Məhkəmə qərarları › İş №2(102)-4099/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4099/2021

06.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4099/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X qızının cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: ipotekanın yüklülükdən azad edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibli yi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1927/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən 3-cü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “Bank VTB (Azərbaycan)" ASC ilə İddiaçı arasında bağlanmış 25 iyun 2013-cü il tarixli, 114476-16-10167 saylı ipoteka müqaviləsinin surətinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, İddiaçı ona məxsus olan "KİA" markalı (mühərrik G4KEDH417216, ban: KNAPC812DD7479835, buraxılış ili: 2013) avtomobili ipoteka ilə yüklü edi lmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1887/2018 saylı, 22 may 2018-ci il tarixli qətnaməsinin surətinə əsasən İddiaçı 19.798,88 ABŞ dolları əsas borc, 1.519,21 ABŞ dolları faiz borcu, 5 ABŞ dolları cərimə borcu, cəmi 21.318 ABŞ dolları, 09 sent məbləğində borc ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun və həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumu “Bank VTB (Azərbaycan)” ASC-nin hesabına ödənilməsi, “Kia Sportage” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin ixtisaslaşdırılmış açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitdən 21.318 (iyirmi bir min üç yüz on səkkiz) ABŞ dolları, 09 (doqquz) sent məbləğində borc ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun və həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq “Bank VTB (Azərbaycan )"ASC-yə ödənilməsi, satışdan götürülmüş məbləğ “Bank VTB (Azərbaycan)" ASC-nin tələbini ödəməyə kifayət etməzsə, çatışmayan məbləğ İddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması, satışdan əldə edilmiş məbləğ Cavabdeh ASC-nin tələbindən artıq olarsa, artıq məbləğ İddiaçı qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1346/2018 saylı, 15 fevral 2019cu il tarixli qətnaməsinin surətinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1887/2018 saylı, 22 may 2018-ci il tarixli qətnaməsi ipoteka predmeti olan, "Kia Sportage" minik markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində dəyişdirilmiş və avtomobilin ilkin satış qiyməti 27.500 manat mü əyyən edilməsi, qətnamənin cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı 04.02.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə özü arasında bağlanmış 25.06.2013-cü il tarixli, 114476-16-10167 nömrəli “İpoteka müqaviləsi”nin etibarsız hesab edilməsi və əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ASC arasında 25.06.2013-cü il tarixli, 114476-16-10167 nömrəli “İpoteka müqaviləsi (avtomobil)” bağlanmışdır. Həmin ipoteka müqaviləsi qanunvericiliyə uyğun olmadığı üçün etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.7-ci maddəsinə görə ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Bundan başqa “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Bundan başqa “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə görə ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Qeyd olunan qanunların tələblərinə baxmayaraq Bank və iddiaçı arasında bağlanmış ipoteka müqa viləsi notariat qaydasında təsdiq edilməmiş və iddiaçının həyat yoldaşının notariat qaydasında təsdiq olunmuş razılığı alınmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X qızı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "BANK VTB (Azərbaycan)" ASC və İddiaçı arasında bağlanmış 25.06.2013-cü il tarixli 114476-16-10167 nömrəli "İpoteka müqaviləsinin etibarsız hesab edilməsi" barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3-cü şəxs tələbini onunla əsaslandırmışdır ki, X 2002-ci il tarixdən İddiaçı ilə rəsmi nikaha daxil olub və birgə təsərrüfat aparır. İpotekaya qoyulmuş avtomobil onların birgə mülkiyyətindədir. Xnın birgə mülkiyyətdə olan əmlakının hərracda satı lması qərara alınsa da, onun bu barədə heç bir məlumatı və razılığı olmamışdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə görə ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Qeyd edilən qanunun tələblərinə baxmayaraq "Bank VTB (Azərbaycan)" ASC və Xnın həyat yoldaşı İddiaçı arasında bağlanmış 25.06.2013-cü il tarixli 114476-16-10167 nömrəli "İpoteka müqaviləsi (avtomobil)" notariat qaydasında təsdiq edilməmiş və arvadı Ş.Xnın notariat qaydada təsdiq olunmuş razılığı alınmamış, ipoteka müqaviləsi bağlanarkən Xnın mülkiyyət hüquqları pozulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı "ip oteka müqaviləsinin etibarsız hesab edilməsi və s." tələbinə dair iddiası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X qızının cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s." tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "Bank VTB (Azərbaycan)" ASC ilə İddiaçı arasında 25 iyun 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanarkən qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlə nməlidir. Beləliklə, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin predmetini daşınmaz əmlak deyil, rəsmi reyestrdə qeydiyyata alınmalı olan avtomobil təşkil etdiyindən, məhkəmə müqavilə bağlanan zaman qüvvədə olan hüquq normalarına əsaslanaraq hesab etmişdir ki, müqavilənin notarial qaydada təsdiq edilməməsi onun etibarsızlığına əsas ola bilməz. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)1887/2018 saylı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1346/2019 saylı mülki iş üzrə keçirilmiş məhkəmə iclaslarında İddiaçı cavabdehlə aralarında bağlanmış ipoteka müqaviləsinin etibarlılığını mübahisələndirməmişdir. Göründüyü kimi, iddiaçı əqdi n etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisələndirməmiş, bununla da onun həmin hüququna xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s." tələbinə dair iddiası həm əsassız olduğundan, həm də bu iddianın qaldırılması üçün qanunda nəzərdə tutulmuş müddət ötürüldüyündən rədd edilməlidir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinə münasibətdə isə qeyd etmişdir ki, avtomobil bank tərəfindən verilmiş kreditin əsasında alınmış və pulun alınması ilə ipoteka müqaviləsinin bağlanması eyni vaxta həyata keçirilmişdir. Həmin pul vəsaitin iddiaçı və ya onun həyat yoldaşının birgə nikah dö vründə əldə etdikləri birgə vəsait hesab olunması mümkünsüzdür. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 337.1, 354.1, 354.2, 375.2, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3, 33.4, “İpoteka haqqinda” Qanunun 8.1, 46-cı maddələrinə istinadən əsaslandırmışdır. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.Mehdiyev - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və X.Sarıyev) 2(103)-1927/2021 saylı işi üzrə 23. 02.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(006)-2230/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X qızının iddia tələblərini təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin predmetini rəsmi reyestrdə qeydiyyata alınmalı ola n avtomobil təşkil etdiyindən, daşınmaz əmlak olmayan əşyaya dair müqavilənin notarial qaydada təsdiq edilməməsi onun etibarsızlığına əsas ola bilməz. Bundan başqa, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində mübahisələndirmədiyindən həmin hüququna xitam verilmişdir. Habelə, avtomobil bank tərəfindən verilmiş pulun əsasında satın alındığından və bank qarşısında həmin kredit üzrə öhdəliyin təminatı qismində ipoteka ilə yüklü edildiyindən birgə nikah dövründə əldə edilmiş əmlak hesab oluna bilməz. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1927/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək Ş.Xnın iddia tələbin in təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olan kassasiya şikayətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.7-ci maddəsi və “İpoteka haqqında” Qanunun 8.1 və 10.2-ci maddəsinin ziddinə olaraq ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməmiş və avtomobilin birgə mülkiyyətçisi olan X qızının razılığı alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri K assasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümu mi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu Maddə 8.1. Ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığ ı ilə ipoteka qoyula bilər. Maddə 10.2.(əqd bağlanarkən qüvvədə olan redaksiyada) İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

46. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya ins tansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı insta nsiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti əsasinda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X qızının iddiasının rədd edilməsi hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Lakin məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, ipoteka qoyulan avtomobil bank tərəfindən kredit verilmiş pulun hesabına alınmış və pulun alınması ilə ipoteka müqaviləsinin bağlanması eyni vaxta həyata keçirilmişdir. Həmin pul vəsaitin iddiaçı və ya onun həyat yoldaşının birgə nikah dövründə əldə etdikləri birgə vəsait hesab olunması mümkünsüzdür. Buna görə də, həmin avtomobilin ipoteka ilə yüklü edilməsinə 3-cü şəxsin razılığı tələb olunmurdu. Kassasiya şikayətinin ipoteka müqaviləsinin notarial qaydada bağlanmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ipoteka qoyulmuş əmlak 3-cü şəxsin birgə mülkiyyəti hesab edilmədiyindən və o əqdin tərəfi olmadığından onun əqdin formasına riayət edilməməsi əsası ilə onun etibarsızlığını mübahisələndirməyə subyektiv hüququ mövcud deyildir. Buna görə də, kassasiya şikayətinin bu dəlili üzrə məhkəmə hüquqi dəyərləndirmə aparmır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən 3-cü şəxsin iddiası üzrə işin faktiki halları ətraflı müəyyənləşdirilərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1927/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar