Məhkəmə qərarları › İş №2(102)-4107/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4107/2022

17.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4107/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, yalan əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2022-ci il tarixli, 2(103)1535/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Cavabdeh1 Cavabdeh2 müəyyən məbləğdə pul vəsaitini borc vermişdir.

2. Cavabdeh2 aldığı vəsaitdən 400000 ABŞ dollarını birgə fəaliyyət göstərərək, gəlir əldə etmək məqsədi ilə İddiaçı vermişdir. 3. 01 dekabr 2020-ci il tarixli yazılı razılaşmaya əsasən İddiaçı 01 dekabr 2020-ci il tarixdə birgə iş görmək üçün tanışı Cavabdeh1 400000 ABŞ dolları pulu Bakı şəhəri, Nərimanov rayon ərazisində 31 avqust 2021-ci il tarixədək istifadə etmək üçün aldığını göstərmiş, aldığı 400000 ABŞ dolları pulu göstərilən tarixdə Cavabdeh1 qaytaracağını öhdəsinə götürmüşdür. 4. 19 dekabr 2020-ci il tarixdə Cavabdeh2, İddiaçı və Cavabdeh1 imzaladıqları razılıq ərizəsində Nəsibov X1 Adil Sərxan oğlundan aldığı 700000 ABŞ dolları puldan 40000 0 ABŞ dollarını İddiaçı verdiyini və sonuncunun həmin məbləği birbaşa Cavabdeh1 qaytarmağa razı olduğunu göstərmişdir.

5. Cavabdeh1 şikayəti əsasında 26 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanmış və Cavabdeh2 CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış 01 dekabr 2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ticarət fəaliyyəti ilə məşğu l olmaq məqsədlə Cavabdeh2 ilə əməkdaşlıq etmiş, sonuncu iddiaçıya əldə edilmiş qazancın yarıyarıya bölüşdürülməsi şərti ilə 400000 ABŞ dollarına yaxın sərmayə vermişdir. Mallar ölkəyə gələnə kimi və gəldikdən sonra malların satışından əldə edilmiş gəlir istisna olmaqla, hər ay Cavabdeh2 vaxtı-vaxtında ödəmələr həyata keçirmiş, nəticədə 102000 ABŞ dolları geri qaytarmışdır. Həmçinin malların satışından əldə edilmiş 40000 manat məbləğində maliyyə vəsaitinin yarı-yarıya bölünməsi şərti ilə razılığa gəlmələrinə baxmayaraq, təkidlə tələb etməsi nəticəsində həmin məbləği bütünlüklə Cavabdeh2 vermişdir. Ölkədə hökm sürən pandemiya şəraitindən qaynaqlı olaraq iddiaçı sahibkarlıq fəaliyyəti ilə əvvəlki kimi məşğul ola bilmədiyi üçün və qazancının az olması səbəbindən ödəmələrin edilməsində gecikmə lər yaşamağa başlamış, Cavabdeh2 səbir etməsini, ona olan borcunu ən qısa zamanda geri qaytaracağını bildirməyinə baxmayaraq, sonuncu bunu başa düşmək istəməmiş və qalan borcun dərhal ona ödənilməsini tələb etmişdir. Məlum olmuşdur ki, Cavabdeh2 Cavabdeh1 adlı şəxsdən 700000 ABŞ dolları məbləğində faizə borc götürmüş, lakin borcunu ödəyə bilmədiyi üçün iddiaçının ona olan borcunu ödəməyi tələb etmişdir. İddiaçı Cavabdeh2 həmin faizlə heç bir əlaqəsinin olmadığını və yalnız aldığı pulu imkan düşdükcə geri qaytaracağını bildirmiş, lakin sonuncu aldığı pulları onun borcundan silməyərək, 102000 ABŞ dolları məbləğinin İddiaçı tərəfindən ona verilməsini qəbul etməmişdir. Cavabdeh1 iddiaçının Cavabdeh2 borclu olduğunu və ödəyə bilmədiyini, bu səbəblə də Cavabdeh2 ona olan borcunu geri qaytara b ilmədiyini öyrəndikdən sonra əlaqələrindən və maddi imkanından sui-istifadə edərək iddiaçını borcun geri qaytarılmaması adı altında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırtdırmış, həmin İdarədə saxlanıldığı müddət ərzində idarənin əməkdaşları tərəfindən ona mənəvi iztirablar verilmiş, ailəsi və qohumları ilə bağlı çox iyrənc hədə və təhdidlər edilmiş, onun şərəf və ləyaqəti nalayiq ifadələrlə açıq və aydın şəkildə alçaldılmışdır. Ona qarşı edilmiş hərəkətlərə dözə bilmədiyi üçün cavabdehin istədiyi ilə razılaşmağa məcbur olmuş və məcburiyyət qarşısında sonuncu ilə 01 dekabr 2020-ci il tarixdə kredit müqaviləsini imzalamışdır. Həmin müqavilənin təzyiq altında imzalanması və onun şəxsi iradəsinin həmin müqavilənin imzalanmasında heç bir rol oynamaması 18 gün sonra, yəni 19 de kabr 2020-ci il tarixdə bağlanmış mövcud olan əsl münasibətləri əks etdirən Razılıq Ərizəsi ilə təsdiqini tapmışdır. Belə ki, iddiaçı və cavabdeh arasında borc münasibətləri mövcud olsa idi, cavabdeh yenidən 400000 ABŞ dollarına dair 19 dekabr 2020-ci il tarixli razılıq ərizəsini hazırlatdırıb ona imza atdırmazdı. Qeyd edilənlərdən aydın olur ki, iddiaçı və cavabdeh arasında öncədən heç bir borc münasibətləri olmamış, 01 dekabr 2020-ci il tarixli müqavilə İddiaçı tətbiq edilmiş güclü hədə-qorxu təsiri altında imzalanmışdır.

8. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(009)1871/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.Ə.Süleymanova) iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında 01 dekabr 2020-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi qət edilmi şdir.

9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4, 339.1, 354.1, 354.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Ə.İbrahimovun şikayəti üzrə” 12 aprel 2004-cü il tarixli və “T.Qasımovanın şikayəti üzrə” 01 dekabr 2020-ci il tarixli, “N.Əsədovun şikayəti üzrə” 05 avqust 2020-ci il tarixli Qərarlarına istinad edərək qeyd etmişdir ki, iddiaçı və cavabdeh arasında 01 dekabr 2020-ci il tarixdə borc (kredit) müqaviləsi məcburetmə (zorakılıq və ya hədələmə) yolu ilə bağlanmışdır. Belə ki, 19 dekabr 2020-ci il tarixdə Cavabdeh2 tərəfindən Cavabdeh1 təqdim edilmiş razılıq ərizəsində Cavabdeh2 Cavabdeh1 aldığı 700000 ABŞ dolları məbləğində pul vəsaitinin 400000 ABŞ dolları məbləğində hissə sini 01 dekabr 2020-ci il tarixdə İddiaçı verdiyini göstərmişdir. Göründüyü kimi İddiaçıla Cavabdeh1 arasında borc öhdəliklərinin yaranması ilə əlaqədar hər hansı müqavilə bağlanmamışdır. Cavabdeh2 Cavabdeh1 aldığı pul vəsaitinin bir hissəsini İddiaçı verməsi isə İddiaçı Cavabdeh1 qarşısında hər hansı öhdəlik daşıması mənasını vermir, yaxud İddiaçı Cavabdeh1la borc müqaviləsi bağlamaq vəzifəsi yaratmır.

10. Məhkəmə qeyd etmişdir ki, digər tərəfdən Cavabdeh1 nümayəndəsinin iddia tələbinə etirazında göstərdiyi kimi Cavabdeh2 Cavabdeh1 2018-ci ili noyabr ayından 2019-cu ilin sentyabr ayınadək olan dövr ərzində İddiaçı verməsini deməsinə, hətta 26 aprel 2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarda A.S.Məhərəmovun göstərilən xüsusatı bildiyini göstərmə sinə, həmçinin Cavabdeh1 əvvəllər İddiaçı tanımamasına baxmayaraq, Cavabdeh1 İddiaçı 400000 ABŞ dolları məbləğində pul vəsaitini borc verməsi inandırıcı deyildir.

11. Bundan başqa, Cavabdeh1 mülki hüquq münasibətlərinə bir qayda olaraq, notariat qaydasında təsdiq olunmuş müqavilələr əsasında daxil olmuşdur. Qeyd olunan xüsusat işdə olan 03 aprel 2019-cu il tarixli müqavilə ilə də təsdiq olunur. Belə ki, Cavabdeh1 03 aprel 2019-cu il tarixdə 260000 ABŞ dolları məbləğində pul vəsaitini notariat qaydasında təsdiq olunmuş müqavilə əsasında Cavabdeh2 borc vermişdir. Belə olan halda Cavabdeh1 həmin məbləğdən daha yüksək məbləğdə, yəni 400000 ABŞ dolları məbləğində pul vəsaitini sadə yazılı əqd bağlamaqla borc verməsi ağlabatan deyildir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cav abdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(009)-1871/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2022-ci il tarixli, 2(103)-1535/2022 nömrəli qətnaməsi ilə (hakim X.Vəkil2 sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və E.Ə.Mehdiyevdən ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(009)-1871/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında 01 dekabr 2020-ci il tarixdə bağlanmış müqavi lənin etibarsız hesab edilməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlsə də, lazımi araşdırma aparmamış, iddianın təmin edilməsi qənaətinə gələrkən əsaslandırma düzgün olmamışdır.

15. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 2019-cu ilin avqust və sentyabr aylarında Cavabdeh1 aldığı 700000 ABŞ dolları məbləğində pulun 400000 ABŞ dollarını birgə iş görmək üçün 2019-cu ilin avqust və sentyabr aylarında İddiaçı vermişdir. Cavabdeh1 həmin vaxtı İddiaçı tanımamışdır. Bu halı üzləşdirmə zamanı Cavabdeh1 özü qeyd edərək göstərmişdir ki, İddiaçı ilk dəfə 2020-ci ilin yanvar ayında anbarda görmüşdür. Həmçinin 01 dekabr 2020-ci il tarixli razılaşma bağlanmış, həmin razılaşmaya görə İd diaçı 01 dekabr 2020-ci il tarixdə birgə iş görmək üçün tanışı Cavabdeh1 400000 ABŞ dolları pulu Bakı şəhəri, Nərimanov rayon ərazisində 31 avqust 2021-ci il tarixədək istifadə etmək üçün almış, aldığı 400000 ABŞ dolları pulu göstərilən tarixdə Cavabdeh1 qaytaracaqdır.

16. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 ilə İddiaçı arasında birgə iş görmək haqqında müqavilə və 01 dekabr 2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış birgə iş görmək üçün razılaşma şərtlərini təfsir edərək, hesab etmişdir ki, həmin razılaşma da müqavilədir. Birgə iş görmək haqqında müqavilə Mülki Məcəllədə nəzərdə tutulmasa da, həmin müqavilə analogiya üzrə tapşırıq müqaviləsinə uyğundur.

17. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 01 dekabr 2020-ci il tarixdə bağlanmış müqavilə üzrə 01 dekabr 2020-ci ildə İddiaçı tərəfindən Cavabdeh1 400000 ABŞ dolları məbləğində pul alınmamış, bununla bağlı tərəflərin iradə ifadəsi olmamışdır. 01 dekabr 2020-ci il tarixli müqavilədə alındığı qeyd olunan 400000 ABŞ dolları məbləğində pul İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqavilə üzrə Cavabdeh2 İddiaçı birgə iş görmək üçün verdiyi puldur. Bu hal iş materialları və cavabdehin məhkəmədə özünün izahatı ilə müəyyən olunmuşdur. Bundan başqa, Cavabdeh1 mülki hüquq münasibətlərinə bir qayda olaraq, notariat qaydasında təsdiq olunmuş müqavilələr əsasında daxil olmuşdur. Qeyd olunan xüsusat işdə olan 03 aprel 2019-cu il tarixli müqavilə ilə də təsdiq olunur. Belə ki, Cavabdeh1 03 aprel 2019-cu il tarixdə 260000 ABŞ dolları məbləğində pul vəsaitini notariat qaydasında təsdiq olunmu ş müqavilə əsasında Cavabdeh2 borc vermişdir. Belə olan halda Cavabdeh1 həmin məbləğdən daha yüksək məbləğdə, yəni 400000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı birgə iş görmək üçün verməsi ağlabatan deyildir.

18. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında 400000 ABŞ dolları müqabilində 2019-cu il tarixdə birgə iş görmək üçün bağlanılmış müqavilə, İddiaçı ilə Cavabdeh1 arasında 01 dekabr 2020-ci il tarixdə bağlanmış 400000 ABŞ dolları müqabilində birgə iş görməklə bağlı müqavilə ilə pərdələnmişdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqavilə həqiqi müqavilədir, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış müqavilə isə heç bir hüquqi nəticə yaratmır.

19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2, Cavabdeh1 və İ ddiaçı tərəfindən 19 dekabr 2020-ci il tarixdə imzalanmış razılıq ərizəsi ilə bir daha müəyyən olunur ki, 01 dekabr 2020-ci il tarixli müqavilə üzrə pul verilməyib, həmin 400000 ABŞ dolları İddiaçıla Abbasqulu Nəsibov arasında bağlanmış müqavilə üzrə verilən puldur. X3 Eyvazov tərəfindən ona ödənilməli olan pulun, İddiaçı tərəfindən birbaşa Cavabdeh1 qaytarılmasına razı olduğunu bildirmişdir.

20. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 01 dekabr 2020-ci il tarixli müqavilə əhəmiyyətsiz əqd olmaqla, etibarsızdır.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 11.1, 234.1, 234.4, 324.5, 337.1, 337.3, 340.2, 386.1, 389.1, 390.1, 404, 777.1-ci maddələri, Konstitusiya Məhkəməsinin Plenumunun “N.Hacıyevanın şikayəti üzrə” 10 mart 2020-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

22. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2022-ci il tarixli, 2(103)-1535/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 26, 125, 129-cü, Mülki Məcəllənin 10.1, 339.1, 389.1, 390.1, 404.1-ci maddələrinin tələbləri pozulmuşdur.

24. Belə ki, tərəflər arasında 01 dekabr 2020-ci il tarixdə sadə yazılı formada müqavilə bağlanmış, həmin müqavilə notarial qaydada təsdiqlənməsə də, tərəflərin razılığı ilə aralarında olan borc münasibətləri qarşılıqlı razılaşma əsasında yazılı formada rəsmiləşdirilmişdir. Məhkəmə müqaviləni etibarsız hesab etsə də, müqavilənin etibarsızlığının əsasını təşkil edən şərtlərinin hansının mövcud olduğunu göstərməmişdir. İddiaçı mübahisələndirilən müqavilənin iradə ifadəsinə zidd olaraq bağlandığı göstərsə də, bunu təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin apellyasiya məhkəməsi qəbul etdiyi qətnaməni əsaslandırmaq üçün məhkəmənin iclas protokolunda izahatları təhrif etmişdir.

25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə k assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlə bütövl üklə mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı prinsiplərindən biridir. mülki qanunvericiliyin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəs inə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.

31. Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-ol unmadığını müəyyən edir. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 32. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyət li olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması ilə bağlı prosessua l hüquq normalarının pozulmasına yol verilmişdir.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflərin bağladıqları mübahisələndirilən müqavilə üzrə iddiaçı tərəfindən cavabdehdən pul alınmamışdır. Həmin müqavilədə nəzərdə tutulan 400000 ABŞ dolları məbləğində pul Cavabdeh2 birgə iş görmək üçün İddiaçı verdiyi vəsait olmuşdur. Beləliklə, mübahisələndirilən müqavilə ilə İddiaçı və Cavabdeh2 arasında 400000 ABŞ dolları müqabilində 2019-cu ildə birgə iş görmək üçün bağlanmış müqavilə pərdələnmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd etdiyi kimi, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nətic ələri yarada bilər.

36. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

37. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə a zadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).

38. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 202 1-ci il 17 sentyabr tarixli Qərarlar).

39. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

40. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklə r əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərar)

41. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi iddiaçının mübahisələndirdiyi əqdin yalan əqd olması nəticəsinə gəlsə də, həmin mövqeyini əsaslandırmamışdır.

42. Hazırki işdə, yuxarıda qeyd olunduğu kimi, i ddiaçı tələbinin hüquqi əsası kimi müqaviləni məcburetmə nəticəsində bağlamasına istinad etmişdir. Yəni iddiaçı onun imzaladığı müqavilədə iradəsinin qüsurlu olmasını, ümumiyyətlə belə müqavilə imzalamaq niyyətində olmadığını göstərmişdir.

43. Apellyasiya məhkəməsi isə müqavilənin həmin əsasla etibarsız hesab olunması üçün əsaslar müəyyən etməmiş, lakin əqdin tərəflərin başqa əqdi pərdələmək niyyəti ilə bağlandığı nəticəsinə gəlmişdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, hazırki qəbildən mübahisələrə baxarkən məhkəmələr yalan əqdlə etibarlı, lakin məzmunu düzgün ifadə olunmamış əqd arasında fərqi nəzərə almalıdırlar.

45. Belə ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə əsasən əqdi yalan əqd kimi qiymətləndirilməsi üçün onun tərəflərinin həmin müqavilə üzrə hüquq və öh dəliklər əmələ gətirmək niyyətinə olmaması müəyyən olunmalıdır. Əqd yalan olduqda, onun nəticələri iştirakçı tərəflərin iradələrinə uyğun olmur, tərəflərin niyyətləri başqa əqdin bağlanmasına yönəlir, bağlanılan əqd isə üçüncü şəxslərdə yanlış təsəvvür yaradır.

46. Lakin, mülki dövriyyədə elə əqdlər mümkündür ki, tərəflər hüquqi savadları olmadığı və ya başqa səbəblərdən əqdi tərtib edərkən nəzərdə tutduqları müqavilənin bütün şərtlərini təsbit etmir. Bu zaman onların nəzərdə tutduqları hüquqi nəticələr Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən təsvir edilərkən müəyyən oluna bilər.

47. Hazırki işdə isə apellyasiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh1 üçüncü şəxs Cavabdeh2 verdiyi pul vəsaitinin bir hissəsini - 400000 ABŞ dollarını sonuncudan almış və həmin vəsaiti bilavasitə c avabdehə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin hal tərəflərlə mübahisələndirilməməklə, sonradan 19 dekabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli razılıq ərizəsi ilə də təsdiq olunmuşdur.

48. Apellyasiya məhkəməsi mübahisələndirilən əqdin iddiaçı ilə üçüncü şəxs arasında olan borc münasibətlərinin pərdələməsini qeyd etsə də, belə pərdələmənin zərurətini müəyyən etməmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli qərarında da göstərildiyi kimi, tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq yalan əqdin əlamətlərindən biridir.

49. Beləliklə, İddiaçı üçüncü şəxs Cavabdeh2 olan pul öhdəliyini Cavabdeh1 icra etmək vəzifəsini üzərinə götürməsini müəyyən etdiyi halda, apellyasiya məhkəməsi Cavabdeh2 tələb hüququnun bu qaydada Cavabdeh1 keçməsinin qanunvericiliklə mümkün olmasına hüquqi qiymət verməmiş, mübahisələndirilən əqdin hər iki tərəflərin iradə ifadəsinə uyğun olmamasını əsaslandırmamış, mübahisəli müqaviləni Mülki Məcəllənin 324.5, 404 və 522.1-ci maddələrinin tətbiqini nəzərdən keçirməmişdir.

50. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, zid diyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

52. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

53. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

54. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual h üquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2022-ci il tarixli, 2(103)-1535/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar