Məhkəmə qərarları › İş №2(102)-4094/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4094/2021

17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4094/2021 17.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2nə, Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi MMC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: qətnamədən kassasiya şikayəti verilməsi müddətinin ötürülməsi, kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 ASC-nin vəkili X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyas ının 2(104)-4048/2019 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2, Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi MMC-yə qarşı hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin, protokolun və çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(044)2086/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 noya br 2020-ci il tarixli, 2(104)-4048/2020 sayli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 12.04.2021-ci il qərardadı ilə (hakim İlqar Xələfov) kassasiya şikayətinin icraata qəbulundan imtina edilərək kassasiya şikayəti işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Rəhman Muradov sədrlik edən və məruzəçi, Ədil Məmmədov, Fikrət Mehtiyev) 14 sentyabr 2020-ci il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Bu səbəbdən məhkəmə kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, işdə olan məhkəmə qəbzindən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti iddiaçı tərəfindən 19 mart 2020-ci il tarixdə qəbzə imza etməklə şəxsən alınmışdır. Kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər isə Gəncə Apelyasiya Məhkəməsinə 11 sentyabr 2020-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi iddiaçının kassasiya şikayəti qanunda nəzərdə tutulan 2 ay müddət ötürülməklə verilmişdir İddiaçı (Vəkil) kassasiya şikayəti qərardadının ləğv edilməsini xahiş etmişdir. verərək apellyasiya instansiyası məhkəməsinin Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iş tirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ona rəsmi qaydada verilməmişdir. O, məhkəməyə müraciət edərək qətnamənin surətini almış və kassasiya şikayəti vermişdir. Müddətin ötürülməsi məhkəmə işçilərinin təqsirindən olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 ASC-nin X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər gəlmədiklə ri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad e dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qərardaddan kassasiya şikayəti verən iddiaçı qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə: Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilən zaman prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edi lmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində qətnamənin rəsmi qaydada ona verilmədiyini göstərsə də, iş materiallarına əlavə edilmiş qəbzdən müəyyən edilir ki, məhkəmə qətnaməsi iddiaçıya 19.03.2020-ci il tarixdə şəxsən təqdim edilmişdir (iş v. 129). Lakin iddiaçı həmin tarixdən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasi ya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-4048/2019 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar