Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4056/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 mart 2019-cu il tarixli qərardadından Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 iyun 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim P.Hüseynov) iddia tələbi təmin edilmiş, X1 "xxxx" ASC arasında bağlanılmış 19 dekabr 201 4-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilənin faiz dərəcəsi hissəsinə "xxxx" ASC tərəfindən 28.112017-ci il tarixdə birtərəfli qaydada edilmiş dəyişiklik etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 mart 2019-cu il tarixli qərardadı ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən, məruzəçi), V.Həsənov və N.Cəfərov, 2(103)-5168/2019 saylı mülki iş) hazırki iş üzrə iddiaçı X2 cavabdeh "xxxx" ASC-nə qarşı “müqavilə şərtlərinə edilmiş dəyişikliyin etibrasız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. İşin halları İddiaçı X2 cavabdeh "xxxx" ASC-ə qarş ı “müqavilə şərtlərinə edilmiş dəyişikliyin etibrasız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh ASC apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə icl asın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" ASC-nin Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli qətnaməsindən 24 oktyabr 2018-ci il tarixdə verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. Bundan sonra cavab deh "xxxx" ASC Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli qətnaməsindən 21 fevral 2019-cu il tarixdə yenidən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətdən 4 aydan çox müddət keçdikdən sonra verilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş materiallarında birinci instansiya məhkəməsi qeyd olunan qətnamənin cavabdeh tərəfindən alınması barədə xəbərnamə iş materiallarına əlavə edilməsə də, cavabdeh "xxxx" ASC 24 oktyabr 2018-ci il tarixli apellyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli qətnaməsini 24 sentyabr 2018-ci il tarixdə rəsmi şəkildə qəbul etdiklərini qeyd etmişlər. Bundan başqa, cavabdeh tərəfindən apellyasiya şikayətinə, şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə də əlavə edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi ilə verilməsinə, habelə apellyasiya şikayətinə buraxılmış müddətin bərpa edilməsi ilə bağlı ərizənin əlavə edilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası ilə bağlı məsələyə qiymət vermədən apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1 və 363.1.3-cü maddələrinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişd irsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 366.2-ci maddəsinə görə isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti prosessual qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası ilə bağlı ərizə verilmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən bu hallara qiymət verilmədiyindən hazırkı işə şikayət üzrə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qayatarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qərardadın ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 19 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4056/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4056/2019
12.06.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver