Məhkəmə qərarları › İş №2(102)-4058/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4058/2021

06.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4058/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı1 cavabdehlər Cavabdeh1 və 6 saylı Gəncə notariat kontoruna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4058/21 (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması ) Bakı şəhəri, 06 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı1 və onun vəkili Yadigarov Vüsal Alxan oğlunun, cavabd eh Cavabdeh1 nümayəndəsi X2, nümayəndəsi və vəkili Vəkil İsa qızının iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və 6 saylı Gəncə notariat kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3106/2020 nömrəli, 25 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 06 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı1 cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 6 saylı notariat kontoruna qarşı Gəncə şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, Cavabdeh1 adına Gəncə şəhər i, Bayan küçəsi, 1-ci döngə, ev 8-ə dair Gəncə şəhəri 6 saylı notariat kontorunda təsdiq edilmiş 03 avqust 2018-ci il tarixli, 2V-1-30 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin evə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və həmin fərdi yaşayış evinə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçının hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının ana babası Hüseynov İsrayıl İsmayıl oğlunun adına olmuşdur. Hüseynov İsrayıl 13 aprel 1997-ci ildə vəfat etmiş, onun 5 övladı olmuşdur. Babası vəfat edəndən sonra sözügedən mülkdə yalnız iddiaçı ilə nənəsi X3 və anası X4 birlikdə yaşamışlar.

3. İddiaçının atası X6 30 iyun 1995 -ci ildə vəfat etmişdir. Babasının digər övladları isə hələ babasının sağlığından daimi yaşamaq üçün köçüb başqa ünvana getməklə mirası qəbul etməmişlər. Yəni babasının vəfatından sonra mirası yalnız iddiaçının anası X4 və nənəsi X3 qəbul ediblər, lakin onlar mirası öz adlarına rəsmiləşdirmədən vəfat ediblər. Belə ki, iddiaçının anası Hüseynova Afət 19 iyun 1998-ci ildə, nənəsi X3 isə 21 oktyabr 2017-ci ildə vəfat etmişlər.

4. İddiaçının anasının vəfatından sonra Gəncə şəhəri İcra hakimiyyəti Başçısının 14 oktyabr 1998-ci il tarixli sərəncamına əsasən iddiaçı nənəsi Hüseynova Güllünün qəyyumluğuna verilmişdir.

5. Babasının, nənəsinin və anasının vəfatından sonra miras əmlakda yalnız iddiaçı öz ailəsi ilə birlikdə yaşamaqla onu idarə etmişdir.

6. İddiaçı bu yaxınlarda xəbər tutmuşdur ki, Ca vabdeh1 sözügedən fərdi yaşayış evini Gəncə şəhəri 6 saylı notariat kontorunda təsdiq edilmiş 03 avqust 2018-ci il tarixli 2 V1-30 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən öz adına keçirmişdir. Bütün bunlardan iddiaçı o vaxt xəbər tutub ki, cavabdeh onun evdən çılxarılması üçün məhkəməyə müraciət edib.

7. İddiaçı hesab edir ki, cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunsuz verilib. Belə ki, sözügedən şəhadətnamə cavabdehə miras açılandan 21 ildən sonra verilib. Bu illər ərzində cavabdeh nə mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə vermiş, nə də miras əmlakı faktiki idarə etmişdir.

8. İddiaçı iddiasını Mülki Məcəllənin 1145, 1151.1, 1159.1, 1243.2, 1246, 1252 və 1255-ci maddələri ilə əsaslandırmışdır.

9. Cavabdeh1 heç bir dəlil ə istinad etmədən iddiaya etiraz etmişdir.

10. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-448/2020 nömrəli, 10.06.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Zaur Hümbətov)

11. Birinci instansiya məhkəməsi toplanmış sübutlara, o cümlədən şahid ifadələrinə əsasən müəyyən etmişdir ki, iddiaçı anasının vəfatından sonra nənəsi tərəfindən övladlığa götürülmüş, nənəsi isə vəfat edən zaman onun birinci növbə vərəsələri, o cümlədən Cavabdeh1 sağ olmuşlar. Hazırki iş üzrə iddiaçı isə övladlığa götürülən kimi Hüseynova Güllünün vərəsəsi ola bilməzdi. Belə ki, Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) miras qoyanın vərəsələri hesab edilirlər. Həmi n Məcəllənin 1160-cı maddəsinə əsasən isə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

12. İddiaçının babasının və nənəsinin ölümündən sonra həmin əmlakı idarə etməsi, evdə yalnız iddiaçının ailəsi ilə birlikdə yaşaması barədə dəlilləri ilə bağlı məhkəmə qeyd edib ki, iddiaçının öz ailəsi ilə həmin mülkdə yaşaması onun həmin mülkə dair vərəsəlik hüququnun olması anlamına gəlinə bilməz. Həmin mülk cavabdehin mülkiyyətinə keçdikdən sonra belə onun tərəfindən hazırki iş üzrə iddiaçıya mülkdən çıxarılma ilə bağlı tələbin olmaması onu deməyə əsas verir ki, tərəflər arasında mülkdən idarə etmə ilə bağlı miras əmlakla bağlı olmayan hər hansı razılıq olmuşdur.

13. Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, miras açılan vaxt mi ras qoyanın birinci növbə vərəsələri sağ olduğundan, birinci növbə vərəsələrin isə mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna etdiyindən iddiaçını irəli sürdüyü tələblərə münasibətdə müvafiq subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir.

14. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1133, 1159.1.1, 1160, Mülki Prosessual Məcəllənin 14.2 və 80-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı1 qətnamədən apellyasiya şikayəti verib.

16. Apellyasiya şikayətinin dəlilləri: - maddi və prosessual hüquq normaları pozulub.; - cavabdeh digər vərəsələr kimi mübahisəli mülkdən uzun müddətdir ki, ailə qurub getmişdir; - birinci instansiya məhkəməsi işə baxarkən iddiaçının ana babası olan Hüseynov İsrayıl İsmayıl oğlunun mülkiyyətində olan evd ə sonuncunun ölümündən bu günə kimi iddiaçının yaşamasını, babası vəfat edəndən sonra həmin evdə nənəsi və anası ilə birgə yaşamasını, başqa vərəsələrin həmin evdən uzun müddətdir ki, çıxıb başqa ünvana köçmələrini nəzərə almamışdır

17. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3106/2020 nömrəli 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, qət edilmişdir. (hakimlər Fikrət Mehdiyev (sədrlik edən və məruzəçi) Rəhman Muradov, Ədil Məmmədov)

18. Apellyasiya məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisə edilməyən hallarına əsasən Gəncə şəhəri, Bayan küçəsi, 1-ci döngə, ev 8 mərhum Hüseynov İsrayıl İsmayıl oğlu na məxsus olmuş, İsrayıl Hüseynov 13.04.1997-ci ildə ölmüşdür. Onun ölümündən sonra mübahisəli evdə onun vərəsələri arvadı Güllü, qızı X4 və nəvəsi, iş üzrə İddiaçı1 qalmışdır.

19. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə 01 sentyabr 2000-ci ildən sonra qüvvəyə minən Mülki Məcəllənin 1159.1.1 və 1160-cı maddələrinin tətbiq edilməsini düzgün saymayıb və qeyd edib ki, miras qoyan İsrayıl Hüseynov 03 aprel 1997-ci ildə vəfat etdiyi üçün mübahisə 11.09.1964-cü il tarixdə qəbul edilmiş və 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin normalarına uyğun həll edilməlidir.

20. Apellyasiya məhkəməsi hüquq münasibətlərinin yarandığı zaman tətbqi edilən Mülki Məcəllənin 527, 528, 530, 532 və 552-ci maddələrinə əsasən qeyd edib ki, miras qoyanın ölümündən son ra onun vərəsələr sırasına onun övladları ilə yanaşı, həm də nəvələri daxildirlər. İddiaçı1 isə anası X4 ilə birlikdə babasının (miras qoyan) ölümündən sonra mübahisəli evdə yaşayarkən mirası qəbul etmişlər. İddiaçı anası Afət Hüseynovanın 1998-ci ildə vəfatından sonra həmin evdə yaşamaqla mirası idarə etməklə davam etmişdir ki, nəticədə onun həmin evə vərəsəlik hüququ yaranmışdır.

21. Həmçinin apellyasiya məhkəməsi iş materiallarına əsasən müəyyən edib ki, mərhum İsrayıl Hüseynov həmin evi 1969-cu il tarixli bölgü müqaviləsindən sonra X1 alsa da, yalnız Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi 06.07.2018-ci il tarixli 63 saylı məktubu və razılaşdırılmış layihəsiə əsasən inşa edilmiş tikililəri rəsmiləşdirərək adına 20.07.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh1 isə həmin evə dair 6 saylı notariat kontorunun 03.08.2018-ci il tarixli 2V-1-30 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun hüquqi nəticəsi olan 10.08.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh miras qoyanın mübahisəli ünvanda yerləşən tikililərinə dair mülkiyyət hüququ yarandığı gündən qanunla müəyyən edilmiş müddət keçməmiş notariat orqanına müraciət edərək “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə almışdır. Ancaq şəhadətnamə verilərkən notariat orqanı miras qoyanın vərəsələrinin dairəsini müəyyən etməmiş, nəticədə “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilərkən İddiaçı1 hüquqlarını pozmuş, nəticədə onun miras almaq hüququndan məhrum etmişdir.

22. Apellyasiya məhkəməsi işin müəyyə n edilmiş hallarına əsasən belə nəticəyə gəlib ki, İddiaçı1 miras qoyanın ölümündən sonra anası ilə birlikdə mübahisəli evdə yaşamış, anasının vəfatından sonra isə özü ailəsi ilə birlikdə mirası idarə edərək miras əmlakı faktiki olaraq qəbul etmişdir. Eyni zamanda Cavabdeh1 2018-ci ildə miras mülkə dair hüquq müəyyənedici sənədləri əldə etdikdən sonra formal olaraq mirasın qəbul edilməsi üçün notariat orqanına müraciət etmişdir. Lakin, notariat orqanı mülki qanunvericilyin normalarının tələblərini pozaraq vərəsələrin dairəsini müəyyən etməyərək tam miras əmlaka Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə vermişdir ki, nəticədə bu iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Bunun hüquqi nəticəsi olaraq isə cavabdeh əsassız olaraq miras əmlaka dair öz adına çıxarış almışdır.

23. Apellyasiya instansiya məhkəməsi iddiaçının tələbinə münasibətdə mövqeyini 1964-cü il Mülki Məcəlləsinin 527, 528, 530, 532, 552-ci, cavabdehin vərəsəlik payının müəyyən edilməsinə münasibətdə 01.09.2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin 1151, 1243.2, 1246, 1318 və mülki prosessual Məcəllənin 14.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh1 (Vəkil İsa qızı) kassasiya şikayəti verib, qətnamənin, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayətinin dəlilləri: - iddiaçı cavabdehin mərhum bacısi Afətin oğludur. Bacısı Afət sağlığında ailə qurub və yaşadığı evdən ər evinə köçüb; - cavabdehin bacısı Afət uzun mü ddət ər evində yaşayıb. Afət vəfat edəndən sonra onun oğlu, hazırkı iddia üzrə iddiaçı öz atasının evində 12 yaşına kimi yaşayıb. 12 yaşından sonra iddiaçını cavabdehin mərhum anası öz yanına gətirib. Bu isə mirasın qəbulu demək deyil; - iddiaçı miras qoyanın nəvəsidir. Belə olan iddiaçı birinci növbə vərəsə hesab oluna bilməz; - iddiaçı miras mülkə cavabdehin razılığı ilə, kirayənişin kimi daxil olub. Məhkəmə bu halları nəzərə almayıb. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

26. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X5, nümayəndəsi və vəkili Vəkil İsa qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xa hiş etdilər.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və İddiaçı1 və onun vəkili Yadigarov Vüsal Alxan oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər.

29. Cavabdeh Gəncə şəhər 5 saylı Notariat Kontorunun notariusu məhkəmə kollegiyasına müraciət edərək, işə notariat kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə Cavabdeh Gəncə şəhər 5 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə (1964) Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəlləni n 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə

530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Maddə

532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə

552. Mirası əldə etmək ü çün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Mülki Məcəllə (01.09.2000-ci ildən qüvvədə olan) Maddə 1151.Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələri (miras passivi) toplusu daxildir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayış etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qabuluna yol verilmir. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Mülki Prosessual Mə cəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası m əhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya dü zgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndi rildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

34. İddia tələbi vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və iddiaçının miras əmlakda vərəsəlik hüququnun müəyyən edilməsi barədədir.

35. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı apellyasiya məhkəməsinin hazırki qərarın 18-22-ci bəndlərində əks olunan dəyərləndirməsini əsaslı, qanuni sayır və həmin dəyərləndirməyə istinadən əlavə şərhə zərurət görmür. Həmin bəndlərdə əks olunanlardan görünür ki, apellyasiya məhkəməsi iddia tələbi ilə bağlı məsələləri – mirasın açılması, qəbulu, iddiaçının vərəsə olması və s.– tam aydınlaşdırmaqla onlara tətbiq edilməli olan maddi hüquq normaları əsasında hüquqi qiymət verib.

36. İşin müəyyən edilən hallarına əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından düzgün olmuşdur.

37. Apellyasiya məhkəməsi iş materiallarında olan sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddəs inə uyğun olaraq düzgün qiymətləndirib.

38. Kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin hazırki qərarın 18-22ci bəndlərində əks olunan mövqeyi ilə təkzib edilir.

39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 oğlunun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3106/2020 nömrəli 25 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar