Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4043/2022 25.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar Nümayəndə, İddiaçı3, İddiaçı2, xxxqızı və İddiaçı1 cavabdehlər Cavabdeh1na və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, ekspert rəyi, kəsici müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçılar Nümayəndə, İddiaçı3, İddiaçı2, xxxqızı və İddiaçı1 cavabdehlər Cavabdeh1na və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-463/20 22 nömrəli, 03 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçıların kassasiya şikayətinə 25 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarı ilə Şəki rayon Torpaq Şöbəsi tərəfindən 01 fevral 2000-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair KOD 40402037, JN 117 nömrəli, 13712 qeydiyyat nömrəli dövlət aktına əsasən Nümayəndə, İddiaçı3, X6, İddiaçı1 və İddiaçı2 birlikdə Şəki rayonu, Sarıca kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində 14,59 hektar pay torpaq sahəsi ayrılmışdır.
2. Nümayəndə, İddiaçı3 və X6 ilə Cavabdeh2 arasında bağlanmış, Şəki şəhəri 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 31 may 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Nümayəndə, İddiaçı3 və X6 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara məxsus 14,59 hektar torpaq sahəsinin 9 (8,5925) hektarını Cavabdeh2 satmışlar.
3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 12 avqust 2015-ci il tarixdə verilmiş **********99 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Şəki rayonu Sarıca kəndində yerləşən 8,5925 hektar torpaq sahəsi Cavabdeh2 adına qeydə alınmışdır.
4. Cavabdeh2 ilə X4 arasında bağlanmış 23 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan bir çox torpaq sahələrini, o cümlədən Şəki rayonu Sarıca kəndində yerləşən 8,5925 hektar torpaq sah əsini X3 bağışlamışdır.
5. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 1 iyun 2018-ci il tarixdə verilmiş **********99 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Şəki rayonu, Sarıca kəndində yerləşən 8,5925 hektar torpaq sahəsi X2 adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar cavabdehlər Cavabdeh1na (bundan sonra “Notariat kontoru”) və Cavabdeh2 (bundan sonra “cavabdeh”) iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, 31 may 2005-ci il tarixdə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış Şəki rayonu, Sarıca qəsəbəsində yerləşən 14,59 hektar torpaq sahəsindən 9 (8,5925) hektarının Cavabdeh2 satılması b arədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarı üzrə ona və digər iddiaçılar İddiaçı3, X6, İddiaçı1 və İddiaçı2 birlikdə Şəki rayonu Sarıca qəsəbəsi ərazisindən 14,59 hektar pay torpaq sahəsi verilmiş. Torpağa mülkiyyət hüquqları KOD 40402037, JN 117 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə qeydə alınmışdır.
8. Mülkiyyətçilərdən İddiaçı3 iddiaçının həyat yoldaşı, digər mülkiyyətçilər X6, İddiaçı1 və İddiaçı2 isə iddiaçının uşaqlarıdır.
9. Onlar həmin torpaq sahəsinin 6 hektarını 13 dekabr 2006-cı ildə X1, qalan hissəsi isə özlərinin isti fadəsində qalmışdır.
10. İddiaçı 2019-cu ilin may ayında 14,59 hektar pay torpaq sahəsinın adlarına reyestrdə qeydiyyata alınması ilə bağlı ƏMDK yanında DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. İdarədən deyilmişdir ki, həmin torpaq sahəsi 31 may 2005-ci il tarixdə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında cavabdehə satılmışdır.
11. Halbuki onlar həmin torpaq sahəsinin hər hansı bir hissəsini cavabdehə satmamışlar, cavabdehlə Notariat Kontorunda bağlanmış 31 may 2005-ci tarixli, 4Ə-233 nömrəli müqavilədən onların xəbərləri yoxdur və həmin müqavilədəki imzalar onlara məxsus deyil. Həmin torpaq sahəsinin mülkiyyətçiləri kimi iddiaçılar həmin torpaq sahəsinin alqı-satqısına dair cavabdehlə razılaşmamış və ondan həmin alqı-satqı m üqaviləsi ilə bağlı hər hansı bir məbləğdə pul almamışlar.
12. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 337-ci maddəsinə istinad etmişlər. Buna görə də hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişlər. Həmin imzaların onlara aid olması ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında müvafiq rəy verilsə də, həmin rəylə razılaşmırlar.
13. Cavabdeh2 iddiaya etiraz edərək göstərib ki, iddiaçı ilə alqı-satqı edib, qanuni əsaslarla torpaq almışdır. Alqı-satqı müqaviləsindəki alıcı qismində imzanı nümayəndəsi Həmid müəllim atmışdır. İddiaçıların iddiaları əsaslı deyildir.
14. Cavabdeh2 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir.
15. Birinci instansiya məhkəməsi müqavilədəki imzaların yoxlanması məqsədilə 12 mart 2020-ci il tarixli qərardadla məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş, ekspertiza qarşısında müvafiq suallar qoymuşdur.
16. Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2020-ci il tarixli, 4/196 nömrəli ekspert rəyinə əsasən, 31 may 2005-ci il tarixli, 4Ə-233 reyestr nömrəli müqavilənin aşağı hissəsində “İMZALAR 1” qrafasındakı imza və həmin imzanın qarşısındakı “Mayıl” yazısı Nümayəndə tərəfindən, “Esmira” yazısı İddiaçı3 tərəfindən icra olunmuşdur. Həmin imzaların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmadı.
17. Şəki Rayon Məhkəməsinin 2(075)-439/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Elçin Mehdiyev)
18. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyu l 1998-ci il tarixli, 54 saylı qərarı ilə Nümayəndə, İddiaçı3, X6, İddiaçı1 və İddiaçı2 birlikdə Şəki rayonu Sarıca kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində 14,59 hektar pay torpaq sahəsi ayrılmış, bununla bağlı Şəki rayon Torpaq Şöbəsi tərəfindən 01 fevral 2000-ci il tarixdə KOD 40402037, JN 117 nömrəli, 13712 qeydiyyat nömrəli dövlət aktı verilmişdir. İddiaçılar Nümayəndə, İddiaçı3 və X6 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara məxsus 14,59 hektar torpaq sahəsinin 9 (8,5925) hektarını Cavabdeh2 oluna satmış və bununla bağlı onlar arasında Şəki şəhəri 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 31 may 2005-ci il tarixli, 4Ə-233 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası ƏM DK yanında DƏDRXnin Şəki Ərazi İdarəsi tərəfindən 12 avqust 2015-ci il tarixdə verilmiş **********99 reyetr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Sarıca kəndində yerləşən 8,5925 hektar torpaq sahəsi Cavabdeh2 adına qeydə alınmışdır. Cavabdeh2 23 may 2018-ci il tarixli daşınmaz əmlakın bağlanması müqaviləsinə əsasən mülkiyyətində olan bir çox torpaq sahələrini, o cümlədən mübahisədə adı keçən 8,5925 hektar torpaq sahəsini X3 bağışlamışdır. Həmin bağışlama müqaviləsi əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 01 iyun 2018-ci il tarixdə verilmiş **********99 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Sar ıca kəndində yerləşən 8,5925 hektar torpaq sahəsi X2 adına qeydə alınmışdır.
19. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçılardan Nümayəndə və İddiaçı3 iddia tələblərinin əsası kimi 31 may 2005-ci il tarixli alqı-satqı müqaviləsinin onlar tərəfindən imzalanmamasını göstərsələr də, iddiaçıların vəsatətləri əsasında təyin edilmiş ekspert rəyi ilə həmin alqı-satqı müqaviləsindəki imzanın Nümayəndə və İddiaçı3 məxsus olması təsdiq edilmişdir.
20. Birinci instansiya məhkəməsi Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 31 may 2005-ci il tarixli alqı-satqı müqaviləsində satıcı qismində iddiaçılar Nümayəndə və İddiaçı3 adından çəkilmiş imzaların həmin iddiaçılara aid olması barədə ekspert rəyini, həmin müqavilə bağlanarkən iddiaçılar Nümayəndə və İddiaçı3 hüquq və vəzifə lərinin izah edildiyini, o cümlədən onların belə bir müqaviləni bağlamaq barədə iradə ifadələrinin olduğunu əsas götürərək iddianın əsassız olmasıqənaətinə gəlmişdir.
21. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 28.3, 29.1 və 29.2-ci maddələrinə istinadən göstərmişdir ki, qanunvericilikdə 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynlərinin bağlaya bilməsi nəzərdə tutulmuşdur. İş üzrə digər iddiaçılar xx xxxxxx 1991-ci il tarixdə anadan olmuş X6, xx xxxxxx 1993-cü il tarixdə anadan olmuş İddiaçı1 və xx xxxxxx 1995-ci il tarixdə anadan olmuş İddiaçı2 hazırda mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlandığı 31 may 2005-ci il tarixdə 14 yaşları tamam olmamışdı və onlar həmin vaxt yetkinlik yaşlarına çatmamışdılar. Buna görə d ə qeyd edilən iddiaçıların adından həmin alqı-satqı müqaviləsini onların valideynlərinin bağlamaq hüquqları olmuşdur. İddiaçılar Nümayəndə və İddiaçı3 da həmin hüquqlarından istifadə edərək uşaqları olan X6, İddiaçı1 və İddiaçı2 adından hazırda mübahisələndirilən 31 may 2005-ci il tarixli alqı-satqı müqaviləsini bağlamışlar.
22. Birinci instansiya məhkəməsi cavabdehin alqı-satqı müqaviləsindəki alıcı yerində olan imzanın nümayəndəi Həmid adlı şəxsə məxsus olması barədə izahatına istinadən qeyd edib ki, müqaviləni cavabdeh imzalamayıb. Bu da göstərir ki, tərəflər arasında alqısatqı müqaviləsi bağlanarkən bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər pozulmuşdur. Lakin iddiaçılar hazırki tələbləri ilə bağlı iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət ediblər və cavabdeh tərəfi ndən iddiaya iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim edilmişdir. İşin bu halları nəzərə alınmaqla iddiaçılar iddia müddətini ötürüdüyünə görə iddia təmin edilməməlidir
23. Birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi barədə qənaətini onunla əsaslandırıb ki, müqavilə 31 may 2005-ci il tarixdə bağlanmışdır. Həmin müqavilə bağlanarkən iddiaçılar Nümayəndə və İddiaçı3 qeyd edilən müqaviləni imzalamışlar və belə bir müqavilənin bağlanmasından 31 may 2005-ci il tarixdə məlumatlı olmuşlar. Bu isə onu deməyə əsas verir ki, iddiaçılar öz hüquqlarının pozulduğunu iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən 14 ildən də əvvəl bilmişlər. Buna görə hazırki iş üzrə iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən də 14 il əvvəldən iddia müddətinin axımı başlamışdır. Hə min vaxtdan 14 ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçılar 30 yanvar 2020-ci il tarixdə məhkəməyə müraciət etmişlər. İşin bu halı işdə olan ekspert rəyi ilə də müəyyən edilir. İddiaçılar həmin müqavilənin etibarsızlığı ilə bağlı mübahisənin həll edilməsi üçün hüquqlarının pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il müddətində məhkəməyə müraciət etməli olduqları halda, həmin müddət ərzində bu hüquqlarından istifadə etməmişlər.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 28.3, 29.1, 29.2, 324.1, 324.2, 324.4, 329.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 354.1, 354.2, 373.1, 373.2, 374.1, 375.1, 375.2, 389.1, 389.2-ci və Mülki-Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. İddiaçılar apel lyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, Ailə Məcəlləsinin 55.4-cü maddəsinə uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Mülki Məcəlləsinin 36-cı maddəsi ilə nizama salınır. Həmin normaya əsasən qəyyumluqda və himayədə olanın əmlakı qəyyumluq və himayə orqanlarının razılığı ilə özgəninkiləşdirilə bilər. Birinci instansiya məhkəməsi bu normalara əhəmiyyət verməmişdir.
27. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-463/22 nömrəli, 03 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Ayaz Mahmudov)
28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə nəticə olaraq düzgün olsa da, qətnamə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamışdır. Belə ki, birinci instansiya iddia tələbini iddia müddətini tətbiq edərək, təmin e tməmişdir. Halbuki birinci instansiya məhkəməsi iddia ərizəsinə kəsici müddətə istinad etməklə qiymət verməli olduğu halda qiymət verməmiş, nəticədə qanunvericiliyin tələbləri pozulmuşdur.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən əsasla qətnaməni ləğv edilməsi nəticəsinə gələrək iddaya qiymət verməklə, yenidən onun rədd edilməsi qənaətinə gəlmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əqdin mübahisələndirilmiş hesab olunması üçün mübahisələndirmə ilə bağlı iradə ifadəsinin Mülki Məcəllənin 354.2ci maddəsində nəzərdə tutulan müddətlər ərzində qarşı tərəfə çatmış olması şərt deyildir. Əsas olan odur ki, mübahisələndirməklə bağlı iradə sözügedən müddətlər ərzində ifadə edilmiş olsun. Əqd, müvafiq haqq sahibinin mübahisələndirmə ilə bağlı iradəsini ifadə etdiyi a nda deyil, bu iradə ifadəsini qarşı tərəfin öyrəndiyi və ya öyrənməli hesab olunduğu anda etibarsız hesab olunur. Yəni nə qədər ki, mübahisələndirmə ilə bağlı iradə ifadəsi qarşı tərəfə hələ çatmayıb, həmin əqd etibarsız hala gəlmiş olmaz. Hətta mübahisələndirmə ilə bağlı iradə ifadəsi qarşı tərəfə göndərilmiş olmasına baxmayaraq, qarşı tərəf bunu öyrənməmişdən əvvəl mübahisələndirmə haqqı sahibi bu haqqından açıq və ya üstü qapalı şəkildə imtina etdiyini ona (əqdin qarşı tərəfinə) bildirərsə, əqdin etibarlılığı öz mövcudiyyətini davam etdirər. Sözügedən bu müddətlər iddia müddəti olmayıb, kəsici müddətlərdir. Bunun (yəni mübahisələndirmə müddətlərinin kəsici müddət olmasının) səbəbləri və iddia müddətləri ilə olan fərqləri barəsində aşağıdakıları qeyd edilir. Əvvəla, yuxarıda da qeyd olun duğu kimi əqdi mübahisələndirə bilmək üçlün məhkəmədə iddia qaldırmaq məcburiyyəti və zərurəti yoxdur. İradəsi zədələnmiş olan şəxs tərəfindən əqdin mübahisələndirildiyinə dair iradə ifadəsinin hər hansı bir şəkildə qarşı tərəfə bildirilməsi, əqdin etibarsız hala gəlməsi üçün zəruri və kafidir. Əqdin etibarsız hala gəlməsi üçün məhkəmədə iddia qaldırmaq məcburiyyəti olmadığına görə, sözügedən müddətlərin iddia müddəti olmalarının mümkün olmadığı da özü-özlüyündən anlaşılır. Çünki iddia müddətləri, adından da məlum olduğu kimi, yalnız məhkəmədə qaldırmaqla təmin oluna bilən tələblər üçün olan bir müddəti bildirir. Mübahisələndirmə ilə bağlı arzu olunan nəticənin əmələ gələ bilməsi üçün isə, məhkəmə qərarına ehtiyac yoxdur. Nəticə etibarı ilə, iddia müddətləri həmişə məhkəməyə müraciət etmək lə bağlı olan müddətlərdir, ancaq kəsici müddətlərin isə, məhkəməyə müraciət etməklə bağlı olması həmişə zəruri deyildir. İkincisi, iddia müddətlərinin ötürülməsi iddiaçının iddia tələbinin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirmir. Halbuki kəsici müddətin ötürülməsi bu müddətin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirir. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxarda bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. İndi bir haqqın mövcud olmadığı iş materiallarından məlum olmasına baxmayaraq sanki belə bir haqq varmış kimi onun təmin olunmasına dair çıxarılan bir qətnamə qanuni və əsaslı ola bilməz. Buna görə də, iddia müddətlərinin ötürülmüş olmasını məhkəmələr öz-özlüyündən nəzərə ala bilmədikləri halda, heç kim irəli sürməsə də iş materiallarından kəsici müddətlərin ötürülüməsinin məlum olduğu hallarda məhkəmə bunu nəzərə almağa məcburdur. Əks halda məhkəmə, olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdeh qismində göstərilən şəxsin qanuni manafeyini hüquqa zidd bir şəkildə pozmuş olar.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən hallan bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiy i gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir
32. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların mübahisəli torpaq sahəsinin hər hansı bir hissəsini Cavabdeh2 satmaması, bununla bağlı onlarla Cavabdeh2 arasında Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 31 may 2005-ci tarixli, 4Ə-233 nömrəli müqavilədən xəbərləri olmaması və həmin müqavilədəki imzalar onlara məxsus olmaması ilə bağlı dəlillərinə qiymət verərək və ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, hesab etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi iddiaçılar tərəfindən imzalanmışdır. Yəni iddiaçıların müqavilə barədə artıq müqavilə imzalandığı vaxt məlumatları olmuşdur.
33. Həmçinin apellyasiya şik ayətinin iş üzrə digər iddiaçılar xx xxxxxx 1991-ci il tarixdə anadan olmuş X6, xx xxxxxx 1993-cü il tarixdə anadan olmuş İddiaçı1 və xx xxxxxx 1995-ci il tarixdə anadan olmuş İddiaçı2 hazırda mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən onların 14 yaşlarının tamam olmaması, onların adından həmin alqı-satqı müqaviləsini valideynlərinin bağlamaq hüquqlarının olmaması, onların paylarına sərəncam verilməsi zamanı qəyyumluq və himayəçilik orqanının razılığının alınmaması barədə dəlilləri razılaşmayan apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçılar müqavilə bağlandığı andan uşaqlarının hüquqlarının pozulmasından xəbərdar olmuş və bununla bağlı ötən 17 il ərzində qanunla müəyyən edilmiş hər hansı bir hərəkəti etməmişlər. Mülki Məcəllənin fiziki şəxslərlə bağlı İİİ fəslinin normalarından göründüyü kimi hazırki iddianın predmetini təşkil edən əqdləri yetkinlik yaşına çatmayanların adından onların valideynləri bağlayır, o cümlədən həmin əqdlərlə bağlı onların pozulmuş hüquqları həmin şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada qorunur. Yəni qeyd edilənlər onu ehtiva edir ki, yetkinlik yaşında olmadığı vaxt şəxsin əmlakı barəsində bağlanılmış əqd üzrə iddia müddətinin axımı şəxsin yetkinlik yaşına çatdığı vaxtdan deyil, onun valideynlərinə, qəyyumuna və himayəçilərinə münasibətdə qanunda göstərilən ümumi əsaslarla davam edir. Belə olduğu halda, qəyyumluq və himayəçilik orqanının razılığının alınmasına ehtiyac yoxdur.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 28.3, 29.1, 30.1, 324.1, 324.2, 324.4, 329.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 354.1, 354.2, 373.1, 373.2, 374.1, 375.1, 375.2, 389.1, 389.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçılar kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. İşə baxan apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 337-ci maddəsinin tələblərini pozmuş və Mülki Məcəllənin 354.2-ci maddəsinə istinad etməklə kəsici müddəti tətbiq etməklə iddianı təmin etməmişdir. Halbuki, həmin əqddəki imzalar onlara məxsus deyildir. Apellyasiya instansiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2020-ci il tarixli, 4/196 nömrəli ekspert rəyinə istinad edərək həmin imzaların iddiaçılara məxsus olmasını qeyd etsə də, iddiaçılar rəyə qarşı öz etirazlarını bildirmişlər. Həmin rəy həqiqəti əks etdirmir. Məhkəmə Mülki Məcəllənin 354.2-ci maddəsinə nəzərdə tutulmuş kəsici müddəti tətbiq etsə də həmin müddətin hansı vaxt başladığını əsaslandırmamışdır. Qanunvericilikdə 1 illik müddət nəzərdə tutulmuşdur. Buna görə də məhkəmələr həmin müddətin başlama vaxtını müəyyən etməli, bundan sonra isə müddətin son günü müəyyən edilməlidir. Lakin apelyasiya məhkəməsinin qətnaməsindən də görünür ki, həmin müddətin axımının hansı tarixdən başlandığını dəqiq göstərməmiş, sadəcə olaraq formal mülahizələr əsasında qətnamə qəbul etm işdir. Bundan əlavə digər iddiaçıların həmin alqı-satqı müqaviləsininin varlığından məlumatlı olmasından söhbət gedə bilməz. Həmin vaxt iddiaçılar azyaşlı olduğundan və müqavilədə tərəf qismində iştirak etmədiklərindən onların həmin vaxt hüquqlarının pozulmasından xəbərləri ola bilməzdi. Alqı-satqı müqaviləsi bağlananda Mülki Məcəllənin 36-cı maddəsinə uyğun olaraq qəyyumluq və himayəçilik orqanının razılığı alınmalı idi. Lakin belə bir razılıq olmayıb. Məhkəmələr isə buna əhəmiyyət verməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanları n məhdud fəaliyyət qabiliyyəti vardır. Maddə 29.1. Bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. Maddə 30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmü ş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razı laşması müqavilə sayılır. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsin in faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
43. İddia tələbi 31 may 2055-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı barədir. İddiaçılardan Nümayəndə və İddiaçı3 cavabdehlə torpaq sahəsinə dair qeyd edilən müqaviləni bağlamadıqlarını, müqavilədəki imzaların onlara məxsus olmamasına istinad etmişlər.
44. Apellyasiya instansiyası məhkəməsinin ekspert rəyinə əsasən müəyyən etdiyi işin hallarından isə görünür ki, mübahisələndirilən müqavilədəki imzalar Nümayəndə və İddiaçı3 məxsusdur.
45. Göründüyü kimi, iddia tələbinin əsası kimi istinad edilən hal ekspert rəyi ilə təkzib edilmişdir.
46. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2 8-33-cü bəndlərində əks edilən mövqeyi ilə razılaşır və bu səbəbdən də əlavə şərhə zərurət görmür.
47. Belə olan halda, qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
48. Məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2020-ci il tarixli, 4/196 nömrəli ekspert rəyinin əsası olması barədə şikayətin dəlillərini qəbul etmir. Əvvəla, kassatorlar bu barədə apellyasiya şikayətində heç bir dəil irəli sürməyiblər. Bundan başqa, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.
50. Apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 354.2-ci maddəsinə nəzərdə tutulmuş kəsici müddəti tətbiq etsə də həmin müddətin hansı vaxt başlandığını əsaslandırmaması barədə kassasiya şikay ətinin dəlili də əsassızdır. Çünki apellyasiya instansiyası məhkəməsi iddiaçıların müqavilə barədə artıq müqavilə imzalandığı vaxt məlumatlı olmalarını müəyyən etməklə müddətin də müqavilə bağlandığı vaxtdan hesablanmalı olmasını əsaslandırmışdır.
51. Alqı-satqı müqaviləsi bağlananda Mülki Məcəllənin 36-cı maddəsinə uyğun olaraq qəyyumluq və himayəçilik orqanının razılığı alınmalı olması barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 29.1-ci maddəsinə görə 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Maddənin mətnindən də görünür ki, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından valideynləri bağlaya bilərlər. Məhz bu baxımdan həmin maddədə 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri imzalamalı olan şəxslərin siyahısına ayrıca olaraq valideynlər daxil edilib. Maddənin mətnində 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından qəyyumların bağlaya bilməsi qaydası o hallara aiddir ki, həmin şəxslərin valideynləri və ya övladlığa götürənləri olmasın.
52. Buna görə də Mülki Məcəllənin 36-cı maddəsində nəzərdə tutulmuş qayda – qəyyumluqda və himayədə olanın əmlakı barəsində sərəncam verilməsi – Ailə Məcəlləsinin 116.1-ci maddəsinə uyğun olaraq valideyn himayəsindən məhrum olan uşaqlar barəsində təyin edilən qəyyumluq və himayayə münasibətdə tətbiq edilir.
53. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır.
54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-463/2022 nömrəli, 03 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.