Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4057/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən “xxxx” ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(005)-1924/2019, hakim G.A.Əsədova) İddiaçı “xxxx” Açıq Səhmdar C əmiyyətinə qarşı iddiası qismən təmin edilmiş, iddia ilə cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 17082 nömrəli müqavilənin 1.1-ci bəndində “92,06” rəqəminin “86,2” rəqəmi ilə əvəz edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-1495/2019, hakimlər X.A.Mərdanova, E.M.Həsənov, F.F.Babayev) İddiaçı və “xxxx” ASC-nin apellyasiya şikayətləri qismən təmin edilmiş, qətnamə dəyişdirilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 17082 nömrəli müqavilənin 1.1-ci bəndində “92,06” rəqəminin “79.0” rəqəmi ilə əvəz edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsi nə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2019-cu il tarixdə İddiaçı “xxxx” ASC-yə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanmış xx xxxx 2013-cu il tarixli 17082 nömrəli müqavilənin 1.1-ci bəndində 92,06 rəqəminin 79 rəqəmi iləəvəz edilməsi, 2.1-ci bənddəki 71.372,41 rəqəminin 57.033,61 rəqəmi iləəvəz edilməsi, eyni bənddəki 523,04 rəqəminin 403,55 rəqəmi iləəvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşüzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin və tərəflərin izahatları: dəlilləri, kassasiya şikayətinə dair etirazlar Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində satılan mənzilin dəyəri hər bir kv.m üçün deyil, ümumi olaraq 71372,41 manat göstərilmiş, alıcı müqavilə bağlayarkən həmin qiyməti ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2013-cü ildə alqı-satqı müqaviləsini bağlayarkən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrin sahəsinin aid edildiyinə dair müqavilədə bənd olduğunu bildiyindən və ya bilməyə borclu olduğundan iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxla nılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 17082 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, 2595 nömrəli məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 7 nömrəli binanın, İ Blok, 17-ci mərtəbəsindəki 170 nömrəli 2 otaqdan ibarət, ümumi sahəsi 92,06 kv.m olan mənzili iddiaçıya satmağı, sonuncu isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri tərəflərin razılığı ilə 71.372,41 manat təşkil etməklə, iddiaçı mənzilin qiymətini hər ay 523,04 manat məbləğində ödəniş etməklə 120 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı aldığı mənzilin ölçüsünün müqavilədə göstərilən ölçü ilə uyğunsuzluq təşkil etdiyinə istinad edərək xx xxxxxx 2019-cu il tarixli ərizə ilə cavabdeh ASC-yə müraciət edərək, müvafiq müqavilədən irəli gələn mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı hazırki iddianı qaldıraraq mənzilin ümumi sahəsinin 79 kv.m olduğunu bildirərək, buna müvafiq şəkildə mənzilin ümumi dəyərinin 57.033,61 manata, aylıq ödənişin isə 403,55 manata azaldılmasını və bu məzmunda müqavilə bəndlərinin dəyişdirilməsini tələb edir. Cavabdeh isə həmin halları mübahisələndirərək, tərəflərin mənzilin ümumi sahəsini 92,06 kv.m, bu sahəyə divarların və arakəsmələrin, dəhliz və eyvanların, habelə yardımçı sahələrin də daxil olmasını şərtləşdirildiklərini, iddiaçının isə həmin sahələri nəzərə almadığını, tərəflər arasında mənzilin dəyərinin hər kvadrat metr üçün deyil, ümumi razılaşdırıldığını bildirmişdir. İş üzrə alınmış xx xxxxxxxx 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, göstərilən mənzilin və arak əsmələrinin sahələri nəzərə alınmaqla ümumi sahəsi (8,70x3,80)+(7,50x6,0)+(0,75+2,0):2x5,9=86,2 kv.metr təşkil edir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 437.1, 421, 568.1, 577.1, 578.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilədən də göründüyü kimi, cavabdeh iddiaçıya müqavilə üzrə şərtləşdirilmiş qaydada 92,06 kv.metr sahədən ibarət mənzili satmalı olduğu təqdirdə, qeyd edilən mənzilin sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq əldə edilmiş müvafiq rəylə müəyyən edilmişdir ki, 86,2 kv.metr sahədən (arakəsmələr daxil edilməklə) ibarət olan mənzili satmışdır. Ey ni zamanda, apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı məhkəmədən xx xxxx 2013-cü il tarixli müqavilənin 1.1-ci bəndində 92,06 rəqəminin 79 rəqəmi ilə əvəz edilməsini xahiş etmiş, lakin, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, xx xxxx 2013-cu il tarixli həmin müqavilənin 1.1-ci bəndində 92,06 rəqəminin 86.2 rəqəmi ilə əvəz edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. İddia tələbinin əsasını müqavilə bəndlərinin dəyişdirilməsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslarını müəyyən edən 421-ci maddəsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tə rəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Deməli müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsini tələb etmək hüququ yalnız müqavilə tərəflərinə məxsus olmaqla, müqavilə tərəflərindən biri müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduqda digər tərəf öz hüququnu realizə edə bilər. Eyni zamanda, müqavilə öhdəliyin hər cür pozuntusu, yaxud müqavilə bağlanarkən əsas götürülən şəraitin adi dəyişməsinə görə deyil, yalnız əhəmiyyətli olduğu hallarda dəyişdirilə bilər. Öhdəliyin pozulması və şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, müqavilə tərəfi təmin etmək is tədiyi mənafedən (ümid etməyə haqqı çatandan) xeyli dərəcədə məhrum olur, yaxud dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, onun müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayacağı və ya ümumiyyətlə bağlamayacağı aşkar olur. Başqa sözlə, əgər tərəflər müqavilə bağlayarkən əldə edəcəkləri mənfəəti, yaxud mövcud şəraitinin dəyişəcəyini görmüşlərsə, yaxud lazımi diqqət və ağlabatan ehtiyatlılıqla bunu görməli idilərsə, o zaman müqavilənin dəyişdirilməsindən söhbət gedə bilməz. Bu halda, cavabdehin müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması, yaxud şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi sübuta yetirilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi göstərilmişdir. Həmin müqavilənin 2.1-ci maddəsi ilə bu sahəyə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahələrin də daxil olması qeyd edilmişdir. Deməli, mənzilin ümumi sahəsi üçün vahid qiymət müəyyən edilmiş, qiymət hər kvadrat metr üçün hesablanmamışdır. Yəni iddiaçı divarları və arakəsmələri, dəhliz və eyvanları, habelə yardımçı sahələri də daxil olmaqla ümumi sahəsi müəyyən edilən mənzilə görə 71.372,41 manat ödəməyi öz iradə ifadəsi əsasında öhdəsinə götürmüşdür. Tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, heç bir qanuni əsas olmadan tərəflərdən birinin istəyi ilə digər tərəfin iradəsinə zidd olaraq h əmin şərtlərin dəyişdirilməsi yolverilməzdir. Lakin apelyasiya məhkəməsi mübahisəyə müqavilənin dəyişdirilməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iş üzrə gəldiyi nəticəni işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər nor mativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4057/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4057/2020
07.10.2020 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver