqlarına toxunduğundan, kollegiya hesab edir ki, onun hazırkı tələblə məhkəməyə müraciət etməsi Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinin tələbinə uyğun olmuşdur. Qanunun həmin normasına görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdi rlər. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməsində tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşməsini təsdiq edən ekspert rəyinə istinad etsə də həmin rəylə müəyyən olunmuş halı iddiaçıya pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ verməsinə qiymət verməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 17 noyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh qızının adına verilmiş 0,06 ha torpaq sahəsinə dair verilmiş Reyestrdən Çıxarışın ləğv edilməsi tələbinin rədd olunmasına dair hissədə ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar