Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4049/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “X1” şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4049/2021 (Açar sözlər: magistral qaz kəmərinin mühafizəsi zonasında qanunsuz inşa olunmuş fərdi yaşayış evinin sökülməsi, ekspert rəyinin alınmaması) Bakı şəhəri, 06 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı “X1” şirkətinin vəkili X3.0mməd qızının, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 v əkili Vəkil iştirakı ilə, İddiaçı “X1” şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-199/2021 nömrəli, 04 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti üzrə işə 06 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı “X1” şirkəti iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şirkətin Saziş ərazisi hüdudları və 3 saylı məd ənin 6-cı sahəsində yerləşən ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılmaları, özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pulun cavabdehlərdən İddiaçı Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehlərin inşa etdiyi ev Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordina tları daxilində yerləşir. Cavabdehlər lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını ciddi surətdə pozaraq kontrakt sahəsində özbaşına tikinti işləri aparmışlar.
3. İddiaçı şirkət əməliyyat şirkəti qismində fəaliyyət göstərir, ona kontrakt sahəsində neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Buna görə də kontrakt sahəsində tikinti işlərinin aparılması iddiaçının hüquqlarını pozur.
4. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 180, Torpaq Məcəlləsinin 9, 11, 20, 22, 46, 48, 62, 65, 66, 67, 82 və 111-ci maddələrinə istinad etmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4904/2019 nömrəli, 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şirkətin Saziş ərazisi hüdudları və 3 saylı mədənin 6-cı sahəsində yerləşən ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılmaları, özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olan 10 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Şirkətinin xeyrinə tutulması qət edilmişdir. (hakim Emin Əliyev)
6. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən edib ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X4.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatı n pay bölgüsü haqqında” Saziş bağlanmış, həmin Saziş Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQ №li Qanunu ilə qəbul və təsdiq edilmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. Qanunun 5-ci bəndində qeyd olunmuşdur ki, Sazişin pay iştirakçılarına Sazişdə nəzərdə tutulan kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. AZEN X4.Vi., ARDNŞ-nin Ortaq Neft Şirkəti və İddiaçı Şirkətinin (iddiaçının) arasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blok üzrə birgə əməliyyat sazişi bağlanmış, iddiaçı əməliyyatçı təyin edilmişdir. Həmin sazişə görə əməliyyatçının bütün birgə əməliyyatlara tam nəzarət və rəhbərlik həyata keçirmək səlahiyyəti vardır, əməliyyatçının və əməliyya t şirkətinin müqavilədə nəzərdə tutulmuş bütün hüquq, funksiya və vəzifələrinə malikdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi zəbt olunmuş və müvafiq icazələr olmadan orada tikinti işləri həyata keçirilmişdir. İddiaçı Mülki Məcəllənin 180.4-cü maddəsində nəzərdə tutulan “maraqlı tərəf” hesab olunduğundan evin sökülməsini və torpaq sahəsinin boşaldılmasını tələb edə bilər.
8. İşin müəyyən edilmiş hallarına əsasən birinci instansiya məhkəməsi iddianı təmin etmişdir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 180.1, 180.4 və Torpaq Məcəlləsinin 111-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd olu nması xahiş etmişlər.
11. Apellyasiya şikayətinin dəlilləri: - işə baxılarkən Bakı şəhəri, Binəqədi rayon Xocasən Bələdiyyəsinin qüvvədə olan 23 may 2005-ci il tarixli qərarı və həmin ərazi ilə bağlı tərtib edilmiş cavabdehlərin istifadəsində olan torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisini nəzərə alınmayıb. Torpaq sahəsini cavabdehlər bəldiyyədən alqı-satqı aktı əsasında alıblar; - bələdiyyənin qərarı qüvvədə olduğu halda, iddianın təmin olunması cavabdehlərin mülkiyyət hüquqlarını pozur; - mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 arasında bölünmüşdür; - iddiaçı torpağın kontrakt ərazisində daxil olmasına dair sübut təqdim etməmiş, məhkəmə də bunu araşdırmamışdır.
12. Apellyasiya instansiyası 18 dekabr 2019-cu il tarixli qərardadla tikinti-texniki ekspertizası təyin etmiş, ekspert qarşısında ünvan 1 ünvanında yerləşən torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikililərin Saziş ərazisi hüdudları daxilində yerləşməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrılmış torpaq sahələrinin ayrı-ayrı ərazi olmaları, olduqları təqdirdə hər iki torpaq sahəsində tikili mövcud olub-olmaması barədə müvafiq suallar qoyulmuşdur.
13. Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2020-ci il tarixli, 10/1215 saylı məktubuna əsasən ekspertizanın aparılması üçün zəruri olan əlavə materialların təqdim edilməsi barədə ekspert vəsatəti təmin edilmədiyi üçün ekspertizanın təyin edilməsi barədə qərardad icrasız qalmışdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-199/2021 nömrəli, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər in apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 15.08.2019-cu il tarixli, 2(001)-4904/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Aida Hüseyn (sədrlik edən və məruzəçi), Valeh Ağayev, Afaq Nuriyeva )
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbqi etdiyi maddi hüquq normaları ilə razılaşaraq qeyd edib ki, özbaşına tikintinin sökülməsi barədə tələbin qanuni əsasını Mülki Məcəllənin 180-ci maddəsi təşkil edir. Evin yerləşdiyi torpaq sahəsi zəbt olunmuş və müvafiq icazələr olmadan orada tikinti işləri həyata keçirilmişdir. İddiaçı Mülki Məcəllənin 180.4-cü maddəsində nəzərdə tutulan “maraqlı tərəf” hesab olunduğundan evin sökülməsini və torpaq sahəsinin boşaldılmasını tələb edə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdelər Cavabdeh1 və Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişlər.
17. Kasassiya şikayətinin dəlilləri: - iddiaçı torpağın kontrakt ərazisində yerləşməsinə dair sübut təqdim etməyib. Apellyaisya məhkəməsində 2 dəfə ekspertiza təyin edilmiş, mütəxəssis iştirak etmədiyindən ekspertiza keçirilməmişdir. İddiaçı təşkilat mütəxəssisin iştirakına mane olmuş və xəritə təqdim etməmişdir. Ekspertiza olmadan çıxarılan qətnamə düzgün hesab edilə bilməz; - bundan başqa, məhkəmə Mülki Məcəllənin 178.5-ci maddəsinin tələblərini nəzərə almayıb. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri
18. Kassasiya şikayətinə iddiaçının yazıl ı etirazı daxil olmuşdur. 19.Etirazın dəlilləri: cavabdehlərin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın keçirilməməsi ilə bağlı dəlil əsaslı hesab edilə bilməz. Belə ki, cavabdehlər ekspertizanın keçirilməməsində iddiaçı Şirkəti günahlandıraraq mütəxəssisin iştirakının təmin edilməsinə mane olduğunu və Şirkət tərəfindən xəritənin təqdim edilmədiyini bildirsələr də, əslində həmin ekspertizanın keçirilməməsinin Şirkətin nümayəndəsi ilə heç bir əlaqəsi yoxdur. Əvvəla ona görə ki, ekspertin məhkəməyə təqdim etdiyi 22.12.2020-ci il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi” barədə məlumatda da ekspertizanın keçirilməsindən imtina olunmasının Şirkətin təqsiri üzündən olmasına dair heç bir qeyd aparılmamışdır, ikincisi d ə həmin ekspertizada iştirak edib-etməmək tərəflərin hüququdur bunu isə cavabdeh mübahisələndirə bilməz; - digər tərəfdən isə Şirkət hələ məhkəməyə müraciət edərkən mübahisəli ərazinin xəritəsini iddia ərizəsinə əlavə etmişdir və həmin xəritə də iş materialları ilə birlikdə məhkəmə tərəfindən ekspertiza mərkəzinə təqdim edilmişdir; - cavabdehlərin istinad etdiyi Mülki Məcəllənin 178.5-ci maddəsinin hazırki işin mahiyyəti ilə heç bir əlaqəsi yoxdur, ona görə ki, maddədən də göründüyü kimi qanunvericilikdə dövlət reyestri xidmətində qeydə alınmış daşımaz əmlakdan və onun mülkiyyətçisindən söhbət gedir, lakin cavabdehlərin Saziş ərazisində inşa etdiyi tikili Dövlət reyestri xidmətinin heç bir rəsmi sənədində qeydə alınmamışdır və cavabdehlər bu tikilinin yerləşdiyi torpaq sahəsini qanunsuz ol araq zəbt etmişlər. İnşa edilən tikili isə özbaşına tikili hesab olunur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iddiaçı “X1” şirkətinin vəkili Məmmədova Rəna Məmməd qızı kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti apa rmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 63.3. Rəy vermək zəruri olduqda, ekspert iş materialla rı ilə tanış olmaq, məhkəmə iclaslarında iştirak etmək, suallar vermək, əlavə materialların təqdim edilməsini məhkəmədən xahiş etmək hüquqlarına malikdir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsəl ələrə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsi n və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
23. Hazırkı kassasiya şikayətində cavabdehlər apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
25. İddia tələbi cavabdehlərin Şirkətin Saziş ərazisi hüdudları və 3 saylı mədənin 6cı sahəsində yerləşən ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılmaları, özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması barədədir.
26. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, cavabdehlər apellyasiya şikayətində iddiaçı şirkətin torpağın kontrakt ərazisində daxil olmasına dair sübut təqdim etməməsini dəlil kimi irəli sürmüşlər.
27. İşdən görünür ki, apellyasiya instansiyası cavabdehlərin həmin dəlili əsasında məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Mə hkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi ekspertizanın aparılması üçün zəruri olan əlavə materialların təqdim edilməsi barədə ekspert vəsatətinin təmin edilməməsi əsası ilə ekspertizanın təyin edilməsi barədə qərardadı icrasız saxlamışdır. Apellyasiya instansiyası isə ekspertiza təyin edilməsi barədə qərardadın sonrakı icrasını təmin etməmiş, nəticədə təyin edilmiş ekspertiza baş tutmamış və rəy verilməmişdir.
28. Ekspertiza təyin edilsə də, ekspertizanın həvalə edildiyi orqanın ekspertiza keçirilməsi ilə bağlı vəsatətinin təmin edilməməsi, başqa sözlə, təyin etdiyi ekspertizanın rəyini almamasına baxmayaraq, apellyasiya məhkəməsi mübahisəli torpaq sahəsinin kontrakt ərazisində daxil olması ilə bağlı iş üçün mühüm əhəmiyyət kəsb edən halı, zəruri bildiyi ekspert rəyi ilə müəyyən etməmişdir. Halbuki məhkəmə ekspertizanı məhz bu məqsədlə təyin etmişdi.
29. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, apelyasiya məhkəməsi tərəfindən işin konkret halını müəyyən etmək üçün iş üzrə ekspertiza keçirilməsi zəruri bilinib və ekspertiza təyin edilib, belə olan halda, işin həmin halının ekspert rəyi alınmadan müəyyən edilməsi əsası sayıla bilməz. Eyni zamanda o də nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsinin kontrakt ərazisində daxil olması ilə bağlı iş üçün mühüm əhəmiyyət kəsb edən hal xüsusi bilik tələb edən ekspertiza tədqiqatı ilə müəyyən edilməli məsələdir.
30. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən apellyasiya instansiya sı məhkəməsi prosessual hüquq normalarını pozmuşdur.
31. Bu baxımdan, məhkəmə kollegiyası məhkəmələrin tətbiq etdiyi maddi hüquq normalarını da işin hallarına uyğun hesab etmir. Qeyd edilən normalar o halda düzgün tətbiq edilmiş sayıla bilər ki, işin halları sübutların düzgün qiymətləndirilməsi ilə müəyyən edilmiş olsun.
32. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul et məlidir.
33. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-199/2021 nömrəli, 04 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.