Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-408/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ondan yaranan hüquqi nəticənin (qeydin) ləğvi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkə məsinin Mülki Kollegiyasının 2(106)-1268/2024 nömrəli, 7 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçılar İddiaçı3, X7 Cavabdeh1 bacıları, digər Cavabdeh2 qızlarıdır. Mübahisələndirilən alqı-satqı müqaviləsi əsasında torpağı əldə etmiş digər Cavabdeh3 isə Cavabdeh1 həyat yoldaşıdır. 2. xx.xx.2023-cü il tarixli ANİ seriyalı ******* nömrəli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 (torpaq payı: 0.********** ha.), Cavabdeh2 (torpaq payı: 0.********** ha.), X3 (torpaq payı: 0.********** ha.), Həsənova (Bədəlova) Gülnar Kamal qızı (torpaq payı: 0.********** ha.), X10 (torpaq payı: 0.* ********* ha.) və İddiaçı3 (torpaq payı: 0.********** ha.) özlərinin ümumi paylı mülkiyyətlərində olan Sabirabad rayonu Əliləmbəyli kəndində yerləşən 3.0504 ha. torpaq sahəsini 4500 manata Cavabdeh3 satmışlar.
3. Alqı-satqının rəsmiləşdirilməsi zamanı Həsənova (Bədəlova) Gülnar Kamal qızını onun tərəfindən Cavabdeh1 verilmiş səlahiyyətlərin ötürülməsinə dair xx.xx.2023-cü il tarixli AR-İİİ 151518№-li etibarnamə əsasında, X5 onun tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AR-İİİ 135531№-li etibarnamə əsasında, İddiaçı3 isə onun tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AR-İİİ 143286№-li etibarnamə əsasında Cavabdeh2 təmsil etmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa və arayışa əsasən Sabirabad rayonu Əliləmbəyli kəndində yerləşən 3.0504 ha. torpaq sahəsinə dair ümumi pay lı mülkiyyətçilərin pay həcmi aşağıdakı kimi müəyyən edilmişdir: Cavabdeh1 - 0.********** ha; Cavabdeh2 - 0.********** ha; X3 - 0.********** ha; Həsənova (Bədəlova) Gülnar Kamal qızı 0.********** ha; X10 - 0.********** ha; İddiaçı3 - 0.********** ha.
5. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışa əsasən Sabirabad rayonu Əliləmbəyli kəndində yerləşən 3.0504 ha. torpaq sahəsi xx.xx.2023-cü il qeydiyyat tarixi, **********qeydiyyat nömrəsi və **********19 reyestr nömrəsi ilə tam paylı əmlak formasında Cavabdeh3 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. a) Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi 100 manat pulun cavabdehlərdən alınaraq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, Sabirabad rayonu, Aqrar İslahat Komissiyasının 1998-ci il 15 aprel tarixli 12-4/1 nömrəli qərarı ilə JN:0088, Kod:90904018 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin aktdan görünür ki, 7.12 ha torpaq sahəsi X6, Cavabdeh2, X3, Cavabdeh1, X10, X8 və X4 mülkiyyətinə verilmişdir. 2015- 2017-ci illərdə JN:0088, Kod:90904018 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 7.12 ha. torpaq sahəsindən 3 ha torpaq sahəsini cavabdehlərdən İddiaçı1 alaraq öz arvadı X1 adına rəsmiləşdirmişdir. Daha sonra sözügedən torpaq sahəsinin 1.06 ha torpaq sahəsini İddiaçı1 alaraq öz oğlu X9 adına rəsmiləşdirmişdir. Yerdə qalan 3 ha torpaq sahəsi üzrə payları olan iddiaçılar İddiaçı3 və İddiaçı2 torpaq paylarını İddiaçı1 satmaq üçün etibarnamə vermişlər. xx.xx.2023-cü il tarixində İddiaçı1 öz növbəsində həmin etibarnamə əsasında torpağı özgəninkiləşdirmək üçün Sabirabad regional “Asan Xidmət” Mərkəzində olan notariat ofisinə müraciət etmiş, həmin notariat ofisində məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən sözügedən torpaq sahəsini bütövlükdə Cavabdeh3 satılmışdır. Həmin alqı-satqı müq aviləsinin rəsmiləşdirilməsi zamanı iddiaçılar İddiaçı3 7E-9632, xx.xx.2023-cü il tarixli və İddiaçı2 7E-10111, xx.xx.2023-cü il tarixli etibarnamələr əsasında onların adından Cavabdeh2 alqı-satqı müqaviləsinə imza etmişdir. Halbuki İddiaçı3 atası Cavabdeh2 etibarnaməni ondan ötrü vermişdir ki, iddiaçının payına düşən hissəsini ayıraraq İddiaçı1 satılsın. Lakin, Cavabdeh2 7E-9632, xx.xx.2023-cü il tarixli etibarnamədən sui-istifadə edərək, qızı İddiaçı3 payına düşən torpaq sahəsinin ayrılması adı altında sözügedən torpaq sahəsini Cavabdeh1 arvadı Cavabdeh3 satmışdır. Bundan əlavə İddiaçı2 ilk olaraq etibarnaməni qardaşı Cavabdeh1 vermiş, sonuncu da həmin etibarnaməni atası Cavabdeh2 vermişdir. İddiaçı2 etibarnaməni qardaşına ona görə vermişdir ki, iddiaçıya düşən payı ayırsın. Lakin Cavabd eh1 iddiaçını aldatmış, nəticədə Cavabdeh2 vasitəsi ilə İlkin formal olaraq arvadının adına torpağı özgəninkiləşdirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözügedən iddiaçıların maraqlarına zidd hərəkət edərək, onları aldadaraq etibarnamə əldə etmişlər. Cavabdeh1 iddiaçılar İddiaçı3 və İddiaçı2 qardaşıdır. Torpağı alan şəxs Cavabdeh3 isə həmin qardaşının arvadıdır. Cavabdehlər arasında bağlanmış müqavilə uydurma əqdir. Qeyd edilən alqı-satqıda əldə edilmiş pul vəsaitləri iddiaçılar İddiaçı3 və İddiaçı2 verilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunması xahiş olunur.
8. Məhkəmə iclasında iştirak etmiş İddiaçı3 iddia tələbini müdafiə edib, iddianın təmin olunmasını məhkəmədən xahiş edərək, əlavə olaraq bildirmişdir ki, o, atası, Cavabdeh2 etibarnamə verərkən, niyyəti Sab irabad rayonu Əliləmbəyli kəndində yerləşən 3.0504 ha. mübahisəli torpaq sahəsinin ona məxsus pay hissəsinin Cavabdeh3 satmaq deyil, məhz İddiaçı1 satmaq olmuşdur. Lakin Cavabdeh2 onun niyyətinə zidd olaraq onun payını onun razılığı olmadan Cavabdeh3 satmış, eyni zamanda alqı-satqı nəticəsində əldə etdiyi pulun ona aid edilən hissəsini ona ödəməmişdir.
9. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X7 iddia tələbini müdafiə edib, iddianın təmin olunmasını məhkəmədən xahiş edərək, əlavə olaraq bildirmişdir ki, o, qardaşı Cavabdeh1 etibarnamə verərkən, əvvəlcə niyyəti Sabirabad rayonu Əliləmbəyli kəndində yerləşən 3.0504 ha. mübahisəli torpaq sahəsinin ona məxsus hissəsinin qardaşı İlkinə satmaq olmuş və bunun müqabilində İlkin ona 700-800 manat pul vermiş, lakin sonradan o, fikrini dəyişmiş və torpağı daha baha qiymətə İddiaçı1 satmaq olmuşdur. Lakin qardaşı İlkin, ona verilmiş etibarnamə əsasında atası Cavabdeh2 vasitəsilə onun niyyətinə zidd olaraq onun payını onun razılığı olmadan Cavabdeh3 satmışdır, alqı-satqı nəticəsində əldə etdiyi pulun ona aid edilən hissəsini ona ödəməmişdir.
10. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, Sabirabad rayonu Əliləmbəyli kəndində yerləşən 3.0504 ha. mübahisəli torpaq sahəsinin satılması barədə cavabdehlər İddiaçı2 və İddiaçı3 əvvəlcədən məlumatlandırılmış, satış qiyməti və alıcı barədə onlara məlumat verilmiş, bu barədə onların razılığı alındıqdan sonra İddiaçı3 rəsmiyyətin aparılması üçün ona etibarnamə vermiş, X7 isə rəsmiyyətin aparılması üçün qardaşı İlkinə etibarnamə vermiş, alqısatqıd an sonra isə alıcı Cavabdeh3 tərəfindən ona 4500 manat pul verilmiş, o, isə həmin vəsaitdən Gülnaza 2500 manat, Gülnara isə 2000 manat pul vermişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, Sabirabad rayonu Əliləmbəyli kəndində yerləşən 3.0504 ha. mübahisəli torpaq sahəsinin satılması barədə cavabdehlər İddiaçı2 və İddiaçı3 əvvəlcədən məlumatlandırılmış, satış qiyməti və alıcı barədə onlara məlumat verilmiş, bu barədə onların razılığı alındıqdan sonra İddiaçı3 rəsmiyyətin aparılması üçün atası Cavabdeh2 etibarnamə vermiş, Gülnar isə rəsmiyyətin aparılması üçün ona etibarnamə vermiş, etibarnamənin müqabilində o, Gülnara 1000 manat pul vermiş, al qı-satqıdan sonra isə alıcı Cavabdeh3 tərəfindən satıcı qismində çıxış etmiş atası Cavabdeh2 4500 manat pul verilmiş, Cavabdeh2 isə Gülnaza 2500 manat, Gülnara isə 2000 manat pul vermişdir. Həmçinin bildirir ki, Gülnar ona etibarnamə verərkən, ilkin niyyəti torpağı ona satmaq olmuş və bunun müqabilində onun tərəfindən Gülnara 1000 manat pul vermişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, Sabirabad rayonu Əliləmbəyli kəndində yerləşən 3.0504 ha. mübahisəli torpaq sahəsinin satılması barədə cavabdehlər İddiaçı2 və İddiaçı3 əvvəlcədən məlumatlandırılmış, satış qiyməti və alıcı barədə onlara məlumat verilmiş, bu barədə onların razılığı alındıq dan sonra İddiaçı3 rəsmiyyətin aparılması üçün onun qayınatası Cavabdeh2 etibarnamə vermiş, Gülnar isə rəsmiyyətin aparılması üçün onun əri Cavabdeh1 etibarnamə vermiş, etibarnamənin müqabilində əri İlkin, Gülnara 1000 manat pul vermiş, alqı-satqıdan sonra isə o, torpağın dəyəri olan 4500 manat pul vəsaitini satıcı qismində çıxış edən qayınatası Cavabdeh2 vermişdir. Həmçinin bildirir ki, Gülnar onun əri İlkinə etibarnamə verərkən, Gülnarın niyyəti torpağı İlkinə satmaq olmuş və bunun müqabilində İlkin tərəfindən Gülnara 1000 manat pul verilmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Sabirabad Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(056)-541/2024 saylı qərardadı ilə X3 və X10 mülki iş üzrə mübahisə predmeti barəsində müst əqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuşlar.
14. Sabirabad Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(056)-541/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nurəddin Bağırov) iddia rədd edilmişdir.
15. Məhkəmə hesab etmişdir ki, İddiaçı2 və İddiaçı3 hər birinin payı 0.********** ha. hissədə olmaqla, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 da daxil edilməklə, ümumilikdə 6 nəfərdən ibarət ümumi paylı mülkiyyətlərində olan Sabirabad rayonu Əliləmbəyli kəndində yerləşən 3.0504 ha. torpaq sahəsini (özlərinə aid edilən pay hissələrini) satmaq niyyətilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yazılı səlahiyyətə dair notarial qaydada təsdiq edilmiş ayrı-ayrı etibarnamələr verdiyindən və xx.xx.2023-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqav iləsi iddiaçılar İddiaçı2 və İddiaçı3 təmsil etməklə Cavabdeh2 tərəfindən onların adından imzalansa da, həmin müqavilənin bağlanması göstərilən etibarnamələr əsasında həyata keçirildiyindən, göstərilən torpaq sahəsinə dair bağlanmış əqd (müqavilə) iddiaçılar İddiaçı2 və İddiaçı3 iradəsini ifadə etməklə onlar üçün göstərilən əmlakları satmasına dair hüquqi nəticələr yaratmış, bununla da iddiaçılar İddiaçı2 və İddiaçı3 verdiyi etibarnamələr əsasında bağlanmış müqavilə onların iradəsinin ifadə etməsini təsdiq etmiş və bu baxımdan onlar tərəfindən torpaq sahəsinə dair bağlanmış müqavilənin qanunililiyini mübahisə etmək hüququnu itirmişlər.
16. Məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə dair bağlanmış müqavilə iddiaçılar İddiaçı2 və İddiaçı3 verdiyi etibarnamələr əsasında həyata keçir ilməklə onların iradəsinə uyğun şəkildə həyata keçirildiyindən, müqavilənin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olduğundan, habelə alqı-satqıdan sonra göstərilən əmlak alıcıya təhvil verildiyindən, həmçinin alqı-satqı müqaviləsinin təsdiq edilməsi üçün müqavilə tərəfləri arasında bağlanılmış qarşılıqlı razılaşma üzrə hər bir tərəf üzərinə düşən öhdəliklər yerinə yetirdiyindən, alqı-satqı müqaviləsi qanunvericiliyin bütün tələblərini rəhbər tutulmaqla bağlanıldığından, mübahisəli əmlakın satılmasına dair əqdin bağlanması zamanı iddiaçılar İddiaçı2 və İddiaçı3 hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulması müəyyən olunmur.
17. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 müqavilənin bağlanması anında onlara mane olan hal kimi torpaq sahəsin in Cavabdeh3 deyil, məhz İddiaçı1 satmaq niyyətlərində olmaqları ilə yanaşı, həmçinin müqavilənin bağlanmasından sonrakı hallarla bağlı, yəni torpaq sahəsinin satılmasından əldə olunmuş pul vəsaitinin onlara verilməməsinə əsaslanmaqla mövcud iddia tələbini irəli sürmüş və iddia tələblərini Mülki Məcəllənin 337-ci və 340-cı maddələri ilə əsaslandırmışlar.
18. Məhkəmə iclasında mübahisəli torpaq sahəsinin alıcısı olan Cavabdeh3 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinin alqı-satqısından sonra o, torpağın dəyəri olan 4500 manat pul vəsaitini satıcı qismində çıxış edən və iddiaçılar İddiaçı2 və İddiaçı3 etibarnamə əsasında təmsil edən Cavabdeh2 vermişdir.
19. Bu baxımdan məhkəmə hesab etmişdir ki, alqı-satqı müqaviləsinin alıcı qismində tərəfi olan Cavabdeh3 tərəfindən həmin müq avilədən irəli gələn satılan əmlakın dəyərini tam həcmdə satıçı tərəfə ödənilməsi öhdəliyini icra etmişdir.
20. Məhkəmə həmçinin hesab etmişdir ki, iş materiallarında olan və mübahisələndirilən alqı-satqı müqaviləsinin mühüm şərtləri barədə razılığa gəlinmiş və müqavilə tərəflərindən heç kim həmin şərtləri pozmamışdır. Torpaq sahəsinin satılmasından əldə olunmuş pul vəsaitinin onlara verilməməsi əsası ilə, pul tələbi ilə məhz Cavabdeh2 qarşı mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq (sübutlar təqdim edilməklə) hüquqlarından istifadə edə bilməsi iddiaçılar İddiaçı2 və İddiaçı3 izah olunmalıdır.
21. Məhkəmə digər bir tərəfdən hesab etmişdir ki, torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanarkən, müqavilə tərəfləri üzərinə düşən öhdəlikləri tam yerinə yetirdiklərindən, razıl aşmanın və alqı-satqı müqaviləsinin aldatma, hakimiyyətdən sui istifadə və digər əsaslarla bağlanılması ilə bağlı iddiaçının gətirdiyi dəlillər əsaslı qəbul edilə bilməz.
22. Məhkəmə həmçinin qeyd etmişdir ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən torpaq sahəsinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həya ta keçirilir.
23. Məhkəmə həmçinin hesab etmişdir ki, alqı-satqı müqaviləsinin təsdiq edilməsi üçün müqavilə tərəfləri arasında bağlanılmış qarşılıqlı razılaşma üzrə hər bir tərəf üzərinə düşən öhdəlikləri yerinə yetirdiyindən, bununla da bağlanılmış əqdlərin etibarlı və həqiqi (uydurma və formal olmayan) olması təsdiq olunduğundan, həmin əqdlərin etibarsız əqd kimi qiymətləndirilməsi yolverilməzdir.
24. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçıların əsaslandığı həmin hallar (torpaq sahəsinin satılmasından əldə olunmuş pul vəsaitinin onlara verilməməsi) Mülki Məcəllənin 337-ci və 340- cı maddələri ilə müəyyən edilmiş və sadalanan əqdlərin etibarsızlığı əsaslarına aid deyildir. Yəni iddiaçılar tərəfindən mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanılarkən Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin dispozitiv şərtlərinə uyğun olan halların (əqdin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanması, əqdin etibarsızlığına səbəb olan hallar) olmasına əsaslansalar da, bu halların təsdiqinə dair hər hansı sübutları məhkəməyə təqdim etməmişlər.
25. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinə dair müqavilə tərəfləri arasında bağlanılmış alqı-satqı müqaviləsi qanunvericiliyin bütün tələblərini rəhbər tutulmaqla bağlanıldığından, həmin əqd bağlanılarkən zor tətbiq etmə, aldatma və əqdi şübhə altına salan sair hallar müəyyən edilmədyindən, həmin razılaşmanın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddiaçıların dəlilləri əsassız hesab edilməli və iddia tələbi bu hissələrdə rədd edil məlidir.
26. Məhkəmə həmçinin iddianın göstərilən müqavilə əsasında verilmiş yeni mülkiyyətçi Cavabdeh3 mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddianın həmin hissəsi də rədd edilməldiir.
27. Belə ki, daşınmaz əmlakın dövlət reyestri xidmətindəki qeyd törəmə hüquq münasibəti olub, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbindən asılıdır. Odur ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilməli olduğundan, həmin müqavilə əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsinə dair iddia tələbi də rədd edilməlidir.
28. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçılardan İddiaçı1 mübahisəli müqavilənin tərəfi olmadığı halda, həmçinin onun mübahisəli m üqavilənin predmeti olan torpaq sahəsinə hər hansı mülkiyyət, istifadə və ya sahiblik hüququ məyyən edilmədiyindən, mübahisəli müqavilənin bağlanması ilə onun qanuni əsaslarla müəyyən edilmiş hüquq və mənafeləri pozulmadığından İddiaçı1 hazırkı tələblə çıxış etməyə subyektiv hüququ olmamışdır.
29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3.1, 14, 329.1, 334, 334.1, 334.2, 337.1, 337.2, 337.4, 338, 339, 340, 351.3, 359.1, 567, 646.1, 646.2, 647.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1 və 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
30. Qətnamədən narazı qalan iddiaçılar birgə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsini n 04 aprel 2024-cü il tarixli, 2(056)-541/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
31. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsl niyyətlərinin iddiaçılar İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan torpaq sahəsini ələ keçirmək olmasını və 05 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı3 heç bir pul verilmədiyini aydınlaşdırmadan düzgün olmayan nəticəyə gəlmişdir.
32. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1268/2024 nömrəli, 7 avqust 2 024-cü il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Sabirabad Rayon Məhkəməsinin 04 aprel 2024cü il tarixli, 2(056)-541/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda iddiaçılar İddiaçı3 və İddiaçı2 tərəfindən Cavabdeh2 və Cavabdeh1 verilmiş etibarnamələrdə konkret subyektə münasibətdə, yəni İddiaçı1 münasibətdə əqdin bağlanmasına dair səlahiyyətin etibar edilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamış, etibar edən şəxslər harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ona məxsus olan bütün daşınar və daşınmaz əmlaka dair sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, özəlləşdirmək, bu əqdlər üzrə haqq-hesab aparmaq səlahiyyətlərini təmsilçilərinə etibar etmişlər. Belə olan halda isə təmsilçi kimi nə Cavabdeh1, nə də Cavabdeh2 etibar edən şəxslər olan İddiaçı3 və İddiaçı2 iradəsinə zidd əqd bağlamaları müəyyən edilmir. Çünki etibar edən şəxslər etibarnamədə birbaşa olaraq onlara məxsus torpaq sahəsinə dair əqdin yalnız İddiaçı1 ilə bağlanmasına dair göstəriş müəyyən etməmişlər. Halbuki, etibarnamənin məzmununun müəyyən edilməsində etibar edən şəxsin azadlığı mövcuddur.
34. Kollegiya qeyd etmişdir ki, işdə surəti olan 26 sentyabr 2023-cü il tarixli, AR-İİİ 143286 seriya nömrəli və 04 dekabr 2023-cü il tarixli, AR-İİİ 151518 seriya nömrəli etibarnamələrdən də göründüyü k imi, onların hər ikisi notariat qaydasında təsdiqlənmişdir.
35. Kollegiya həmçinin, qeyd etmişdir ki, İddiaçı2 və İddiaçı3 mübahisəli torpaq sahəsinin Cavabdeh3 satılmasından məlumatsız olmaları da bağlanmış müqavilənin etibarlılığı məsələsinə təsir etmir. Belə ki, həmin müqavilə hər iki iddiaçı tərəfindən verilmiş etibarnamələr üzrə həmin əqdi bağlamaq səlahiyyəti olan təmsilçiləri kimi Cavabdeh2 tərəfindən imzalanmış, beləliklə də, İddiaçı2 və İddiaçı3 əqdi təmsilçi vasitəsilə bağlamışdır.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bildirmişdir ki, İddiaçı2 və İddiaçı3 hər birinin payı 0,********** ha hissədə olmaqla, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 da daxil edilməklə, ümumilikdə 6 nəfərdən ibarət ümumi paylı mülkiyyətlərində olan Sabirabad rayonu Əliləmbəyli kəndində yerləşə n 3,0504 ha torpaq sahəsini (özlərinə aid edilən pay hissələrini) satmaq niyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yazılı səlahiyyətə dair notarial qaydada təsdiq edilmiş ayrı-ayrı etibarnamələr verdiyindən və 05 dekabr 2023-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsi iddiaçılar İddiaçı2 və İddiaçı3 təmsil etməklə Cavabdeh2 tərəfindən onların adından imzalansa da, həmin müqavilənin bağlanması göstərilən etibarnamələr əsasında həyata keçirildiyindən, göstərilən torpaq sahəsinə dair bağlanmış əqd (müqavilə) iddiaçılar İddiaçı2 və İddiaçı3 iradəsini ifadə etməklə onlar üçün göstərilən əmlakların satılmasına dair hüquqi nəticələr yaratmışdır.
37. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfin digər dəlili isə ondan ibarət olmuşdur ki, 05 dekabr 2023- cü il tarixli alğı-satqı müqaviləsi üzrə Cavabdeh3 tərəfindən hər hansı ödəniş edilməmiş, eləcə də, İddiaçı2 və İddiaçı3 torpağın satışından əldə olunmuş vəsaitdən onların payına düşən məbləğ verilməmişdir. Cavabdeh3 vəkili Vəkil2 isə həmin alğı-satqı üzrə 4500 manatın ödənildiyini, buna müvafiq olaraq verginin də hesablanaraq ödənildiyini bildirmişdir. Cavabdeh2 isə hələ 2023-cü ilin sentyabr ayında onların payına düşən hissələrin müqabilində böyük qızı İddiaçı3 2500 manat, İddiaçı2 isə 2000 manat pul verdiyini qeyd etmişdir. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası bildirir ki, torpaq sahəsinin satışından əldə olunmuş vəsaitdən onların payına düşən hissənin iddiaçılar İddiaçı2 və İddiaçı3 verilməmiş olması qəbul olunsa belə, bu hal özlüyündə 05 dekabr 2023-cü il tarixli alğı-satqı mü qaviləsinin etibarsızlığı üçün əsas ola bilməz. Bununla bağlı, birinci instansiya məhkəməsi də haqlı olaraq onlara izah etmişdir ki, onların torpaq sahəsinin satılmasından əldə olunmuş pul vəsaitinin onlara verilməməsi əsası ilə müvafiq sübutlar təqdim etməklə mülki mühakimə icraatı qaydasında pul tələbinə dair iddia qaldırmaq hüquqları mövcuddur.
38. Kollegiya daha sonra qeyd etmişdir ki, iddiaçıların nümayəndəsi vəkil apellyasiya məhkəməsinin iclasında bildirmişdir ki, cavabdehlər arasındakı yaxın qohumluq münasibəti də nəzərə alındıqda alğı-satqı müqaviləsinin uydurma olduğu və həmin müqavilə üzrə hər hansı pul ödənilmədiyi görünür.
39. Daha sonra kollegiya qeyd etmişdir ki, uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd, bir qayda olaraq, hüquqazidd xarakter daşıyır. Uydurma əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur, bu əqdlər yalnız görünüş üçün bağlanılır. Lakin hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 05 dekabr 2023-cü il tarixli alğı-satqı müqaviləsinin hüquqi nəticə meydana gətirməsini arzu etmiş, mübahisəli torpaq sahəsinin həqiqətən də Cavabdeh3 mülkiyyətinə keçirilməsi niyyətində olmuş və bu müqavilə üzrə sonrakı hərəkətlərin həyata keçirilməsi (mülkiyyət hüququnun daşınma z əmlakın dövlət reyestrində qeydə alınması və s.) baş tutmuşdur. İddiaçı tərəf isə həmin müqavilənin həqiqətən uydurma əqd olmasını və müqavilə üzrə əvvəlcədən və ya sonradan ödənişin edilməməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməməklə sadəcə formal mülahizələrlə kifayətlənmişdir.
40. Hazırda etibarlılığı mübahisələndirilən 05 dekabr 2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən onun yuxarıda qeyd edilən 4 kateqoriyadan hər hansı birinin pozulması ilə bağlanılması müəyyən olunmur və iddiaçılar tərəfindən həmin şərtlərdən hər hansı birinin pozulmuş olmasına dair mötəbər sübutlar təqdim olunmamışdır.
41. Qeyd edilənlərə əsasən hazırda 05 dekabr 2023-cü il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsızlığı üçün hər hansı əsas müəyyən edilmir. Bununla yanaşı, çıxarışın ləğvi ilə bağlı iddia tələbi də birbaşa olaraq alğı-satqı müqaviləsinin etibarsızlığına dair tələbə veriləcək hüquqi qiymətdən asılı olduğuna görə, həmin çıxarışın ləğv edilməsi üçün də əsas müəyyən olunmur.
42. Bundan başqa, birinci instansiya məhkəməsi İddiaçı1 iddiasını da rədd etməklə düzgün qənaətə gəlmiş və öz mövqeyini düzgün əsaslandırmışdır. Belə ki, İddiaçı1 mübahisəli müqavilənin tərəfi olmadığı halda, həmçinin onun mübahisəli müqavilənin predmeti olan torpaq sahəsinə hər hansı mülkiyyət, istifadə və ya sahiblik hüququ məyyən edilmədiyindən, mübahisəli müqavilənin bağlanması ilə onun qanuni əsaslarla müəyyən edilmiş hüquq və mənafeləri pozulmadığından İddiaçı1 hazırkı tələblə çıxış etməyə subyektiv hüququ olmamışdır. Həmçinin, o, mübahisəli alğı-satqı müqaviləsinin onun əmlak mənafeyinin pozulmasını təsdiq edə biləcək hər hansı bir sübut təqdim etməmişdir.
43. Bu zaman həm də nəzərə alınmalıdır ki, İddiaçı1 mübahisəli torpaq sahəsinin İddiaçı2 və İddiaçı3 düşən hissələrinin ona satılması məqsədi ilə onlara müəyyən məbləğdə pul ödəməsi və sonuncuların ona etibarnamə verməsi hələ qanunvericilikdə nəzərdə tutulmuş qaydada alğı-satqı müqaviləsinin bağlanması hesab olunmur və belə olan halda İddiaçı1 vicdanlı alıcının hüquqi müdafiə imkanlarından istifadə edə bilməz. Bununla yanaşı, onun pulun verilməsinə dair müvafiq sübutları təqdim etməklə, İddiaçı2 və İddiaçı3 onlara ödənilmiş pulun qaytarılmasına dair iddia qaldırmaq imkanı mövcuddur. Kassasiya şikayətinin dəlilləri:
44. Qətnamədən iddiaçılar birgə qaydada kassas iya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2(106)-1268/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassasiya şikayətində maddi hüquq pozuntusu kimi MM-nin 337.1, 337.2, 340.1ci maddələri, prosessual pozuntu kimi MPM-nin 88-ci maddəsinin pozulduğu qeyd edilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, 05 dekabr 2023-cü il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında iddiaçılar İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan 0,86 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə uydurma əqddir. Belə ki, qeyd edilən müqaviləyə əsasən Cavabdeh3 tərəfindən heç bir pul məbləği ödənilməmişdir. Çünki Cavabdeh3 Cavabdeh2 oğlu Cavabdeh1 oğlunun həyat yoldaşıdır və adları çəkilən şəxslər hamısı bir evdə yaşayırlar. Bundan əlavə bildirmək istəyirik ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 adından verilən etibarnamələr 2023-cü ilin oktyabr ayında başqa bir alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün verilmiş, lakin Cavabdeh1 və Cavabdeh2 qeyd edilən etibarnamələrin əsillərinin özlərində saxlayaraq gizli şəkildə xx.xx.2023-cü il tarixdə qeyd edilən alqı-satqı müqaviləsini rəsmiləşdirmişlər. Həmin müqaviləyə əsasən İddiaçı2 və İddiaçı3 heç bir məbləğ ödənilməyib. Apellyasiya instansiya məhkəməsində Cavabdeh2 guya 2023-cü ilin avqust ayında qızları Gülnaz və Gülnara ümumilikdə 4.500 manat verdiklərini bildirsə də, torpağın alqı-satqısı 05 dekabr 2023-cü il tarixdə baş vermişdir. İddiaçı2 04 avqust 2023-cü il tarixdə torpağın alqı-satqısı ilə bağlı İddiaçı1 etibarnamə vermişdir. Apellyasiy a instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək yuxarıda qeyd edilən maddi hüquq normasının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə etirazın dəlilləri:
46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
47. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
48. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
49. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə o rqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
50. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır.
51. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
52. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
53. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
54. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
55. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
56. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
57. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti n əzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
58. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
63. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
64. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
65. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndiril məməlidir.
66. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
67. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
68. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
69. İddiaçı1 iddia tələbinə münasibətdə məhkəmələr düzgün olaraq müəyyən etmişlər ki, onun alqı-satqı predmeti olan torpaq sahəsi üzərində hər hansı hüququ olmadığından həmin müqaviləni mübahisələndirməyə subyektiv hüququ olduğu müəyyən edilmir.
70. Digər iddiaçılar İddiaçı2 və İddiaçı3 iddia tələbləri ilə bağlı məhkəmələr tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi iddiaçılar tərəfindən verilmiş etibarnamələr əsasında təmsilçi (ataları) vasitəsi ilə bağlanmış, birtərəfli əqd hesab olunan həmin etibarnamələrdə iddiaçılar təmsilçiyə onların mülkiyyətində olan bütün daşınmaz əmlaklar barədə sərəncam vermək səlahiyyəti vermişlər.
71. Təmsilçi vasitəsi ilə bağlanmış əqdlərlə bağlı mübahisə zamanı aydınlaşdırılmalı olan hal təmsil edilən şəxsin təmsilçiyə etibarnamə verərkən hansı əqdlərin bağlamasına səlahiyyət verməsidir. Belə ki, təmsil edilən tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. (M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun xx.xx.2013-cü il tarixli qərarı)
72. İddiaçıların verdikləri etibarnamələrin məzmununda mülkiyyətlərində olan əmlakın İddiaçı1 satılacağı və əmlakın hansı qiymətə satılacağı barədə qeyd şərt olmadığından məhkəmələr düzgün olaraq hesab etmişlər ki, təmsilçinin alqı-satqı müqaviləsini bağlayarkən ona verilmiş səlahiyyətdən kənara çıxması və iddiaçıların iradəsinə zidd hərəkət etməsi işdə olan yazılı sübutlarla təsdiq edilmir.
73. Kassasiya şikayətində xx.xx.2023-cü il tarixli ANİ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin uydurma əqd olduğu qeyd edilərək MM-nin 340.1-ci maddəsinin tələbinin pozulduğuna istinad edilsə də, alqı-satqı müqaviləsindən sonra torpaq sahəsinin alıcının sahibliyinə və mülkiyyətinə keçməsi faktı mübahisəsiz olduğundan bu əqdin görünüş üçün bağlandığı, hüquqi nəticə yaratmadığı istisna edildiyi üçün işə baxmış məhkəmələr tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edildiyi, qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsasların olmadığı müəyyən edilir.
74. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
75. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1268/2024 nömrəli, 7 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.