Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4084/2019 21.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi, İddiaçı-nin nümayəndəsi X2, vəkili Hüseynov Yusif Kamal oğlu və Cavabdeh1 vəkili İbrahimov Taleh Vəli oğlunun iştirakı ilə, İddiaçı-nin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1382/2019 nömrəli iş üzrə 11 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.N.Quliyev) 2(005)-5926/2016 nömrəli, 24 noyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq obyektinin qaytarılması və pul tələbinə dair” iddiasının qismən təmin edilməsi, Cavabdeh1 19.368 ABŞ dolları 11 sent əsas borc, 1.284 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, cəmi 20.702 (iyirmi min yeddi yüz iki dollar) ABŞ dolları 11 (on bir) sent ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması, Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmiş istehsal gücü saatda 40 m3 olan «Tam komplektasiyalı quru beton zavod»xxxxCavabdeh1 alınaraq İddiaçı-yə qaytarılması, İddiaçı ilə C avabdeh1 arasında bağlanmış 10.05.2012-ci il tarixli 12/412 saylı daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi, iddianın qalan hissəsi rədd edilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı-yə qarşı «daxili lizinq müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilməsi, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı-yə qarşı «zaminlik müqaviləsinə xitam verilməsi»xxxxİddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 10.05.2012-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh2 aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər S.F.Hacıyev (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov) 2(103)-3337/2017 nömrəli, 10 may 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli qətnaməsinin ilkin iddia üzrə ümumilikdə 20.702 (iyirmi min yeddi yüz iki dollar) ABŞ dolları 11 (on bir) sentin ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla məbləğində borcun Cavabdeh1 İddiaçı-nin xeyrinə tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi, qətnamə ilkin iddianın təmin edilmiş olan qalan hissəsində və Cavabdeh1 cavabdeh İddiaçı-yə qarşı «daxili lizinq müqavələsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi) Ə.A.Əhmədov v ə İ.K.Dəmirov) 2(102)-7443/2018 nömrəli iş üzrə 13 noyabr 2018-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)3337/2017 saylı 10 may 2017-ci il tarixli qətnaməsi qismən - İddiaçı-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «lizinq obyektinin qaytarılması» tələbinin təmin olunması hissəsində ləğv olunması və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi, qətnamə qalan hissədə Cavabdeh1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) 2(103)-1382/2019 nömrəli, 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayo n Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli 2(005)-5926/2016 saylı qətnaməsi qismən “Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmiş - istehsal gücü saatda 40 m3 olan «Tam komplektasiyalı quru beton zavod»xxxxCavabdeh1 alınaraq İddiaçı-yə qaytarılsın”xxxxİddiaçı-nin iddia tələbi həmin hissədə də təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq obyektinin qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə 10.05.2012-ci il tarixli daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadənin edilməsinə görə 09.06.2016-cı il tarixə lizinq obyektinin ödənilməmiş qalıq əsas borcu 19.368 ABŞ dolları 11 sent, faiz 1.570 ABŞ dolları, cərimə məbləği 14.573 ABŞ dolları 69 sent, cəmi 35.512 ABŞ dolları 65 sent və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmiş istehsal gücü saatda 40 m3 olan «Tam komplektasiyalı quru beton zavod» konstruksiyasının Cavabdeh1 alınaraq İddiaçı-yə qaytarılması, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 10.05.2012-ci il tarixli 12/xxx saylı daxili maliyyə lizinqi müqaviləsinə və Cavabdeh2 ilə bağlanmış 10.05.2012-ci il tarixli 12/412 saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı-yə qarşı “daxili lizinq müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh İddia çı arasında imzalanmış 10.05.2012-ci il tarixli 11/xxx saylı daxili lizinq müqaviləsinin bağlandığı andan etibarsız hesab olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 cavabdeh İddiaçı-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, onunla İddiaçı arasında bağlanmış 10.05.2012-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı-yə qarşı «daxili lizinq müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı-yə qarşı «zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülk i işlər bir icraatda birləşdirilərək, mülki işə 2(009)-3976/2016 nömrəsi verilmişdir. Daha sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qərardadı ilə 2(009)-3976/2016 nömrəli mülki iş bir icraatda birləşdirilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1382/2019 nömrəli iş üzrə 11 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi X2 və vəkili Hüseynov Yusif Kamal oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştiarak edən Cavabdeh1 vəkili İbrahimov Taleh Vəli oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-1382/2019 nömrəli iş üzrə 11 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktla ra hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 10.05.2012-ci il tarixli daxili lizinq müqaviləsi üzrə İddiaçı-yə lizinq ödənişləri ilə bağlı hər hansı borcu olmadığı, Cavabdeh1 bütün borc ları ödədiyi qənaətinə gəlib borcun ödənilməsi ilə bağlı hissədə iddianı rədd etsə də, lizinq obyektinin Cavabdeh1 alınıb İddiaçı-yə qaytarılmasını qət etməklə ziddiyyətə yol vermiş və bununla bağlı gəldiyi nəticəni qanunla müəyyən olunmuş qaydada əsaslandırmamışdır. İşdən göründüyü kimi, tərəflər arasında daxili maliyyə lizinqi müqaviləsi 10.05.2012- ci il tarixdə 36 ay müddətinə bağlanmış və müqavilə müddəti 10.05.2015-ci ildə bitmişdir. Hazırkı iş üzrə lizinq obyektinin qaytarılması barədə iddia müqavilə müddəti bitdikdən sonra 05 iyul 2016-cı il tarixdə qaldırılmışdır və apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 tərəfindən bütün lizinq ödənişlərinin aparıldığı qənaətinə gəlmişdir. Hazırkı vəziyyətdə işin bu halı işdə iştirak edən şəxslər, o cümlədən “xxxx» MMC tərəfindən qanunla müə yyən olunmuş qaydada mübahisələndirilməmişdir. Yəni, qətnamənin bu hissəsindən kassasiya şikayəti verilməmişdir. Ona görə də işin bu halı artıq müəyyən edilmiş sayılır. Yuxarıda qeyd olunduğu kimi, lizinq alan Cavabdeh1 lizinq ödənişləri üzrə borcu olmadığı apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir və tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqaviləsində lizinq ödənişlərinin tam icra olunduğu təqdirdə lizinq obyektinin lizinq verənə qaytarılması nəzərdə tutulmamışdır. Apellyasiya instnasiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən işin bu halı bir daha tədqiq edilməli və lizinq ödənişləri üzrə hər hansı borc olmadığı halda lizinq obyektinin lizinq verənə qaytarılmasının müqavilə şərtlərinə və mülki qanunver iciliyin tələblərinə nə dərəcədə uyğun olduğuna işin müəyyən edilən hallarından asılı olaraq qiymət verilməlidir. İşdən görünür ki, 10.05.2012-ci il tarixli 12/412 nömrəli daxili lizinq müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 36 ay müddətinə 93.299 ABŞ dolları məbləğində, istehsal gücü saatda 40 m3 olan «Tam komplektasiyalı quru beton zavod» konstruksiyasını lizinqə vermişdir. 10.05.2012-ci il tarixli 12/412 nömrəli daxili lizinq müqaviləsinə 3 nömrəli əlavə ilə istehsal gücü saatda 40 m3 olan «Tam komplektasiyalı quru beton zavod»xxxxİddiaçı tərəfindən Cavabdeh1 təhvil verilmiş, onlar arasında təhvil-təslim protokolu imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Həmin Məcəllənin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Göstərilən Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; Qeyd olunan Məcəllənin 748.2.5-ci maddəsinin tələbinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747- 1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-5-ci maddəsinə müvafiq olaraq, lizinq müqaviləsi üzrə lizinq verən satıcı (mal verən) ilə alqı-satqı müqaviləsi bağlamalıdır. Alqı-satqı müqaviləsi lizinq müqaviləsindən əvvəl bağlana bilər, bu zaman həmin müqav ilənin xüsusi olaraq lizinq məqsədləri üçün bağlandığı göstərilməlidir. Mülki qanunvericilikdə lizinq müqaviləsi üzrə satıcı və lizinq verənin müqavilənin ayrı-ayrı tərəfləri olması ilə yanaşı, eyni şəxs ola bilməsi istisna edilmir. Həmin Qərarda göstərilmişdir ki, maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. İşdən görünür ki, tərəflər arasında daxili maliyyə lizinqi müqaviləsi üzrə qarşılıqlı hüquq və vəzifələri yaranmışdır. Daxili maliyyə lizinqi müqaviləsi 10.05.2012-ci il tarixdə 36 ay müddətinə bağlanmış və müqavilə müddəti 10.05.2015-ci ildə bitmişdir. Hazırkı iş üzrə lizinq obyektinin qaytarılması barədə iddia müqavilə müdd əti bitdikdən sonra 05 iyul 2016-cı il tarixdə qaldırılmışdır və bundan əvvəl apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 tərəfindən bütün lizinq ödənişlərinin aparıldığı qənaətinə gəlmiş, işin bu halı işdə iştirak edən şəxslər, o cümlədən “xxxx» MMC tərəfindən qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmişdir. Yəni, qətnamənin bu hissəsindən kassasiya şikayəti verilmədiyin qüvvəyə minmişdir. Ona görə də işin bu halı artıq müəyyən edilmiş sayılır. Tərəflər arasında bağlanılmış lizinq müqaviləsinin 18.2-ci bəndinin tələblərinə görə defolt halında lizinq verənin tələbi ilə lizinq obyektini qaytarmalı və ya onun seçimi əsasında lizinq obyektini lizinq verənə müvafiq ödəmələr etməklə lizinq alan tərəfindən alınmasını tələb edə bilər. Həmin müqavilənin 20-ci bəndində lizinq obyektinin g eri alınması qaydası müəyyən edilmişdir. Həmin bəndin tələblərinə görə lizinq verən müqavilənin 18.2-ci bəndinə uyğun olaraq lizinq obyektini geri almaq hüququna malikdir. Deməli, müqavilənin şərtlərinə əsasən lizinq alanın öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsi lizinq verənin müqavilənin vaxtından əvvəl ləğv edilməsini tələb etmək üçün əsas olmaqla, lizinq verən öz seçimi əsasında ya lizinq obyektininin geri qaytarılmasını, ya da lizinq müqaviləsi üzrə nəzərdə tutulmuş və ödənilməmiş bütün məbləğləri tələb edə bilər. Qeyd olunduğu kimi, Cavabdeh1 tərəfindən bütün lizinq ödənişlərinin aparıldığı artıq işin müəyyən edilmiş mübahisəsiz halıdır. Bu halda lizinq verənin lizinq obyektinə görə icra edilməmiş ödənişləri tələb etmək hüququnun olmadığı kimi, lizinq obyektinin geri q aytarılmasını tələb etmək hüququ da istisna olunur. Ona görə də, tərəflər arasında lizinq müqaviləsindən yaranan münasibətlərə son verildiyindən, lizinq alan lizinq verən qarşısında Mülki Məcəllənin 748-2.5-ci maddəsinin tələbinə əsasən lizinq obyektinin qaytarılması öhdəliyi də daşıya bilməz. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, lizinq verən olan iddiaçı iddia tələbinin bu hissəsini irəli sürməklə haqlı olmamışdır, birinci instansiya məhkəməsi “xxxx» MMC-nin iddiasının bu hissəsini təmin etməklə də tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəs inə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən ed ilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1382/2019 nömrəli iş üzrə 11 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1382/2019 nömrəli iş üzrə 11 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4084/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4084/2019
21.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver