Məhkəmə qərarları › İş №2(102)-4087/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4087/2022

18.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4087/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi ərizəsi üzrə (maraqlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) QƏRARİ iş № 2(102)-4087/2022 (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, iş üzrə icraata xitam) Bakı şəhəri,18 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən tərkibdə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3106/2022 nömrəli, 11 may 2022-ci il tarixli qərardadından Ərizəçi kassasiya şika yətinə 18 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 K/263 №-li müayinə aktına aktına əsasən Ərizəçi bədənində olan xəsarətlərin 1992-ci ilin fevral ayında baş və bədəninin müxtəlif nahiyələrinə bərk küt alətlə çoxsaylı zərbə vurulması zamanı yetirilməsi mümkün ola bilər.

2. Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsindən verilən arayışa əsasən Ərizəçi həqiqətən xx.xx.2019-cu il tarixdən “Qarabağ müharibəsi” veteranıdır. Ərizəçi Azərbaycan Respublikası qanunvericiliyi ilə müharibə veteranları üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiası təmin edilmiş, ona “müharibə veteranı” adı və vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərarı ilə iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1rşı iddiası qismən təmin edilmiş, iddiaçının bədənində olan xəsarətlərin 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə alması barədə rəy verilməsi ilə bağlı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. Ərizəçi ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 1991-1992-ci illərdə N №-li hərbi hissədə hərbi xidmət keçmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi (bundan sonra “maraqlı şəxs”) ərizə üzrə maraqlı şəxsdir.

7. Ərizə onunla əsaslandırılıb ki, ərizəçi 1990-1992-ci illərdə Ağdam, Şuşa, Xocalı uğrunda gedən döyüşlərdə özünü müdafiə batalyonunda hərbçi-sanitar kimi iştirak etmişdir. 1992-ci ildə Xocalının işğalı zamanı ərizəçi girov götürülmüş, ona verilən işgəncələrdən sonra komaya düşmüş, ermənilər onun öldüyünü zənn edib atıb getmişlər. Sonradan ərizəçini döyüş yoldaşları tapıb Ağdam Hospitalına gətirmişlər. Uzun müddət müalicə almağına baxmayaraq, mü alicə bir nəticə verməmişdir. Nəticədə ərizəçiyə İ qrup əlillik dərəcəsi təyin etmişlər.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli, 4/2-1504 nömrəli məktubunda N №-li hərbi hissənin 1990-1992-ci il tarixli sənədlərinin Müdafiə Nazirliyi Katibliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün xidməti barədə araşdırma apara bilmədikləri qeyd edilmişdir. Ağdam RMX PHŞ-da tərtib edilmiş xx.xx.2021-ci il tarixli 246 nömrəli məktubda 1993-cü ildə Ağdam rayonu işğal olunduğu üçün arxiv sənədləri işğal ərazisində qaldığından ərizəçinin xəstəliyi ilə bağlı heç bir məlumat verə bilmədikləri qeyd olunmuşdur.

9. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş və iddiaya qarşı etiraz verməmişdir.

10. Bakı şəhəri Nəs imi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-612/2022 nömrəli iş üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) ərizə rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyinin ümumi hissəsinin normalarına istinad edərək qeyd etmişdir ki, hüquqi faktı müəyyən edən zamanı təqdim edilən sübutlar, şahid ifadələri əsas götürülür, məhkəmənin biliyinin həqiqətə uyğunluğu isə işdə olan sübutların mötəbərliyindən asılı olur, sübutlar hər hansı halınfaktın olub-olmamasının qiymətləndirilməsində rol oynayır.

12. Birinci instansiya məhkəməsi işdə olan sübutlara eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019cu il tarixli, 03 saylı Qərarının 14-cü maddəsinə istinad edərək hesab etmişdir ki, ərizəsi təmin edilməməlidir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 307.1, 308-ci maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri: - işə baxan məhkəmə tərəfindən istinad olunan “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu n “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndində hərbi xidmət keçmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin yolverilməzliyi bu xidmət keçmənin müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsinin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Başqa sözlə bu şərt qanunvericiliklə başqa qaydada müəyyən edilməsi dedikdə, hərbi xidmət keçmə haqqında əsasnamənin və digər qanunvericilik aktlarına uyğun hərbi xidmət keçən şəxslərə aiddir; - iddiaçı isə özü könüllü olaraq döyüşlərə qatılaraq Şuşanın özünümüdafiə batalyonunun tərkibində sanitar qismində hərbi xidmət keçmişdir. İşin bu halı iş materiallarında olan Azərbaycan Respublikas ı Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2021-ci il tarixli k/263-2021 nömrəli rəyində və Səfərbərlik və Hərbi Xidmətə çağırış Dövlət Xidmətinin Nəsimi rayon İdarəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli arayışı ilə tam təsdiqini tapmışdır; - bundan başqa məhkəmə iş üzrə qanuni qüvvədə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarlarının hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etməsini nəzərə almamışdır; - göründüyü kimi ərizəçi xidməti və xidmət zamanı xəsarətlar alması barədə araşdırma aparılması üçün tələb olunan lazımi sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir; - məhkəmə nəzərə almamışdır ki, hazırda ərizəçi İ qrup əlil və müha ribə veteranı statusuna malik olsa da, onun əlilliyinin 1991-1992-ci illərdə N №-li hərbi hissədə hərbi xidmət keçərkən baş və bədəninin müxtəlif nahiyələrindən aldığı xəsarətlər olmasının təsdiq edilməsi üçün hərbi xidmət keçmə faktının müəyyən edilməsi faktı müəyyən edilməlidir; - məhkəmə ərizəçinin müharibə veteranı statusunda olmaqla onun Azərbaycan Respublikasının bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etməsinə dair iş materiallarında olan sənədləri sadalamaqla kifayətlənmiş, ərizəçiyə hərbi qanunvericiliklə müəyyən edilmiş qaydada deyil, könüllü olaraq özünümüdafiə batalyonunun tərkibində xidmətdə olma faktının müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olmasına dair dəlillərini araşdırmamışdır; - məhkəmə ərizəçinin müharibə veteranı statusunda olmaqla onun Azə rbaycan Respublikasının bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etməsinə dair iş materiallarında kifayət qədər sübut olduğu halda, həmçinin bununla bağlı preyudisial əhəmiyyət kəsb edən məhkəmə qərarlarının mövcudluğuna diqqət yetirməyərək Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndini də hazırki mübahisəyə düzgün tətbiq etməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3106/2022 nömrəli, 11 may 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışd ır. (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Rəşad Həsənov)

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, prosessual qanunvericiliyin müddəalarında xüsusi icraat qaydasında baxılan işlərin dairəsi müəyyən olunmuşdur. Mülki prosessual qanunvericilik xüsusi icraat qaydasında baxılan işlərin bir növü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsini nəzərdə tutur. Eyni zamanda ərizəçinin hüquqi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olması bu işlərə məhkəmədə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

18. Ərizəçi ərizəsində 1991-1992-ci illərdə N №-li hərbi hissədə hərbi xidmət keçmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən hərbi xidmət keçmə kimi hüquqi əhəmiyyəti olan faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi isə hazırki ərizəyə məhkəmə qaydasında baxılmasının yol verilməz olduğu halda, ərizəyə mahiyyəti üzrə baxaraq, həmin qərara da istinad etməklə ərizəni rədd etməklə səhvə yol vermişdir. Halbuki birinci instansiya məhkəməsi ərizəyə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə xitam verməli idi.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə qaydasında baxılması yol verilməz olan ərizəyə mahiyyəti üzrə baxıldığı üçün qətnamə ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.

21. Apellyas iya instansiyası məhkəməsi iş üzrə icraata xitam verməklə yanaşı, izah etmişdir ki, ərizəçi əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı, 1991-1992-ci illərdə N №-li hərbi hissədə hərbi xidmət keçmənin müəyyən edilməsi üçün müvafiq sənədlərlə müvafiq orqana, hazırki vəziyyətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 261.0.1, 305.1, 307.2, 307.2.11, 308, 384.0.5, 385.1.1, 387.1-ci maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan fak tların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Ərizəçi (vəkil və nümayəndə Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti belə əsaslandırılıb: - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etsə də, iş üzrə icraata xitam verilməsində səhvə yol verilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə d air işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndində göstərilənləri düzgün təfsir etməmişdir. Həmin bənddə hərbi xidmət keçmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin yolverilməzliyi, bu xidmət keçmənin müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsinin nəzərdə tutulması ilə şərtləndirilmişdir. İddiaçı isə könüllü olaraq döyüşlərə qatılaraq Şuşanın özünümüdafiə batalyonunun tərkibində sanitar qısmində hərbi xidmət keçmişdir; - apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmamışdır. Qətnamə qəbul edilərkən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməmiş, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblə rinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilməmiş, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmamışdır; - apellyasiya instansiyası məhkəməsi MPM-in 82.3-cü maddəsini hazırki mübahisəyə tətbiq etməmiş və iş üzrə qanuni qüvvədə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarlarının hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etməsini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.1. İş məhkəmə də“və ya mülki məhkəmə icraatı qaydasında“baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 307.2.11. Məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya in stansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrüb əsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı Bənd 14.“Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə vet eranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində qərardad tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qərardadı tam yoxlayır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Baxılan iş üzrə apellyasiya instansiyası qanuni nəticəyə gəlmişdir.

31. İddiaçının şikayət verdiyi qərardad iş üzrə icraata xitam verilməsi barədə olmuşdur.

32. İşdən görünür ki, ərizəçi 1991-1992-ci illərdə N №-li hərbi hissədə hərbi xidmət keçmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə m əhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü banədinə görə məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən veril miş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər.

34. Apellyasiya instansiyası məhkəməsi də Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına istinadən hərbi xidmət keçmə kimi hüquqi əhəmiyyəti olan faktların məhkəmə qaydasında müəyyən edilməsinin yolverilməzliyini qeyd edərək iş üzrə icraata düzgün olaraq xitam vermişdir.

35. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

36. Adı çəkilən və apelyasiya instansiyası məhkəməsinin də istinad etdiyi qanunvericilik norması hüq uqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin zəruri şərtini müəyyən etmişdir. Həmin şərtə görə hüquqi əhəmiyyəti olan fakt özü-özlüyündə mövcud olmalı və yalnız ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməzsə və ya itirilmiş sənədləri bərpa etmək mümkün olmadığı hallarda müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər.

37. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verməklə yanaşı, ərizəçinin hansı orqana müraciət etməsini də izah etmişdir.

38. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlinən nəticəni və tətbiq edilən prosessual hüquq normaları ilə razılaşır. Gəlinən nəticə qanunvericiliyə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 apre l 2019-cu il tarixli, 03 saylı Qərarında şərh edilən hüquqi mövqeyə uyğun olub.

39. İddiaçının kassasiya şikayətlərini isə məhkəmə kollegiyası əsasız sayır. Çünki qeyd edilən dəlillər işin icraatına xitam verilməli olmamasını təkzib edən dəlillər yox, işə mahiyyəti üzrə baxıldığı halda ərizənin təmin edilməsinə yönələn dəlillərdir. Kassasiya baxışının predmetini isə ərizəyə məhkəmədə mahiyyəti üzrə baxılıb-baxılmamalı olması təşkil edir.

40. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi kassasiya şikayəti təmi n edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3106/2022 nömrəli, 11 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar