Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4072/2019 21.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X1, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər “Cavabdeh1” MMC-yə və LPO “xxxx” ASC-yə qarşı hərracın yekun protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən ver ilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) İddiaçı cavabdehlər “Cavabdeh1” MMC-yə və LPO “xxxx” ASC-yə qarşı hərracın yekun protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.Həsənov, hakimlər Ş.Məmmədova və N.Cəfərov) Nəsimi rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2019-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər “Cavabdeh1” MMC-yə və LPO “xxxx” ASC-yə qarşı hərracın yekun protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassa siya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsi 24.10.2017ci il tarixdə «xxxx» MMC-yə müraciət edərək Bakı şəhəri Nizami rayon B.Nuriyev küçəsidə 55/57 saylı evin ümumi sahəsi 97,7 kv.m, yaşayış sahəsi 77.36 kv.m olan 5 otaqdan ibarət 81 saylı mənzilinin açıq hərracda satşının təşkil edilməsini xahiş etmişdir. Hərrac mərkəzi tərəfindən 15 oktyabr 2017-ci il tarixdə 15 dekabr 2017-ci ildə hərracın keçriləcəyi barədə iddiaçıya bildiriş göndərilmişdir. 27 dekabr 2017-ci il tarixdə 25 yanvar 2018-ci ild tarixə hərracın keçirilməsi ilə bağlı bildiriş iddiaçya göndərilmiş ünvanda yaşayan şəxs tərəfindən qapı açılmadığı üçün təqdim edilməsi mümkün olmamış, s onrakı hərrac üçün göndərilmiş bildiriş isə ünvanda yaşayan şəxs tərəfindən qəbulundan imtina edilmişdir. Eyni zamanda hərraclarla bağlı «Kaspi» qəzetinin 15 noyabr 2017-ci il tarixli və 27 dekabr 2017-ci il tarixli saylarında ətraflı məlumat verilmişdir. 26 fevral 20118-ci il tarixdə ipoteka predmetini ləğv prosessində olan «xxxx» ASC 94350 manat qiymətə əldə etmişdr. İpoteka predmetinin hərracda ilkin satış qiyməti 148000 manat, təkrar hərracda qiyməti 125800 manat müəyyən olunmuşdur. Təkrar hərracdan sonrakı məbləğ isə qanunvericiliyin müəyyən etdiyi 25% nəzərə alınmaqla ipoteka predmetinin dəyəri 94350 manata qiymətləndirilməklə bank tərəfindən qəbul edilmişdir. İpoteka haqqında” Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. "İpoteka haqqında" Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstəril miş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanıl ır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur. Təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “İpoteka haqqında” Qanunun 43-cü m addəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Göründüyü kimi hərracın keçirilməsini həyata keçirən «Cavabdeh1» MMC tərəfindən «İpoteka Haqqında» Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinin qanunla müəyyən olunmuş qaydalarına riayət olunmuş, ipoteka saxlayan ləğv prosessində olan «xxxx» ASC öz növbəsində təkrar hərrac baş tutmamış elan edildikdən sonra ona edilmiş təklif əsasında ipoteka predmetini 30 gün müddətində müəyyən olunmuş məbləğlə əldə etmişdir. Bundan başqa Bakı şəhəri Nizami rayon B.Nuriyev küçəsidə 55/57 saylı evin ümumi sahəsi 97,7 kv.m, yaşayış sahəsi 77.36 kv.m olan 5 otaqdan ibarət 81 saylı mənzili ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildiriş İddiaçı göndərilmiş və bunu təsdiq edən müvafiq poçt reyestrləri mövcuddur. Müvafiq olaraq mətbuatda bununla bağlı məlumat verilmişdir. Bildirişlər onun yaşadığı ünvana göndərilmiş və həmin ünvanda birinci bildiriş qapı açılaraq qəbul olunmamış, ikinci bildiriş isə ünvanda yaşayan şəxs tərəfindən qəbul olunmasından imtina edilmişdir. Bu halda iddiaçı həmin hərracların keçirilməsi ilə bağlı tam olaraq məlumatlandırılmış hesab olunur. Çünki hərrac təşkilatı ona məlum olan ünvan üzrə məlumatlandırmanı həyata keçirmiş, ondan asılı olmayan səbəbdən bildirişlərin iddiaçıya çatdırılması mümkünsüz olmuşdur. Eyni za manda işin halları ilə təsdiq olunur ki, iddiaçıya və ailə üzvləri borcun tutulması və tələbin əmlaka yönəldilməsinə dair verilmiş iddiaya məhkəmə qaydasında baxılmasında iştirak etmiş, onlar tərəfindən iddia etiraf olunmuş və qətnamə icraya yönəldilmişdir. Hər bir halda iddiaçıya aşkar olaraq aydın olmuşdur ki, ipoteka predmetinin hərraca çıxarılması mütləqdir. Belə olan halda mülkiyyətində olan əmlakın taleyi ilə maraqlanmaq və bank qarşısında kredit öhdəliyinin icra etmək vəzifəsi olmuşdur. Lakin o, nəinki həmin vəzifələrini yerinə yetirməmiş, əksinə mübahisəli ünvana göndərilmiş bildirişləri qəbul etməkdən imtina edərək, sonradan hazırkı iddia tələbinin irəli sürülməsi ilə bağlı özü üçün əsas yaratmağa çalışmışdır. İddiaçı poçt qəbzində olan X imzasının nə ona, nə də ailə üzvlərinə aid olmadığını göstərir. Lakin qeyd edilməlidir ki, poçt qəbzində olan imza X imzası iddiaçının hər hansı ailə üzvünün deyil, müvafiq poçt şöbəsinin rəis müavinin imzasının olması müəyyən olunur. Enyi zamanda qeyd edilməlidir ki, göndərişi çatdırmaq istəyən poçt işçisi bildiriş çatdırmaq üçün 3 dəfə ünvanda olmuş, lakin heç bir halda ünvanda bildiriş qəbul edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, 26 fevral 2018-ci il tarixdə yalnız ipoteka saxlayana edilmiş təklifin qəbul edilməsi ilə bağlı ümumi hərracın yekunlarına görə protokolun tərtib olunması üçün hərracdan kənar müqavilənin bağlanması təşkil edilmişdir. Mülki qanunvericilikdə edilmiş təklifin qəbulu ilə bağlı qaydalar müəyyən edilməmişdir. Çünkü qanunvericilikdə ipoteka saxlayanın əmlakın qəbul etməsinə dair müqavilənin bağlanması üçün təyin olunmuş gündə ipoteka qoyanın həmin hərəkətlərin icra edilməsində iştirakının təmin olunması vacibliyi nəzərdə tutulmamışdır. Qanunla müəyyən edilməyən əsaslara istinad edərək 26 fevral 2018-ci il tarixdə bağlanmış müqavilənin (protokolun) etibarsız hesab edilməsi nəticəsinə gəlinməsi yolverilməzdir. İddiaçı ipoteka predmetinin onun tərəfindən əldə edilməsinə imkan yaradılmadığını göstərir, lakin qeyd edilməlidir ki, qətnamənin qanuni qüvvədə olması və icraya yönəldilməsi, bank qarşısında iddaçının öhdəliklərinin mövcud olması işin mübahisəsiz halıdır. Belə olan halda hərracın keçirilməsindən və edilmiş sifarişdən əvvəl, qətnamə qəbul olunduğu zaman iddiaçının hərracdan kənarda ipoteka predmetinin əldə edilməsi üçün kifayət qədər imkanı olmuşdur. Bunun üçün hərracın keçirilmə sinin və ona hərrac vasitəsi ilə təklif göndərilməsinin gözləməyin heç bir əhəmiyyəti olmamışdır. Onun istinad olunan dəlili isə ona görə əsassız hesab edilir ki, maddi vəsaitinin olduğu təqdirdə bank qarşısında öhdəliyin icrasını təmin etmək vəzifəsi vardır, lakin o belə vəzifəsini icra etməməklə mülkiyyətində olan əmlaka tələbin yönəldilməsinə razı olmuşdur. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq m əhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4072/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4072/2019
21.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver