Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4059/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinın QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarına əlavə kassasiya qaydasında yenidən baxılmasına dair hakimlər – Şamayev Elşad Yaquboviç (məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Vəliyeva Elşanə Rafiq qızından ibarət məhkəmə tərkibində, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulması bildirilən Maraqlı şəxs və vəkili Vəkil2 ərizəsinə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2019-cu il 17 dekabr tarixli, 2(010)5318/2019 nömrəli qətnaməsi ilə İddiaçı Süleyman oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “istifadə h üququnun itirilməsi” tələbinə dair iddiası rədd edilmiş, qətnamənin cavabdehlərin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsindəki 20 saylı evin 24 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2020-ci il 02 oktyabr tarixli, 2(103)-7049/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - İddiaçı Süleyman oğlunun Cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” iddiasının rədd edilməsi və həmin qətnamənin Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 20-də yerləşən 24 nömrəli mənzildən qeydiyyatdan çıx arılması üçün əsas sayılmasına aid hissədə ləğv edilmiş, İddiaçı Süleyman oğlunun Cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” iddiasının rədd olunması qət edilmişdir. İşdə iştirak etməyə cəlb olunmayan, qətnamə ilə maraqlarına toxunmasını iddia edən Maraqlı şəxs ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2020-ci il 02 oktyabr tarixli, 2(103)-7049/2020 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinə baxılaraq təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiyası məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra 16 fevral 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 20-də yerləşən 24 nömrəli mənzil İddiaçı Süleyman oğlu tərəfindən Maraqlı şəxs satılmış və mənzil üzərində sonuncunun mülkiyyət hüququ 06 mart 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzil onun mülkiyyətinə alındıqdan sonra cavabdeh qanunsuz olaraq həmin mənzilə qeydiyyata alınmışdır. İşə apellyasiya məhkəməsində baxılarkən o, işə cəlb olunmamış və mülkiyyət hüquqları pozulmuşdur. Ərizə araşdırılması üçün Ali Məhkəmənin sədri tərəfindən Mülki kollegiyanın 3 hakimdən ibarət məhkəmə tərkibinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 403.2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir. 403.2-1. Ərizə Ali Məhkəmənin sədri tərəfindən işin materialları ilə birgə öyrənilməsi və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və ya qərardadlarından işdə iştirak etməyə cəlb olunmayan şəxslərin kassasiya şikayətinin verilməsi üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və ya Kommersiya kollegiyalarına verilir. 403.2-2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsi mülki və y a kommersiya kollegiyalarına daxil olan 3 hakimdən ibarət məhkəmə tərkibi tərəfindən məhkəmə baxışı keçirilmədən araşdırıldıqdan sonra, ərizəsinin təmin və yaxud rədd edilməsi barədə qərardad qəbul edilir. 403.2-3. Məhkəmə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsinin təmin olunmasına dair qərardad qəbul etdikdə, ərizəyə əlavə edilmiş kassasiya şikayətini bu Məcəllənin 407 – 409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin edilməsi üçün əsas yoxdur. Belə ki, MPM-in: 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.4. A pellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin ona verdiyi səlahiyyətlər çərçivəsində birinci instansiya məhkə məsinin işə baxılarkən maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlamışdır. Həmin qətnamə qəbul edildikdən sonra mübahisəli əmlakın mülkiyyətçisinin dəyişməsi qətnamənin qanuniliyinə və əsaslılığına təsir etmir. Belə ki, hazırki mülkiyyətçi işdə tələb irəli sürməmiş və onun tələbinə birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirmə aparılmamışdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, ərizəçi hər hansı şəxs tərəfindən onun mülkiyyət və başqa hüquqlarının pozmasını iddia etdiyi halda, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs ərizəsinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün onun ərizəsi rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 403.2, 403.2-1, 403.2-2 və 403.2-3-cü maddələrini rəhbər tutaraq Məhkəmə tərkibi, qərara aldı: İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunması bildirilən Maraqlı şəxs və vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(103)-7049/2020 nömrəli qətnaməsindən verdikləri ərizə rədd edilsin.
Məhkəmə qərarları › İş №2(102)-4059/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-4059/2022
18.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver