Məhkəmə qərarları › İş №2(102)-4053/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4053/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4053/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" MMC-yə və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: hərracın nəticələrinin ləğvi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4858/2020 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 iyul 2021-ci il tar ixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Kəlbəcər Rayon Məhkəməsinin 29 sentyabr 2009-cu il tarixli qətnaməsi ilə kredit müqaviləsi üzrə yaranmış borca görə “X2” MMC-dən, "xxxx" ASC-nin xeyrinə cəmi 187.900 manatın tutulması, tutmanın Daşkəsən Rayonu Bayan kəndində məxsus 0,08 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 6 otaqlı 187,4 kv.metr yaşayış, 134,8 kv.metr köməkçi sahədən ibarət İddiaçı3 məxsus olan bağ evinə və 0,08 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 5 otaqlı, 157,4 kv.metr yaşayış, 104,8 kv.metr köməkçi sahədən ibarət İddiaçı2 məxsus bağ evinə yönəldilməsi, həmin evlərin açıq hərracdan satılması və əldə olunan pul vəsaitinin kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi və s. qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra Gəncə Apellyasiya Məhkəməsi tərəfindən qətnamənin icrası üçün 29 mart 2010-cu il tarixli icra vərəqəsi verilmiş və icrası üçün Kəlbəcər rayon İcra qrupuna göndərilmişdir. Kəlbəcər rayon İcra qrupunun 22 oktyabr 2010-cu il tarixli sifarişi əsasında "xxxx" MMC tərəfindən keçirilmiş 22 dekabr 2010-cu il tarixli 891 saylı və 891/1 saylı əmlakın qiymətləndirilməsi haqqında ekspert rəylərinə əsasən bağ evləri müvafiq olaraq 80.000 və 90.000 manat məbləğində qiymətləndirilmişdir. Qətnamə icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin iyun ayında “X2” MMC-nin direktoru X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bağ evlərinin ipotekaya qoyulan zaman hər birinin real bazar dəyərinin 112,750 manat təşkil etməsinə baxmayaraq cavabdeh tərəfindən onun həqiqi bazar dəyərinin az müəyyən olunmasını əsas göstərməklə həmin ekspert rəyinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən “X2” MMC əsl iddiaçılar İddiaçı2 və İddiaçı3 ilə əvəz edilmişlər. İddiaçılar İddiaçı2 və İddiaçı3 ipoteka predmetlərinin hərracdan satılması barədə yekun protokollarının və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin əmlaklara dair verilmiş Reyestrdən Çıxarışların ləğv edilməsi, eyni zamanda əmlakın qiymətləndirilməsinə dair ekspert rəylərinin ləğv edilməsi barədə tələb irəli sürmüşlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-132/2020 saylı, 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim: G.A.Əsədova) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı3 qətnamədən apellyasiya şikayəti verərək əmlakların onların real bazar dəyərinə uyğun qiymətləndirilməməsini, qiymətləndirmənin məhkəmənin qərarı olmadan aparılmasının qanunsuz olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4858/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-132/2020 saylı, 18 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçılar kassasiya şikayəti verərək ipoteka predmetlərinin onların real bazar dəyərindən çox aşağı qiymətləndirilməsini, qiymətləndirmənin qanun pozuntusu ilə aparılmasını, məhkəmənin isə sübutlara düzgün qiymət vermədən, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin vəkili kassasiya şikayətinin əsassız olduğunu bil dirərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7 Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisəl ərə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə 8 Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq e dilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qəra rdadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı2 məxsus bağ evi 80.000 manata qiymətləndirilmiş və "xxxx" MMC tərəfindən təşkil olunmuş hərracda 51.000 manata banka satılmışdır. İş üzrə digər İddiaçı3 bağ evi, "xxxx" MMC tərəfindən 90.000 manata qiymətləndirilmiş və "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracda bağ evi təkrar hərracda satılmadığı üçün 57.375 manata bank tərəfindən alınmışdır. Bankın həmin əmlaklar üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Mübahisəyə məhkəmədə baxılan ərəfədə birinci instansiya məhkəməsinin qərardadı əsasında "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatında İddiaçı3 məxsus bağ evi 120.000 manat, İddiaçı2 məxsus bağ evi isə 110.000 manat məbləğində qiymətləndirilsə də, apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasında "xxxx" MMC tərəfindən verilmiş rəydə İddiaçı3 məxsus bağ evinin dəyər i 95.000 manat, İddiaçı2 məxsus bağ evinin bazar qiyməti isə 78.000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçılara məxsus bağ evlərinin qiymətləndirilməsi ilə əlaqədar birinci və sonuncu hesabatlarda müəyyən olunmuş qiymətlər biri-birlərindən kəskin fərqlənmədikləri üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandığı qiymətləndirmə rəyləri ilə razılaşaraq hesab etmişdir ki, həmin rəydə müəyyən olunmuş qiymətlər mübahisəli əmlakların real bazar qiymətinə uyğundur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərl ərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Apellyasiya instansiyası məhkəməsi iddiaçılara məxsus əmlakların real bazar dəyərini müəyyən edərkən gəldiyi nəticəni işdə olan sübutlara düzgün qiymət verməklə əsaslandırdığından, kollegiya apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayəti təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kolle giya QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4858/2020 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar