Məhkəmə qərarları › İş №2(102)-4074/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4074/2020

26.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4074/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)2081/2020 saylı qətnaməsindən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.N.K.Abbasova, iş № 2(011)-5860/20 19) iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh və müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər “Üfüq” İstehsalat Birliyi “xxxx” zavodu MMC-yə və Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək Bakı “xxxx” İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxananın 25 saylı otağına dair Cavabdeh verilmiş xx xxxxxx 2006-cı il tarixli 52 saylı order etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.F.Babayev, E.Y.Şamayev və E.M.Həsənov) cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd o lunmuşdur. İşin halları: ünvan 1 saylı binada yerləşən yataqxana Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyinin “xxxx” zavodunun balansında olmuş, xx xxxxxx 2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin xxxxnin balansına verilmişdir. Lakin yataqxanada məcburi köçkünlər məskunlaşmışlar. “xxxx” İstehsalat Birliyi tərəfindən xx xxxxxx 2006-cı il tarixdə Birlikdə işləyən və mənzil növbəsində olan Cavabdeh cəmi 3 nəfərdən ibarət ailə üzvlərinə yataqxananın yaşayış sahəsi 18,0 kv.metr olan 25 saylı mənzilinə order verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2013-cü il tarixli 294 saylı sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi xxxx MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən yuxarıda göstərilən yataq xana binası İcra Hakimiyyətinin balansına qəbul edilmişdir. 2019-cu ilin may ayında Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yataqxananın mübahisəli 25 saylı otağında 1993-cü ildən Cəbrayıl rayonundan məcburi köçkün İ.Q.Məmmədovun ailəsi ilə məskunlaşmaqla həmin otağın boş olmamasını və belə vəziyyətdə həmin otağa dair Cavabdeh adına order verilməsinin qanunsuz olmasını, digər tərəfdən həmin orderin verilməsi üçün heç bir hüquqi əsasın olmamasını, "xxxx" zavodu MMC-nin Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı xx xxxx 2019-cu il tarixli məktubunda yataqxananın “xxxx” MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlərin məskunlaşdığı otaqlara müəssisə ilə əmə k münasibətində olan işçilərin heç birinə orderin verilməməsinin bildirilməsini və s. əsas göstərməklə Cavabdeh adına verilmiş xx xxxxxx 2006-cı il tarixli 52 saylı orderin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kasasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi mə sələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı mübahisə predmeti olan yataqxananın 25 saylı otağına verilmiş orderin etibarsız hesab edilməsini tələb edərkən onun qanunsuz olmasını, yəni boş olmayan yaşayış sahəsinə verilməsini, onun verilməsi üçün hüquqi əsasların olmamasını və s. əsas göstərmişdir. İşdən görünür ki, etibarsızlığı tələb olunan order xx xxxxxx 2006-cı il tarixdə “xxxx” İstehsalat Birliyi tərəfindən verilmiş və onun verilməsi üçün İstehsalat Birliyinin müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin 68 saylı protokolu ilə rəsmiləşdirilmiş xx xxxxxx 2006-cı il tarixli birgə qərarı əsas götürülmüşdür. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (1982ci ildən 2009-cu ilin oktyabr ayının 1-nə kimi qüvvədə olmuşdur) 107-ci maddəsinə görə yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən o rder verilir. İşdən görünür ki, Cavabdeh Birlikdə işləmiş, mənzil növbəsində olmuş və ona müdiriyyətin və Həmkarlar İttifaqı Komitəsinin birgə qərarı ilə order verilmişdir. Orderin verilməsi üçün əsas olmuş protokolun və qərarın iddiaçıya təhvil verilməməsi həmin sənədlərin ümumiyyətlə mövcud olmaması qənaətinə gəlmək üçün əsas vermədiyindən iddiaçının bu barədə olan dəlilləri əsaslı sayıla bilməz. Orderin boş olmayan yaşayış sahəsinə verilməsi və digər dəlillər də kollegiyaya görə orderin etibarsız sayılması üçün əsas verməmişdir. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinin 2-ci hissəsinə əsasən orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Müəyyən olunduğu kimi xx xx xxxx 2006-cı il tarixli orderin etibarsız hesab edilməsi barədə tələb iddiaçı tərəfindən 14 ilə yaxın müddət keçdikdən sonra irəli sürülmüşdür. Kollegiya hesab edir ki, orderin qanunsuz olması ilə əlaqədar göstərilmiş hər hansı bir dəlil orderin etibarsız sayılması üçün əsas vermədiyindən kasasiya şikayəti təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar