Məhkəmə qərarları › İş №2(102)-4064/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4064/2025

10.06.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(102)-4064/2025 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şirvan Ərazi Idarəsi, cavabdeh4, X4 və X7 qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrinə düzəliş edilməsi, uydurma əqd, vicdanlı əldəetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlunun məruzəsi ilə, Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 52.1 kv/m olan mənzili alıcı cavabdeh1 satmışdır;

3. Salyan Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2022-ci il tarixli qətnaməsi ilə, X7 cavabdeh İddiaçı qarşı ona məxsus Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən ** nömrəli ev, ** nömrəli mənzildən çıxarılmaqla sonuncuya məxsus əşyaların və ya əmlakların evdən çıxarılması barədə iddia tələbi əsassız olduğundan rədd edilmişdir;

4. ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh1 ünvan 2 (yeni qaydalarla: ünvan 1) ünvanında yerləşən, ümumi sahəsi 52.1 kv/m olan mənzili (bundan sonra – mübahisəli mənzil) alıcı X3;

5. Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə, iddiaçı X3 cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə iddia təmin edilərək, cavabdeh İddiaçı iddiaçı X3 məxsus ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehə məxsus əşya və əmlakla birlikdə çıxarılması qət edilmişdir;

6. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

7.

8. Iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətində olmuşdur. Evini heç vaxt satmaq fikirində olmamışdır. X5 arasında bağlanmış ##.##.2021-ci il tarixli ****** nömrəli müqaviləyə əsasən o, 3 (üç) ay müddətinə 10% dərəcəsi ilə 26.000 (iyirmi altı min) manat pulu Əliqulu Hümbətovdan borc olaraq almışdır. Həmin pula təminat olaraq evi girov qoymuşdur. Sonradan borcunu ödəyə bilmədiyi üçün Əliqulu Hümbətov onu məhkəməyə verərək mənzildən çıxmasını tələb etmişdir. Cavabdehlər X7 və onunla cinayət əlaqəsinə girən Salyan * saylı Notariat ofisinin sabiq xüsusi notariusu Hüseynov Mirismayıl və X3 ilə birlikdə vahid niyyətlə davamedici cinayət törədərək onun xüsusi mülkiyyətini ələ keçirərək ona küllü miqdarda ziyan vurmuşlar. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur, bu cür əqd bağlandığı andan etibarsızdır. Konstitusiya məhkəməsinin plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün hallar ifadə edən ümumi anlayışdır.

9. Məhkəmə iclasında iştirak edən cavabadeh X7 iddiaya etiraz edərək izahatında göstərmişdir ki, o, mübahisəli mənzili 2021-ci ildə İddiaçı almışdır. Aralarında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Onunla İddiaçı arasında kredit müqaviləsi bağlanmamış, belə bir müqavilə ümumiyyətlə mövcud olmamışdır. Sözügedən mübahisəli mənzili o, 2022-ci ildə notarial qaydada alqı-satqı müqaviləsi ilə cavabdeh2 satmışdır. Alqısatqı müqaviləsi bağlanarkən qanunvericiliyin bütün tələblərinə riayət olunmuşdur. Iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabadeh cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, o, mübahisəli mənzili 2022-ci ildə Əliqulu Hümbətovdan, sonuncu isə evi İddiaçı almışdır. O, bu evi almasında çox peşmandır. Belə ki, evi alanda Əlqulu ona Rəsmiyyənin 2 aya evdən köçüb gedəcəyini demiş, o da ona inandığı üçün mənzili almışdır. Ancaq sonradan aldadıldığını bilmişdir. İddiaçı mübahisəli mənzildən çıxmamış, nəticədə o, qanunsuz olaraq mülkiyyətindən məhrum edilmişdir. O, bununla bağlı “evdən çıxarılma” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərarı ilə onun iddiası təmin edilmiş və apellyasiya məhkəməsində qüvvədə saxlanılmışdır. Iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Salyan Rayon Məhkəməsinin # ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Vəsilə Əliyeva) iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsinin qənaətinə görə, iddiaçı tərəfindən mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas verəcək hər hansı halın mövcudluğuna dair əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin müqavilə üzrə iradə ifadəsinin zədələndiyi sübuta yetirilməmişdir. Həmçinin, İddiaçı ilə X7 arasında alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunduğundan, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. ##.##.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllənin heç bir tələbləri pozulmamış, əksinə, həmin Məcəllənin tələblərinə tam uyğun bağlanmışdır.

13. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab etmişdir ki, həmin müqavilə etibarsız hesab edilə bilməz və buna görə də, iddia rədd edilməlidir. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün Mülki Məcəllə ilə müəyyən edilmiş kəsici müddət ötürülmüş və onun müqavilənin mübahisələndirilməsi hüququna xitam verilmişdir. Belə ki, iddiaçı alqısatqı 14.müqaviləsinin bağlanmasından (##.##.2021-ci il) 4 ilə yaxın müddət keçdikdən sonra həmin müqaviləni mübahisələndirmişdir. Halbuki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

15. Məhkəmə həmçinin hesab etmişdir ki, “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində iddia tələbi təmin edilmədiyindən, həmin müqavilə əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia tələbi həmin hissədə də rədd edilməlidir.

16. Məhkəmə iddia tələbinin “# ###### 2022-ci il tarixli, ****** nömrəli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair hissəsinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı İddiaçı tərəfindən belə bir müqavilə sübut qismində məhkəməyə təqdim olunmamış, o, ərizəsində həmin sübutun Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki iş üzrə materiallara əlavə olunduğunu bildirmişdir. Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki işi üzrə qəbul olunmuş ##.##.2022-ci il tarixli qətnamənin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, “iş materiallarında olan ##.##.2002-ci il tarixli, ƏKA ****** nömrəli girov biletinin surətindən görünür ki, cavabdeh 37180 manat pul götürmüşdür”. Iddiaçı tərəfindən etibarsız sayılması tələb olunan “müqavilə” iş materiallarında təqdim olunmamışdır. Işdə yalnız “girov bileti” adlı sənəd mövcuddur. Girov bileti isə mülki hüquqi baxımdan müqavilə hesab edilə bilməz.

17. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 337.1, 337.5, 339.1, 339.2, 339.3 və 354.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə əsassız və qanunsuzdur. Belə ki, müəyyən olunmuşdur ki, cavabdeh heç də evi satmaq fikrində olmamışdır. Kreditlə pul götürdüyü üçün bunu müqavilədə eyni alqı-satqı müqaviləsi ilə iddiaçının adına rəsmiləşdirilmişdir. Göründüyü kimi, cavabdeh heç də evi satmaq fikrində olmamış, tərəflər arasında bağlanmış əqd onların iradə ifadəsinə uyğun olmamışdır. Tərəflər arasında bağlanmış əqd etibarsız əqd olduğundan məhkəmə iddianın təmin olunması barədə qərar qəbul olunmasını əsaslı və qanunu hesab edir. Halbuki mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktı həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə isə əksinə qeyd etmişdir ki, iddiaçı alqı-satqı müqaviləsinin bağlanmasından (##.##.2021-ci il) 4 ilə yaxın müddət keçdikdən sonra həmin müqaviləni mübahisələndirmişdir. Halbuki Mülki Məcəllənin 354.2- ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Lakin məhkəmə nəzərindən qaçırmışdır ki, həmin müqavilə illər əvvəl Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki işi üzrə qəbul olunmuş ##.##.2022-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Tərəflər arasında bağlanmış müqavilə yalnız bir dəfə etibarsız hesab oluna bilər. Salyan Rayon Məhkəməsinin *(***)- ****/**** saylı mülki işi üzrə qəbul olunmuş ##.##.2022-ci il tarixli qətnaməsi ilə də aralarında bağlanmış müqavilə artıq etibarsız hesab edilmişdir. Bu səbəbdən təkrarən iddianın qaldırılmasının əsas məqsədi müqavilənin etibarsızlığından irəli gələn çıxarış və digər müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı olmuşdur. Bu səbəbdən tələb etmə müddətinin keçməsi ilə bağlı məhkəmənin mövqeyi tamamilə əsassız və qanunsuzdur. Qeyd edilən hallara əsasən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları qanunvericiliyə uyğun olaraq yetərincə araşdırılmamış, qanunvericiliyin tələbləri doğru və düzgün diqqətə alınmamış, nəticədə qanunsuz və əsassız yekun qərar qəbul olunmuşdur. Salyan Rayon Məhkəməsinin # ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir

20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakimlər Mirlətif Sadıqov - sədrlik edən və məruzəçi, Mahir Əsədli və Aytən Novruzova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

21. Məhkəmə kollegiyası iddia tələbinin ##.##.2021-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab olunması hissəsi ilə bağlı qeyd etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə Salyan Rayon Məhkəməsinin # ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi qismən, yəni İddiaçı ilə cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsız sayılması tələbinə dair hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Odur ki, məhkəmə kollegiyası hazırda həm iddia tələbinin qeyd olunan hissəsinə, həm də apellyasiya şikayətinin müvafiq hissəsinə münasibət bildirilməsinə zərurət görməmişdir.

22. Məhkəmə kollegiyası iddia tələbinin Salyan rayon Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən cavabdeh1 ilə cavabdeh2 arasında bağlanmış ## ###### 2022-ci il tarixli AN-/N******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ## ###### 2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, qanunverici mübahisəli əmlak üzərində bu iki şəxs arasındakı mənafe toqquşmasında vicdanlı şəxsə üstünlük vermişdir. Belə ki, mübahisə predmeti olan mənzil tam mülkiyyət hüququ əsasında cavabdeh1 adına qeydiyyata alınmış, digər cavabdeh cavabdeh2 isə ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinə həmin mənzili 28000 manat müqabilində mülkiyyətçidən almış, həmin vaxt mənzil yüklü olmamış, eyni zamanda şübhə və tərəddüd yaradan məqamlara göz yumulması ilə ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərilməməsi halları öz təsdiqini tapmamışdır ki, bu hallar da həmin alqı-satqı müqaviləsinin etibarlı əqd, dövlətin apardığı reyestr məlumatlarına güvənərək mənzili yüksüz əldə edən cavabdeh2 isə vicdanlı əldə edən olmasına dəlalət edir.

23. Məhkəmə kollegiyası, mənzilin hazırkı mülkiyyətçisi cavabdeh2 vicdanlı olması qənaətinə gələrkən həmçinin Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023cü il tarixli qətnaməsini də nəzərə almışdır.

24. Birinci instansiya məhkəməsi iddia tələbinin “## ###### 2022-ci il tarixli, ****** nömrəli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı İddiaçı tərəfindən belə bir müqavilə sübut qismində məhkəməyə təqdim olunmamış, o, ərizəsində həmin sübutun Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki iş üzrə materiallara əlavə olunduğunu bildirmişdir. Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki işi üzrə qəbul olunmuş ##.##.2022-ci il tarixli qətnamənin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, iş materiallarında olan ##.##.2002-ci il tarixli, ƏKA ****** nömrəli girov biletinin surətindən görünür ki, cavabdeh 37180 manat pul götürmüşdür. Göründüyü kimi, iddiaçı tərəfindən etibarsız sayılması tələb olunan “müqavilə” iş materiallarında təqdim olunmamışdır. Işdə yalnız “girov bileti” adlı sənəd mövcuddur. Girov bileti isə mülki hüquqi baxımdan müqavilə hesab edilə bilməz. Belə olan halda etibarsız sayılması tələb olunan müqavilə ümumiyyətlə olmadığı üçün iddia həmin hissədə də əsassız hesab edilməlidir.

25. Apellyasiya icraatı zamanı da zərurət yarandığından *(***)-****/**** saylı mülki iş tələb edilib öyənilmiş, ##.##.2002-ci il tarixli, ƏKA ****** nömrəli girov biletinin əsli iş materiallarında aşkar edilməmişdir. Ona görə də iddia tələbinin qeyd olunan hissəsinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.

26. Iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, cavabdeh X8 onu mənzilindən çıxarmaq üçün ## ###### 2022-ci il tarixdə Salyan Regional “Asan Xidmət” mərkəzində Notariat ofisində onun mənzilini guya 28000 manata satmışdır. Bu barədə ## ###### 2022ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Sonra da Əlqulu Abbasov öz cinayətkar əməllərini həyata keçirmək məqsədi ilə onun 100000 manat məbləğində olan mənzilini ələ keçirmək məqsədi ilə dırnaqarası yeni mülkiyyətçi olan cavabdeh2 onu evdən çıxarmaq barədə məhkəmədə iddia qaldırmış, məhkəmə nə qədər ki iddiaçının əlində çıxarış olduğu üçün məhkəmə iddiasını təmin etmişdir. Cavabdehlər cavabdeh1 və onunla cinayət əlaqəsinə girən Salyan * saylı Notariat ofisinin sabiq xüsusi notariusu Mirismayıl Hüseynov və cavabdeh2 ilə birlikdə vahid niyyətlə davamedici cinayət törədərək onun xüsusi mülkiyyətini ələ keçirərək ona küllü miqdarda ziyan vurmuşlar.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, MPM-in 14.2 və 77.1-ci maddələrinə hazırkı iş üzrə iddiaçının göstərdiyi yuxarıda qeyd olunan hallara münasibətdə sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu barədə mötəbər sübutlar təqdim etməmişdir.

28. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin Məcəllənin 354.2-ci maddəsinə əsasən nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Belə ki, mübahisələndirilən alğı-satqı müqaviləsi ## ###### 2022-ci ildə bağlanmış, iddiaçı alqı-satqı müqaviləsinin bağlanmasından 2 il müddət keçdikdən sonra həmin müqaviləni mübahisələndirmişdir. Yəni, iddiaçı əqdi mübahisələndirmək hüququnu da itirmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

29. Iddiaçı (vəkil nümayəndə2) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- ***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olara qeyd edilmişdir ki, məhkəmə müqaviləni etibarsız saydığı halda digər məsələlərə də qiymət verməli idi. Belə ki, iddiaçının etibarsız müqavilədən irəli gələn maddi ziyan tələbinin olmasını, cavabdehlərin bir-biri ilə uzun müddətdir ki, yaxın münasibətdə olması və mübahisəli evin formal olaraq satılmasına və cavabdeh2 hüquqşunas olmaqla dəfələrlə X7 nümayəndəsi qismində məhkəmədə çıxış etməsinə və həmin mülki iş üzrə tərəflərin arasında mübahisə olmasına məhkəmə qiymət verməmişdir. Salyan Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli, 2(057)- ****/**** saylı qüvvədə olan qətnaməsindən qısa müddət keçdikdən sonra yaxın münasibətdə olan cavabdehlərin formal olaraq alqı-satqı etmələri, müvafiq qətnamədən cavabdeh Tarverdi Əliyevin məlumatlı olmasını (məhkəmədə şəxsən bildirmişdir), həmin mənzilə bir dəfə də olsun getməməsini və sair hallar araşdırılmamış və nəticədə əsassız qətnamə qəbul edilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Cavabdeh cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

32. Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Insan Hüquqlarının və X12 X14:

33. Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

34. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

35. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

36. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

37. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

38. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

39. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

40. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

41. Maddə 178.1.Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

42. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından

43. asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

44. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

45. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

46. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

47. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

48. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri:

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə (mübahisəli mənzilə dair bağlanmış müqavilələr və reyestr qeydləri hissəsində) yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

56. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

57. Belə ki, iddiaçı mübahisəli mənzilə dair özü ilə X7 arasında ## ###### 2021-ci il tarixdə bağlanmış AN/N******* nömrəli alqı-satqı müqaviləsinin, habelə sonuncu ilə cavabdeh2 arasında ## ###### 2022-ci il tarixdə bağlanmış AN/N******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində adları çəkilən şəxslərin adına aparılmış qeydlərin ləğv edilməsini xahiş etmişdir (§ 7-8).

58. Cavabdehlər isə sözügedən müqavilələrin qanunvericiliyə uyğun qaydada bağlandığını bildirmiş, habelə cavabdeh2 mülkiyyəti vicdanlı əldə etdiyinə istinadən iddiaya etiraz etmişdir (§ 9-10).

59. Məlum olduğu kimi, daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi tələbi mahiyyəti etibarilə reyestrdə düzəlişin aparılması bardədə iddiadır. Mülki Məcəlləyə əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir (§ 35- 60. 37).

61. Daşınmaz əmlakın dövlət reyesrində düzəlişə dair mübahisələrin həllində səbəbə bağlılıq prinsipi nəzərə alınır. Bu prinsipə əsasən, reyestrdəki qeydiyyatın aparılmasının hüquq əsası (mülki hüquqi əqd və s.) etibarlı olduqda həmin qeyd də əsaslı sayılır. Başqa sözlə qeydiyyatın əsaslılığı onun hüquqi səbəbinin keçərli olub-olmamasına bağlıdır. Ona görə də, iddiaçı tərəfindən cavabdeh(lər)in adına olan reyestr qeydi mübahisə olunduqda məhkəmə həmin qeydiyyatın aparılmasına əsas olmuş hüquqi səbəb(lər)i yoxlamaqla iddia tələblərini həll etməlidir.

62. Baxılan işdən görünür ki, mübahisəli mənzilə dair birinci müqavilə - ## ###### 2021-ci il tarixdə bağlanmış AN/N******* nömrəli alqı-satqı müqaviləsi Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki işi üzrə çıxardığı ##.##.2022-ci il tarixli qətnaməsi ilə etibarsız sayılmışdır. Bu səbəbdən Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə Salyan Rayon Məhkəməsinin # ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi qismən, yəni İddiaçı ilə cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsız sayılması tələbinə dair hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

63. Bu hal ona dəlalət edir ki, mübahisə obyektinə münasibətdə daşınmaz əmlakın dövlət reyestrində cavabdeh1 adına aparılmış qeydiyyat əsassız olmuşdur.

64. Mübahisəli mənzilə dair ikinci müqavilə - X7 ilə cavabdeh2 arasında ## ###### 2022-ci il tarixdə bağlanmış AN/N******* saylı alqı-satqı müqaviləsinin etibarlı olub-olmaması isə iddiaçının bildirdiyi faktlar nəzərə alınmaqla Mülki Məcəllənin 340.1-ci maddəsinin tələbləri əsasında yoxlanılmalıdır.

65. Həmin normaya əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (§ 45).

66. Göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır.

67. Iddiaçı bildirir ki, cavabdehlərin bir-biri ilə uzun müddətdir ki, yaxın münasibətdə olması və mübahisəli evin formal olaraq satılmasına və cavabdeh2 hüquqşunas olmaqla dəfələrlə X7 nümayəndəsi qismində məhkəmədə çıxış etməsinə və həmin mülki iş üzrə tərəflərin arasında mübahisə olmasına məhkəmə qiymət verməmişdir. Kassator onu da qeyd etmişdir ki, Salyan Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli, *(***)-****/**** saylı qüvvədə olan qətnaməsindən qısa müddət keçdikdən sonra yaxın münasibətdə olan cavabdehlərin formal olaraq alqı-satqı etmələri, müvafiq qətnamədən cavabdeh Tarverdi Əliyevin məlumatlı olmasını (məhkəmədə şəxsən bildirmişdir), həmin mənzilə bir dəfə də olsun getməməsini və sair hallar araşdırılmamış və nəticədə əsassız qətnamə qəbul edilmişdir.

68. Odur ki, iddiaçının bildirdikləri və cavabdehlərin etirazları əsasında müəyyən edilmiş faktiki halların Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğunluğu və ya uyğunsuzlu üzrə zəruri araşdırma aparılmaqla gəlinən nəticə əsaslandırılmalıdır.

69. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” ## ### 2026-cı il tarixli, **/**** №-li Qərardadına əsasən, “Qeyd olunan dispozisiya şərtləri əsasında əqdin həqiqətən arzu edilən hüquqi nəticəni yaratmaq niyyəti ilə, yoxsa belə niyyət olmadan başqa məqsədlərlə bağlandığı aydınlaşdırılmalıdır. Təcrübədən görünür ki, bu kateqoriya mübahisələr üzrə uydurma əqdlər əsasən “vicdanlı əldə edən görüntüsü” yaratmaqla əşyanın mülkiyyətçiyə qayıtmasının qarşısını almaq məqsədilə rəsmiləşdirilir. Belə uydurma əqdlər üzrə “vicdanlı əldə edən görüntüsü” yaratmaq niyyəti aşağıda qeyd olunan faktların mövcudluğu ilə müəyyənləşdirilə bilər: - əldə edənlə əqdin qarşı tərəfi arasında əlbirliyə işarə edən qohumluq, dostluq, asılılıq və ya digər yaxınlıq münasibətlərinin olması; - buna dair ağlabatan əsaslar olmadan əşya ilə bağlı müqavilənin həqiqi bazar dəyərindən dəfələrlə aşağı qiymətlə rəsmiləşdirilməsi; - buna dair ağlabatan əsaslandırma olmadan əldə edənin müqavilənin bağlanmasından öncə və ya sonra əşyaya şəxsən (və ya nümayəndəsi və ya qohumu vasitəsilə) baxış keçirməməsi, əşyanın xüsusiyyətləri barədə məlumatsız olması; buna dair ağlabatan əsaslandırma olmadan əşyanın üçüncü şəxsin sahibliyinə verilməməsi, onun da əşyaya yiyələnməklə bağlı real cəhdlərinin olmaması, əşyanın yeni hüquqi əsaslar olmadan əsl mülkiyyətçinin sahibliyində qalmaqda davam etməsi; - əldə edənin real alıcılıq qabiliyyətini istisna edən maddi vəziyyətinin və həyat şəraitinin onun adına rəsmiləşmənin formal olmasına işarə etməsi; - buna dair ağlabatan əsaslar olmadan əşyanın dəyərinin notariusun depozit hesabına satıcı və ya onun təmsilçisi tərəfindən qoyulması və ya vəsaitin alıcının özü tərəfindən geri götürülməsi; - cavabdehin həqiqi niyyətinin olmasına dair istinad etdiyi mühüm halların məhkəmə araşdırmasında təkzib olunması; - əldə edənin əşyaya həqiqi marağının olmamasına işarə edən davranışları (lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, buna dair ağlabatan əsaslar olmadan məhkəmə proseslərinə gəlməməsi, ona qarşı verilmiş iddia ərizəsinə etiraz etməməsi, əleyhinə çıxarılmış məhkəmə aktlarından şikayət verməməsi və sair); - əqdin görünüş üçün bağlandığına əsas verən digər hallar. ... Bu qaydada aparılan qiymətləndirmə əsasında əqdin uydurma olması təsdiq edilərsə, məhkəmə digər şərtlərin yoxlanılmasına keçmədən araşdırmanı yekunlaşdırmalı və reyestrdə üçüncü şəxsin adına aparılmış qeydin ləğvi barədə iddia onunla bağlanmış müqavilənin etibarsız (əhəmiyyətsiz) olması səbəbindən təmin edilməlidir”.

70. Odur ki, hazırkı işdə yuxarıda qeyd edilən meyarlar əsasında araşdırma aparılmaqla ## ###### 2022-ci il tarixli müqavilənin uydurma olduğu müəyyən edilərsə, məhkəmə dövlət reyestrində cavabdeh2 adına aparılmış qeydə düzəliş edilməsi haqqında tələbi Mülki Məcəllənin 141-ci maddəsinin tələblərinə uyğun həll etməlidir.

71. Həmin müqavilənin uydurma olmadığı, əslində real hüquqi nəticə yaratmağa yönəldiyi aşkar edildiyi təqdirdə isə, məhkəmə cavabdeh2 vicdanlı əldə edən olubolmadığına hüquqi qiymət verməlidir.

72. Belə ki, dövlət reyesrində düzəlişin aparılması barədə tələbin təmin olunmasını istisna edən hallardan biri daşınmaza əşyaya hüquqların vicdanlı əldə edilməsidir.

73. Vicdanlılıq dedikdə, vəziyyətin tələb etdiyi bütün diqqətin göstərildiyi halda, bir haqqın qazanılmasına və ya başqa bir hüquqi nəticənin gerçəkləşməsinə dair hansısa əngəlin (maneənin) varlığının fərqində olmamaq başa düşülür. Başqa sözlə, əşya hüququ əldə edən üçüncü şəxs həmin hüququ qazanamsına maneə olan halı bilmirsə (və ya vəziyyətin şərtlərinə görə bilməli deyilsə) vicdanlı sayılır. Vicdanlılığın hüququn qazanıldığı anda mövcud olması kifayətdir. Hüquqi nəticə (mülkiyyət hüququnun yaranması) gerçəkləşdikdən sonra üçüncü şəxsin sözügedən maneəni öyrənməsi onun əldə etdiyi hüquqa təsir etmir.

74. O da nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində “vicdanlılıq prezumpsiyadır (quivis bonus praesumitur)” qaydası tətbiq olunur. Yəni əşyanı əldə edənin vicdanlı olduğu ehtimal edilir. Ona görə də, vicdanlılığın qorunması qaydasından yararlanan şəxs özünün vicdanlı olduğunu sübut etmək vəzifəsi daşımır. Onun vicdanlı olmadığını sübuta yetirmək, bundan fayda əldə edəcək tərəfin, yəni üçüncü şəxsin vicdanlı olmadığını iddia edənin üzərinə düşür.

75. Daşınmaz əşyaya sərəncam verən şəxsin buna səlahiyyəti olmadığını, o cümlədən dövlət reyestrində onun mülkiyyətçi olaraq qeydiyyyatının əsassız olduğunu bilmədən həmin əşya üzərində hüquq əldə edən şəxslərin qorunması ilə bağlı mülki qanunvericilikdə qaydalar nəzərdə tutulmuşdur.

76. Mülki Məcəllənin 140 və 148.2-ci maddələrinə görə, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir (§ 34, 39).

77. Eyni zamanda MM-in 149.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır (§ 40).

78. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ### 2026-cı il tarixli, **/**** №-li Qərardadında bu məsələyə belə aydınlıq gətirilmişdir ki, “...mülki prosesdə sübut edilməli faktla sübut arasında bağlılığa görə sübutların iki növü fərqləndirilir: birbaşa sübutlar və dolayı sübutlar. Birbaşa sübutlar sübut edilən faktla birmənalı bağlıdır, yəni həmin faktın varlığı (və ya yoxluğu) barədə güvənli nəticə çıxarmağa əsas verir (məsələn: tərəflərin imzaladığı təhviltəslim aktı əşyanın verilməsini təsdiq edən düzünə sübutdur). Dolayı sübutlar isə sübut edilən fakt haqqında ehtimalla bir neçə nəticə çıxartmağa imkan verən sübutlardır. Onlar faktın varlığını ehtimal etməyə əsas verir. Dolayı sübutlardan o vaxt istifadə edilir ki, iş üzrə düzünə sübutlar ümumiyyətlə və ya kifayət qədər olmur. Bundan əlavə, birbaşa sübutlarda olan məlumatların həqiqiliyi mübahisələndirildiyi hallarda da dolayı sübutların istifadəsi qaçılmaz olur. Dolayı sübutlardan istifadə edilən zaman faktla bağlı bütün sübutlar birgə tədqiq olunmalıdır. Çünki hər bir dolayı sübut bir neçə versiya əsasında və bir neçə ehtimalla nəticəyə gəlmək imkanı yaradır. Əldə edənin bildiyini sübut etmək üçün bu sübutların məcmusu elə xarakter daşımalıdır ki, onun qeydin əsassız olduğunu bilməsindən (“əldə edən bilirdi”) başqa qənaətə gəlmək və bu qənaəti hər hansı ağlabatan alternativ izahlarla zəiflətmək mümkün olmasın. Başqa sözlə, həmin sübutlar yalnız bir nəticəyə - əldə edənin bilməsi faktına aparmalı, hakimdə bu haqda qəti və birmənalı qənaət formalaşdırmalıdır. Bu baxımdan məhkəmələr dolayı sübutlar əsasında nəticəyə gələrkən aşağıdakı şərtləri nəzərə almaqla onları birlikdə qiymətləndirməlidirlər: - əsasən bir yox, bir neçə dolayı sübut olmalıdır; - həmin sübutların mötəbərliyi şübhə doğurmamalıdır; - sübutlar bir-birini təsdiq etməli, tamamlamalı və bir-birilə uzlaşmalıdır; - onlar məcmu şəkildə sübut olunan faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verən sistem yaratmalıdır. Vicdanlılığın yoxlanılması zamanı da birbaşa sübutlar olmadığı halda, dolayı sübutetmə konsepsiyasından çıxış edilərək, əldə edənin qeydin əsassız olmasını bildiyi qənaətinə gəlinə bilər. Belə qənaət isə öz növbəsində bu qərardadın 43-cü bəndində sadalanan, habelə digər əhəmiyyətli faktların sübut olunması ilə formalaşdığından həmin faktların mövcudluğunu təsdiq edən sübutlar əldə edənin bildiyi faktına münasibətdə dolayı sübutlar qismində çıxış edir. Belə ki, bu qərardadın 43-cü bəndində sadalanan faktların əksəriyyəti həm də əldə edənin vicdanlılığının yoxlanılması zamanı reyestrdə qeydin əsassızlığını bildiyinə işarə edən faktlardır. Sadəcə olaraq, yuxarıda qeyd edildiyi kimi “vicdanlı əldə edən görüntüsü” yaratmaq məsqədilə bağlanan uydurma əqdlərdən fərqli olaraq bu halda üçüncü şəxsin əşyanı əldə etməklə bağlı həqiqi niyyəti olsa da, buna dair hüquqi maneəni (qeydin əsassızlığını) bildiyini gizlədir. ... Beləliklə, bu kateqoriya işlər üzrə birbaşa sübutların olmadığı halda, dolayı sübutlar əsasında yuxarıda göstərilən qaydada qiymətləndirmə aparılmaqla, üçüncü şəxsin reyestrdəki qeydin düzgün olmadığını bildiyi nəticəsinə gəlmək olar. Bu zaman məhkəmənin gəldiyi nəticə aydın və sistemli şəkildə əsaslandırılmalı və anlaşılan olmalıdır. Əks yanaşma iddiaçını prosessual baxımdan mümkünsüz və həddən artıq ağır sübutetmə yükü altında qoymuş olar.”

79. Baxılan işdə isə apelyasiya instansiyası məhkəməsi iddia tələblərini yuxarıda qeyd olunan sübutetmə yükü və standartları əsasında yoxlamamış, qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır (§ 51-52).

80. Məhkəmə kollegiyası vurğulayır ki, iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən və onlara qiymət vermədən, səthi və formal mülahizələrlə iddianın həlli barədə qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

81. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, Insan Hüquqlarının və X12 X14 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olur (§ 32-33).

82. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

83. Təkrar apelyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar düzgün müəyyən edilməklə işin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ### 2026-cı il tarixli, **/**** №-li Qərardadında göstərilən sübutetmə yükü və standartları əsasında hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

84. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar