Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4080/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı “barışıq razılaşması haqqında müqavilədən irəli gələn öhdəliyin icra edilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh2 MMC-nin cavabdeh İddiaçı qarşı “barışıq razılaşması barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, barışıq razılaşması) Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) vəkili Vəkil2, İlk iddia üzrə cavabdehlərin (qarşılıqlı iddia üzrə iddiaçı MMC-nin) vəkili xxx oğlunun, Üçüncü şəx s LPO QSC “Bank Standard” KB-nin vəkili Nümayəndə4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2020-ci il tarixli, 2(103)2313/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1km-də yerləşən, ümumi sahəsi 1036,7 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh2 MMC-nin xüsusi mülkiyyətində, bu qeyri-yaşayış sahəsinə aid 0,06141 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla MMC-nin istifadəsindədir. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 06 mart 2004-cü il tarixli, 45 saylı Sərəncamı və 2004-cü il tarixli 0328 saylı icarə müqav iləsi ilə ünvan 2Özülləri zavodunun qərbində, Bakı-Salyan şosesinin şimal-qərbində anbarların layihələşdirilməsi və tikintisi üçün Cavabdeh2 MMC-yə 2 ha torpaq sahəsi müvəqqəti istifadəyə verilmişdir. Həmin torpaq sahəsində hər biri 960 metrdən ibarət olan 3 ədəd anbar binası inşa olunmuşdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh2 MMC arasında bağlanmış 10 may 2017-ci il tarixli, 297/3288 nömrəli müqavilə ilə 04 mart 2005-ci il tarixli, JN 6908 kod 00200003 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən Cavabdeh2 MMC-nin istifadəsində olan torpaq sahəsinin 16014,8 kv.metr hissəsi 10 may 2017-ci il tarixdən 04 iyun 2053-cü ilədək Cavabdeh2 MMC-nin müddətli icarəsinə verilmişdir. Cavabdeh2 MMC-nin adından icraçı direktor X3, Cavabdeh3 adından nümayəndəsi Nümayəndə1 və İddiaçı xxx oğlunun adından nümayəndəsi Vəkil1 tərəfindən imzalanmış 12 aprel 2019-cu il tarixli Barışıq razılaşması haqqında müqavilənin məzmununa əsasən tərəflər bəyan etmişlər ki, öz könüllü iradə ifadələri əsasında qarşılıqlı razılıq və qarşılıqlı güzəştlər yolu ilə aralarında yaranmış qeyri-müəyyənliyi müqavilənin şərtlərinə uyğun həll etmişlər. Belə ki, İddiaçı bəyan etmişdir ki, ona ******* manat məbləğində olan un əvəzində, bu borc müqavilə imzalanadığı andan 6 ay müddətində ona ödənilmədikdə o, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 MMC arasında bağlanmış 10 may 2017-ci il tarixli, 297/3288 nömrəli müqavilə ilə 04 iyun 2053-cü il tarixinədək MMC-nin icarə sində olan 16014,8 kv.m. torpaq sahəsində inşa olunmuş, hər birinin sahəsi 960 kv.m. təşkil edən qapalı, istismar üçün tam yararlı və icarəyə verilmiş 3 ədəd anbar sahəsinin və xüsusi mülkiyyət hüququ ilə MMC-nin adına qeydə alınmış, sonradan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-5961/2017 saylı iş üzrə qəbul etdiyi məhkəmə aktları və müvafiq icra sənədləri əsasında Cavabdeh3 hüquqlarının tanındığı 1036,7 kv.metr qeyri-yaşayış sahəsini (bu sahəyə aid 0,06141 ha torpaq sahəsi ilə birlikdə), borc məbləği ona ödənilmədikdə, bu əmlaklara aid bütün hüquqlarla öz mülkiyyətinə, sahiblik və istifadəsinə qəbul edir.... Həmin əmlaklar onun tərəfindən bu müqavilə ilə müəyyən edilən müddətdə qəbul edildikdən sonra 1.800,070 manat məbləğində pul ona ödənilmiş hesab edilir və hazırki Müqaviləyə xitam verilir. Gələcəkdə onun bu vəsaitə dair heç bir iddiası və tələbi olmayacaqdır. Öz növbəsində Cavabdeh3 və Cavabdeh2 MMC bəyan etmişlər ki, qeyd olunan borc 6 ay müddətində ödənilmədikdə qeyd olunan əmlakların İddiaçı (və ya onun təsdiq etdiyi hüquqi şəxsin) mülkiyyətinə, sahiblik və istifadəsinə verilməsinə tam razıdırlar, bu cür rəsmiləşdirmə onların könüllü iradəsini ifadə etməklə, gələcəkdə bu əmlaklara dair heç bir tələbləri və iddiaları olmayacaq. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MMC-yə, habelə iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh1 MMC-yə, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daş ınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Ləğv prosesində olan QSC “Bank Standard” KByə qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən Cavabdeh2 MMC-nin adına 22 iyul 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli reyestrlə qeydə alınmış 1036,7 kv.metr qeyri-yaşayış sahəsinə və bu sahəyə aid olan 0,06141 ha torpaq sahəsinə Cavabdeh1 MMC-nin mülkiyyət hüququnun tanınmasına; o cümlədən JN 6908, Kod 00200003, 04 mart 2005-ci il tarixli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2,0 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilən h ər biri 960 kv.metrdən ibarət olan 3 ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqlarının tanınmasına; ünvan 1km-də yerləşən hər bir 960 kv.metrdən ibarət üç ədəd anbar binalarına və bu binaların yerləşdiyi 10 may 2017-ci il tarixli, 297/3288 saylı icarə müqavilələri ilə Cavabdeh2 MMC-nin istifadəsində olan torpaq sahəsinə Cavabdeh1 MMC-nin istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 aprel 2019-cu il tarixli barışıq razılaşması haqqında müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Bundan əlavə İddiaçı müstəqil iddia tələbi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada i ddiaçının xeyrinə ümumilikdə 749657,41 ABŞ dolları məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini, Cavabdeh3 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin olmasına dair xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(002)3152/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı “müqavilədən irəli gələn öhdəliklərin icrası” tələbinə dair iddia ərizəsi üzrə mülki işlə bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(002)190/2020 nömr əli qətnaməsi ilə (hakim K.B.Əsədov) İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC-yə, müstəqil iddia tələbi irəli sürməyən üçüncü şəxslər Cavabdeh1 MMC-yə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Ləğv prosesində olan “Bank Standard” KB və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “barışıq razılaşması haqqında müqavilədən irəli gələn öhdəliyin icra edilməsi” barədə iddiasının təmin edilməsi, ünvan 1 ünvanında yerləşən Cavabdeh2 MMC-nin adına 22 iyul 2016-cı il tarixli, RX seriya, ******* saylı reyestrlə 22 iyul 2016-cı il tarixdə qeydə alınmış 1036,7 kv.metr qeyri-yaşayış sahəsinə və bu sahəyə aid olan 0,06141 ha torpaq sahəsinə mülkiyyət hüququ və JN 6908, Kod 00200003 saylı 04 mart 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə i lə Cavabdeh2 MMC-yə verilmiş 2,0 ha torpaq sahəsinə hüquqların və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv.metrdən ibarət olan 3 ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqlarının tanınması, Cavabdeh2 MMC-nin İddiaçı qarşı “12 aprel 2019-cu il tarixli Barışıq razılaşması barədə Müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiasının təmin olunmaması, İddiaçı Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh3 İddiaçı xeyrinə 79271,79 ABŞ dollarının (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) tutulması, İddiaçı pul tələbinə dair iddiasının qalan hissəsi təmin olunmaması, məhkəmə qətnaməsinin ünvan 1 km-də yerləşən Cavabdeh2 MMC-nin adına 22 iyul 2016-cı il tarixli, RX seriya, ******* saylı reyestrdən çı xarışla mülkiyyət kimi qeydiyyata alınmış 1036,7 kv.metr qeyri-yaşayış sahəsinə və bu sahəyə aid 0,06141 ha torpaq sahəsinə Cavabdeh1 MMC-nin adına mülkiyyət hüququna dair reyestrdən çıxarış verilməsi və həmin ünvanda yerləşən hər bir 960 kv.metrdən ibarət üç ədəd anbar binalarının yerləşdiyi torpaq sahəsinə dair 10 may 2017-ci il tarixli, 297/3288 saylı icarə müqavilələrinin Cavabdeh2 MMC-nin əvəzinə Cavabdeh1 MMC-nin adına dəyişdirilməsi üçün əsas olması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 12 aprel 2019-cu il tarixli müqavilənin formasına və mahiyyətinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsində nəzərdə tutulan müqavilə olması işin mübahisəsiz halı kimi müəyyən edilir. Belə ki, İddiaçı Mülki Məcəllənin 881-ci maddəsinin tələblərinə uyğ un bağlanmasına əsaslanaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, Cavabdeh2 MMC isə 18 noyabr 2019-cu il tarixli qarşılıqlı iddiasının, eləcə də ilk iddiaya etirazının məzmununda qeyd olunan müqavilənin formasına və mahiyyətinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddədə nəzərdə tutulan müqavilə hesab etməklə bu xüsusatı mübahisələndirməmiş, əksinə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi bu halı etiraf etmişdir. Qarşılıqlı iddia ərizəsində cavabdeh müəssisənin Baş direktoru məzuniyyətdə olması səbəbindən sözügedən müqaviləni vəzifə təsnifatına əsasən Baş direktordan sonrakı yüksək vəzifə hesab edilən və baş direktor vəzifələrini bu və ya digər səbəbdən icra edə bilmədikdə onun səlahiyyətlərini icra edən iddiaçı direktor X4 tərəfindən imzalandığı etiraf edilməklə, həmin müqavilə müəssisənin möhürü ilə təsdiq olunmuşdur ki, bu da mövcud qanunvericiliyin tələblərinə tam uyğundur, bu hala istinadən barışıq razılaşması haqqında müqavilənin etibarsız sayılması mümkünsüzdür. Məhkəmə qarşılıqlı iddianın Cavabdeh2 MMC-nin əmlakının onun təsisçisinin razılığı olmadan özgəninkiləşdirilməsinin mümkünsüzlüyü barədə dəlilinə hüquqi qiymət verərək qeyd etmişdir ki, Mülki Məcəlləsinin 52.1-ci maddəsinin tələbinə görə hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakı ilə cavabdehlik daşıyır. Barışıq razılaşmasında göstərilən daşınmaz əmlak bu müqaviləyə əsasən digər qaydada özgəninkiləşdirilmir. Həmin əmlak İddiaçı qarşısında Cavabdeh2 MMC-nin öhdəliyi üçün həmin müqavilədə nəzərdə tutulan şərtlər və müddət daxilində İddiaçı verilir ki, bu da Azər baycan Respublikası Mülki Məcəlləsinin 52.1-ci maddəsinin tələblərinə uyğundur. Bundan əlavə, birinci instansiya məhkəməsi İddiaçı pul tələbinə dair iddiasına hüquqi qiymət verərkən göstərmişdir ki, iddianın əsaslandırıldığı bank köçürməsi sənədlərindən görünür ki, bank köçürmələri yolu ilə ödənilmiş pul vəsaitinin 79271,79 ABŞ dolları məbləğində olan hissəsi qeyd olunan iddia tələbi üzrə Cavabdeh3 hesablaşma hesabına köçürülsə də, qalan 534883,47 məbləğində olan hissəsi hazırkı iş üzrə cavabdeh olmayan “X2 Services” müəssisəsinə köçürülmüşdür ki, bu məbləğə görə Cavabdeh3 fiziki şəxs olaraq, Cavabdeh2 MMC isə hüquqi şəxs olaraq cavabdehlik daşımasını təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, həmin iddia Cavabdeh3 qarşı hissədə 79271,79 ABŞ dolları məbləğində təmin edilməli, qalan hissədə isə iddia təmin olunmamalıdır. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 MMC-nin barışıq razılaşması haqqında müqavilənin iştirakçıları arasında hər hansı faktiki pul borcunun olmasının mötəbər sübutlarla təsdiqlənmədiyinə, İddiaçı bunu öz iddia ərizəsində sübut edə bilməməsinə, Cavabdeh2 MMC-nin üzərinə heç bir öhdəlik götürməməsinə, o cümlədən, delikt törətməməsinə, bu səbəbdən də İddiaçı qarşısında hər hansı bir məsuliyyət daşımamasına dair dəlilləri əsaslı və qanuni sayıla bilməz. Əks yanaşma barışıq razılaşması haqqında müqavilənin hüquqi qüvvəsini, eləcə də hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlərin etibarlı olmasını ehtiva edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2-c i maddəsinin tələbləri ilə ziddiyyət təşkil edər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3152/2019 saylı, 09 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2020-ci il tarixli, 2(103)-2313/2021 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) cavabde hlər Cavabdeh3, Cavabdeh2 MMC-nin, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(002)-190/2020 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı “barışıq razılaşması haqqında müqavilədən irəli gələn öhdəliyin icra edilməsi və pul” tələbinə dair iddialarının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməklə, Cavabdeh2 MMC, Cavabdeh3 və İddiaçı arasında bağlanmış 12 aprel 2019-cu il tarixli Barışıq razılaşması haqqında müqavilə etibarsız hesab edilməsi qət edilmişdir. Apellyasi ya instansiyası məhkəməsi hesab etmişdir ki, ilkin iddiaçının iddia tələblərinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, qarşılıqlı iddia tələbinin isə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, iddiaçının cavabdehlərə qarşı olan iddiasının əsasını təşkil edən 12 aprel 2019-cu il tarixli Barışıq razılaşması haqqında müqavilə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək barədə öhdəlik götürdüyü müqavilə olduğu üçün notarial qaydada təsdiqlənməli idi, lakin təsdiqlənməmişdir. Mülki Məcəllə nin 329.1-ci maddəsinin tələbinə görə də bu müqavilənin notariat qaydasında təsdiqlənməməsi üçün qanunla başqa hal müəyyən edilməmişdir, ona görə də qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlandığından bu əqd etibarsız olmuşdur. Mülki Məcəllənin 881.3-cü maddəsi də barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər olduğu halda, razılaşmanın bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalı olduğunu imperativ şəkildə müəyyən etmişdir. Göründüyü kimi, yalnız bu fakt kifayət idi ki, iddia tələbinin 12 aprel 2019-cu il tarixli Barışıq razılaşması haqqında müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə dair hissəsi təmin edilməsin, qarşılıqlı iddia isə təmin edilsin. İkincisi, 12 aprel 2019-cu il tarixli Barışıq razılaşması haqqında müqavilədə nəzərdə tutulan ünvan 1km ünvanında yerləşən və ümumi sahəsi 1036.7 kv.m olan qeyri-yaşayış binası (yerləşdiyi 0,06141 ha torpaq sahəsi üzərində mülkiyyət növü - dövlət, hüququn növü - istifadə) Cavabdeh2 MMC-nin adına 22 iyul 2016-cı ildə xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, ipoteka müqaviləsi əsasında QSC “Bank Standard” KB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu qeyriyaşayış sahəsi yüklü olduğundan onun özgəninkiləşdirilməsi yaxud digər sərəncam verilməsi zamanı ipoteka saxlayanın razılığı tələb olunurdu. Apellyasiya baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, QSC “Bank Standard” KB tərəfindən ipoteka qoyana qarşı Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş və tutmanın hazırki mübahisənin də predmeti olan qeyri-yaş ayış sahəsinə yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. Bundan əlavə, qeyri-yaşayış binasının yerləşdiyi 0,6141 ha torpaq sahəsi dövlət mülkiyyətində olduğundan həmin torpaq sahəsinə mülkiyyət hüququ, həmçinin 04 mart 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2,0 ha torpaq sahəsinə hüquqlar və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv. metrdən ibarət olan 3 ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqları tanına bilməzdi. Birinci instansiya məhkəməsi xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilməli olan dövlət torpağına xüsusi mülkiyyət hüququnu tanımaqla, həmçinin həm xüsusi mülkiyyət hüququ, həm də istifadə hüququ əsasında torpaq sahəsi fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanları t ərəfindən, yəni onların qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında verilməli olduğu halda, maddi hüquq normalarının imperativ tələblərini pozmuş, bu tələblərə riayət etməmişdir. Həmçinin, məhkəmə torpaq mülkiyyətçisinin mövqeyini öyrənmədən və razılığı olmadan da bu cür qərar qəbul edə bilməzdi. Çünki, bu halda torpaq qanunvericiliyinin imperativ tələbləri pozulur. Eyni zamanda Cavabdeh1 MMC-nin istifadə hüquqları tanındığı torpaq sahəsində inşa edilən hər biri 960 kv. metrdən ibarət olan 3 ədəd anbar binalarına da sonuncunun istifadə hüququnun tanınmasının qanuni əsası olmalıdır. Yəni, bu tikililərə dair hər hansı bir hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, statusuna görə özbaşına tikili sayılır. Bu tikililərə dair hüquqların tanınması və qeydiyyat a alınması ilk növbədə bu işləri yerinə yetirən daşınmaz əmlaka dair hüquqların qeydə almalı olan qurumların səlahiyyətindədir. Üçüncüsü, İddiaçı Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddiasının qismən təmin edilərək Cavabdeh3 onun xeyrinə 79271,79 ABŞ dolları tutulması da əsassız olmuşdur. Çünki, İddiaçı iddia tələbinin bu hissəsi üzrə də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, istinad etdiyi halları sübuta yetirə bilməmişdir. İlk iddiaçının cavabdehlərə qarşı həm 12 aprel 2019-cu il tarixli Barışıq razılaşması haqqında müqavilədən irəli gələn öhdəliklərin icrasını, həm də 749657,41 ABŞ dolları tələb etməsi anlaşılan olmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mülki işə baxılarkən yuxarıda qeyd olunanlarla yanaşı bir sıra prosessual hüquq normaları da pozulmaqla, məhkəmə iclasının protokolu Mülki Prosessual Məcəllənin 271-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, mülki iş hələ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olarkən ilk iddiaçı iddia tələbinin artırılması və əlavə cavabdehin cəlb olunması barədə əlavə iddia ərizəsi məhkəməyə müraciət etmiş, cavabdeh kimi cəlb olunan Nümayəndə1 da 12 aprel 2019-cu il tarixli Barışıq razılaşması haqqında müqaviləni Cavabdeh3 adından nümayəndə kimi imzaladığından öhdəliklərini yerinə yetirmədiyinə görə ona vurduğu maddi ziyana görə 100 manat tələb etmişdir. Lakin iş aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərildikdən sonra Nümayəndə1 qarşı olan tələb və onun Cavabdeh2 MMC-nin nümayən dəsi olmaqdan başqa, həm də cavabdeh olması məhkəmə iclas protokollarında göstərilməmiş, baxmayaraq ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi Nümayəndə1 həm də cavabdeh kimi qəbul etmişdir. İddiaçı bundan sonra da yekun olaraq iddia tələblərinin dəqiqləşdirilməsinə dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət etmiş və bu ərizənin giriş hissəsində Nümayəndə1 adı cavabdeh qismində qalsa da faktiki olaraq ona qarşı olan tələbdən imtina edilmişdir. Birinci instansiya məhkəməsi bununla bağlı məhkəmə iclaslarının protokollarında da hər hansı bir qeyd aparmamışdır. Bununla yanaşı, iddia tələbinin dəqiqləşdirilməsinə dair son ərizədə iddiaçı ünvan 1 km-də yerləşən, hər biri 960 kv.metrdən ibarət üç ədəd anbar binalarına və bu anbar binalarının yerləşdiyi, 10 may 2017-ci il tarixli 297/3288 saylı icarə müqavilələri ilə Cavabdeh2 MMC-nin istifadəsində olan torpaq sahəsinə Cavabdeh1 MMC-nin istifadə hüququnun tanınmasını ayrıca tələb etsə də, məhkəmə bu tələbin təmin, yaxud rədd edilməli olmasına dair hansısa hüquqi dəyərləndirmə aparmamışdır. Baxmayaraq ki, bu tələb məzmunca demək olar ki, JN 6908, Kod 00200003 saylı 04 mart 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2,0 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv.metrdən ibarət olan 3 ədəd anbar binalarına Cavabdeh1 MMC-nin istifadə hüquqlarının tanınması tələbi ilə eyni olmuş və bu hissə təmin olunmuşdur. Eyni torpaq sahələri olsalar belə, sahələri fərqli olduğundan və ayrı-ayrı hüquqi sənədlər üzrə (2005-ci il tarixli şəhadətnamə ilə isti fadə hüququ əsasında və 10 may 2017-ci il tarixli 297/3288 saylı icarə müqaviləsi ilə) Cavabdeh2 MMC-yə məxsus olduğundan hər bir tələbə ayrıca hüquqi qiymət verib müvafiq qərar qəbul edilməli idi. Çünki, qətnamədə iddianın bu hissəsini tam təmin etdiyini qeyd etmişdir. Bundan əlavə, iddiaçı yekun olaraq iddia tələblərinin dəqiqləşdirilməsinə dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət etmiş, həmin ərizə 12 fevral 2020-ci ildə məhkəməyə daxil olmuşdur. 10 fevral 2020-ci il tarixdə məhkəmə qətnamənin elanı üçün məhkəmə iclasını təxirə salsa və Cavabdeh3 vəkili Vəkil3 11 fevral 2020-ci il tarixli orderi işdə olsa da sonuncu iclasda iştirakı təmin olunmamışdır. Eyni zamanda iddiaçının nümayəndəsindən başqa cavabdehlərə və QSC “Bank Standard” KB-yə SMS bildiriş göndərilsə də, bunun həmin şəxslərə çatması təsdiq olunmur, həmçinin digər üçüncü şəxslərə isə ümumiyyətlə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməmişdir. Göründüyü kimi, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sənədlər xronoloji ardıcıllıqla tikilməmiş, 18 noyabr 2019-cu il tarixli məhkəmə iclasının protokolu və 29 noyabr 2019-cu il tarixli məhkəmə iclasının protokolu isə hakimi tərəfindən imzalanmamışdır. Göründüyü kimi, işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa şikayətin dəlillər indən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2020-ci il tarixli, 2(103)-2313/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılma ması ilə qəbul edilmişdir. Belə ki, 12 aprel 2019-cu il tarixli barışıq razılaşması haqqında müqavilənin tərəflərin öhdəliklərini, hüquq və vəzifələrini əks etdirən 1- 9-cu bəndlərində tərəflər öz könüllü iradə ifadələri əsasında qarşılıqlı razılıq və qarşılıqlı güzəştlər yolu ilə aralarında yaranmış qeyri-müəyyənliyi hazırkı müqavilənin şərtlərinə uyğun həll etdiklərini göstərərək, sözügedən müqavilədə qeyd etmişlər ki, onlar bu razılaşma ilə əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsini bu razılaşma ilə istisna edirlər və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız bu razılaşmada təsbit edilənlər etibarlıdır. Tərəflər arasında “Barışıq razılaşması”nda heç də daşınmaz əmlaka dair sərəncam verilməsi deyil, tərəflər arasında əvvəlki işgü zar münasibətlərdən yaranmış borc münasibətlərinin həll edilməsi razılaşdırılmışdır. Tərəflər arasında Barışıq razılaşmasına qədər işgüzar münasibətlərin olmasını Cavabdeh3 və digər cavabdeh MMC-nin nümayəndəsi də, həmçinin, apellyasiya məhkəməsi baxışında etiraf etmişlər. Apellyasiya Məhkəmə Kollegiyası nəzərə almamışdır ki, tərəflər arasında həqiqi münasibət aralarındakı borcun qaytarılmasına dair razılaşmadan ibarətdir. Belə bir razılaşmanın mövcudluğunu, imzalanmasını tərəflər cavabdehlər mübahisələndirməmişlər. Cavabdehlər belə razılaşmanı guya, MMC tərəfindən səlahiyyətli olmayan şəxs tərəfindən imzalanmasını və s. iddia etmişlər. Daşınmaz əmlaklarla bağlı müqavilədə götürülmüş öhdəliklər də yalnız mövcud olan borcun qaytarılması üsulu kimi şərtləşdirilmişdir. Bundan başqa apellyas iya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Barışıq razılaşmasından irəli gələn öhdəliyin icra edilməməsinə görə İddiaçı istifadəsinə və sahibliyinə verilməsi tələb olunan torpaq sahələri cavabdeh MMC-nin qanuni istifadəsində və ya mülkiyyətindədir. Torpaq sahələrinin və tikililərin yerləşdiyi ərazinin heç də özbaşına zəbt edilmədiyi və anbar binalarının heç də “özbaşına tikili olmadığı” iş materialları əsasında birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, 1036,7 kv.m qeyri-yaşayış binasının QSC “Bank Standard” KB-nin xeyrinə ipoteka ilə yüklü edilməsi tərəflərə “Barışıq razılaşması” imzalanarkən bəlli olmuş və Razılaşmanın 9-cu bəndində bu barədə əks olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsi ndə ərizədə öhdəlik götürmüşdür ki, 1036,7 kv.m qeyri-yaşayış binasının ipotekası ilə təmin edilmiş borc öhdəliyinin ödənilməsini üzərinə götürür və qətnamədə də bu öhdəliyi öz əksini tapmışdır. Yəni, Barışıq razılaşmasının 1036,7 kv.m qeyri-yaşayış binasına dair hissəsi və birinci instansiya məhkəməsinin qətnaməsində həmin tikilinin İddiaçı sahibliyinə, gələcəkdə isə mülkiyyətinə keçməsi QSC “Bank Standard” KB-nin mənafeyinə qətiyyən toxunmayacaq, əksinə, ipoteka ilə təmin edilmiş borcun ödənilməsinə şərait yaradacaqdır. Apellyasiya instansiyası məhkəməsi üçüncü qənaətində bilərəkdən təhrifə qərəzçiliyə yol vermişdir. Belə ki, iddia tələbi əvvəlcə 12 aprel 2019-cu il tarixli “Barışıq razılaşması”ndan irəli gələn öhdəliyin icrasına dair irəli sürülmüşdür. Ona qarşılıqlı iddia tələbi verilm işdir. Sonradan İddiaçı yalnız Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 749657,41 ABŞ dolları borcun tutulmasını tələb etmişdir. Qaradağ rayon məhkəməsinin digər hakimi - hər iki iddianın - eyni iddiaçıdan - eyni cavabdehə qarşı yönəldiyini əsas götürərək bir icraatda birləşməsinə qərar vermiş və bir icraatda baxılaraq qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi 12 aprel 2019-cu il tarixli Barışıq razılaşması haqqında müqavilədə müəyyənləşdirilmiş ******* manat pulla, sonradan iddia ilə tələb edilən 749657,47 ABŞ dolları ilə eyni məbləğ olduğuna dair yanlış, əsassız nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İlk iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 MMC-nin vəkili xxx oğlu kassasiya şikayətinə yazılı etirazlar verərək, həmin şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2020-ci il tarixli, 2(103)-2313/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti formal mülahizələrdən ibarət olmuş, barışıq razılaşması məqamında müqavilədə qeyd olunan əmlakın başqasının hüququ ilə yüklü olunması və iddiaların mövcudluğu məlum olmamış, işə cəlb olunmuş üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və həmin Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi razılaşmanın iştirakçıları olmamış, tərəflər arasında borc münasibətləri olmadığından, razılaşma faktiki etibarsız (uydurma əqd) olmuşdur. c) Məhkəmə icraatı iştirakçılarını n izahatları Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehlərin (qarşılıqlı iddia üzrə iddiaçı MMCnin) vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan QSC “Bank Standard” KB-nin vəkili Nümayəndə4 kassasiya şikayətinə etiraz etmiş və təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiklərinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişd irsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 881.2-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: 881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. 881.3-cü maddəsinə əsasən barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. 881.5-ci maddəsinə əsasən əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosess ual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi mövqeyini ilk olaraq onunla ə saslandırmışdır ki, tərəflər arasında bağlanmış barışıq sazişi notariat qaydasında təsdiq olunmamışdır. 12 aprel 2019-cu il tarixli barışıq razılaşmasının məzmunu nəzərdə keçirilərkən müəyyən olunur ki, həmin müqavilə ilə tərəflər aşağıdakı məsələlərlə bağlı aralarında olan mübahisələri qarşılıqlı güzəştlər yolu ilə tənzimlənməsi barədə razılığa gəlmişlər: - Cavabdeh2 MMC-nin və Cavabdeh3 İddiaçı xxx oğluna ******* manat məbləğində borcun olması; - həmin borcun 6 ay müddətində ödənilməli olması; - göstərilən müddət ərzində borc ödənilmədiyi halda, borcluların yuxarıda qeyd olunan daşınmaz əmlaklara hüquqlarını kreditora vermələri. Apellyasiya instansiyası məhkəməsinin qətnamənin qəbul edilməsi üçün istinad etdiyi Mülki Məcəllənin 329.1 və 394-cü maddələrinin tələbləri yalnız tərəflərin r azılığa gəldikləri üçüncü məsələyə aiddir. Razılaşmada isə daşınmaz əmlaklara hüquqların keçirilməsi yalnız ikinci şərtin icra edilməməsi, yəni etiraf olunmuş borcun ödənilməsinin qeyri-mümkünlüyü halında nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası razılaşır ki, müqavilə qeyd olunan formada bağlanılmaqla cavabdehlərin daşınmaz əmlaklara dair mülkiyyət və istifadə hüquqlarının iddiaçıya ötürülməsi qanuna ziddir və icrası mümkün deyildir. Lakin tərəflərin razılığa gəldikləri digər məsələlərlə bağlı qanunvericiliklə barışıq razılaşmasının notariat formasında bağlanması nəzərdə tutulmamışdır. Qeyd olunmalıdır ki, Cavabdeh2 MMC özü də qarşılıqlı iddiasında müqavilənin etibarsızlığını MMC-nin təsisçisinin hüquqlarını pozması, MMC-nin iddiaçı qarşısında öhdəliyinin olmaması, MMC-nin adından imzalaya n şəxsin buna səlahiyyətli olmaması ilə əsaslandırmışdır. Yəni faktiki olaraq MMC müqaviləni onun formasına uyğun olmaması ilə deyil, iradəsinə (təsisçilərin iradələrinə) zidd olması ilə mübahisələndirmişdir. Halbuki, mübahisələndirilən müqavilədə tərəflər MM-in 881-ci maddəsinə istinad etməklə bəyan etmişlər ki, onlar öz könüllü iradə ifadələri əsasında qarşılıqlı razılıq və qarşılıqlı güzəştlər yolu ilə aralarında yaranmış qeyri-müəyyənliyi həll etmiş, razılaşma ilə əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsini bu razılaşma il istisna etmiş, hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız bu razılaşmada təsbit edilənlər etibarlıdır. Lakin apellyasiya instansiyası məhkəməsi barışıq razılaşması ilə tərəflərin həll etdikləri birinci və ikinc i məsələlərin etibarlılığını araşdırmamış, razılaşmanın həmin müddəalarının MM-in tələbləri, o cümlədən 881.2-ci maddəsi baxımından araşdırmamış, qarşılıqlı iddianın yuxarıda qeyd olunan dəlillərinə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdı r (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Məhkəmə kollegiyası hesab edir ki, həm ilk, həm də qarşılıqlı iddiaların həlli yuxarıda qeyd olunan məsələlərin həllindən asılı olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tət biq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2020-ci il tarixli, 2(103)-2313/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4080/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4080/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver