Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4072/2021 30.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" KB ASC-yə və Cavabdeh1 qarşı “kredit müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2019-cu il tarixli, 2(103)14364/2019 nömrəli qə tnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 03 avqust 2012-ci il tarixli, 25KD/12 saylı əsas kredit müqaviləsi ilə "xxxx" KB ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə 27000 manat məbləğində kredit xətti açılmışdır. Həmin kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı olaraq 03 avqust 2012-ci il tarixli, 25KDİ/12 saylı ipoteka müqaviləsi ilə İddiaçı mülkiyyətində olan ünvan 1 küçəsində yerləşən 7 saylı evin 8 nömrəli mənzilini ipoteka ilə yüklü etmişdir. 08 avqust 2012-ci il tarixli, 25KD/12-1 saylı əlavə kredit müqaviləsi ilə "xxxx" KB ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 25% ödəmək şərti ilə 27200 ABŞ dolla rı məbləğində kredit verilmişdir. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 may 2014-cü il tarixli qətnaməsi ilə "xxxx" KB ASC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh1, X5, X1 və X2 03 avqust 2012-ci il tarixli, 25KD/12 saylı əsas kredit müqaviləsinə əsasən müştərək qaydada əsas borca görə 25229,39 ABŞ dolları, faiz borcuna görə 5588,32 ABŞ dolları, cərimə borcuna görə 1500 ABŞ dolları, cəmi 32317,71 ABŞ dolları ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, ödənilmiş dövlət rüsumuna görə 30 manatın, xidmət haqqı kimi 30 manatın "xxxx" KB ASC-nin xeyrinə tutulması, İddiaçı mülkiyyətində olan ünvan 1 küçəsi, 7 nömrəli evin 8 nömrəli mənzi linin açıq hərracdan satılaraq əldə olunan vəsaitdən 32317,71 ABŞ dollarının və 60 manatın "xxxx" KB ASC-nin hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2014-cü il tarixli əlavə qətnaməsi ilə "xxxx" KB ASC-nin ipoteka predmeti olan ünvan 2 nömrəli evin 8 nömrəli mənzilinin ilkin satış qiymətinin 30000 manat müəyyən edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 aprel 2015-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 may 2014-cü il tarixli qətnaməsi qismən – mənzildən çıxarılma tələbinin rədd edilməsinə dair hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməsi, mənzilə tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində İddiaçı, X7, X3 və X6 ünvan 1 küçəsi, 7 nömrəli evin 8 nömrəli mənzilindən çıxarılması, qətnamənin tutmanın mənzilə yönəldilməsinə dair hissədə dəyişdirilərək, İddiaçı mülkiyyətində olan ünvan 1 küçəsi, 7 nömrəli evin 8 nömrəli mənzilinin açıq hərracdan satılaraq əldə olunan vəsaitdən 32317,71 ABŞ dollarının (məzənnəyə uyğun olaraq manatla) və 60 manatın "xxxx" KB ASC-nin hesabına köçürülməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçının əlavə qətnamədən verdiyi apellyasiya şikayətinin qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2014-cü il tarixli əlavə qətnaməsinin ləğv edilərək, iddianın həmin hissədə qismən təmin edilməsi, ünvan 1 küçəsi, 7 nömrəli evin 8 nömrəli mənzilinə dair ilkin satış qiymətinin 66000 manat müəyyən edilməsi qət e dilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2015-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 08 aprel 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər "xxxx" KB ASC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdehlər arasında bağlanmış 03 avqust 2012-ci il tarixli, № 25KD/12 saylı kredit müqaviləsinin, 08 avqust 2012-ci il tarixli, № 25KDİ/12/1 saylı Əlavə kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 03 avqust 2012-ci il tarixli, 25KDİ/12 saylı i poteka müqaviləsi ilə "xxxx" KB ASC qarşısında öhdəlik götürmüşdür ki, Cavabdeh1 bankdan götürdüyü 27000 manat kredit məbləğini vaxtında ödəmədiyi halda, öz əmlakı ilə məsuliyyət daşıyır. Lakin sonradan bilmişdir ki, cavabdeh "xxxx" KB ASC ilə arasında ipoteka müqaviləsi bağladıqdan beş gün sonra, 08 avqust 2012-ci il tarixdə cavabdehlər iddiaçıdan razılıq almadan, öz aralarında əvvəlki kredit müqaviləsinə əlavə olaraq 08 avqust 2012-ci il tarixli, № 25KD/12-1 saylı “Əlavə Kredit Müqaviləsi” bağlamış, həmin müqaviləyə əsasən ilkin kredit müqaviləsinin əsası olan 27000 manat kredit məbləği dəyişdirilərək 27000 ABŞ dolları ilə əvəzləşdirilmişdir. Bundan bir müddət sonra Cavabdeh1 "xxxx" KB ASC-yə olan kredit borcunu vaxtında ödəmədiyi üçün kreditor məhkəməyə müraciət edərək, 03 avqust 2012-c i il tarixli, № 25KDİ/12 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş ünvan 1 küçəsində yerləşən 7 saylı evin 8 nömrəli mənzilinin açıq hərracdan satılmasını və satışdan əldə olunan pulun banka ödənilməsini tələb etmiş və müvafiq məhkəmə qətnaməsinə əsasən "xxxx" KB ASC-nin tələbi təmin edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən iddiaçının məhkəmə proseslərində iştirakı təmin edilmədiyindən, onun hüquqları kobud şəkildə pozulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 2(006)4307/2019 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 08 aprel 2015-ci il tarixli qətnaməsi hazırki iddianın həlli üçün preyudisial əhəmiyyətə malikdir. Bundan əlavə, "xxxx" KB ASC ilə İdd iaçı arasında hər hansı kredit müqaviləsinin bağlanması faktı öz təsdiqini tapmamış və iddiaçı həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 2(006)-4307/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2019-cu il tarixli, 2(103)-14364/2019 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər V.T. Həsənovdan və Ş.A.Məmmədovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarix li, 2(006)-4307/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2019-cu il tarixli, 2(103)-14364/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməkdə onunla əsaslandırılmışdır ki, apellyasiy a instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı onunla cavabdehlər arasında bağlanmış 03 avqust 2012-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsini tələb etsə də, məhkəmələr qətnamələrində kredit müqaviləsinin etibarsızlığına hüquqi qiymət vermişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdeh X4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclas ının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh "xxxx" KB ASC məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin və vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Hazırki kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiə sinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya b ir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəx slərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxs lərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar ara sındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, İddiaçı da cavabdeh kimi tərəf olduğu "xxxx" KB ASC-nin iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin 08 aprel 2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrinin etibarlılığına hüquqi qiymət verilmiş və bankın kredit üzrə tələbinin ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, qeyd olunan qətnamə MPM-in 82.3-ü maddəsinin tələblərinə əsasən hazırki mülki iş üçün tərəflər üçün preyudisial əhəmiyyətə malikdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan iddia ərizəsinin xahiş hissəsindən (s. 3) müəyyən olunur ki, iddiaçı məhz 03 avqust 2 012-ci il tarixli, № 25KD/12 saylı kredit müqaviləsinin, 08 avqust 2012-ci il tarixli, № 25KDİ/12/1 saylı Əlavə kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiada tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş etməmişdir. Belə olan halda, işin faktiki hallarını araşdıran məhkəmələr MPM-in 218.3-cü maddəsinə uyğun olaraq verilmiş tələblər üzrə qətnamə çıxarmışlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutlar ın qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2019-cu il tarixli, 2(103)-14364/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4072/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4072/2021
30.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver