Məhkəmə qərarları › İş №2(102)-4105/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4105/2021

07.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4105/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Piriyeva Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: mənzildən çıxarılma ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-890/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh Piriyeva Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları Mübahisə predmeti olan N saylı mənzili 26 fevral 2018-ci il tarixli Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh Piriyeva Cavabdeh iddiaçının oğlu X1 ilə nikahda olmuş, birgə nikahdan iki uşaqları olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə onların arasında olan nikah pozulmuş, uşaqlar ananın himayəsinə verilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qətnaməsi əsasında Piriyeva Cavabdeh iddiaçının mülkiyyətində olan mübahisəli mənzilə istifadə hüququ tanınmaqla uşaqları ilə birlikdə həmin mənzilə köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin yanvar ayında İddiaçı cavabdeh Piriyeva Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin N saylı mənzilindən kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə və azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1757/2019 saylı, 02 avqust 2019cu il tarixli qətnaməsi ilə (hakim: R.A.Xəlilov) iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4-də yerləşən 33 nömrəli mənzildən (yeni qaydalarla: N) 14.400 manat kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və onun azyaşlı uşaqları ilə birlikdə mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində bi rinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13632/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – A.N.İmanov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və V.N.Sadıqov) cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1757/2019 saylı, 02 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2427/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər – Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi), İ.K.Dəmirov və V.T.Həsənov) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n 13 noyabr 2019-cu il tarixli, 2(103)13632/2019 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-890/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Z.A.Şirinov və F.Ş.Talışinski) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(006)- 1757/2019 saylı qətnaməsi kompensasiyanın məbləği hissəsində dəyişdirilmiş, cavabdeh tərəfə ödənilməli olan kompensasiyanın məbləği 20.000 manat müəyyən edilmiş, qətnamə apellyasiya şikayətinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və kompensasiyanın məbləğinin artırılaraq 35.000 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq ed ilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 228.2 Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Mə hkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəti cə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellya siya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh Piriyeva mübahisəli mənzilə istifadə hüququ əldə etmiş şəxs olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə müvafiq olaraq onun yaşayış sahəsindən istifadə hüququna yalnız kompensasiya ödənilməklə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq k ompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunun göstərilən normasının tələbinə müvafiq olaraq mülkiyyətçi İddiaçı Cavabdeh Piriyevaya 20.000 manat məbləğində kompensasiya təklif etmiş və məhkəmə həmin məbləği cavabdehin istifadə hüququna xitam verilməsi üçün yetərli hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə qəbul etdiyi 26 sentyabr 2007-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifad əçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. İşdə olan "xxxx" MMC-nin 24 aprel 2019-cu il tarixli, "xxxx" MMC-nin 27 may 2019-cu il tarixli, və "xxxx" MMC-nin 16 iyul 2019-cu il tarixli rəylərinə əsasən – mübahisəli mənzilin hazırki bazar dəyəri 132000-190000 manat, həmin mənzilə oxşar ərazidə və şəraitdə olan mənzilin aylıq kirayə haqqı isə 350-700 manat civarındadır. Mənzilin ümumi sahəsi 90,7 kv.metr, yaşayış sahəsi isə 46,6 kv.metr təşkil edən iki otaqdan ibarət olmaqla əla təmirlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıdan tutulması qət olunmuş kompensasiyanın məbləği (20.000 manat) cavabdehə davamlı surətdə müəyyən müddət daxilində oxşar yaşamaq imkanı verdiyində n iddianın qismən təmin edilməsi əsaslı olmuşdur. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olmaqla kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-890/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar