Məhkəmə qərarları › İş №2(102)-4066/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4066/2021

17.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4066/2021 17.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsinin etibarsız hesab edilməsi, yalan əqd, formal həqiqət prinsipi, sübutetmə yükü. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil2 Məmmədtağı oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1686/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) 14.07.2020-ci il tarixdə kredit (borc) müqaviləsi bağlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanmış 14.07.2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdehə məxsus “Ət məhsulları istehsalı müəssisəsində” 2015-ci il tarixdən 2020-ci ilin aprel ayınadək qeyri-rəsmi, 14 aprel 2020-ci il tarixdən 2020-ci ilin iyul ayınadək isə rəsmi sürücü ekspeditor vəzifəsində işləmişdir. Müəssisənin rəhbərinin ona bildirdiyinə görə 2020-ci ilin aprel ayında o, rəsmi olaraq ştata qəbul olunmuşdur. Buna baxmayaraq, onunla müəssisə arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. “Ət məhsulları istehsalı müəssisəsi”nin iş qaydası, müəssisənin ət məhsulları işçiyə qaimə ilə verilirdi və həmin məhsullar müvafiq marketlərə daşınırdı və hər ayın axırında o, satılan malların ödənişini müəssisənin mühasibinə çatdırırdı. Onlar həmin müəssisədə qeyri-rəsmi işlədiklərindən müəssisənin rəhbəri onlarla müxtəlif özlərinin etibar etdiyi şəxslərlə kredit (borc) müqaviləsi bağlayırdı. Belə ki, ona münasibətdə kredit müqaviləsi ilk dəfə 27.02.2018-ci il tarixdə müəssisə rə hbərinin qardaşı iş üzrə cavabdeh ilə bağlanılmışdır. Qeyd olunan kredit müqaviləsi tərəflər arasında 1 il müddətinə 24 min manat olmaqla bağlanılmışdır. Həmin il qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olduğu müəssisə həmin kredit müqaviləsi müqabilində ona marketlərə daşınması və satılması üçün 24 min manatlıq ət məhsulu vermişdir. Qeyd olunan məsələnin bir daha təsdiqləmək üçün tərəflər arasında 27.02.2018-ci tarixdə 3M-313 reyestr nömrəsi ilə 9 saylı Notariat ofisində rəsmiləşmiş kredit müqaviləsinin 6-cı bəndinə əsasən borc verən bu müqavilə üzrə öhdəliyin icrasının hissə-hissə hər ay 2000 manat olmaqla qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq edəcəyi göstərilmişdir. Qeyd olunan kredit müqaviləsi 1 il müddətində olmasına baxmayaraq həmin müqavilə üzrə öhdəliklər 14.07.2020 -ci ildə icra edilmişdir. Belə ki, ona müəssisə tərəfindən verilən malların ödənişini etdiyindən onunla 27.02.2018-ci il tarixdə bağlanılmış kredit müqaviləsi cavabdeh tərəfindən ləğv edilmişdir. Belə olduğu halda müəssisənin rəhbəri cavabdeh ona 25 min manatlıq yenidən ət məhsullarının veriləcəyini bildirdi. O, müəssisədə işini davam etdirmək üçün cavabdehlə yenidən notariusda kredit müqaviləsi imzalamaq məcburiyyətində oldu. Cavabdeh onunla 14.07.2020-ci il tarixdə yenidən 9 saylı notarius ofisinə gələrək, əvvəl bağlanılmış kredit müqaviləsində qeyd olunmuş öhdəliklər icra olunduğundan həmin müqavilənin ləğv olunması barədə ərizə yazmış və həmin tarixdə tərəflər arasında yenidən, bu dəfə 25 min manat məbləğində, kredit müqaviləsi rəsmiləşmişdir. Cavabdeh keçən dəfədən fərqli olaraq nəzər də tutulan pul məbləğini ona notariusun bankda olan depozit hesabı vasitəsilə ödəmişdir. O, qeyd olunan notariusda kredit müqaviləsi üzrə olan 25 min manatı kassadan alan kimi cavabdeh həmin məbləği və onda qalan kredit müqaviləsini ondan almışdır. Onlar müəssisənin inzibati binasına gəlmiş və cavabdeh onun işdən çıxmağı barədə yazılma tarixi göstərilmədən ərizə almış və onun həmin andan işə bir daha gəlməməyini bildirmişdir. Belə olduğu halda o, adı çəkilən notariusa gələrək onunla bağlanılmış kredit müqavilələrinin və əvvəlki kredit müqaviləsinin ləğv olunması ilə əlaqədar ərizələrin surətlərini çətinliklə də olsa almağa nail olmuşdur. O, tərəflər arasında 14.07.2020-ci il tarixdə bağlanılmış kredit (borc) müqaviləsi ilə əsaslı tanış olarkən, onun krediti 24.07.2020-ci il tarixinədək cav abdehə qaytarmağını, yəni krediti aldığı tarixdən başlayaraq, 10 gündən sonra ödəməyinin qeyd olunduğunu görüb. “Ət məhsulları istehsalı müəssisəsi”ni işlədən şəxs, qardaşı ilə əlbir olaraq, onu aldatmışlar. Bu cür münasibətlər həmin müəssisədə işləyən digər işçilərlə də olmuşdur və hazırda olmaqdadır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (X1) 2(009)-1662/2021 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirdiyi kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və müqavilə əsasında öz üzərinə kredit borcunun ödənilməsi üzrə öhdəlik götürmüşdür. İddiaçı yuxarıda qeyd edilən kredit müqaviləsinin bağlandığı zaman qanunvericiliyin tələblərinə əm əl edilməməsini təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Elşən Kazımov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlham Kərimli) 01 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşamayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə (Mülki Məcəllə maddə 340.2) uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birin ci instansiya məhkəməsi bu iddianı təmin etməli idi. Belə ki, qanunun mənasına görə yalan əqd bağlayan tərəflərdən hər ikisi bağladıqları əqd barədə razılığa gəlir, hər iki tərəfin qarşılıqlı razılığına əsasən heç bir hüquqi nəticəyə səbəb olmayan başqa əqdi pərdələmək, görünüş məqsədi daşıyan müqavilə bağlanır, hər iki tərəf də belə müqavilə bağlandığını dərk edir və buna uyğun hərəkət edir. Hazırki iş üzrə tərəflər arasında (işdən o da bəlli olur ki, ət məhsullarının faktiki istehsalı ilə əslində cavabdeh özü məşğul olur) yaranmış həqiqi münasibətlərin xarakteri onlar arasında bağlanmış kredit müqaviləsinin yalan əqd olduğuna dəlalət edir. Belə ki, cavabdeh bilavasitə etiraf etməsə də iş materiallarından, o cümlədən iddia ərizəsinin məzmunundan, təqdim edilmiş sübutlardan, cavabdehin iza hatlarından aydın olur ki, iddiaçı ilə cavabdehin qardaşı arasında əmək münasibətləri olmuş, iddiaçı cavabdehin qardaşının işçisi olmuş, sonuncuya məxsus “Ət məhsulları istehsalı müəssisəsində” işləmiş və ət məhsullarını paylamalı olmuş, məhz götürdüyü ət məhsullarının təminatı olaraq da cavabdehin təkidi ilə aralarında əhəmiyyətsiz kredit müqaviləsi rəsmiləşdirmişlər. Məhz bu münasibətlərin yaranması, davam etməsi və təminatı üçün cavabdeh kredit müqaviləsi adı altında bu cür müqavilənin bağlanılmasına nail olması anlaşılan ola bilər. Lakin tərəflər arasında əslində həqiqi kredit münasibətləri olmamışdırsa, yəni cavabdeh qeyd olunan kredit müqaviləsinə görə iddiaçıya hər hansı bir məbləğdə pul verməmişdirsə və vermək niyyəti olmamışdırsa, bu əqd etibarlı hesab edilə bilməz. Çünki, tərəflə r aralarında yaranan münasibətləri rəsmiləşdirmək və davam etdirmək üçün iradələrinə və hüquqa uyğun, qanuna zidd olmayan başqa əqdlər də bağlaya bilərdilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əqdin başqa əqdi pərdələmək məqsədi ilə bağlanması yoxdursa yalan əqddən söhbət gedə bilməz. Çünki, yalan əqd başqa əqdi pərdələməlidir və məhkəmə tərəflər arasındakı əqdi yalan hesab etdikdə Mülki Məcəllənin 340.2-ci maddəsinin 3-cü cümləsinin tələblərinə əsasən yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq etməlidir. Lakin qeyd olunduğu kimi tərəflər arasında yaranmış münasibətlərin xarakteri sözügedən müqaviləni bağlayarkən əslində nəzərdə tutduqları əqd əmək müqaviləsi kimi qiymətləndirilsə belə, Mülki Məcəllənin 340.2-ci maddəsinin 3-cü cümləsi tətbiq edilə bilməz. Çünki, həmin maddə əmək münasibətlərinə deyil, mülki münasibətlərə tətbiq edilir. Eyni zamanda tərəflərin bağladığı bu yalan kredit müqaviləsində əmək müqaviləsinin forma tələbləri və müqavilənin mühüm şərtləri nəzərdə tutulmadığından bu qaydaların tətbiqi istisna edilir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, hüququn bütün prinsipləri, o cümlədən hüququ müəyyənlik prinsipi həqiqətən müəyyən edilməsi yolu ədalətin bərqarər olmasını istisna etmir, əksinə buna bir zəmin yaradır. Çünki, hüququn ali məqsədi ədaləti təmin etməkdir. Əgər məhkəmə aktında ədalətin təmin olunması hiss olunmursa, demək hüququn ali məqsədi də təmin olunmur. Hazırki işdə tərəflər arasında olan kredit müqaviləsinin yalan, əhəmiyyətsiz, puç əq d olduğunu açıq-aşkar görə-görə, eləcə də tərəflər arasında olmuş həqiqi münasibətlər üzrə də iddiaçının cavabdehə hansısa bir məbləğdə borcu olduğu və ya sonuncuya hansısa formada zərər vurmasının təsdiq olunmadığını bilə-bilə bu müqaviləni etibarlı hesab edib cavabdehin gələcəkdə iddiaçıya qarşı bu kredit müqaviləsi üzrə olacaq iddiasını təmin etmək mümkün deyildir. Cavabdeh (Vəkil2 Məmmədtağı oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən heç bir sübut a istinad etməmiş, yalnız iddiaçının izahatına əsaslanaraq iddianı təmin etmişdir. Bu isə yolverilməzdir. Çünki, işin faktiki halları bunu tam təkzib edir. İddiaçı kredit müqavıləsındə göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə kredit borcunun ödənilməsi üzrə öhdəlik götürmüşdür. İddiaçı yuxarıda qeyd edilən kredit müqaviləsinin bağlandığı zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddi açı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki h alları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər M addə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təm in edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Tərəfələr arasında bağlanmış 14.07.2020-ci il tarixli borc müqaviləsinə görə, cavadeh iddiaçıya 10 gün müddətinə qaytarmq şərti ilə 24000 manat borc vermişdir. Pul notariusun depozit hesabına köçürülmüş və iddiaçı tərəfindən kassa məxaric orderinə imza olunmaqla alınmışdır. İddiaçı həmin müqavilənin etibarsız hesab edilməsini xahiş edərək göstərir ki, həmin müqavilə onun cavabehin qardaşına məxsus ət məhsullarının satışı müəssində qeyrirəsmi əmək fəaliyyətinə davam etməsi üçün müəsisədən satmaq üşün qəbul etdiyi malların qarşılığında, yəni həmin mallara görə pulun qaytarılmasının təminatı kimi bağlanmışdır. Apellyasiya instansiyası məhk əməsi Mülki Məcəllənin 340.2-ci maddəsinə istinad edərək tərəflər arasında bağlanmış borc müqaviləsini yalan əqd hesab edərək iddia tələbini təmin edərək müqaviləni etibarsız hesab etmişdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Məhkəmə tərəflər arasında olan borc müqaviləsinin cavabdehin qardaşına məxsus ət məhsullarının satışı məqsədi ilə onunla iddiaçı arasında yaranmış münasibətləri pərdələmək məqsədi ilə bağlanması qənaətinə gələrkən işdə olan sübutları MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməmiş, nəticədə maddi hüquq normasını hazırki mübahisəyə düzgün tətbiq etməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübut lara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş üzrə tərəflər arasında bağlanmış borc müqaviləsinin iddiaçı ilə cavabdehin qardaşına məxsus ət məhsullarının satışı məqsədi ilə bağlı münasibətlər çərçivəsində bağlanması iddiaçının göstərdiklərindən başqa hər hansı bir sübutla təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsinin iclasında izahat verən cavabdeh isə iddiaçıya borc lazım olduğunu, iddiaçının dayısını tanıdığı üçün ona borc verdiyini göstərmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının göstərdikləri ilə razılaşamayaraq iddia tələbində qeyd edilən halları qəbul etməmişdir. İddiaçı tərəflər arasında əvvələrdə malın satılması ilə bağlı belə müqavilələr bağlanmasını və malın pulunu tam verdiyindən onun ərizəsi əsasında həmin müqavilələrin ləğv edildiyini bildirmişdir. Lakin həmin ərizələrdə də, iddiaçı cavabdehə olan borcunu tam ödədiyindən aralarında bağlanmış kredit müqavilələrinin ləğv edilməsini göstərmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin əslində cavabdehin qardaşına məxsus ət məhsulları sexindən iddiaçıya satılması üçün verilmiş malın satışı ilə əlaqədar yaranmış münasibətlərin pərədlənməsi müəyyən edilmir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə (hakim) bütün proses boy u obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəlləni n 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1686/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar