Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4107/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin forması və əsaslandırılması) 04.10.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 26 iyul tarixli, 2(105)1148/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağışlama müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(060)-124/2023 nömrəli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddia təmin edilməmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli) 2023-cü il 26 iyul tarixli, 2(105)-1148/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir.
4. Həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti işlə birlikdə baxılması üçün Azərbaycan Res publikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM)
5. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
6. Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.
7. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ola n bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
8. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə.... 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə.
9. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və ka ssasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından şikayət qeyri-mümkün hesab edilərək iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
11. Belə ki, kassasiya şikayətində işin halları sadalanaraq, yalnız maddi və prosessual hüquq normalarının adı və mətni qeyd edilmiş, onların pozulmasının və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir.
12. Həmçinin, kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 407-ci maddəsində qeyd olunduğu kimi bu Məcəllə ilə müəyyən edilmiş formada (əlavə 3-ə uyğun olaraq) tərtib edilməmişdir.
13. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.1.5). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (407.2).
14. Mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə kassatorun dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.
15. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
16. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
17. Qeyd olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 26 iyul tarixli, 2(105)1148/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfi ndən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin.