Məhkəmə qərarları › İş №2(102)-4051/2019

Ali Məhkəmə Qərardad — İş №2(102)-4051/2019

12.06.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4051/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, qarşılıqlı iddia üzrə cavabdeh X7nun, İddiaçı1 və X7nun vəkili X5, ilkin iddia üzrə Cavabdeh1 ***nın və onun vəkili X1 və tərcüməçi X6 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.12.2018-ci il tarixli, 2(103)7602/2018 nömrəli qətnaməsindən İddiaçı1 və müstəqil tələb irəli sürm əyəyn üçüncü şəxs X7nun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 ***na qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsi, 33 saylı evdə Cavabdeh2 tərəfindən aparılmış özbaşına tikililərin müəyyən edilərək cavabdehin hesabına sökülməsi, onların mülkiyyətinə cavabdeh tərəfindən edilmiş maneələrin aradan qaldırılması, ödənilmiş 10 manat dövlət rüsumunun əvəzinin cavabdehdən İddiaçı1 xeyrinə tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ***ümumi həyətli evdir. Həmin evin 2 və 3 saylı mənzilləri iddiaçılara, 1 saylı mənzili isə cavabdehə məxsusdur. Əvvəllər mənzillər həyətin bir tərəfində olmuş, mənzillərin qarşısı isə açıq ümumi istifadədə həyət olmuşdur. Sonradan cavabdeh bir-bir, yavaş-yavaş ümumi istifadədə olan hissələri zəbt etmiş, orada özünə və qızına otaqlar tikmişdir. Ümumi qapıdan girərkən birinci mənzil cavabdehə məxsusdur. Buna görə də onlar öz mənzillərinə keçmək üçün onun mənzilinin qarşısından olan yolla keçməli olurlar. Cavabdeh həmin yolu da şkaf qoymaqla daraltmış, üstündə əvvəlcə eyvan tikmiş, indi isə eyvanı bağlayıb mənzil etmək istəyir. Ona iddiaçıların yolunu bağlamaması barədə bildirdikdə onları təhdid, həyətdə səs-küy salıb təhqir edir, söyür, qarğış edir. Bundan başqa cavabdeh İddiaçı1 icarəyə verilmiş qarajın divarına bitişik tikili tikmişdir. O, həmin tikilini tikərkən qarajın nəfəsliyini tamam bağlamışdır. Həmin vaxt ona bildirmiş lər ki, «tikili tikirsən tik, ancaq qarajın hasarına birləşdirmə. Ayrı hasar qoy və nəfəsliyi bağlama». Ancaq cavabdeh yenə də öz qanunsuz hərəkətlərini davam etmişdir. Cavabdehin niyyəti tezliklə onların yolunu bağlamaq, söz-söhbət salıb şər atmaqla onları evlərindən çıxarmaqdır. Cavabdehin hərəkətləri ilə bağlı müvafiq qurumlara şikayət etmişlər, həmin orqanların nümayəndələri gəlib cavabdehə yolu açmağı bildirmiş, cavabdeh tez bir zamanda bunu edəcəyinə söz vermiş, ancaq nümayəndə gedəndən sonra heç bir şey etməyəcəyini bildirmiş və dediyini etmişdir. Eyni zamanda Cavabdeh1 *** İddiaçı2, İddiaçı1 və X4 qarşı “özbaşına tikililərin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7 tərəfindən ona məxsus ünvan 1 ünvanının qarşısında özbaşına tikilmiş qaraj ın sökülməsi, İddiaçı1 tərəfindən ümumi həyətdə tikilmiş eyvanın və pilləkənin sökülməsi, İddiaçı2 tərəfindən evinin qarşısında tikilmiş eyvanın sökülərək evinin divarından ayrılması və ayrıca divar tikilməsi, evinin texniki pasporta görə 11.7 və 9.5 kv.m sahəsi olan otaqlarının İddiaçı2 mənzili ilə olan tərəfdəki divarının İddiaçı2 tərəfindən təmir edilməsi, İddiaçı2 ona dəymiş zərərin əvəzi olaraq 3000 manat pulun tutularaq ona verilməsi və cavabdehlərdən ödədiyi 10 manat rüsumun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 1977-ci ildən 46 saylı MİS-də süpürgəçi işləmiş və ona 1978-ci ildə ünvan 2 ünvanı xidməti mənzil kimi verilmişdir. O, 1978-ci ildən həmin mənzildə yaşayır. 26.06.1979-cu ildə evə dai r ona order verilmişdir. O, Səbail rayon İcra Hakimiyyətinin 26.05.1993-cü il tarixli sərəncamına əsasən sözügedən mənzili özəlləşdirmişdir. Bundan başqa o, yaşadığı mənzilin giriş hissəsində aparmış olduğu təmir işləri qanunsuz artırma deyil, sadəcə təmir-bərpa işlərindən ibarətdir və o, mənzili alarkən həmin tikili mövcud olmuşdur. O isə sadəcə həmin tikilidə təmir işləri aparmışdır. Aparmış olduğu bu təmir-bərpa işləri isə şikayətçilərin nəinki mənzilinə girişçıxışına maneçilik törətməmiş, hətta onların mənzilinə belə heç bir zərər yetirməmişdir. Çünki iddiaçıların mənzilinin giriş qapısı ilə onun mənzilinin giriş qapısı tamamilə ayrı-ayrı istiqamətlərdədir. Odur ki, aparmış olduğu təmir işləri onların sərbəst giriş-çıxışına da heç bir maneçilik törətməmişdir. Belə olan halda hesab edir ki, tərəfindən aparılmış təmir işləri iddiaçıların heç bir mülkiyyət hüququnu pozmadığından iddiaçıların bu cür iddia qaldırmağa hüququ yoxdur. Bununla yanaşı o, mənzilində təmir-bərpa işləri apararkən məhz iddiaçıların özü ilə də məsləhətləşmiş və iddiaçılar bu işlərin aparılmasına heç bir etirazının olmadığını bildirmişlər. Çünki o, orada heç nə dəyişməmiş, sadəcə təmir etmişdir. Eyni zamanda evinin qarşısında o, evi alarkən mövcud olan tikililərdə 1991-ci ildə təmir bərpa işləri aparmış, lakin pulu çatmadığından həmin hissədə bəzi bərpa işləri yarımçıq qalmışdır. O, hazırda evinin qarşısında olan tikilinin üzərində su çəninin olmasına görə evindən evin qarşısında olan tikilinin üzərinə gediş-gəliş üçün beton keçid inşa etmiş və bu beton keçid də iddiaçıların heç bir hüquqlarını pozmur, gediş-gəliş yoluna maneçilik törətmir. İlkin iddia üzrə iddiaçılar məhkəməni aldadaraq iddia ərizəsində göstərmişlər ki, guya o, onların mövcud yolunu daraltmış, həyəti zəbt etmişdir. Qeyd edilən tikililər əvvəldən mövcud olmuş, iddiaçılar isə onun barəsində məntiqə sığmayan fikir söyləyirlər ki, onun fikri onları həyətdən qovmaqdır. Eyni zamanda ilkin iddia üzrə İddiaçı2 15-17 ildir ki, qonşuluqdakı mənzili almış, ümumiyyətlə o, onların həyətə köçdükdən sonra həyət hazırki vəziyyətdə olmuşdur. Bundan başqa İddiaçı2 2 saylı mənzili aldıqdan sonra mənzilin qarşısında özbaşına olaraq qanunsuz eyvan inşa etdirmiş, eyvanı inşa etdikdən sonra damını onun damına bitişdirmiş, arada öz divarını inşa etməmişdir. Əlavə olaraq damını onun damının üstünə çıxarmış və onun təkidindən sonra damı divarın üstünə qaytarmışdır, lakin həmin hissəni qırladığından yay aylarında qır əriyərək onun damından balkonuna axır. Eyni zamanda İddiaçı2 onun evinin tavanının üstündə divar tikməsinə görə ağırlıqdan evinin texniki pasporta görə 11.7 və 9.5 kv.m sahəsi olan otaqlarının İddiaçı2 evi tərəfdəki divarı çatlayaraq yararsız hala düşmüşdür. Bu səbəbdən hesab edir ki, İddiaçı2 aralarında olan divarı öz hesabına təmir etdirməli, mənzilinin qarşısında tikdirdiyi balkon ilə onun mənzilinin divarı arasında yeni divar inşa etdirməlidir, ona dəymiş 3000 manat zərəri ödəməlidir. Bundan əlavə İddiaçı1 əri Qardaş Hüseynov 1995-2000-ci illərdə onun qəti etirazına baxmayaraq texniki pasporta əsasən 13.4 kvm sahəsi olan otağının qarşısında, yol tərəfdən təxminən evindən 1.5 metr aralıda dərəni dolduraraq özbaşın a olaraq qanunsuz qaraj tikmiş, bu da onun evinə hava və işığın gəlməsinin qarşısını almışdır. Tikilmiş qaraj onun evinin tam qarşısında yol tərəfdəndir, o, həmin hissədən yola çıxış etmək istəyir, yolun həmin hissəsi ona aiddir. İddiaçı1 və Nəsibovanın yolun həmin hissəsində küçəyə tərəf giriş-çıxış qapıları mövcuddur, lakin Q.Hüseynov məqsədli şəkildə qarajı öz evinin qarşısında tikmək imkanının olmasına baxmayaraq onun hüquqlarını pozmuş və hazırda onun evinin qaranlıq qalmasına səbəb olmuşdur. O, qaraj ilə evinin arasına qar, yağış suları dolduğundan həmin hissənin üstünü bağlamış və İddiaçı2 evi tərəfdən küçəyə pəncərə qoymuşdur ki, işıq gəlsin. İddiaçı2 təkid etmişdir ki, pəncərəni bağlasın. O, da həmin pəncərəni bağlamışdır. Lakin hazırda evinə işıq düşmür. Bu səbəbdən hesab edir ki, Qardaş Hüseynov tərəfindən inşa edilmiş qaraj onun evinə işığın, havanın, evinə girişçıxışın qarşısını kəsdiyindən Qardaş Hüseynov və İddiaçı1 tərəfindən sökülməlidir. İddiaçı1 ümumi istifadədə olan həyəti zəbt edərək həyətdə özünə təxminən 25-30 kvadrat sahəsi olan özbaşna tikili olan balkon tikmiş və həyətin tam yarsını zəbt etmişdir. Hal-hazırda da həyətdə nəvələri oynaya bilmir, ümumi həyətin ona məxsus olduğunu bildirir. Hesab edir ki, İddiaçı1 tərəfindən inşa edilmiş balkon və balkona qalxan və həyəti zəbt etmiş böyük pilləkən hüquqlarını pozduğundan sökülməlidir. İlkin iddia tələbində göstərilmiş tikililər əvvəldən mövcud olduğundan, hətta sonradan tikdiyi balkon ilkin iddiaçıların hüquqlarını pozmadığından ilkin iddia rədd edilməlidir, qarşılıqlı iddia isə qeyd etdiyi tikililər in onun hüquqlarını pozduğundan və eyni zamanda onun həyatı və sağlamlığı üçün təhlükə yaratdığından təmin edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2016-cı il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 ***na qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ***nın cavabdehlər İddiaçı1, İddiaçı2 və X4 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, X7 tərəfindən Cavabdeh1 ***na məxsus Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsində yerləşən 33 saylı evin 1 saylı mənzilinin qarşısında tikilmiş qaraj tikintisinin X7nun hesabına sökülməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi və ekspertiza tədqiqatının dəyəri ola raq 100 manatın X2 tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11192/2017 saylı 24 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-47/2016 saylı 20 may 2016-cı il tarixli qətnaməsi ilkin iddia üzrə İddiaçı1 və ilkin iddia üzrə Cavabdeh1 ***na münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı1 və X7 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-507/18 saylı 11 may 2018-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apell yasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7602/2018 saylı 13 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-47/2016 saylı 20 may 2016-cı il tarixli qətnaməsi ilkin iddia üzrə İddiaçı1 və ilkin iddia üzrə Cavabdeh1 ***na münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçılar İddiaçı1 və qarşılıqlı iddia üzrə cavabdeh X7 və onların vəkili X9 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Daha sonra, aralarında barışıq əldə olunduğundan ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 *** iddialarından imtina edilməsi, habelə X7 da kassasiya şikayətindən imtina edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdirlər. Həmçinin iddiadan imtinanın hüquqi nəticələri haqqda məlumatlı olduqlarını bəyan edərək, ərizələrinin təmin olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respub likası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası iddiadan imtina barədə ərizələri nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizələr qəbul edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.12.2018-ci il tarixli, 2(103)-7602/2018 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 262.4, 416, 417.1.5, 41 9, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ***nın iddialarından imtinası qəbul edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.12.2018-ci il tarixli, 2(103)-7602/2018 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar