Məhkəmə qərarları › İş №2(102)-4077/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4077/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4077/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-338/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhk əmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 55 ton taxılın və ya onun dəyəri olan 33.000 manat pulun və 189.40 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə 2020-ci ilin noyabr-dekabr aylarında 31 ton təmizlənmiş toxumluq taxıl verərək, qarşılıqlı qaydada razılaşmışlar ki, məhsul yetişəndən sonra bunun əvəzində cavabdeh ona 55 ton taxıl verəcəkdir. Cavabdeh ilə yaxın münasibəti olduğu üçün ona etibar edərək, həmin vaxt hər kiloqramının qiyməti 80 qəpik olan toxumluq, yəni əkin üçün nəzərdə tutulan 31 ton taxılını cavabdehə qeyd etdiyi şərtlər əsasında ve rmişdir. Biçin dövründə cavabdehə yaxınlaşaraq, verdiyi 31 ton toxumluq taxılın əvəzində 55 ton yeni biçiləcək taxılını ondan istəmiş, həmin vaxt məlum olmuşdur ki, cavabdeh razılaşmalarına əmək etməyərək sözügedən 31 ton toxumluq taxılı satmışdır. Toxumluq taxılının dəyəri hər kq üçün 80 qəpik olmaqla, cəmi 24.800 manat məbləğində ziyanla qarşılaşmışdır.

3. İddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - MMC) xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə MMC-yə təmizlənmə-emal məqsədi ilə 63420 kq buğda məhsulu verilmiş, qəbul edilmiş həmin 63420 kq buğda məhsulu aidiyyəti üzrə emal prosesindən keçirilməklə, toxumluq buğda 41000 kq, ərzaqlıq buğda 18900 kq, siklon 2920 kq olmaqla on a təhvil verilmiş və həmin dövrdə MMC-də buğda toxumunun 1 kq-nın satış qiyməti 65-70 qəpik aralığında olmuşdur. Hal-hazırda toxumluq buğdanın satış qiyməti 1 manatdır.

4. Həmin MMC-nin xx.xx.2020-ci il tarixli 3030 nömrəli tərəzi qəbzlərinə əsasən, həmin tarixdə saat 15:29-da sürücü A.Zərbəliyevin idarə etdiyi **-BO-*** dövlət nömrə nişanlı yük avtomobili MMC-yə boş vəziyyətdə daxil olmuş, eyni tarixdə saat 17:59-da isə 31100 kq buğda toxumu yükü ilə çıxış etmişdir.

5. Cavabdeh məhkəməyə verdiyi xx.xx.2022-ci il tarixli vəsatətində qeyd etmişdir ki, 2020-ci ildə iddiaçıdan 30 ton taxıl götürmüş, razılaşmalarına əsasən bunun müqabilində iddiaçıya 10.000 manat məbləğində pul verməli olmuş, həmin məbləğin 3000 manat hissəsini bu günədək iddiaçıya qaytarmış və ona aldığı taxıldan hazırda 7000 manat borcu qalmış, eyni zamanda, iddiaçıdan 500 manat dəyərində götürdüyü yanacağın borcu qalmışdir. Cavabdeh iki nəfər şahidinin olduğunu, hazırda iddiaçıya cəmi 7500 manat məbləğində borcunun qaldığını qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, MMCyə onun tərəfindən aparılmış sözügedən toxumluq taxıl iddiaçıya məxsus olmuş, sonuncunun cavabdeh ilə aralarında olan razılaşmaya əsasən təxmini 31 ton toxumluq taxılı cavabdeh aparmış və biçin zamanı iddiaçıya 55 ton taxıl qaytarılmasına vəd vermişdir.

7. Şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, MMCdə anbardar işləyir. İddiaçı 2020-ci ilin sentyabr ayında MMC-yə emal olunması üçün 63 ton çirkli taxıl gətirmiş, emal pr osesindən sonra cəmi 41 ton təmiz toxumluq taxıl əldə olunmuş, həmin toxumdan təxminən 31 tonunu elə həmin ərəfədə cavabdeh öz sürücüsü Arzuman adlı şəxsin vasitəsi ilə çıxarıb aparmışdır. Şahid, həmçinin taxılın MMC-dən çıxarılmasını təsdiqləyən qəbzləri məhkəməyə təqdim etmişdir.

8. Yevlаx Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(039)-1784/2022 nömrəli, 07 оktyаbr 2022-ci il tаrixli qətnaməsi ilə (hakim K.Əliyev) iddia qismən təmin olunmuş, cavabdehdən 31.100 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 189.40 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya məxsus 31,1 ton t əmiz toxumluq taxılı əldə edərək tərəflər arasında əldə olunmuş şifahi müqavilənin şərtlərini pozduğundan iddiaçıya vurduğu maddi zərəri ödəməli, həmin zərər hal-hazırda toxumluq buğdanın satış qiymətinin 1 manat olması əsas götürülərək 31100 kq toxumluq taxılın dəyəri 31.100 manat olaraq hesablanmalıdır.

10. Eyni zamanda, cavabdehin təqdim etdiyi vəsatətə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıdan 30 ton taxıl götürdüyünü etiraf edərək sonuncuya 3000 manat pul qaytardığını bildirmiş, məsələ ilə bağlı iki nəfər şahidinin məhkəmədə dinlənilməsini xahiş etsə də, bu halları təsdiqləyəcək sübutu məhkəməyə təqdim etməmiş, habelə tərəfindən şahidlərin məhkəmədə iştirakı təmin olunmamışdır.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bunda n sonra – Mülki Məcəllə) 329, 385.1, 386.1, 387.2, 567, 406.1, 448.2, 441.1, 441.4, 442, 662, 664, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən guya tərəflər arasında hansısa şifahi razılaşmanın olması əsas tutularaq Mülki Məcəllənin normalarına istinad edilmişdir. İşdə olan sübutlarla tərəflər arasında toxumluq taxıl alınmasına dair razılıq olması öz təsdiqini tapmır. Məhkəmənin cavabdehin adından yazılan və onun tərəfindən imzalanmayan vəsatətdə göstərilənlərə istinad etməsi də əsassızdır. Həmin vəsatətin notarial qaydada təsdiq edilməklə onun tərəfindən imzalanıbimzalanmaması araşdırılmamışdır. İddiaçının toxum təmizləmə müəssisəsində taxıl təmizlətməsinin, həmin toxumluq taxılı kimə və nə səbəbdən göndərməsinin ona heç bir aidiyyəti yoxdur. Məhkəmənin istinad etdiyi digər şahid ifadələrində tərəflər arasında hər hansı bir sövdələşmədə iştirak etmələri müəyyən edilməsə də, məhkəmə tərəfindən həmin şahidlərin iddiaçı tərəfindən təqdim edilməsinə tənqidi yanaşılmamış, mülki işə obyektiv hüquqi qiymət verilməmişdir.

14. İşin apellyasiya icraatı zamanı təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2023-cü il tarixli, 4/657 nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 23-cü vərəqində cavabdehin adından olan vəsatətdə imza qrafasındakı imza cavabdeh tərəfindən icra olunmuşdur.

15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-338/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – E.Hüseynov (sədrlik edən və məruzəçi), G.Cavadova və Ə.Məcidov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanılmış, məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri - 110 manat məbləğində pulun cavabdehdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, apellyasiya şikayətinin cаvаbdehin iş materialının 23cü s əhifəsində vəsatətin sonunda olan imzanın onun tərəfindən icra edilmədiyi, eyni zamanda onun həmin vəsatətdən xəbərinin olmamasına dair dəlilləri iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının ekspert rəyi ilə təkzib edilmişdir.

17. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı vəsatətində iddiaçıdan 30 ton buğda götürdüyünü etiraf etmiş və bunun müqabilində iddiaçıya 10.000 manat pul verməli olduğunu, həmin məbləğin 3000 manatını iddiaçıya qaytardığını, aldığı taxıldan iddiaçıya 7000 manat borcunun qaldığını və eyni zamanda iddiaçıdan götürdüyü 500 manat dəyərində yanacaq borcunun qaldığını, beləliklə də onun iddiaçıya 7500 manat məbləğində borcunun qaldığını göstərmişdir. Lakin cavabdeh götürdüyü taxılın və ya onun dəyərinin qaytarılması barədə məhkəməyə hər hansı sübut t əqdim edə bilməmişdir.

18. Vəsatətdən görünür ki, tərəflər arasında müəyyən işgüzar münasibətlər olmuşdur. Lakin cavabdeh apellyasiya şikayətində iddiaçı ilə heç bir münasibətinin olmadığını, iddiaçının ona qarşı əsassız iddia qaldırdığını göstərir ki, bu onun qeyrisəmimiliyinə dəlalət edən hal kimi qiymətləndirilməlidir. Halbuki, Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Məhkəmə mövqeyini Mülki Məcəllənin 14.2.1, 329. 2, 329.3, 329.4, 385.1, 386.1, 387.2, 567, 406.1, 448.2, 441.1, 441.4, 442, 662.1, 662.2, 662.3, 663.1, 664, MPM-in 14.2, 36, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında araşdırılmayan və təqdim edilməyən sübutlar əsasında qətnamə çıxarılmışdır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsinə heç bir vəsatət vermədiyini və vəsatətə imza atmadığını dəfələrlə bildirmişdir. Cavabdeh bildirmişdir ki, birinci instansiya məhkəməsində ona məhkəmənin təxir olunacağı adı ilə imza atdırılmış və o ağ vərəqə imza etdikdən sonra həmin vəsatət yazılmışdır. Ona görə də, iş üzrə təkrar ekspertiza keçirilməli, iş üzrə xüsusi bilik tələb etdiyindən sözügedən vəsatətdə olan imzanın kompüterdə yazı çap olunduqdan əvvəl və ya sonra icra olunması araşdırılmalıdır. Bundan əlavə imzanın yazı çap olunduqdan əvvəl icra olunmasını müəyyən etmək üçün iş üzrə müxtəlif sahələrə aid bir neçə ekspertin iştirakı mütləqdir. Belə ki, məhkəmə xətşünaslıq, məhkəmə kimyəvi və məhkəmə kompüter-texniki ekspertizası keçirilməlidir. Bundan əlavə, hər iki instansiya məhkəməsi verilmiş ifadəni deyil, iş üzrə şübhə yaradan vəsatəti əsas götürmüşdür. Bu isə məhkəmələrin işə səthi yanaşma sının təzahürüdür.

22. Kassator şikayətini Mülki Məcəllənin 152.1, 739, 740, MPM-in 14.2, 77.1, 102, 103-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

24. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

25. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

26. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, i ş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

31. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

33. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun kö nüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.

34. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

35. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

36. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləş dirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

37. Maddə 662.1. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür.

38. Maddə 662.2. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

39. Maddə 662.3. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır.

40. Maddə 663.1. Əgər dəyişdirmə müqaviləsindən ayrı qayda irəli gəlmirsə, dəyişdirilməli mallar bərabər qiymətli sayılır, onların verilməsi və qəbul edilməsi xərclərini isə hər bir halda müvafiq vəzifələri daşıyan tərəf çəkir.

41. Maddə

664. Dəyişdirmə müqaviləsinə uyğun olaraq dəyişdirilən malların verilməsi mü ddətləri üst-üstə düşmədikdə digər tərəf malı verdikdən sonra malı verməli olan tərəfin malı vermək öhdəliyinin icrasına öhdəliklərin qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir. Mülki Prosessual Məcəllə

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhk əməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş dir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.

55. Kassasiya şikayətinin başqa bir dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.

56. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-338/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar