Məhkəmə qərarları › İş №2(102)-4075/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4075/2021

06.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4075/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4075/21 (Açar sözlər: kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, mənzilin mövcud olmaması) Bakı şəhəri, 06 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh və onun vəkili Vəkil2 oğlunun qarşı “kompensasiya verməklə y aşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2314/2021 nömrəli 22 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 06 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nərimanov rayonu, Maxsud Əlizadə küçəsində yerləşən, 32 saylı ev 6182 saylı 24 fevral 1989-cu il tarixli sərəncama əsasən iddiaçının mərhum əri X2 məxsus olmuşdur. Ərinin vəfatından sonra mənzil iddiaçının istifadəsində olmuşdur.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2172/2016 saylı iş üzrə, 04 may 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh iki azyaşlı uşağı ilə Bakı şəhəri, Nərimanov rayonu, Maxsud Əlizadə küçəsi, 32 saylı evə istifadə hüquqları tanınmışdır. Cavabdeh həmin evdə qeydiyyatdadır. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh, 23 avqust 2010-cu il təvəllüdlü X3 və 04 may 2013-cü il təvəllüdlü X1 Bakı şəhəri, Nərimanov rayonu, Maxsud Əlizadə küçəsi, 32 saylı evə istifadə hüquqlarına 15000 manat məbləğində kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, Bakı şəhəri, Nərimanov rayonu, Maxsud Əlizadə küçəsi, ev 32 əvvəlcə iddiaçının ərinin, sonra isə iddiaçının istifadəsində olmuşdur.

5. Cavabdeh iddiaçının oğlu Söhrab Rəhimovla 24 fevral 2011-ci il tarixdə rəsmi nikaha daxil olublar. Onların birgə nikahlarından iki övladları 23 avqust 2010-cu il təvəllüdlü Raul və 04 may 2013-cii il təvəllüdlü Lətifə adlı iki uşaqları var.

6. Lənkəran Rayon Məhkəməsinin 16 fevral 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh ilə X4 arasında 24 fevral 2011-ci il tarixdə qeydə alınmış nikahın pozulması və 23 avqust 2010-cu il təvəllüdlü X5 və 04 may 2013-cti il təvəllüdlü X1 cavabdehin yanında qalması qət edilmişdir.

7. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2172/2016 saylı, 04 may 2016-cı il tarixli qətnaməsi ilə cavabdehin qeyd edilən evə istifadə hüquqları tanınmış və onun uşaqları ilə həmin evə köçürməsi qət edilmişdir. Evdə iddiaçı, onun oğulları Söhrab, Tural, Turalın arvadı və uşaqları yaşayırmışlar. 8. 2018-ci ilin əvvəllərində "xxxx" MMC-nin nümayəndələri iddiaçının yaşadığı evə gələrək, evin yerləşdiyi ərazidə yeni yaşayış bi nası tikmək istədiklərini bildirdilər. 09 mart 2018-ci il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında müqavilə bağlanmış, müqaviləyə əsasən Cəmiyyət iddiaçıya 2 ədəd, 2 otaqlı mənzil təhvil verməyi öhdəsinə götürmüşdür.

9. Mənzilin birində iddiaçı özü və Söhrab, digər 2 otaqlı mənzildə isə oğlu Turalın öz ailəsi ilə birlikdə yaşamasını planlaşdırmışdır. Razılaşmaya əsasən 01 noyabr 2019-cu il tarixədək kirayə haqqı ödənilmişdir. Hazırda mənzillər təhvil verilsə də, mənzilləri təmir etdirməyə maddi imkanı yoxdur. Təmir üçün verilmiş 8976 manat pulla borclarını ödəyə bilmişlər.

10. Bütün bunlardan sonra cavabdehin iddiaçı və oğluyla bir mənzildə yaşaması mümkün deyil.

11. Cavabdeh iddiaçının təklif etdiyi 15000 manat pulla razı deyil, 2 otaqlı mənzil tələb edir. Cavabdeh hazırda da uşaqları ilə birlikdə valideynlərinə məxsus olan Bakı şəhəri, Digah qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 33 saylı evdə yaşayır.

12. İddia tələbinin əsası kimi iddiaçı Mülki Məcəlləsinin 152.1, 228.2 və 560.2-ci maddələrinə istinad etmişdir.

13. Cavabdeh iddiaya etiraz edib. Etirazın dəlilləri: - cavabdehin qeyd edilən evə uşaqları ilə birgə istifadə hüququ məhkəmə qətanməsi ilə tanınıb; - "xxxx" MMC tərəfindən cavabdehin yaşadığı mənzil yeni bina tikilməsi üçün sökülmüş, mənzildə istifadə hüququ olan hər bir şəxs nəzərə alınmaqla, onlara 2 ədəd 2 otaqlı mənzil verilmişdir. Onlara verilmiş mənzillərdə cavabdehin də istifadə hüququnun olması işin mübahisəsiz halıdır. Lakin hazırda cavabdeh iddiaçının təqsiri üzündən istifadə hüququ olan mənzildən istifadə edə bilmir; - belə ki, onlara əlavə təmir üçü n verilmiş pul vəsaitini iddiaçı guya əvvəlki borclarına verdiyini bildirərək, mənzilin təmirini məqsədli olaraq başa çatdırmadığı üçün cavabdehin mənzildən istifadə mümkünsüz olmuşdur. İddiaçı əgər cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb edirsə, ilk növbədə onun eyni ərazidə 2 azyaşlı uşaqla oxşar şəraitli yaşayış sahəsi əldə etməyinin mümkün olacağı kompensasiya məbləği göstərməli idi. Cavabdehin istifadə hüququna xitam verilməsi ilə bağlı iddiaçının göstərdiyi məbləğlə cavabdehin 2 azyaşlı uşaqla oxşar şəraitli yaşayış sahəsi əldə etməsi mümkün olmadığından iddia tələbi təmin edilməməlidir.

14. İddiaçının nümayəndəsi məhkəmə gedişində iddiaçının cavabdehə Binəqədi rayonu ərazisində 18 min manat civarında yaşamaq üçün yararlı mənzil təklif etdiyini göstərm işdir.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2(005)1859/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı tərəfindən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları R.Rəhimov və L.Rəhimova ilə birlikdə 18000 manat məbləğində kompensasiya verməklə Bakı şəhəri, Nərimanov rayonu, Maxsud Əlizadə küçəsi 32 saylı evdən Cavabdeh istifadə hüququna xitam verilməsi, İddiaçı tərəfindən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə 18000 manat məbləğində kompensasiya verilməsi və Bakı şəhəri, Nərimanov rayonu, Maxsud Əlizadə küçəsi 32 saylı evdən Cavabdeh istifadə hüquqlarına xitam verilməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir.(hakim Aytən Novruzova)

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçi si olduğundan, cavabdeh isə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 2(102)-950/2017 nömrəli,16 fevral 2017-ci il tarixli qərarı ilə mübahisəli mənzilə istifadə hüququnun tanınması nəticəsində mübahisəli mənzildən istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi, həmin mənzildən istifadə hüququna malik olan cavabdehin kompensasiya verməsi yolu ilə mübahisəli mənzilə istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlıdır.

17. İddiaçı Cavabdeh istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması üçün əvvəlcə 15000, daha sonra 18000 manat məbləğində kompensasiya təklif edir. Başqa sözlə, iddiaçının təklif etdiyi kompensasiya ilə cavabdeh təqribən 4-5 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin oluna bilər, bu isə onun mübahisəli mənzildə ümumə n yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər. (18000 manat/ 48 ay= 375 manat ). Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir və yuxarıda qeyd olunduğu kimi, mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə və yaxın ətrafda yerləşən yaşayış binalarında orta aylıq kirayə haqqının bazar dəyəri təxminən 400 manat təşkil edir.

17. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, cavabehə davamlı sürətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir və yaşayış sahə sindən istifadə hüququna xitam verilməsi nəticəsində cavabdeh heç bir halda yaşayış sahəsi ilə təminatsız qalmır. Eyni zamanda o da nəzərə alınmalıdır ki, cavabdehdən başqa mübahisəli mənzil üzrə daha 3 (üç) nəfər də yaşayış sahəsindən istifadə hüququna malikdirlər.

18. Birinci instansiya məhkəməsi qeyd edib ki, mübahisəli mənzil İddiaçı mülkiyyətində olduğundan, Cavabdeh həmin mənzilə istifadə hüququ olduğundan onun həmin ərazidə bir otaqlı mənzil tələb etməsi, iddiaçının real imkanları ilə uzlaşmır.

19. Birinci instansiya məhkəməsi qeyd edilən meyar və prinsiplərə əsaslanmaqla belə hesab edib ki, cavabdehin mənzilindən istifadə hüququna xitam verilməsi müqabilində ona 18000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. 2

0. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki 228.2-ci maddələri və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

21. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətinin dəlilləri: - mübahisəli mənzil İddiaçı mülkiyyətində olmadığı halda onun tərəfindən cüzi miqdarda kompensasiya ödənilməklə cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin gəldiyi nəticə qanunsuz olmuşdur. İstinad edilən hüquq normasında birbaşa göstərilmişdir ki, kompensasiya verməsi yolu ilə xitam verilməsi hüququ yalnız mülkiyyətçiyə məxsusdur; - məhkəməyə təqdim olunmuş 2 saylı forma arayışla da təsdiq edilir ki, cavabdehin qeydiyyatda olduğu mənzil Yerli Sovetlərə məxsus olmuşdur. Lakın məhkəmə tərəfindən qeyd olunan subuta qiymət verilməmiş, iddiaçı qərarda mülkiyyətçi kımı qiymətləndirilmişdir; - məhkəmə araşdırması birtərəfli və məqsədli şəkildə aparıldığından qətnamədə göstərilmişdir ki, İddiaçı mənzilin mülkiyyətçisidir. Halbuki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olmamış, mülki qanunvericilikdə və Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi iddiaçının adına rəsmi reyestrdə qeyd ə alınmamışdır. - məhkəmə tərəfindən maddı hüquq normalarının tələbləri kobud surətdə pozulmuş, yuxarıda adı çəkilən hüquq normalarının tələblərinə zidd olan qərar qəbul edilmişdir.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2314/2021 nömrəli 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(005)1859/2020 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh kompensasiya verməklə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi təmin edilməmişdir. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi) Akif isgəndərov, İlham Kərimli)

24. Apellyasiya məhkəməsi iddianı təmin edən birinci instansiya məhkəməsi ilə razılaşmayaraq qeyd etmişdir ki, ə vvəla kompensasiya ödənilməsi təklif olunan Bakı şəhəri, Nərimanov rayonu, Maxsud Əlizadə küçəsindəki 32 nömrəli ev iddia irəli sürülərkən və qətnamə çıxarılan vaxt artıq mövcud olmamış və tikinti şirkəti tərəfindən xeyli əvvəl sökülmüşdür. Mövcud olmayan evə görə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi isə əslində iddiaçının sökülmüş evdən cavabdehin qeyd olunan məbləğdə kompensasiya alması nəticəsində həmin evə dair hər hansı bir hüququnun olmamasının təsdiq olunmasına nail olmaq və mübahisəli evin sökülməsinə görə tikinti şirkəti tərəfindən verilmiş iki ayrı yeni mənzillərdə cavabdehin istifadə hüququnu və ya pul kompensasiyası almaq imkanlarını itirmək olmuşdur. Düzdür, ilk baxışda anlaşılan ola bilər ki, istər sökülmüş, istərsə də onun əvəzində verilmiş yeni mənzillə r olsun, cavabdehə onsuz da artıq məhkəmə aktına əsasən tanınmış istifadə hüququna görə kompensasiya verilir. Bu cür iddiaya görə istifadə hüququnun hansı mənzildə olmasının heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, bu hüquqa xitam verilsin. Çünki cavabdehin bu hüququna kompensasiya verilməklə xitam verilməsi artıq onun yeni mənzilə də hansısa hüququnun yaranmayacağına səbəb olacaqdır. Lakin hər bir halda təklif edilən kompensasiyanın məbləği də cavabdehin mövcud olan istifadə hüququnun xitam verilməsinə adekvat olmalıdır.

25. Bundan başqa, apellyasiya məhkəməsi vurğulayıb ki, kompensasiya ödənilməsi təklif olunan Bakı şəhəri, Nərimanov rayonu, Maxsud Əlizadə küçəsindəki 32 nömrəli sökülmüş ev iddiaçının mülkiyyətində olmamışdır. Bu ev dövlət mülkiyyətində olmuş və iddiaçının mərhum əri h əmin evin kirayəçisi olmuşdur. Cavabdehin də qeyd olunan evə məhkəmə qətnaməsinə əsasən istifadə hüququ tanındığından, cavabdeh də həmin evdə yaşayanlarla, o cümlədən iddiaçı ilə bərabər evlə bağlı eyni hüquqlara malik olmuşdur. Buna görə də artıq mövcud olmayan evdən istifadə hüququ olmuş bir şəxsin istifadə hüququ olan digər şəxsə kompensasiya ödəməklə istifadə hüququna xitam verilməsini tələb etməsi də əsaslı ola bilməzdi.

26. Həmçinin hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı, onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Bununla yanaşı, iddiaçı tərəfindən kompensasiya qaydasında təklif olunan 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaiti cavabdehə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə və əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə, daha yaxşı və sərbəst şəraitdə yaşamaq imkanı verilməsi üçün kifayət edir qənaəti real və inandırıcı deyildir. Çünki, qeyd olunan məbləğ göstərilən meyarlar çərçivəsində cavabdehin iddiaçının hesabına yaşaması üçün kifayət edən məbləğ deyildir. Bu məbləğin kifayətedici olması meyarı, yalnız fiziki şəxs olaraq cavabdehə münasibətdə deyil, bütövlükdə onun himayəsində iki azyaşlı uşağının olmasına, bundan sonra təkbaşına mənzil əldə etmək imkanının inandırıcı görünməməsi və sair bu kimi hallar nəzərə alınma qla qiymətləndirilməlidir.

27. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli və “Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh İddiaçı (Vəkil1) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianını təmin edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayətinin dəlilləri: - mənzilin iddiaçının adına dövlət qeydiyyatına alınmaması onun mülkiyyətçi olmaması ilə eyniləşdirilə bilməz; - kompensasiyanın az olması barədə gəlinən nəticə əsassızdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

30. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmu şdur. Etirazın dəlilləri ondan ibarətdir ki, kassasiya şikayəti əsasızdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

31. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər.

32. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin təmin olunmamasını xahiş etdilər.

33. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh və onun vəkili məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Az ərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayət ində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəb ul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Kassasiya şikayətində qətnamə tam tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları l düzgün tətbiq olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyas ı məhkəməsi tərəfindən tam qiymət verilib.

38. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

39. İddia tələbi iddiaçıya məxsus yaşayış sahəsindən cavabdehin istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədədir.

40. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi bağlı hazırki qərarın 24-26-cı bəndlərində əks olunan dəyərləndirməsini əsaslı, qanuni sayır və həmin dəyərləndirməyə istinadən əlavə şərhə zərurət görmür. Həmin bəndlərdə əks olunanlardan görünür ki, apellyasiya məhkəməsi iddia tələbi ilə bağlı məsələləri tam aydınlaşdırmaqla onlara maddi hüquq normaları əsasında hüquqi qiymət verib.

41. Apellyaisya məhkəməsi tərəfindən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün tətbiq edilib.

42. Bu baxımdan, m əhkəmə kollegiyası cavabdehin kassasiya şikayətlərinin dəlillərini əsasız sayır.

43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2314/2021 nömrəli 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar