Məhkəmə qərarları › İş №2(102)-4102/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4102/2022

01.08.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4102/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4102/22 (Açar sözlər: əmək mübahisəsi, əmək haqqının və digər ödənclərin, həmin məbləğlərə faizlərin tutulması, sübutetmə yükününün bölüşdürülməsi) Bakı şəhəri, 01 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "Xəzər Universiteti Dünya Məktəbi MMC-yə qarşı “ödənilməmiş əmək haqqının və digər ödənclərin tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 2(103)-2134/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 01 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə (bundan sonra “iddiaçı”) Cavabdeh MMC (bundan sonra “cavabdeh” və ya “MMC”) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı hər ay 490 manat əmək haqqı ödənilməklə sinifdən xaric departmentində assistent vəzifəsinə işə qəbul edilmişdir.

2. Daha sonra əmək müqaviləsi xx.xx.2020-ci il tarixində 1 il müddətinə, yəni xx.xx.2021-ci il tarixinədək uzadılmışdır.

3. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndinə əsa sən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 2020-ci ilin iyul, avqust, sentyabr (ödənilməmiş hissə), noyabr, dekabr aylarının, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun aylarının əmək haqlarının və iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın), 2020-ci ilin iyul ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2020-ci il tarixdən, 2020-ci ilin avqust ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2020-ci il tarixdən, 2020-ci ilin sentyabr ayının əmək haqq ının ödənilməmiş hissəsinin gecikdirilməsinə görə xx.xx.2020-ci il tarixdən, 2020-ci il noyabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2020-ci il tarixdən, 2020-ci il dekabr ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il yanvar ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il fevral ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il mart ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il aprel ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il may ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən, 2021-ci il iyun ayının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən iddiaçının xx.xx.2019-xx.xx. 2021-ci illərdə işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən başlayaraq həmin məbləğlərin ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün 1% hesablanmaqla müvafiq ödənclərin MMC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti (bundan sonra “üçüncü şəxs”) iddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoyulub.

6. İddia tələbi belə əsaslandırlıb ki, iddiaçı 02 sentyabr 2019-cu il tarixdən MMC-də işləsə də, 2020-ci ilin iyul, avqust, noyabr və dekabr aylarının əmək haqqı, 2020ci ilin sentyabr ayının əmək haqqının yarısı, 2021-ci ilin yanvar, fevral, mar t, aprel, may və iyun aylarının əmək haqqını hələ də ala bilməyib. Bununla yanaşı, əmək müqaviləsinə xitam verilərkən iddiaçıya müvafiq iş illərində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi (kompensasiya) də ödənilməyib.

7. İddiaçı bu barədə MMC-nin rəhbərliynə, MMC-nin pulu ödəməkdən imtinası barədə üçüncü şəxsə müraciət etsə də, müraciətlərinin nəticəsi olmayıb.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 83, 135, 143, 144 və 172-ci maddələrinin müvafiq bəndlərinə istinad etmişdir.

9. Cavabdehin nümayəndəsi iddianı qismən qəbul edərək göstərib ki, həqiqətən də 2020-2021-ci illər üzrə iddiaçıya əmək haqqı tam ödənilməyib. Təmsil etdiyi MMC bu halı təkzib etmir və ödənişləri etməkdən yayınmır. Bu halın baş verməsi Azərbaycan Respublikasında COVİD-19 infeksiyasının y ayılması təhlükəsinin qarşısını alınması məqsdilə həyata keçirilən tədbirlərlə bağlı MMC-nin bir müddət işləməməsi ilə bağlı olmuşdur. MMc ödənilməmiş əmək haqqı məbləğini iddiaçıya ödəməyə razıdır, lakin iddiaçıya ödənilməli olan əmək haqqı məbləği aylar üzrə müəyyən edilməli və hesablanmalıdır.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6325/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2020-ci ilin iyul, avqust, sentyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üzrə ödənilməmiş əmək haqqı məbləği və xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin (kompensasiya məbləği) MMC-dən iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia q alan hissədə rədd edilmişdir. (hakim Fuad Abdıyev)

11. Birinci instansiya məhkəməsi işdəki sübutlarla müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı hər ay 490 manat əmək haqqı ödənilməklə sinifdən xaric departmentində assistent vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra əmək müqaviləsi xx.xx.2020-ci il tarixində 1 il müddətinə, yəni xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı 2020-ci ilin iyul, avqust, sentyabr (ödənilməmiş hissəsi), noyabr, dekabr, 2021-c i ilin yanvar-iyun ayları üçün cavabdeh tərəfindən ona əmək haqqının, habelə işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) ödənilmədiyini bildirir və həmin dövr üçün ödənilməmiş əmək haqqı və məzuniyyət pulunun tutulmasını tələb edir. İddiaçıya məxsus olan ödəniş kartı üzrə hesabdan çıxarışa əsasən iddiaçıya 2020-ci ilin iyul, avqust, sentyabr, noyabr, dekabr və 2021-ci ilin yanvar-iyun ayları üçün əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdə əmək haqqı ödənilməmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, həmin müddət üçün cavabdehdən iddiaçının xeyrinə ödənilməli olan, lakin ödənilməmiş əmək haqqı məbləği tutulmalıdır

13. Birinci instansiya məhkəməsi həmçinin belə qənaətə gəlib ki, iddiaçının istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzini tələb etmək hüququ əmələ gəlmişdir və cavabdeh iddiaçıya istifadə edilməmiş əmək məzuniyyətinə görə də pul əvəzini (kompensasiyanı) ödəməlidir

14. Bununla belə birinci instansiya məhkəməsi iddia tələbini “əmək haqqı və əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi” hissəsində əsassız hesab etmiş və gəldiyi qənaəti belə əsaslandırmışıdr ki, əmək haqqının ödənilmədiyi dövrün bir hissəsi Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə tədbirlərin həyata keçirildiyi (sərt karantin rejiminin tətbiq edildiyi) dövrə təsadüf etmişdir. Bu da öz növbəsində cavabdeh tərəfindən əldə edilən gəlirin məbləğinə və buna uyğun olaraq, müxtəlif ödənişlərin həyata keçirilməsinə, o cümlədən əmək haqqının ödənilməsinə mənfi təsir göstərmiş, bu işdə sistemliliyin pozulmasına səbəb olmuşdur.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndi, 43-cü maddəsinin “ə” bəndi, 83-cü maddəsinin 2-ci hissəsi, 131-ci maddəsinin 1-ci hissəsi, 135-ci maddəsinin 1 və 2-ci hissələri, 140-cı maddəsinin 1 və 2-ci hissələri, 172-ci maddəsinin 1, 4, 5-ci bəndləri, 174-cü maddəsinin 2-ci hissəsi və MülkiProsessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişd ir.

17. Apellyasiya şikayətinin dəlilləri: - ödənilmədiyi iddia olunan əmək haqqı cavabdeh (işəgötürən) tərəfindən də inkar olunmamış və bu, işin mübahisə olunmayan halı kimi məhkəmə tərəfindən müəyyən edilmişdir. Yəni, əmək haqqı məbləği fərdi əmək mübahisəsi yaratmamışdır. Əmək haqqının əmək müqaviləsində və qanunvericilikdə göstərilən vaxtda ödənilməsi işəgötürən olaraq MMC-nin vəzifəsi olsa da, MMC bu günədək həmin məbləği ödəməmiş və bu halın onun təqsiri üzündən baş verməməsini sübuta yetirə bilməmişdir. Məhkəmə isə cavabdehin mülahizədən ibarət izahatını işin sübuta yetirilmiş halı kimi qəbul edərək ona istinad etmişdir4 - Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi hazırkı mübahisəyə tətbiq edilməli olduğu halda, məhkəmə tətbiq etməmişdir. Məhkəmə sübutların qiymətləndirilmə sində səhvə yol vermişdir. Bu isə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, cavabdehin nümayəndəsi pandemiya səbəbindən müəssisənin işləmədiyini, yəni bu gecikmənin işəgötürənin təqsiri üzündən baş vermədiyini qeyd etsə də, məhkəməyə bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə isə bununla bağlı heç bir araşdırma aparmadan cavabdehin mülahizədən ibarət izahatını işin sübuta yetirilmiş halı kimi qəbul edərək ona istinad etmişdir; - baxılan iş üzrə cavabdehin qeyd etdiyi koronavirus (Covid-19) infeksiyasının mövcudluğu və bununla bağlı bir sıra tədbirlərin həyata keçirilməsi hamıya bəlli olsa da, məhz bu tədbirlərin hansı formada cavabdehə təsir etməsi, onun gəlirlərinin əhəmiyyətli dərəcədə azalması və həmin gəlirlərin işçilərin əmək haqqının ödən ilməsi üçün yetərli olmaması barədə cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, MPMin 77.1-ci maddəsinə əsasən bu halları, habelə əmək haqqını vaxtında ödəməməsinin qanuni əsasını sübutetmə yükü cavabdehin üzərində olmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi koronavirus (Covid-19) infeksiyası ilə bağlı keçirilən tədbirlər nəticəsində cavabdeh təşkilatın işləməməsi və onun gəlirlərinə təsir etməsi barədə yalnız cavabdehin nümayəndəsinin izahatı ilə təsdiq olunan qənaətini mülki prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı tələblərinə uyğun olaraq əsaslandırmamışdır; - məhkəmə MPM-in 14.1-ci maddəsinin tələbini pozaraq, sadəcə tərəflərin izahatlarını dinləməklə kifayətlənmiş, ümumiyyətlə, tərəflərlə işin hallarına dair heç bir müzakirə və araşdırma aparmamışdır. Belə bir araşdırma və müzakirə aparılmadığına və cavabdeh təşkilatın əmək haqqının ödənilmədiyi dövrdə fəaliyyət göstərməməsi və bu səbəbdən əmək haqqının ödənilməsi üçün yetərli vəsaitə malik olmaması barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyinə görə iddiaçının həmin halları təkzib etmək vəzifəsi olmamışdır; - əmək haqqının ödənilmədiyi dövrdə pandemiya səbəbindən məhz işçilərə əmək haqqı olaraq ödənilməsi məqsədi ilə dövlət tərəfindən ayrılan və Cavabdeh MMC-yə köçürülən vəsait də iddiaçıya ödənilməmiş və cavabdeh tərəfindən başqa məqsədlər üçün istifadə edilmişdir. Ən azından bu məbləğlərin belə iddaçıya verilməməsi açıq-aşkar cavabdehin təqsirsiz olmadığına dəlalət edir; - bundan əlavə, cavabdeh əmək haqqının ödənilməsinin gecikdirilməsini pandemiya ilə əlaqələndirsə də, işdən də göründüyü kimi, cavabdeh maneəsiz şəkildə müəssisələrin fəaliyyət göstərdiyi hazırkı vaxtda da iddiaçının əmək haqqını ödəmir. Qeyd olunan bu hallar birmənalı şəkildə əmək haqqının cavadeh tərəfindən ondan asılı olmayan səbəblərdən deyil, məhz qərəzli şəkildə ödənilməməsini bir daha təsdiq edir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2134/22 nömrəli, iş üzrə 11 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elnur Həsənov)

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, “əmək haqqı və əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi” hissəsində qeyd etmişdir ki, əmək haqqının ödənilmədiyi dövrün bir hissəsi Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə tədbirlərin həyata keçirildiyi (sərt karantin rejiminin tətbiq edildiyi) dövrə təsadüf edir. Bu da öz növbəsində cavabdeh tərəfindən əldə edilən gəlirin məbləğinə və buna uyğun olaraq, müxtəlif ödənişlərin həyata keçirilməsinə, o cümlədən əmək haqqının ödənilməsinə mənfi təsir göstərib.

20. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin əmək haqqının vaxtında ödənilməməsinin cavabdehin təqsiri üzündən baş verməsinin sübuta yetirilməməsi dəlilinə münasibə tdə qeyd etmişdir ki, hazırki iş üzrə əmək haqqı və əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi tələbi iddiaçı tərəfindən irəli sürüldüyündən həmin ödənişin vaxtında ödənilməməsinin cavabdehin təqsiri üzündən baş verməsini sübutetmə yükü də iddiaçının üzərinə düşür. Lakin iş materiallarında həmin halı təsdiq edən hər hansı bir sübut aşkar edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək qətnamənin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti belə əsaslandırılmışdır: - apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətn aməsini olduğu kimi öz qətnaməsinə köçürərək əmək haqqının və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin gecikdirilməsinə görə hər gün üçün 1 % hesablanılmaqla ödəncin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbini rədd etməsi ilə bağlı mövqeyini koronavirus (Covid – 19) pandemiyasının cavabdehin əmək haqlarının ödənilməsinə mənfi təsir göstərməsi ilə əsaslandırmışdır. Həm birinci instansiya məhkəməsi, həm də onun mövqeyini təkrarlayan apellyasiya instansiya məhkəməsi sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. Belə ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində pandemiya səbəbindən müəssisənin işləmədiyini, yəni gecikmənin işəgötürənin təqsiri üzündən baş vermədiyini qeyd etsə də, məhkəməyə bunu təsdiq edən hər hansı sübut təqdim e tməmişdir. Məhkəmələr isə bununla bağlı heç bir araşdırma etmədən cavabdehin mülahizədən ibarət izahatını işin sübuta yetirilmiş halı kimi qəbul edərək ona istinad etmişdir; - məhkəmələrin heç biri koronavirus infeksiyası ilə bağlı keçirilən tədbirlər nəticəsində cavabdeh təşkilatın işləməməsi və bunun onun gəlirlərinə təsir etməsi barədə yalnız cavabdehin nümayəndəsinin izahatı ilə təsdiq olunan qənaətini mülki prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı tələblərinə uyğun olaraq əsaslandırmamışdır; - apellyasiya instansiya məhkəməsi cavabdehin pandemiya dövründə fəaliyyət göstərməsini təsdiq edən həmin sübutlara ümumiyyətlə hüquqi qiymət verməmiş, iş üzrə həqiqəti ortaya qoyan bu dəlilləri qətnaməsində müzakirə etməmişdir. Apellyasiya instansiya məhkəməsi məhz işçilərin əm ək haqlarının ödənilməsi məqsədi ilə pandemiya dövründə cavabdehin dövlət dəstəyi almasına və bu məqsədlə ona müəyyən məbləğlərin ödənilməsinə baxmayaraq, iddiaçının əmək haqqını qanunsuz və əsassız olaraq ödəməməsi halına da hüquqi qiymət verməmiş, apellyasiya şikayətinin bu dəlili də qətnamədə cavablandırılmamış qalmışdır; - bundan əlavə, cavabdeh əmək haqqının ödənilməsinin gecikdirilməsini pandemiya ilə əlaqələndirsə də, işdən də göründüyü kimi, cavabdeh maneəsiz şəkildə müəssisələrin fəaliyyət göstərdiyi hazırkı vaxtda da iddiaçının əmək haqqını ödəmir; - apellyasiya instansiya məhkəməsi sübutların qiymətləndirilməsində səhvə yol vermişdir ki, bu iddiaçının hüquqlarını pozan və düzgün olmayan yekun məhkəmə aktının qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə apellyasiya şikayətində göstər ilən və açıq- aydın əsaslandırılmış dəlillər üzrə heç bir araşdırma etməmiş, irəli sürülmüş dəlillərin heç birini cavablandırmamış, onlara hüquqi qiymət verməmişdir. b)

23. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 172, bənd

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikl əri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxı lmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

25. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi nin qətnaməsini də iddianın təmin edilməyən hissəsində iddiaçı mübahisələndirib və apellyasiya instansiyası məhkəməsi həmin hissədə qətnaməni dəyişdirmədən saxlayıb. Bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.

28. İddiaçı “əmək haqqı və əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi” barədə tələbinin faktiki əsası kimi əmək haqqı və əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) ödənilməsinin gecikdirilməsində cavabdehin təqsirli olmasına və tələbinin hüquqi əsası kimi isə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə istinad etmişdir.

29. İşin müəyyən edilən mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya əmək haqqı və əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) ödənilməsi vaxtında həyata keçirilməyib.

30. İddianı qeyd edilən hissədə rədd edən birinci instansiya məhkəməsi əmək haqqının ödənilmədiyi dövrün bir hissəsinin Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə tədbirlərin həyata keçirildiyi (sərt karantin rejiminin tətbiq edildiyi) dövrə təsadüf etməsinə, bunun da öz növbəsində cavabdeh tərəfindən əldə edilən gəlirin məbləğinə və buna uyğun olaraq, müxtəlif ödənişlərin həyata keçirilməsinə, o cümlədən əmək haqqının ödənilməsinə mənfi təsir göstərməsinə istinad etmiş, apellyasiya instansiyası məhkəməsi də eyni mövqedən çıxış edərək, əmək haqqı və əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi tələbinin iddiaçı tərəfindən irəli sürüldüyündən həmin ödənişin vaxtında ödənilməməsinin cavabdehin təqsiri üzündən baş verməsinin sübutetmə yükünün də iddiaçının üzərinə düşməsini göstərmişdir.

31. Məhkəmə kollegiyası sübut etmə yükünün belə qaydada bölüşdürülməsini düzgün saymır. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək müba hisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

32. Əmək Məcəlləsinin 172-ci maddəsinin “Qeyd”inə əsasən bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqını n başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

33. Göründüyü kimi, qanunvericilik hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməli olmasını və əmək haqqının işəgötürənin təqsiri üzündən gecikdirilməsi hallarının nədən ibarət olmasını, hansı halların işəgötürənin təqsirinə şamil edilməməsini müəyyən edib.

34. İddiaçıya əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin verilməsinin gecikməsi işin mübahisə edilməyən halıdır, bu halı cavabdehin nümayəndəsi də təsdiq edib.

35. Bir halda ki, iddiaçıya əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin verilməsinin gecikməsini cavabdeh də q əbul edir, belə olan halda, həmin ödənişlərin onun təqsiri üzündən vaxtında ödənilməməsini də cavabdeh sübut sübut etməlidir. Çünki gecikməni istisna edən hallar kimi əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanması, onun müvəkkil bankdan alınması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmasına aid sənədlər işəgötürəndə olur.

36. İşdən görünür ki, birinci instansiya məhkəməsi cavabdehin etirazının əsası kimi göstərdiyi dəlillərə istinad edərək, gecikməni COVİD-19 pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlərlə əlaqələnirsə də, əmək haqqının gecikdirilməsində cavabdehin təqsirli olub-olmamasını Əmək Məcəlləsinin 172-ci maddəsinin “Qeyd”ində göstərilən hallar üzrə qiymətləndirməyib, cavabdehin təqsirinin olmaması halını (əmək haqqının ödənilmədiyi dövrün bir hi ssəsinin Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə tədbirlərin həyata keçirildiyi (sərt karantin rejiminin tətbiq edildiyi) dövrə təsadüf etməsi, bunun da öz növbəsində cavabdeh tərəfindən əldə edilən gəlirin məbləğinə və buna uyğun olaraq, müxtəlif ödənişlərin həyata keçirilməsinə, o cümlədən əmək haqqının ödənilməsinə mənfi təsir göstərməsi) hansı sübut əsasında müəyyən etdiyini qətnamədə göstərməyib.

37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsi tərəfindən cavabdehin etirazının əsası kimi istinad etdiyi hallara dair heç bir araşdırma aparılmamasını apellyasiya şikayətində dəlil kimi göstərsə də, apellyasiya məhkəməsi cavabdehin həmin dəlilinə qiymət verməmiş, üstəlik, qeyd e dildiyi kimi, əlavə olaraq sübut etmə yükü ilə də bağlı səhv nəticəyə gəlmişdir.

38. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.

39. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)

40. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli baxımından Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinin tələblərini nəzərə almamış, MPM-in 77-ci maddəsinə uyğun olaraq sübut etmə yükünü düzgün müəyyən etməməklə səhvə yol vermişdir.

41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2134/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar