Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4091/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4091/2024 (Açar sözlər: müqavilə öhdəliklərinin pozulması, kirayə haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5013/20 24 nömrəli, 28 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" MMC və təsisçi Cavabdeh2 Rahim oğlu ilə İddiaçı arasında bağlanmış 13 fevral 2018-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti başçısının 16 noyabr 2017-ci il tarixli 328 saylı sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında istismar müddətini bitirmiş qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyətçi”nin söküntüsü nəzərdə tutulmuş 4 otaqdan ibarət (141 kv.m. ümumi sahəsi olan) mənzillərinin əvəzində həmin ünvanında tikiləcək yüksəkmərtəbəli (18 mərtəbə) yaşayış binasında ümumi sahələri 173,4 kv.metr təşkil edən tam təmirli 2 (iki) mənzili birinci giriş (A blokunun) 10-cu mərtəbəsində 86,7 kv.m. 2 otaqlı, həmin blokun 11-ci mərtəbəsində isə 86,7 kv.m. 2 otaqlı “Mülkiyətçi’nin mülkiyətinə verilməsini, “Mülkiyətçi”nin isə söküləcək mənzilin "xxxx" MMC-nin istifadə və sahibliyinə verməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün, mənzili təhvil verdiyi andan aylıq 500 manat kirayə haqqını almaq mülkiyyətçinin hüququdur. Müqavilənin 2.2.3-cü bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavi lə şərtlərinə əsasən “Mülkiyətçi”yə qeyd olunan mənzilləri təhvil vermək "xxxx" MMC-nin vəzifəsidir. Bu müddətdə mənzil təhvil verilməzsə, mülkiyyətçi "İnşaat Konstruksiyaları” MMC-dən gecikdirilən hər ay üçün ödənən mənzil kirayə haqqının 2 (iki) misli miqdarında pul almalıdır. Əks halda bu pulu məhkəmə yolu ilə mülkiyyətçinin tələb etmək hüququ var. Müqavilənin 5.3-cü bəndinə əsasən müqavilə şərtlərinə və öhdəliklərə əməl edilmədikdə MMC ilə yanaşı təsisçilər də, öz əmlakları ilə müştərək qaydada məsuliyyət daşıyırlar.
2. Bank hesabından çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı "xxxx" MMC tərəfindən 2018-ci ilin fevral ayında müqavilə bağlanıldığı vaxtdan 2023-cü ilin sentyabr ayına kimi hər ay üçün 500 manat kirayə haqqı olmaqla ümumilikdə 18.000 manat kirayə haqqı ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud MMC və ad, soyadı) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqavilədə nəzərdə tutulan öhdəlikləri icra etməmələrinə görə 36.000 manat (kirayə borcuna görə 18.000 manat, müqavilənin 2.2.3-cü maddəsinə əsasən gecikdirilən hər ay üçün ödənən mənzil kirayə haqqının 2 misli miqdarına görə 18.000x2=36.000 manat) və dövlət rüsumu kimi ödənilmiş 198 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş e tmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki halına istinad edilməklə onunla əsaslandırılmışdır ki, o, dəfələrlə kirayə haqqının ödənilməsi üçün Cavabdeh2 müraciət etsə də, cavabdehlər tərəfindən kirayə haqqı ödənilməmişdir. Ona görə də yuxarıda qeyd olunan müqavilənin şərtləri cavabdehlər tərəfindən kobudcasına pozulmuş, lazımınca icra edilməmişdir. Nəticədə cavabdeh MMC-nin kirayə haqqını ödəmədiyinə görə xx.xx.2022-ci il tarixə ona 18.000 manat məbləğində borcu yaranmışdır. xx.xx.2022-ci il tarixdə pretenziya ilə cavabdeh MMC xəbərdar edilmişdir ki, 18.000 min manat borc məbləğinin ödənişini 7 gün ərzində təmin etməsə, tərəfindən məhkəməyə müraciət ediləcək, borcdan əlavə məhkəməyə müraciətlə bağlı çəkdikləri xərclər, həmçinin öhdəliyin icrasını gecikdirməyə görə dəymiş zi yan iddia tələbinə əlavə edilərək tələb ediləcəkdir. Hazırkı vaxtadək cavabdehlər kirayə haqqının ödənilməsi ilə bağlı hər hansı bir hərəkət etməmiş, ümumiyyətlə, pretenziya məktubuna münasibət də bildirməmişlər.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2024-cü il 31 yanvar tarixli 2(007)-325/2024 nömrəli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 36.000 manat məbləğində pul və ödənilmiş 198 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı və cavabdehlər arasında bağlanmış müqavilənin 2.1.2-ci bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün, mən zili təhvil verdiyi andan aylıq 500 manat kirayə haqqını almaq mülkiyyətçinin hüququdur. Məhkəməyə təqdim olunmuş bank hesabından çıxarışdan isə müəyyən olunmuşdur ki, cavabdehlər tərəfindən iddiaçıya 2020-ci ildə 5 ay (iyun, avqust, oktyabr, noyabr, dekabr ayları üçün 5x500=2.500), 2021-ci ildə 10 ay (10x500=5.000), 2022-ci ildə tam (12x500=6.000), 2023cü ildə isə 9 ay (9x500=4.500) olmaqla, cəmi 18.000 manat məbləğində kirayə haqqı ödənilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, müqavilənin 2.2.3-cü bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra cavabdeh MMC tikinti işlərini 18-24 ay müddətinə başa çatdırmadığından və müqavilədə göstərilən müddətdə mənzillər təhvil verilmədiyindən ödənilməyən 18.000 manat kirayə haqqının iki misli miqdarında, yəni 36.000 manat iddiaçıya ö dənilməlidir.
8. Məhkəmə tələb olunan pulun cavabdehlərdən müştərək qaydada tutulmasına münasibətdə qeyd etmişdir ki, müqavilənin 5.3-cü bəndinə əsasən müqavilə şərtləri cavabdeh MMC tərəfindən pozulduğu üçün onunla yanaşı, onun təsisçisi Cavabdeh2 də məsuliyyət daşıyır və ödənilməyən 36.000 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 389.2, 389.3, 390, 399.1, 425, 430.1, 442-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
10. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tə ləbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında iddiaçının qeyd etdiyi müqavilə olsa da, faktiki olaraq həmin müqavilə üzrə öhdəliklər cavabdeh MMC-nin üzərinə düşür. Hazırkı vəziyyətdə məhkəmənin ondan həmin məbləğdə pulu tutması məqsədəmüvafiq deyildir. Həmçinin, iddiaçı pretenziya məktubu göndərərək bu barədə ona xəbərdarlıq etməmişdir. Buna görə də, həmin kirayə haqqı üzrə öhdəliklər cavabdeh MMC-nin üzərinə düşür. Kirayə haqqının 2 qat hesablanması da qeyri-qanunidir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-5013/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) Cavabdeh2 Rahim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, müqavilənin şərtlərinə görə cavabdehlərin hər ikisi götürülən öhdəliklə bağlı eyni qaydada məsuliyyət daşıdığından Cavabdeh2 borcun ondan deyil, digər cavabdeh MMC-dən tutulması ilə bağlı arqumenti əsassız olmaqla onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh hesab edilməlidir.
14. Məhkəmə kollegiyası cavabdehin ödənilməyən kirayə haqqı məbləğinin 2 qat hesablanmasının qanunsuz hesab edilməsi ilə ba ğlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, qanunvericiliklə müqavilə tərəflərinə onun şərtlərini sərbəst qaydada müəyyənləşdirmək imkanı tanınmış, həmin şərtlərin qanuna zidd olmaması istisna olmaqla hər hansı məhdudlaşdırma təsbit etməmişdir. Hazırkı iş üzrə də tərəflər arasında bağlanmış müqavilə ilə mənzilin vaxtında təhvil verilməməsi halında hər gecikdirilən ay üçün hesablanan kirayə haqqının 2 qat məbləğində pulun tutulması təsbit olunmuş, müqavilə tərəflərin, o cümlədən Cavabdeh2 imzası ilə təsdiqlənmiş, qeyd edilən şərt hansısa formada mübahisələndirilməmişdir. Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq kirayə haqqı məbləğini razılaşdırıldıqları kimi iddiaçıya ödəməlidir.
15. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 390.1, 390.5, 425.1, 425.2, 433.1, 442, 675-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.1, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
16. Qətnamədən Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin ona münasibətdə təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, tərəflər arasında iddiaçının qeyd etdiyi müqavilə olsa da, faktiki olaraq həmi n müqavilə üzrə öhdəliklər MMC-nin üzərinə düşür. Hazırkı vəziyyətdə məhkəmənin Cavabdeh2 həmin məbləğdə pulu tutması məqsədəmüvafiq deyildir. Həmçinin iddiaçı Cavabdeh2 pretenziya məktubu göndərərək bu barədə onu xəbərdarlıq etməmişdir. Bu səbəbdən də həmin kirayə haqqı üzrə öhdəliklər MMC-nin üzərinə düşür. Kirayə haqqının 2 qat hesablanması belə qeyri-qanunidir. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Məhkəmə işə çəkişmə prinsipi əsasında cavabdehi məhkəmə prosesinə cəlb etmədən baxmışdır. Nəticə yalnız iddiaçının təqdim etdiyi əsassız müqavilə əsasında qətnamə qəbul edilmişdir. Qətnamədə işə aid edilən və mötəbər sübutlarl a təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. İddiaçının konstitusion mülkiyyət hüququ pozulmuşdur və lakin məhkəmə bu halları əsassız olaraq nəzərə almamışdır. Göründüyü kimi qətnamə işin halları ilə uyğunluq təşkil etmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
18. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
22. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
23. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə is tifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
24. Maddə 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır.
25. Maddə 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adət ən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
28. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
29. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları i lə müəyyən edilir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
42. Maddə 418.3. Prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərə findən ona aid olan hissədə qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin m əhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 49. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
50. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
51. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqd im olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
53. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən ver ilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5013/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.