Məhkəmə qərarları › İş №2(102)-4093/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4093/2023

29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4093/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ № 2(102)-4093/2023 (Açar sözlər: borcun tutulması və ipoteka predmetinə yönəldilməsi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1388/2023 saylı iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin Nizami filialı ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 170/01G saylı kredit müqaviləsinə (bundan sonra – mübahisəli kredit müqaviləsi) əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 36 ay müddətinə 13.350 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh (bundan sonra – cavabdeh) mülkiyyətində olan “X5 5” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – ipoteka predmeti) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli, AB seriyalı, 9 45957 nömrəli İpoteka müqaviləsinin qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. 3. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X1 dair sənədlər S-AVK-1440 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSCyə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddi açı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən mübahisəli kredit müqaviləsi üzrə 4999,60 manat əsas borc, 1764,85 manat faiz borcu olmaqla, cəmi 6764,45 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehin mülkiyyətində olan ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutulub iddiçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan 4 999.60 manat əsas borc, 764.45 manat faiz borcu, ümumilikdə 6764.45 manat məbləği təşkil edir. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş, lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Bundan başqa, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən, həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalı dır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduqları maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Cəmiyyət tərəfindən cavabdehə restrukturizasiya müqaviləsi bağlanılması üçün xx.xx.2020-ci il tarxli 4077 saylı bildiriş məktubu göndərilsə də, cavabdeh tərəfindən həmin bildiriş məktubuna heç bir münasibət bildirilməmişdir. Odur ki, hesab edir ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir.

6. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək göstərmişdir ki, bankdan xx.xx.2013-cü il tarixdə kredit götürmuş və müqavilənin müddəti xx.xx.2016-ci il tarixdə bitmişdir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada müraciət etmişdir. İş yeri olmadığı üçün pulu ödəməyə imkanı olmamışdır. Bununla da tələbkar iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələblərinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin güzəşt edilməsi barədə bildirişə əsasən müəyyən edilir ki, cavabdehə İddiaçı QSC-nin tələb hüququnun “X4 Edilməsi Agentliyi” MMC tərəfindən həyata keçirilməsinə dair xəbərdarlıq edilmişdir.

8. Şuşa Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 may 2023-cü il tarixli, 2(077)-155/2023 nömrəli qətnaməsi ilə (hakim Sərda r Mehrəliyev) iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmənin mövqeyini iş materiallarına istinadən belə əsaslandırmışdır ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, "xxxx" ASC-nin Nizami filialı ilə cavabdeh arasında bağlanmış mübahisəli kredit müqaviləsinin icra müddəti 13 mart 2016-ci il tarixə qədər müəyyən olunmuşdur. Belə olan halda üç illik müddətin axımı həmin tarixdə başlayaraq 13 mart 2019-cu il tarixdə başa çatmışdır. Bank tərəfindən iddia ərizəsi iddia müddəti başa çatandan sonra, yəni 27 mart 2023-cü il tarixdə verilmişdir.

10. Məhkəmə iddiaçının iddia müddətinin iddia müddətinin ötürülməməsi ilə bağlı mülahizələrinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağ lı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Qanunvericiliyin tələblərindən görünür ki, iddia müddətinin üzrlü hesab edilməsi halları hüquqi şəxslərə deyil, fiziki şəxslərə aid edilmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 372, 373.2, 375.1 və 375.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, idd ianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “X4 Edilməsi Agentliyi” MMC xx.xx.2018-ci il tarixdə cavabdehdən “əsas və faiz borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-5320/2018 saylı qərardadı ilə iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməməsini əsas gətirərək mülki iş baxılmamış saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-5320/2018 saylı qərardadından iddiaçı “X4 Edilməsi Agentliyi” MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarix li 2(103)-2646/2019 saylı qərardadı ilə “X4 Edilməsi Agentliyi” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-5320/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa cavabdehin kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüş və bununla bağlı borcluya yeni restrukturizasiya müqaviləsinin bağlanılması üçün xx.xx.2020-ci il tarixdə № 4077 saylı bildiriş göndərilmiş lakin borclu bu təklifə münasibət bildirməmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, Nizami Rayon Məhkəməsi tərəfindən iddia ərizəsinə əlavə edil miş sənədlərin əsilləri “X4 Edilməsi Agentliyi” MMC-yə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Belə olan halda analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduqları maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası m əhkəməsi) 2(105)-1388/2023 nömrəli iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.K.Dəmirov - sədrlik edən və məruzəçi, F.Ə.Məmmədov və L.E.Rəhimli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, iddiaçının qeyd etdiyi məhkəmə aidiyyəti ilə bağlı məsələdə yekun nəticə olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-5320/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, həmin tarixdən etibarən iddia müddətinin axımı ümumi qaydada davam etmiş və iddiaçı xx.xx.2019-cu il tarixin ədək məhkəməyə yenidən müraciət etməli olduğu halda 4 ildən sonra, yəni xx.xx.2023-cü il tarixdə Şuşa Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. Bununla da, iddiaçı hazırkı tələb üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən buraxmışdır. Həmçinin iddiaçı həmin tarixdən cavabdehə bildiriş göndərməli olduğu halda xx.xx.2020-ci il tarixdə bildiriş məktubu göndərmiş, cavabdeh tərəfindən həmin bildiriş məktubuna heç bir münasibət bildirilməsə də, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürməklə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.2, 377.3 və 381.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya ş ikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

21. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddət i sayılır.

22. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

23. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

24. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

25. Maddə 381.1. Əgər idd ia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

27. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 28.Mad də 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 30.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 32.Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində b axır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı tam mübahisələ ndirildiyindən qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin faktiki hallarını araşdıraraq bu nəticəyə gəlmişlər ki, tələb üzrə iddia müddəti ötürülmüşdür. Cavabdeh iddia müddətini tətbiq etdiyi üçün iddia rədd olunmalıdır.

36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qi ymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

37. Belə ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (§ 23).

38. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsin in araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1388/2023 saylı iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar