Məhkəmə qərarları › İş №2(102)-4102/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4102/2020

19.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4102/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(004)-5001/2019, hakim O.Q.Məmmədli) İddiaçı1 və X1 Cavabdeh1, X9, XXXX12 və AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə qarşı vəsiyyətnamənin, şəhadətnamənin, çıxarışın və ondan irəli gələn nəticələrin etibarsızlığı tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-14995/2019, hakimlər X.A.Məmmədova, E.M.Həsənov, F.F.Babayev) İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı1verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2019-cu il tarixdə İddiaçı1 və X5 cavabdehlər Cavabdeh1, X9 və XXXsaylı X6rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Zə kariyyə qızına verilmiş xx.xx.1992-ci il tarixli vəsiyyətnamənin, xx xxxxxx 2005-ci il tarixli vərəsəlik şəhadətnaməsinin, xx.xx.2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinin (Çıxarış) və onlardan irəli gələn nəticələrin etibarsiz hesab edilməsi, mübahisə predmeti olan ünvan 1 ünvandakı mənzilin vərəsələr arasında paylara uyğun bölünməsi və həmin paylara vərəsələrin mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarını pozulmuşdur. Cavabdeh1 kassasiya şikayətinə qarşı yaz ılı etiraz vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətn aməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını vəsiyyətnamənin, vərəsəlik haqqında şəhadətnamənin və onlardan irəli gələn nəticələrin etibarsız hesab edilməsi, miras əmlaka payların müəyyən edilməsi təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Useynov Zəkəriyyə Nəcəf-qulu oğlu xx xxxx 1992-ci il tarixli vəsiyyətnamə əsasında ona məxsus Kiev prospekti, ev 7, mənzil 12-də yerləşən yaşayış evini ölümündən sonra qızı Leyla Zəkəriyyə qızına vəsiyyət etmişdir. Həmin notariat işinə əlavə edilmiş İddiaçı1 ərizəsindən görünür ki, o, xx.xx.1996-cı il tarixdə vəfat etmiş atası Useynov X4 miras qalmış Bakı şəhəri, A.Abbasov küçəsi, ev 7, mənzil 12-dən ona düşən payı qəbul etməmişdir, etmir və gə ləcəkdə də bu iddia ilə məhkəməyə müraciət etməyəcək. Bundan əlavə həmin notariat işində digər cavabdeh X1 həmin miras əmlakdan ona düşəcək paydan imtina etməsi barədə hər hansi bir ərizəsi aşkar olunmamışdır. XXXsaylı X7 2V-1-53 saylı notariat işində olan vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Useynov Zəkəriyyə Nəcəf-qulu oğlundan miras əmlak kimi qalmış XXXyerləşən miras mənzilin ¾ payı vərəsə Cavabdeh1 verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi, ev 7 ünvanında yerləşən 12 saylı mənzilin ¼ hissəsi payı X2, ¾ hissəsi payı isə Cavabdeh1 məxsusdur.xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X5 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi, ev 7 ünvanında yerləşən 12 saylı mənzili X3 mülkiyyətinə vermişdir. xx xxxxxx 1994-cü il tarixli vəsiyyətnamədən görünür ki, Useynov Zəkəriyyə Nəcəf-qulu oğlu ona məxsus Kiyev prospekti, ev 7, mənzil 12-də yerləşən yaşayış evini ölümündən sonra nəvəsi Cavabdeh3 vəsiyyət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya məhkəməsi həmin normanın tələblərini nəzərə alaraq hesab etmişdir ki, mübahisəli hüquq münasibətləri yarandığı vaxt qüvvədə olan Azərbaycan Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il tarix li redaksiya) normaları tətbiq edilməlidir. Azərbaycan SSR Mülki Məcəlləsinin 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Həmin Məcəllənin 545-ci maddəsinə əsasən vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. Həmin Məcəllənin 549-cu maddəsinə ə sasən ayrıca vəsiyyət sərəncamının etibarsızlığı bütün vəsiyyətnamənin etibarsızlığına səbəb olmur. Vəsiyyətnamə məhkəmə tərəfindən etibarsız hesab edilmişdirsə, həmin vəsiyyətnamə ilə vərəsəlikdən məhrum edilən vərəsə, ümumi əsaslar üzrə vərəsəlik hüququna malik olur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, etibarlılığı mübahisələndirilən vəsiyyətnamə Azərbaycan SSR mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Eyni zamanda Azərbaycan SSR Mülki Məcəlləsinin 39-cu maddəsinə əsasən vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki və ya çoxtərəfli (müqavilələr) ola bilər. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əq dlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, xx.xx.1992-ci il tarixli vəsiyyətnamənin və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar