Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4050/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İ(Açar sözlər: qüsurlu əşyanın satılması nəticəsində pul tələbi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “istehlakçı hüquqlarının pozulması ilə əlaqədar avadanlığın cavabdehə qaytarılması və pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1867/2024 nömrəli, 23 avq ust 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil Nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı 02 sentyabr 2021-ci il tarixdə Cavabdeh QSC-dən 9.079 manat dəyərində Çin Xalq Respublikasında “X6 Technology Co. Ltd.” şirkətinin istehsalı olan “Beyond” markalı, “HiFRes” seriyalı, HF8 modelli yüksək axınlı qızdırılan tənəffüs nəmləndiricisi avadanlığı almışdır.
2. Tərəflər arasında yazılı müqavilə imzalanmamış, lakin 02 sentyabr 2021-ci il tarixli satış çekinə əsasən avadanlığın dəyəri olan 9.079 manat ödənilmişdir.
3. Həmin avadanlıq cavabdeh MMC tərəfindən iddiaçının göstərişinə əsasən Qobustan modul tipli xəstəxanada quraşdırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh, yaxud QSC) qarşı iddia ərizəsi ilə və sonradan iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 02 sentyabr 2021-ci tarixli alğı-satqı müqaviləsi üzrə alınmış 9.079 manat dəyərində “HİGH FLOW HİF RES 8” modelli avadanlıqda qüsur aşkar olunduğuna və istifadəyə yararsız olduğuna görə cavabdehə qaytarılması və lazımı keyfiyyətdə mala dəyişdirilməsi, bu mümkün olmadığı təqdirdə isə 02 sentyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, alğı-satqı müqaviləsinin predmeti olan “HİGH FLOW HİF RES 8” modell i avadanlığın cavabdehə qaytarılması və həmin avadanlığa görə ödənilmiş 9.079 manat pulun, həmçinin bununla əlaqədar çəkilən xərclərin – mütəxəssis rəyinin alınması üçün “X3” MMC-yə ödənilmiş 400 manat məbləğində, vəkilə ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli tibbi avadanlığı almamışdan əvvəl cavabdeh MMC-nin satış meneceri inandırmışdır ki, həmin avadanlıq Türkiyədən gətirilir və heç bir problem ola bilməz, həmin avadanlığı öz mütəxəssisləri quraşdıracaqlar və zəmanət veriləcəkdir. Lakin, satış zamanı tibbi avadanlığa dair müvafiq sənədlər (uyğunluq sertifikatı, ştrix kod, zəmanət kartı, mənşə sertifikatı, dövlət dilinə tərcümə olunmuş texnik i pasportu (istifadə qaydası) və s.) təqdim edilməmişdir. Menecerdən zəmanət kartını soruşmuş, sonuncu isə bildirmişdir ki, satılan avadanlıqla bağlı hər hansı bir problem olsa, satış qəbzi, yəni çek onlar üçün əsas sənəddir. Tibbi avadanlığın xəstə qohumunun müalicəsi üçün təcili lazım olduğuna görə, iddiaçı satış meneceri ilə razılaşmaq məcburiyyətində qalmış, avadanlığın pulunu, yəni 9.079 manatı nağd şəkildə kassaya ödəmiş, bu barədə müvafiq ödəniş qəbzi almışdır. Bundan sonra satış mərkəzinin əməkdaşları avadanlığı xəstənin müalicə olunduğu Qobustan modul tipli xəstəxana çatdıraraq quraşdırmışlar. Lakin az müddət sonra, həmin gün, 02 sentyabr 2021-ci il tarixdə saat 22:00 radələrində aparat xəstəni ciddi narahat etməyə başlamış, bütün gecə ərzində iki dəfə sönmüş, sonradan öz-özünə iş ə düşməyə, qəribə səslər verməyə başlamış, mütəmadi olaraq soyuq oksigen vurmuşdur. 03 sentyabr 2021-ci il tarixdə iddiaçının müraciəti əsasında cavabdehin göndərdiyi mühəndis yenidən xəstəxanaya gəlmiş və avadanlıqda əlavə düzəliş və tənzimləmələr etmişdir. Lakin tibbi avadanlıqda aşkar olunan qüsurlar yenə də aradan qaldırılmamışdır. Bundan sonra iddiaçı və digər ailə üzvləri bir neçə dəfə cavabdehin əməkdaşına zəng etsələr də, zənglərinə cavab verilməmişdir. Avadanlığın düzgün işləməməsi nəticəsində xəstənin ciyərlərinə yüksək təzyiqlə soyuq oksigen daxil olmuş, xəstənin vəziyyəti xeyli ağırlaşmış və bir necə gündən sonra dünyasını dəyişmişdir. Satılan malın tam qüsurlu olması, standartlara cavab verməməsi, öz başına yanıb sönməsi, cavabdehin əməkdaşları tərəfindən avadanlığın qüsurla rının aradan qaldırılması ilə edilən cəhdlərin nəticə verməməsi ilə əlaqədar həmin qüsurlu tibbi avadanlığın mağazaya geri qaytarılması və ödədiyi pulun isə ona verilməsi barədə iddiaçı 09 sentyabr 2021-ci il tarixdə cavabdehə müraciət etmişdir. Həmçinin 11 sentyabr 2021-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubunu, 14 sentyabr 2021-ci il tarixdə elektron poçt vasitəsilə yenidən ərizəsini göndərmişdir. Cavabdeh tərəfindən həmin xəbərdarlıq məktubuna heç bir cavab verilməmiş, elektron poçtla 15 sentyabr 2021-ci il tarixdə göndərilmiş cavabda isə qaldırılan məsələ ilə bağlı araşdırma aparıldığı və araşdırmanın nəticəsi barədə 3 iş günü ərzində məlumat veriləcəyi bildirilmişdir. Lakin araşdırmanın nəticəsi barədə ona heç bir məlumat verilməmişdir. Bundan sonra cavabdehdən aldığı “HiGH FLOW HİF RES 8” modelli avadanlığın qüsurlu olması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət ərizələri göndərmişdir. Lakin, cavabdehin qanunsuz hərəkətləri barədə heç bir araşdırma aparılmamış və inzibati tənbeh tədbiri görülməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi isə iddiaçının şikayət ərizələri ilə əlaqədar 25 iyul 2022-ci il tarixli cavab məktubunda səlahiyyətləri daxilində bu məsələ ilə əlaqədar aparılmış araşdırma nəticəsində cavabdehin alınan malın geri qaytarılması barədə tələbini yerinə yetirməməklə, habelə malın keyfiyyəti ilə bağlı mübahisə olduğu halda, onun öz hesabına ekspertiza olunmasını təmin etməməklə qanunvericilikdə nəzərdə tutulmuş qaytarma və dəyişdirmə qaydalarını pozduğunun müəyyən edilməsi bildirilmişdir.
6. Birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən təqdim olunmuş “X3” MMC-nin 26 dekabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən aparılmış tədqiqatlar nəticəsində, tədqiqata təqdim edilmiş Çin Xalq Respublikasına məxsus, “X6 Technology Co., Ltd.” şirkətinin istehsalı olan “Beyond” markalı, “HiFRes” seriyalı, HF8 modelli yüksək axınlı qızdırılan tənəffüs nəmləndiricisi avadanlığının texniki göstəricilərinin həmin avadanlığa dair nəzərdə tutulmuş tələblərə cavab vermədiyi, hal-hazırda işlək vəziyyətdə olmadığı, İSO X1 İSO 14001; 18001 və 9001 sertifikatlarının keyfiyyət standartlarına və meyarlarına cavab vermədiyi və istifadəyə yararsız olduğu müəyyən edilmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci ins tansiya məhkəməsi) e-2(006)-378/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh QSC arasında şifahi formada bağlanmış 02 sentyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilənin predmeti olan “HİGH FLOW HİF RES 8” modelli avadanlığın cavabdehə qaytarılması, həmin avadanlığa görə ödənilmiş 9.079 manatın və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 400 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi formada bağlanmış alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı satılmış malın lazımi keyfiyyətli o lmadığını iddia edir, cavabdeh isə gigiyenik məhsul olduğuna görə aparatın qaytarılmasını qəbul etmir.
9. Bu halda hazırki mübahisənin əsasını təşkil edən cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş malın lazımi keyfiyyətdə olub-olmaması araşdırılmalıdır. Bununla bağlı iddiaçının dəlillərindən biri bundan ibarətdir ki, təqdim edilmiş malın lazımi keyfiyyətdə olmaması ilə bağlı sübut qismində təqdim edilmiş “X3” MMC-nin 26 dekabr 2022-ci il tarixli mütəxəssis rəyi ilə təsdiq edilir. Bundan başqa, iddiaçının digər dəlillərindən biri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 25 iyul 2022-ci il tarixli məktubudur. Həmin məktubda qeyd edilmişdir ki, “Müraciətinizdə göstərilənlərlə bağlı Nazirliyin səlahiyyətləri daxilində toplanmış materiallar əsasında aparılmış araşdırma nəticəsində C avabdeh QSC-nin aldığınız malın geri qaytarılması barədə tələbinizi yerinə yetirməməklə, habelə malın keyfiyyəti ilə bağlı mübahisə olduğu halda, onun öz hesabına ekspertiza olunmasını təmin etməməklə qanunvericiliklə nəzərdə tutulmuş qaytarma və dəyişdirmə qaydalarını pozduğu müəyyən edilmişdir.”
10. Təqdim edilmiş malın gigiyenik məhsul olduğuna görə qaytarılmasının qeyrimümkün olması barədə cavabdehin dəlili ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 may tarixli 114 nömrəli qərarı ilə Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı təsdiq edilmişdir ki, həmin malların siyahısında cavabdehin istinad etdiyi dəlil nəzərdə tutulmamışdır. Buna görə də, mal ın qaytarılmaması üçün göstərilən dəlil əsassızdır.
11. Bundan başqa, təqdim edilmiş malın lazımi keyfiyyətdə olması ilə bağlı sübut qismində cavabdeh tərəfindən 13 dekabr 2021-ci il tarixli B seriyalı İDS012508 saylı Uyğunluq Sertifikatı təqdim edilmişdir. Həmin sertifikatla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi formada alğı-satqı müqaviləsi 02 sentyabr 2021-ci il tarixdə bağlandığı halda, sertifikat, müqavilənin bağlandığı tarixdən 3 aydan artıq müddətdən sonra 13 dekabr 2021-ci il tarixdə verilmişdir. Eyni zamanda, sertifikatdan, onun məhz iddiaçıya təqdim edilmiş avadanlığa dair verilməsi müəyyən olunmur. Buna görə də məhkəmə hesab etmişdir ki, həmin sertifikat malın keyfiyyətinə dair mötəbər sübut hesab oluna bilməz.
12. Bundan əlavə, məhkəmə qeyd etmişd ir ki, mal cavabdeh tərəfindən satıldığından, onun lazımi keyfiyyətdə olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən isə bu barədə hər hansı bir mötəbər sübutu, o cümlədən iddiaçının təqdim etdiyi mütəxəssis rəyini təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
13. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş malın lazımi keyfiyyətli olmayan mal olması məhkəmə tədqiqatı zamanı təsdiq olunduğundan, iddiaçı alğı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə predmeti olan malın qaytarılması və həmin mala görə ödənilmiş pulun qaytarılmasını tələb etməkdə haqlıdır.
14. İddia tələbinin mütəxəssis rəyinin alınması ilə bağlı xərcin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, işdə olan 21 dekab r 2022-ci il tarixli 308489 saylı kassa mədaxil orderindən göründüyü kimi iddiaçı tərəfindən mütəxəssis rəyinin alınması ilə bağlı “X3” MMC-yə 400 manat məbləğində ödəniş edilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
15. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş pulun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı vəkilin göstərdiyi yardıma görə ödənilmiş 100 manat məbləğində pulun tutulmasını tələb etsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.1, 421.2, 442, 567, 624.1, 624.3, 624.4-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 may tarixli 114 nömrəli qərarı və A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 119 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
17. Qətnamədən cavabdeh QSC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya istifadəyə yararlı vəziyyətdə olan avadanlıq 02 sentyabr 2021-ci il tarixdə təqdim edilmişdir. Mübahisə yarandıqdan 1 il 4 aydan sonra avadanlığın işləməməsi cavabdehin qüsurlu əşya satması qənaətinə gəlməyə əsas vermir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 114 nömrəli qərarına istinad etsə də, nəzərə almamışdır ki, həmin siyahıya görə şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.) dəyişdirilməli olmayan mallardır. Siyahıda şəxsi gigiyena əşyaları sadalanarkən “və s.” göstərilməklə həmin əşyaların dairəsi məhdudlaşdırılmır. Mağazanın ağır COVİD xəstəsi olan şəxsin istifadə etdiyi avadanlığın məhz gigiyenik baxımından təhlükəli olduğundan geri qaytarması qeyri-mümkündür. Hazırkı halda, onun geri qaytarılmasına ümumiyyətlə əsas yox idi, çünki aparatın normal işlək vəziyyətinə gətirilməməsi, xəstənin qohumların aparatdan düzgün istifadə etməməsi səbəb olmuşdur. Həmçinin, ekspert rəyinə nəzər salarkən müəyyən olunur ki, göstərilən şəkillərdə aparat işlək vəziyyətdə olmuş və ekspert həmin şəkilləri rəyin içinə əlavə edib qeyd etmişdir ki, aparat işlək vəziyyətdə deyil. Bu rəydən də görünür ki, həm mütəxəssis qeyri-peşəkardır, həm də özü öz rəyi ilə təsdiq edir ki, aparat xəstəxanada olarkən işlək vəziyyətində olub, lakin, mütəxəssisə 1 il 4 aydan sonra təqdim olunanda çalışmayıb. Əlbəttə ki, bir avadanlıq 1 il 4 ay işlədilməsə və hansı şəraitdə bu müddət ərzində saxlanılsa işləməz. Həmçinin, qətnamədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 25 iyul 2022-ci il tarixli məktubuna istinad etməsi tam olaraq əsassızdır. Belə ki, həmin məktubda guya cavabdehin öz hesabına ekspertiza olunmasını təmin etməməklə qanunvericilikdə nəzərdə tutulmuş qaytarma və dəyişdirmə qaydalarının pozulmasına istinad etməsi Nazirlik tərəfindən birmənalı qərar kimi qiymətləndirilməli və əsas kimi götürülməməli idi. Çünki, həm iddiaçı, həm də cavabdeh tərəfindən məhkəmə gedişi zamanı və şahid ifadələrindən də göründüyü kimi, aparata də rhal müdaxilə edilmiş və proqram təminatı yüklənmiş, eləcə də, aparat 09 sentyabr 2021-ci il tarixdə iddiaçı tərəfindən cavabdehin müəssisəsinə yoxlama üçün gətirilmiş və servis xidmətində müayinə keçirilərək tam işlək vəziyyətdə olması sübuta yetirildikdən sonra iddiaçı tərəfindən geri götürülmüş və aparılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsinin qərardadına əsasən "xxxx" ASC-dən alınan 19 iyul 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı icazəsi olmadığına görə avandanlığın daxili komponentlərinə tam baxış keçirilməmişdir. Lakin, avadanlıqda yaranmış problemlər düzgün istifadə qaydalarının pozulmasından qaynaqlanmışdır. Yeni problemlər istehsal xarakterli deyil, istehlak (istismar) xarakterlidir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyas iya instansiya məhkəməsi) 2(103)-3394/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, zəmanət müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini aldıqdan sonra 3 gün ərzində bu malı ekspertizaya göndərməlidir. Ancaq iddiaçı malın keyfiyyəti ilə bağlı şikayətlə yazılı formada cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq malın eksperti zaya göndərilməsi həyata keçirilməmişdir. Belə ki, yalnız cavabdehin öz əməkdaşları avadanlığı yoxlamış və qüsurların olmadığını şifahi formada iddiaçıya bildirmiş, hər hansı əsaslandırılmış ekspertiza rəyini iddiaçıya təqdim etməmişlər. Qanunvericiliyin tələblərinə əsasən istehlakçının ekspertizanın nəticələrini məhkəmə qaydasında mübahisələndirmək hüququ vardır.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tibbi avadanlığı pandemiya dövründə qohumunun həyatda qalması üçün almış və avadanlığa görə cavabdehə yüksək məbləğdə ödəniş etmişdir. Bunu nəzərə alaraq, cavabdeh məsələnin araşdırılmasına daha məsuliyyətli və vicdanla yanaşmalı idi. Belə ki, mülki qanunvericilik mülki hüquq münasibətlərinin subyektləri üzərinə öz hüquq və vəzifələrini vicdanla həyata keçirmək öhdəliyi qoyur. Nəz ərə alınmalıdır ki, tibbi avadanlıqlar xüsusi təyinatlı avadanlıqlar olmaqla onların ekspertizası da bu sahədə xüsusi biliyə malik olan şəxslər tərəfindən keçirilməlidir. Ekspertizanın keçirilməsi vəzifəsini isə qanunvericilik cavabdehin üzərinə qoyur. Bir halda ki, cavabdehin iddiaçıya satılmış avadanlığın proqram təminatının yenilənməsi ilə bağlı həmin avadanlığın istehsalçısına müraciət etmək imkanı olmuş və həmin proqram təminatını əldə etmiş, cavabdeh həmin avadanlığın qüsurlu olub-olmaması ilə bağlı da məsələləri aydınlaşdıra, bununla bağlı avadanlığın istehsalçısının əsaslandırılmış rəyini iddiaçıya təqdim edə bilərdi.
23. Bundan başqa, işdə olan iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş “X3” MMC-nin 26 dekabr 2022-ci il tarixli mütəxəssis rəyində, həmçinin iş ə apellyasiya qaydasında baxılarkən məhkəmənin qərardadına əsasən əldə edilmiş "xxxx" ASC-nin 19 iyul 2023-cü il tarixli rəyindən görünür ki, sözügedən avadanlığın xarici görünüşündə heç bir qüsur (əzik, cızıq, deformasiya izləri) aşkar olunmamışdır.
24. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, avadanlığın üzərində hər hansı qüsurun olmaması, yəni iddiaçı tərəfindən ona hər hansı müdaxilənin edilməməsi, alındığı gündən sonra işləməsində problemin yaranması, cavabdeh tərəfindən avadanlığın qüsurlu olub-olmaması ilə bağlı ekspertizanın keçirilməsindən yayınması onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya satılmış avadanlıq qüsurlu olmuşdur.
25. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan sənədlərə əsasən iddiaçı məhkəməyə müraciət etməmişdən öncə pozulmuş hüquqlarının bərpası ilə bağlı bir neçə ay davamlı olaraq aidiyyəti dövlət qurumuna müraciətlər etmiş, lakin hüquqlarının bərpasına nail ola bilməmişdir. Bundan başqa, qanunvericiliyin tələbinə görə istehlakçı müqavilə ilə müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi və ya müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər. Cavabdeh apellyasiya şikayətində bildirir ki, aparatın işlək vəziyyətdə və yaxud qüsurlu vəziyyətdə olduğu halda belə iddiaçı onun pulunu deyil, aparatın digəri ilə dəyişdirilməsini tələb etməli idi. Halbuki, apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçıya satılmış tibbi avadanlıq şəxsi gigiyena əşyasıdır və qanunvericiliyin tələbinə əsasən dəyişdirilə bilməz. Məhkəmə bu dəlil ilə razılaşmayaraq qeyd etmişdir ki, əksər tibbi avadanlıqlar diş fırçaları, daraqlar, biqudilərdən fərqli olaraq, bir neçə şəxslərə xidmət edilməsi üçün nəzərdə tutulur (tibb müəssisələrində süni nəfəs aparatları, stomatoloji avadanlıqlar və s.) və şəxsi gigiyena əşyaları ilə eyniləşdirilə bilməz.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh ona xəbər verilmədən ekspertizanın keçirildiyini bildirsə də, işdən məhkəmə tərəfindən hər hansı ekspertizanın keçirildiyi müəyyən edilmir.
27. İş materiallarına iddiaçının qohumunun ölümü ilə bağlı şəhadətnamə əlavə edilmiş, birinci instansiya məhkəməsində mo bil operator şirkətinə tərəflər arasında olan zənglərlə bağlı sorğunun verilməsi barədə cavabdeh tərəfindən hər hansı vəsatət verilməmişdir.
28. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 5.3, 567, 614.1, 615, 624.1, 624.4-cü müddələri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1, 7.1, 7.2, 7.4, 14.4-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119, 384.0.1 və 385.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:
29. Qətnamədən cavabdeh QSC kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti onunl a əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 125, 129-cu, Mülki Məcəllənin 624-cü, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 5.1, 14.4cü, Mülki Prosessual Məcəllənin 8.1, 9, 78, 80, 87, 88, 106.1-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2014-cü il tarixli, 94 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.53-cü bəndinin tələbləri pozulmuşdur. Belə ki, Mülki Məcəllənin 624-cü maddəsinə görə malın qaytarılması satıcının lazımi keyfiyyətdə olmayan malı satması və bu barədə alıcıya qabaqcadan bildirilmədiyi halda mövcud ola bilər. Hazırki iş üzrə alıcı tərəfindən mal alınarkən qüsurlu olmamış, cihaz xə stəyə qoşulduqda normal işləmiş, xəstənin arvadı əməkdaşlara zəng etdikdən sonra isə əməkdaşlar tərəfindən Çin Xalq Respublikasına müraciət edilmiş və proqram təminatı cihaza qoşulmuş, sonra isə cihaz normal işləmişdir. Proqram təminatı aparata yalnız tələb edildiyi müddətdən sonra quraşdırıla bilər, həmin təminat Çin Xalq Respublikası tərəfindən təqdim edilir və bu hal, aparatın texniki nasaz olması deyil, aparatın işləmə mexanizminin bu cür qurulması səbəbindəndir. 09 sentyabr 2021-ci ildə iddiaçı tərəfindən aparat cavabdehin yerləşdiyi ünvana gətirildikdə müəssisənin mütəxəssisləri tərəfindən aparat yerində də servis otağına aparılmış, quraşdırılmış və tam işlək vəziyyətdə olması iddiaçıya sübut olunmuş, iddiaçı aparatı özü ilə götürərək getmişdir. İddiaçı özü də apellyasiya instansiy ası məhkəməsində icraat zamanı bildirmişdir ki, cihaz mağazaya aparıldıqda çalışırdı. Bu isə sübut edir ki, satıcı tərəfindən alıcıya lazımi keyfiyyətdə olan mal satılmışdır. Cihaz xəstəyə qoşulduqdan sonra axşam cihazda “hedef sıcaklığa ulaşılmadı” yazısı olmuşdur. Təlimat kitabçasının 99-cu səhifəsində qeyd edilmişdir ki, ekrana belə yazı gəlirsə, avadanlıq aşağı şərtlər, yüksək təzyiq altında istifadə edilmişdir. Bu da onu göstərir ki, avadanlığın yararsız hala düşməsinin səbəbi düzgün istifadə qaydalarının pozulmasıdır. 19 iyul 2023-cü il tarixli ekspert rəyində də bu məsələ öz təsdiqini tapmışdır. Mal alıcıda olduğundan, onun ekspertizasının satıcı tərəfindən keçirilməsi mümkün olmamışdır. 09 sentyabr 2021-ci ildə cihaz mağazaya iddiaçı tərəfindən gətirilmiş, yerində cavabdehin əməkda şları tərəfindən yoxlanılmış, işlək vəziyyətdə olduğu üçün alıcı tərəfindən geri aparılmışdır. Həmçinin qanunvericiliyə əsasən iddiaçının malın dəyişdirilməsini tələb etmək hüququ olduğu halda, o, birbaşa malın qaytarılmasını tələb etmişdir. Bundan əlavə, mərhumun arvadı mağazaya zəng vurub, xəstənin vəfat etdiyini, cihazı geri qaytaracaqlarını bildirmişdir. Bu da düşünməyə əsas verir ki, malı səbəbsiz yerə qaytarmalarının mümkün olmayacağını bilən iddiaçı malın qüsurlu olmasını bildirərək, malı geri qaytarmaq istəyir. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən irəli sürülən arqumentlər tam araşdırmamış, cavabdehə münasibətdə qərəzli mövqe olmuşdur. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsində verilmiş ekspert rəyi ilə razılaşmadığı üçün özü ekspertiza təyin etmiş, lak in sonradan qətnamə qəbul edərkən alınan rəyi nəzərə almamışdır.
31. Azərbaycan Respublıikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)165/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev (məruzəçi), Elşanə Vəliyeva və Əhliman Xıdırov) cavabdeh QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
32. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya qüsurlu mal satıldığı halda, iddiaçının həmin malı qaytarmaq və dəyərinin ödənilməsini tələb etmək hüququ vardır. Bununla belə, məhkəmə kollegiyası izah etmişdir ki, istehlakçının belə hüququ yalnız bu halda yaranır ki, satıcının satdığı mal lazımi keyfiyyətli olmasın və satıcı qüsurlar barədə alıcını məlumatlandırmasın. Malın qüsurları istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyi halda, satıcının məsuliyyəti istisna olunur.
33. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırılması ilə razılaşmamış və hesab etmişdir ki, cavabdeh tərəfindən “İstehlakçının hüquqlarının müdafiəsi haqqında” Qanunun 14-cü maddəsinin pozulması özü özlüyündə malın qüsurlu satılmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Belə ki, həmin müddəanın məqsədi istehlakçının hüquqlarının məhkəmədən kənar müdafiəsinə yönəldilmişdir və satıcı qanundan irəli gələn bu vəzifəsini yerinə yetirmədiyinə görə qa nunvericiliklə müəyyən olunan qaydada məsuliyyətə cəlb oluna bilər. Lakin hazırkı halda tərəflər arasındakı mübahisə məhkəməyə verildiyi üçün mübahisəli avadanlıqda olan qüsurların yaranma səbəbi araşdırma predmetini təşkil etmişdir.
34. Qeyd olunan səbəbə görə apellyasiya məhkəməsi tərəfindən avadanlığın qüsurlarının istehsal, yaxud istismar xarakterli olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə mütəxəssis (ekspert) rəyinin verilməsi üçün "xxxx" ASC-yə müraciət edilmiş və məhkəməyə hazırkı qərarın 19-cu bəndində qeyd olunan 19 iyul 2023-cü il tarixli mütəxəssis rəyi verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qətnaməsində həmin rəyin “tədqiqatın nəticəsi” hissəsinə istinad etsə də, yuxarıda qeyd olunan nəticəyə gələrkən rəy ilə müəyyən olunan halları nəzərə almamış və bunu əsas landırmamışdır.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Prosessual Məcəlləsinin 97.1, 101.7, 103.1-ci maddələrinin mənasına görə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir.
36. İş materiallarında olan "xxxx" ASC-nin 19 iyun 2023-cü il tarixli rəyinin “Araşdırmanın nəticəsi” hissəsində mütəxəssis qarşısında qoyulan suallara cavab olaraq göstərmişdir ki, avadanlıq işlək vəziyyətdə deyildir, xarici görünüşündə heç bir qüsur aşkar olunmadı. İddiaçı icazəsi olmadığından, qüsurlar tam aşkar edilə bilmədi. İşdə olan 26 dekabr 2022-ci il tarixli, 238 saylı mütəxəssis rəyinin ikinci səhifəsində əks olunan fotoşəkillər avadanlığın qüsurlu olduğunu əks etdirmir. Avadanlığın tibb müəssisəsinə verilərkən işlək olması, mütəxəssis tərəfindən aparılan yoxlamalar nəticəsində heç bir reaksiya verməməsi istehlak xarakterli problem olmasına dəlalət edir. İkinci səhifədəki şəkillərə nəzər yetirsək ekranda xəta olaraq “Hedef sıcaklığa ulaşılmadı” yazısı görünür. Bu xətanın nədən baş verdiyini, təqdim olunan təlimat kitabçasında aydın şəkildə qeyd edilib. Təlimat kitabçasının 99-cu səhifəsində qeyd olunmuşdur ki, əgər ekrana “Hedef sıcaklığa ulaşılmadı” yazısı gəlirsə avadanlıq aşağı şərtlər, yüksək təzyiq altında istifadə olunmuşdur. Bu da onu göstərmişdir ki, avadanlığın yararsız hala düşməsinin səbəbi düzgün istifad ə qaydalarının pozulmasıdır.
37. Göründüyü kimi mütəxəssis rəyində mübahisəli avadanlığın tam işləməməsi, bunun səbəbinin iddiaçının icazəsi olmadığı üçün müəyyən etməyin mümkün olmaması, iş materiallarında olan fotoşəkillərdə avadanlıqda xəta kimi göstərilən yazının isə həmin avadanlığın Təlimatına görə düzgün istifadə qaydalarının pozulması zamanı çıxması göstərilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi müəyyən olunan bu halları tərəflərlə müzakirə etməmiş, ekspertin (mütəxəssisin) göstərilən rəyi ilə razılaşmasa da, Mülki Prosessual Məcəllənin 103.2-ci maddəsinə zidd olaraq bu mövqeyini qətnamədə əsaslandırmamışdır.
38. Halbuki, iddiaçının özünün təqdim etdiyi “X3” MMC-nin 26 dekabr 2022-ci il tarixli mütəxəssis rəyindən və CD-disklərdə olan video çəkilişlərdən aydın olmuşdur ki, avadanlıq “Hedef sıcaklığa ulaşılmadı” yazısı ilə olsa da, faktiki işlək olmuşdur. Apellyasiya instansiyası məhkəməsinə verilən rəydə isə qeyd edilmişdir ki, həmin avadanlıq elektrik cərəyanına qoşularkən ümumiyyətlə işlək olmamışdır.
39. Məhkəmə qeyd etmişdir ki, iddiaçı özü də iddia ərizəsində alınan malın tam işləməməsini iddia etməmiş, avadanlığını xəstəxanada quraşdırıldığı zaman düzgün işləməməsini, soyuq hava verməsini, özünün sönüb-qoşulmasını göstərmişdir.
40. Apellyasiya məhkəməsi isə göstərilən ziddiyyətləri tərəflərlə araşdırmamış, avadanlığın hansı məqamdan tam işləməməsini iddiaçıdan soruşmamış, o cümlədən avadanlığın Qobustan modul tipli xəstəxanada quraşdırılması nəzərə alınaraq, onun həmin xəstəxanada olduğu zaman hansı vəziyyətdə olması, kim tərəfindən sökülərək iddiaçı ya qaytarılması, bu zaman işlək olub-olmaması barədə qeyd olunan xəstəxanadan arayışın alınmasını və (və ya) şahidlərin (xəstəxanada işləmiş tibb işçilərin) dindirilməsini tərəflərə təklif etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bu məqsədlə işdə iştirak edən şəxslərə prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir.
41. Digər tərəfdən mütəxəssis rəyindən aydın olmuşdur ki, mübahisəli avadanlıqda olan qüsurun səbəbinin müəyyən edilməsi iddiaçının icazəsi olmadığı üçün mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının bu hərəkətini nəzərə almamış, onun avadanlığı cavabdehə qaytarmaqla dəyərini tələb etdiyi halda, mütəxəssisə ava danlığın daxili yoxlanışının həyata keçirməsinə mane törətməsinin səbəbini soruşmamış və bunların nəticəsinə uyğun olaraq mütəxəssis rəyini qiymətləndirməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 218.1 və 392.1.5-ci maddələrinə uyğun olaraq işdə olan sübutları qiymətləndirməmiş, mübahisəli avadanlığın satılarkən qüsurlu olması nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
42. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əldə etdiyi Azərbaycan Metrologiya İnstitu publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, avadanlığın elektrik dövrəsinə qoşulması zamanı işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. Bununla yanaşı Məhkəmə Ekspertizası Mərkəzinin eksperti ekspertizanın aparılm asından imtina etmiş və bu barədə məhkəməyə ünvanladığı məlumatda qeyd etmişdir ki, avadanlıq baxış zamanı işlək vəziyyətdə olmadığından onda qüsurların olub-olmaması, müsbət halda yaranma səbəbinin müəyyən edilməsi mümkün deyildir.
43. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1867/2024 nömrəli, 23 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İlham Cəfərov (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fuad Abdıyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilmişdir.
44. Apellyasiya instansiya məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, “X3” MMC-nin xx.xx.2022-ci il tarixli rəyindən də görüldüyü kimi mütəxəssis baxışının keçirildiyi vaxt avadanlıq yararsız vəziyyətdə olmuş, işləməmişdir. Qeyd olunan rəydə avadanlıq üzrə bəzi xüsusatların çatışmaması göstərilsə də, bu hər-hansı istehsal qüsurunun mövcudluğunu sübut etmir. Nəticədə, avadanlıqdakı problemin nədən qaynaqlandığı mütəxəssis tərəfindən konkret olaraq müəyyən edilə bilməmiş, rəydə şəxsi mülahizələr qeyd olunmuş və digər müəssisələrə müraciət edilməsi tövsiyyə edilmişdir.
45. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaya etirazında və iş üzrə qəbul edilən məhkəmə aktlarından etdiyi şikayətlərində iddiaçıya lazımi keyfiyyətli mal satdığını, lakin avadanlıqdan istifadə qaydalarının iddiaçı tərəfindən pozulması nəticəsində onda qüsurların yaranmasını göstərmişdir. Bu halda, avadanlqdakı qüsurun istehsal yoxsa istehlak xarakterli olması müəyyən edilmədən iddia tələbinin təmin olunması ədalətsiz və qanunaziddir. Birinci instansiya məhkəməsi isə bu xüsusata diqqət etməmiş, iddianın təmin edilməsi üçün zəruri əhəmiyyət kəsb etməyən mütəxəssis rəyinə əsaslanmışdır.
46. İlkin apellyasiya baxışı zamanı "xxxx" ASC-dən alınan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində isə qeyd olunmuşdur ki, İddiaçı icazəsi olmadığına görə avandanlığın daxili komponentlərinə tam baxış keçirilməmişdir. Lakin avadanlıqda yaranmış problemlər düzgün istifadə qaydalarının pozulmasından qaynaqlanmışdır. Yəni problemlər istehsal xarakterli deyil, istehlak (istismar) xarakterlidir. Rəyin tədqiqat hissəsində yekun nəticənin əsasları kimi qeyd olunmuşdur ki, avadanlıq elektrik cərəyanına qoşulduqda ekranında işlək olmasına dair heç bir y azı və ya təsvir əks olunmamışdır, avadanlığın qüsurunun istehsal və ya istehlak xarakterli olub-olmamasını yoxlamaq məqsədi ilə mütəxsəsis tərəfindən daxili baxış keçirilmək istənilsə də, iddiaçı buna icazə verməmişdir, avadanlığın xarici görünüşündə heç bir qüsur aşkar olunmamışdır və işdə olan xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin ikinci səhifəsində əks olunan fotoşəkillər avadanlığın qüsurlu olduğunu əks etdirmir. Bununla yanaşı rəydə qeyd edilmişdir ki, avadanlığın tibb müəssəsinə verilərkən işlək olması, aparılan yoxlamalar nəticəsində isə heç bir rekasiya verməməsi istehlak xarakterli problem olmasına dəlalət edir.
47. Göründüyü kimi ilkin apellyasiya baxışı zamanı keçirilmiş mütəxəssis yoxlaması zamanı da avadanlıqdakı qüsurun istehsal yoxsa istehlak xarakterli olması konkret olaraq müəyyən edilməmiş, buna səbəb isə iddiaçının icazəsi olmadığına görə avandanlığın daxili komponentlərinə tam baxışın keçirilə bilməməsi olmuşdur.
48. Xüsusilə vurğulanmalıdır ki, iddiaçı iddia ərizəsində, məhkəmə iclasında və avadanlığa məhkəmədən əvvəl mütəxəssis baxışı keçirilərkən verdiyi izahatlarında avadanlığın düzgün işləməsə də, faktiki olaraq işlək vəziyyətə olduğunu bildirmişdir. Lakin sonradan keçirilmiş ekspert və mütəxəssis baxışlarında müəyyən edilmişdir ki, avadanlıq hazırda işlək vəziyyətdə deyil və elektrik dövrəsinə qoşulan zaman heç bir rekasiya vermir. Bununla yanaşı, “X3” MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinində qeyd olunmuşdur ki, iddiaçı xəstəxanada istifadə olunan avadanlığın işləməsində problem yarandığını, belə ki, avadanlıq elektrikə qoşulu b işə salındıqdan sonra türk dilində “Su yok” və “Hedef sıcaklığa ulaşılamadı” kimi xəta yazılarının göründüyü, nəticədə isə avadanlıqdan istifadə etməyin mümkün olmadığını bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarına baxış keçirərkən müəyyən etmişdirki, avadanlığın istifadəçi təlimat kitabında yaranmış xətalar və yaranma səbəbləri, habelə aradan qaldırılması üsulları əks olunmuşdur. Həmin təlimat kitabında iddiaçının bildirdiyi “Su çənində su yoxdur” və “Cihaz hədəf istiliyə çatmır” xətalarının da yaranma səbəbləri, habelə aradan qaldırılması üsulları göstərilmişdir. Belə ki, iş materiallarının (İ cild) 99-cu səhifəsində yer alan cədvəldə “Su çənində su yoxdur” xətasının su çəninin susuz istifadə olunması, “Cihaz hədəf istiliyə çatmır” xətasının isə cihazın aşağı şərtlərdə və yüksə k sürətdə istifadə olunması 11 nəticəsində yarandığı göstərilmişdir. Göründüyü kimi, iddiaçının əvvəlcə yaranmış olduğunu iddia etdiyi xətalar istehsal xarakterli yox, istehlak xarakterlidir və düzgün istifadə edilməməsi nəticəsində yaranmışdır. Həmçinin, istifadəçi təlimat kitabında daxili komponentlərin əlaqə qüsuruları səbəbindən cihazın normal işləməməsi halında avadanlığın ekranında “Avadınlıqda qüsur var” xətası çıxmalı idi, lakin iddiaçı bu növ xətanın yarandığından bəhs etməmişdir. Beləliklə, istər bu hallar, istərsə də keçirilmiş ekspertiza (mütəxəssis) baxışı zamanı iddiaçıya satılmış avadanlıqda istehsal xarakterli qüsurların müəyyən edilməməsi belə nəticəyə gəlməyə əsas verir ki, avadanlıq ondan istifadə qaydalarının pozulması nəticəsində yararsız vəziyyətə düşmüşdür, hazırda i şləmir və mövcud qüsurlar istehlak xarakterlidir.
49. İddiaçının əsas hesab etdiyi digər dəlilə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi iddiaçının şikayət ərizələri ilə əlaqədar xx.xx.2022-ci il tarixli cavab məktubunda cavabdehin alınan malın geri qaytarılması barədə tələbini yerinə yetirməməklə, habelə malın keyfiyyəti ilə bağlı mübahisə olduğu halda, onun öz hesabına ekspertiza olunmasını təmin etməməklə qanunvericilikdə nəzərdə tutulmuş qaytarma və dəyişdirmə qaydalarını pozduğunu bildirmişdir. Kollegiya izah edir ki, cavabdeh müvafiq ekspertiza keçirməməklə pozuntuya yol versə də, nəzərə almaq lazımdır ki, onun “İstehlakçının hüquqlarının müdafiəsi haqqında” Qanunun 14-cü maddəsinin tələblərinin pozması, yəni 3 gün ərzində avadanlığı eksp ertizaya göndərməməsi özü-özlüyündə malın qüsurlu satılmasının təsdiqi kimi qiymətləndirilə bilməz (Ali Məhkəmənin hüquqi mövqeyi də belə olmuşdur). Belə olan halda, bu dəlil də iddia tələbinin təmin edilməsinə əsas ola bilməz.
50. Hazırkı mübahisə üzrə cavabdeh tərəfindən qüsurlu mal satıldığı iddiaçı tərəfindən iddia olunmuş lakin bu hal istər məhkəmə araşdırması zamanı, istərsə də sübutların yoxlanılması zamanı öz təsdiqini tapmamış, bununla yanaşı iddiaçı tərəfindən də bu halı təsdiq edə biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlar avadanlıqdakı qüsurların istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması nəticəsində yaranması şübhələrini artırır. Bu baxımdan Mülki Məcəllənin və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərba ycan Respublikası Qanununun müvafiq tələbləri (bu qərarın 57-ci bəndində göstərilmiş tələblər) birinci instansiya məhkəməsininin araşdırması zamanı müəyyən edilməmiş, pozulmuş, nəticədə yalnış qərara gəlinmişdir.
51. Mübahisələndirilən hissə üzrə iddiaçının digər tələbinə münasibətdə qeyd olunmalıdır ki, hazırda kollegiya iddia tələbinin rədd edilməsi qənaətinə gəldiyindən xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən çəkilmiş xərclərin cavabdehdən tutulması hissəsində də iddia tələbi rədd edilməlidir.
52. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qanunların tələblərinə riayət olunmamış, cavabdehin təqsirinin mötəbər süb ütlarla müəyyən edilə bilməməsinə baxmayaraq, iddia tələbinin qismən təmin olunmasına dair qətnamə çıxarılmışdır. Belə olan halda, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd olunmalıdır.
53. Bundan başqa, apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçıya satılmış tibbi avadanlıq şəxsi gigiyena əşyasıdır və qanunvericiliyin tələbinə əsasən dəyişdirilə bilməz. Kollegiya bu dəlil ilə razılaşmayaraq qeyd etmişdir ki, əksər tibbi avadanlıqlar diş fırçaları, daraqlar, biqudilərdən fərqli olaraq, bir neçə şəxslərə xidmət edilməsi üçün nəzərdə tutulur (tibb müəssisələrində süni nəfəs aparatları, stomatoloji avadanlıqlar və s.) və şəxsi gigiyena əşyaları ilə eyniləşdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayətindəki qeyd olunan dəlil əsassızdır. 5
4. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 567, 581.1, 587.1, 587.2, 588.1, 588.2, 614.1, 615, 624.1, 624.3, 624.4-cü müddələri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsi və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 384.0.2, 385.1.1, 386-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
55. Qətnamədən iddiaçı (vəkili Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
56. Kassasiya şikayəti iddia ərizəsində və apellyasiya şikayətində qeyd olunan dəlillərlə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Mülki Məcəllənin 624.1-ci maddəsindən də göründüyü kimi malın qaytarılması satıcının lazımi keyfiyyətdə olmayan malı satması və bu barədə alıcıya qabaqcadan bildirilmədiyi halda mövcud ola bilər. Tibbi avadanlığın satılıb quraşdırıldıqdan sonra gözlə görünə bilməyən qüsurların aşkar olunması, bu qüsurların cavabdeh tərəfindən yenidən proqram təminatı ilə bağlı problem aradan qaldırılmaqla əlavə və tənzimləmələr edildikdən sonra da dəfələrlə təkrarlanması baş vermişdir. Bu hal isə satıcının lazımi keyfiyyətdə olmayan malı satması və bu barədə alıcıya qabaqcadan bildirilməməsi, malın komplektliliyi ilə bağlımüvafiq sənədlər vaxtında alıcıya təqdim etməməsi ilə də sübuta yetirilir. Bu faktı cavabdeh kassasiya şikayətində etiraf etmişdir ki, cihaz xəstəyə qoşulduqdan sonra əməkdaşlar tərəfindən Çin Xalq Respublikasına müraciət edilmiş və proqram təminatı cihaza qoşulmuşdur.
57. Mülki Məcəllənin 568.2-ci maddəsinə əsasən, əgər alğı-satqımüqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Göründüyü kimi, cavabdeh xx.xx.2021-ci il tarixdə tibbi avadanlığı iddiaçıya satarkən yuxarıda qeyd olunan müvafiq sənədləri təqdim etməmiş, yalnız 3 ay sonra dövlət orqanlarının müdaxiləsi nəticəsində sonradan əldə edilmiş, malın göstəricilərinə uyğun olmayan sənədləri təqdim etmişdir.
58. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqe yinə uyğun olaraq hazırkı apellyasiya baxışı zamanı da məhkəmə kollegiyası tərəfindən ekspertiza təyin edilmiş, həmçinin ekspertizanın keçirilməsinə mütəxəssislər də cəlb olunmuşdur. İddiaçı tərəfindən mübahisə predmeti ekspertizaya təqdim olunmuş və tədqiqat üçün onun tərəfindən heç bir maneə yaradılmamışdır. Məhkəmə kollegiyasının əldə etdiyi Azərbaycan Metrologiya İnstitu publik hüquqi şəxsin xx.xx.2024- cü il tarixli məktubunda qeyd edilmişdir ki, avadanlığın elektrik dövrəsinə qoşulması zamanı işlək vəziyyətdə olmadığımüəyyən edilmişdir. Bununla yanaşı, Məhkəmə Ekspertizası Mərkəzinin eksperti ekspertizanın aparılmasından imtina etmiş və bu barədə məhkəməyə ünvanladığıməlumatda qeyd etmişdir ki, avadanlıq baxış zamanı işlək vəziyyətdə olmadığından onda qüsurların olubolmaması, müsbət halda yaranma səbəbinin müəyyən edilməsi mümkün deyildir.
59. Avadanlıq satıcıdan alındığı xx.xx.2021-ci il tarixdən quraşdırılıb isifadə edildiyi müddətdən sonra yenidən nasazlıqların yaranması, xx.xx.2021-ci il tarixdə iddiaçının təkrar çağırışı əsasında cavabdehin nümayəndəsinin tibb müəssisəsinə gəlib aparata təxirə salınmadan yenidən proqram təminatı yükləməsi və bundan sonrakı günlərdə müşahidə edilən müntəzəm nasazlıqlar isə açıq-aşkar avadanlıqda həm də proqram təminatı ilə bağlı olmayan digər ciddi istehsal qüsurlarının mövcüd olmasını təsdiq etmişdir. Ona görə də dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduğuna görə idiaçının avadanlığın qaytarılması və ödədiyi pul məbləğinin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Bu hal iş materiallarına əlavə edilımiş “X3” MMC-nin xx.xx.2022-ci il tarixli 238 saylımütəxəssis rəyi ilə Çin Xalq Respublikasına məxsus, “X6 Technology Co., Ltd.” şirkətinin istehsalı olan “Beyond” markalı, “HiFRes” seriyalı, HF8 modelli yüksək axınlı qızdırılan tənəffüs nəmləndiricisi avadanlığının texniki göstəricilərinin həmin avadanlığa dair nəzərdə tutulmuş tələblərə cavab vermədiyi, hal-hazırda işlək vəziyyətdə olmadığı, İSO X1 İSO 14001; 18001 və 9001 sertifikatlarının keyfiyyət standartlarına və meyarlarına cavab vermədiyi və istifadəyə yararsız olduğu müəyyən edilmişdir.
60. Qeyd edilmişdir ki, tibbi avadanlığın yoxlanılması xüsusi bilik və bacarıq tələb etdiyindən, eyni zamanda iddiaçının yaxın qohumunun ağır xəstəliyi ilə bağlı cihazın təcili lazım olması səbəbindən vaxt məh dudiyyəti yaranmışdır. Cavabdeh isə iddiaçının gərgin və həyəcanlı vəziyyətindən sui-istifadə edərək, hətta malın mənşəyi, keyfiyyəti, uyğunluğu, zəmanəti və istifadə qaydaları ilə bağlı dövlət dilinə tərcümə olunmuş istifadə qaydaları barədə Təlimat kitabçasını təqdim etməmişdir. Satılan mal qüsurlu olması səbəbindən istifadə edilə bilmədiyinə görə mal alıcı da olsa da, satıcı alıcının yazılı müraciətini rəsmi qəbul etməkdən imtina etmiş, ona ünvanlanan müraciətləri cavablandırmamaqla, bir növ satdığı qüsurlu malın geri qaytarılaraq dəyişdirilməsindən və ya əvəzinin ödənilməsindən süni maneələr yaratmaqla boyun qaçırmışdır. Malın qüsurlu olması barədə rəsmi məlumat alan satıcı (cavabdeh) onu rəsmi qaydada qəbul edib öz hesabına ekspertizaya göndərməmişdir, hətta qarşı tərəfə bu barədə heç bir cavab verməmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:
61. Cavabdeh QSC-nin direktoru Kamran Məmmədov iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, əsassız olduğuna görə kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
62. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
63. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
64. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan mə lumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.
65. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. a lğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;
66. Maddə 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
67. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
68. Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.
69. Maddə 614.1. Pərakəndə alğ ı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür.
70. Maddə 624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: - keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin (624.1.1.); - alış qiyməti mütənasib surətdə azaldılsın (624.1.2.); - malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın (624.1.3.); - malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin (624.1.4.).
71. Maddə 624.3. Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imk an vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər.
72. Maddə 624.4. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu.
73. Maddə
7. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: - lazımi keyfiyyətli mala dəy işdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; - malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; - malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; - müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
74. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
75. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyə n edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
76. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
77. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
78. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
79. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
80. Maddə 21 8.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
81. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
82. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
83. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
84. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
85. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
86. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
87. Hazırkı kassasiya şikayətində qərar iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
88. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstəriş lərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
89. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşd ırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
90. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
91. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə ol unan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
92. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
93. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
94. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1867/2024 nömrəli, 23 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.