Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4108/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2 MMC-yə qarşı iş üzrə (mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" BOKT ASC) QƏRARİ (Açar sözlər: hərracın nəticələrinə dair yekun protokolun etibarsız sayılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmə nin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Apellyasiya Məhkəməsinin 15.07.2016-cı il tarixli qətnaməsi ilə "xxxx" BOKT ASC-yə olan 28.880,89 ABŞ dolları borcun tutulması və ilkin satış qiyməti 40.000 manat müəyyən edilən ipoteka predmetinə - Abşeron rayonu, Masazır kəndi, Abşeron küçəsi, 54 saylı fərdi yaşayış evinə yönəldilməsinə dair icra vərəqəsinin icrası çərçivəsində "X2” MMC tərəfindən hərrac keçirilmiş və hərracın nəticələrinə 20 dekabr 2018-ci il tarixli, 170 nömrəli protokol tərtib olunmuşdur.
2. İddiaçı həmin protokolun etibarsız sayılmasına dair aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə Bak ı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək,, iddiaçı "xxxx" BOKT ASC ilə onun arasında bağlanmış 29 iyun 2015-ci il tarixli, X saylı Kredit müqaviləsi üzrə yaranmış əsas borc üzrə 24 776,83 (iyirmi dörd min yedi yüz yetmiş altı dollar, səksən üç sent) ABŞ dolları, faiz borcu üzrə 3 931, 26 (üç min doqquz yüz otuz bir dollar iyirmi altı sent) ABŞ dolları, cərimə borcu üzrə 172,80 (yüz yetmiş iki dollar səksən sent) ABŞ dolları, cəmi 28,880,89 (iyirmi səkkiz min səkkiz yüz səksən dollar səksən doqquz sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi ondan tutularaq “FİNOKO" BOKT ASC-yə ödənilməsinə, ödəmə ipot eka qoyulmuş ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsinə, fərdi yaşayış evi açıq hərracda satılması, yaşayış evinin ilkin satış qiyməti 40 000 (qırx min) manat müəyyən edilməsi, fərdi yaşayış evinin satışından əldə edilən vəsaitdən 28,880,89 (iyirmi səkkiz min səkkiz yüz səksən dollar səksən doqquz sent) ABŞ dolları məbləğində (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) pul vəsaiti "xxxx" BOKT ASC-yə ödənilməsinə, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi cavabdehə qaytarılmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin 15.07.2016-cı il tarixli 2(105)- 48/2018 saylı icra vərəqəsinin icrası ilə bağlı ona məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh2 MMC-nin 20 dekabr 2018-ci il tarixli, 170 saylı hərrac protokolunun etibarsız hesab edilməsi, protokola əsasən alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi və əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, "xxxx" BOKT ASC ilə onun arasında bağlanmış 29 iyun 2015-ci il tarixli, 2015/00061-01 saylı Kredit müqaviləsi üzrə yaranmış əsas borc üzrə 24 776,83 (iyirmi dörd min yedi yüz yetmiş altı dollar, səksən üç sent) ABŞ dolları, faiz borcu üzrə 3 931, 26 (üç min doqquz yüz otuz bir dollar iyirmi altı sent) ABŞ dolları, cərimə borcu üzrə 172,80 (yüz yetmiş iki dollar səksən sent) ABŞ dolları, cəmi 28,880,89 (iyirmi səkkiz min səkkiz yüz səksən dollar səksən doqquz sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi ondan tutularaq "xxxx" BOKT ASC-yə ödənilməsinə, ödəmə ipoteka qoyulmuş ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsinə, fərdi yaşayış evi açıq hərracda satılması, yaşayış evinin ilkin satış qiyməti 40 000 (qırx min) manat müəyyən edilməsi, fərdi yaşayış evinin satışından əldə edilən vəsaitdən 28,880,89 (iyirmi səkkiz min səkkiz yüz səksən dollar səksən doqquz sent) ABŞ dolları məbləğində (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) pul vəsaiti "xxxx" BOKT ASC-yə ödənilməsinə, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi cavabdehə qaytarılmas ına dair Sumqayıt Apellyasiya Məhkəməsinin 15.07.2016-cı il tarixli 2(105)-48/2018 saylı icra vərəqəsi Abşeron rayon İcra Şöbəsinin icraatına daxil olmuş, ona bildiriş icraata başlama qərarının surəti təqdim edilmədən müxtəlif icra hərəkətləri aparılmış 13.09.2018-ci il tarixli, 17/75/23 saylı məktubla hərrac keçirilməsi barədə X2na sifariş verilmiş, 25% aşağı olan qiymətilə 25 500 manat qiymətlə tələbkar eldə etmişdir. Bankla aralarında şifahi razılıq əsasında ona məxsus əmlak hərracda satılmalı deyildi. Bankın nümayəndəsi həmişə ona deyirdi ki, “sən hissə-hissə ödəmələr apar, biz də hərracda satışı dayandırmışıq”. Halbuki, icra məmuru əmlakı qiymətləndirərkən, yaxud satışa göndərərkən ipoteka qoyan kimi ona bildiriş verilməli, eyni zamanda əmlakın qiymətləndirilməsi barədə mütəxəssis r əyi mənə təqdim olunmalı idi. Bir faktı da qeyd etmək istəyir ki, əmlak qiymətləndirilərkən baxış keçirilməmiş, anoloji qaydada rəy tərtib olunmuş “Qiymətləndirmə haqqında” qanunun tələbləri pozulmuşdur.
5. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı etiraz göndərərək bildirmişdir ki, tərəfin iddia ərizəsində sübut kimi bankla aralarında şifahi razılıq olduğunu, bankın hərracda satışı dayandırdığını, eyni zamanda əmlakın qiymətləndirməsi ilə razılaşmadığını qeyd etmişdir. Qeyd olunan sübutların heç bir əsası yoxdur. Qiymətləndirmə məhkəmənin qərarına əsasən keçirilmişdir və məhkəmə qərarı qüvvəyə minmişdir. Bank tərəfindən hərracın dayandırılmasına dair hər hansı bir sənəd onlara daxil olmamışdır. İddia ərizəsində daxil olan qoşmalarda bunu sübut edən əsas yoxdur. Cavabdeh2 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Həmçinin, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, hərracın keçirilməsinə dair bildirişlər iddiaçıya göndərilmişdir. İddiaçının hərracın keçirilməsindən xəbəri olmuşdur.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.Ədilova) 18 dekabr 2019-cu il tarixli, 2(005)-4367/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, Kaspi qəzetin də elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "xxxx" BOKT ASC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus X saylı fərdi yaşayış evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi, əmlak ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı q eyd etmişdir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq 20.12.2018- ci ildə tələbkar "xxxx" BOKT ASC-yə təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçıların tam məlumatı olmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Eyvzaov (sədrlik edən və məruzəçi), Z.Şirinov və F.Talışinski) 18 avqust 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikay əti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, X nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankla aralarında şifahi razılıq əsasında iddiaçıya məxsus əmlak hərracda satılmalı deyil idi. Bankın nümayəndəsi iddiaçıya bildirmişdir ki, sonuncu hissə-hissə ödəmələri aparsın, bank isə hərracda satışı dayandırıb. Halbuki ic ra məmuru əmlakı qiymətləndirərkən, yaxud satışa göndərərkən ipoteka qoyan kimi iddiaçıya bildiriş verilməli, eyni zamanda əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi iddiaçıya təqdim olunmalı idi. Əmlak qiymətləndirilərkən baxış keçirilməmiş, anoloji qaydada rəy tərtib olunmuş “Qiymətləndirmə haqında” qanunun tələbləri pozulmuşdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının yeganə mülkiyyətidir. Həmin evdə o, ailəsi ilə birlikdə yaşayır. Ev hərracda satıldıqda o, azyaşlı övladları ilə birlikdə küçələrdə qalmalı olacaq. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanunu:
15. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
16. Maddə 43.1. Hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərrac ı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir.
17. Maddə 43.3-43.5. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3- cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsi ndə nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.
18. Maddə 43.7. və 43.8. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının «Poçt haqqında» Qanunu:
19. Maddə 1.0.10. Sifarişli poçt göndərişi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz veril məsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin lə ğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
26. Sumqayıt Apellyasiya Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, X saylı qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsinin surətindən görünür ki, iddiaçı "xxxx" BOKT ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 29 iyun 2015-ci il tarixli, 2015/00061-01 saylı Kredit müqaviləsi üzrə yaranmış əsas borc üzrə 24776,83 ABŞ dolları, faiz borcu üzrə 3931,26 ABŞ dolları, cərimə borcu üzrə 172,80 ABŞ dolları, cəmi 28.880,89 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə və 31 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı tut ularaq "xxxx" BOKT ASC-yə ödənilməli, ödəmə ipoteka qoyulmuş İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evi açıq hərracda satılmalı, yaşayış evinin ilkin satış qiyməti 40000 manat müəyyən edilməli, fərdi yaşayış evinin satışından əldə edilən vəsaitdən 28880,89 ABŞ dolları məbləğində (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) pul vəsaiti "xxxx" BOKT ASC-yə ödənilməli, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi cavabdehə qaytarılmalıdır.
27. Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş 20 dekabr 2018-ci il tarixli, 170 nömrəli «hərracın yekunları barədə» protokolun surətindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, Abşeron küçəsi, 54 saylı fərdi yaşayış evi üzrə Sumqayıt Ap ellyasiya Məhkəməsinin icra vərəqəsi və Abşeron rayon İcra və Probasiya Şöbəsinin X saylı 13.09.2018-ci il tarixli məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 40000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 15 faiz endirimlə 34.000 manat olmuşdur. Tələbkar ipoteka predmetini 25 faiz aşağı olan 25500 manat qiymətlə əldə etmişdir.
28. «Kaspi» qəzetlərinin surətindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, Abşeron küçəsi, 54 saylı fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsi barədə elanlar verilmişdir.
29. Cavabdeh2 MMC tərəfindən İddiaçı, Abşeron rayon icra və probasiya şöbəsinə, "xxxx" BOKT ASC-yə ünvanlanmış 09.10.2018-ci il tarixli № 05/192 nömrəli, 14.11.2018-ci il tarixli, № 05/1921 nömrəli bildirişlərin surətindən görünür k i, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin icra vərəqəsinin icrasına əsasən ipoteka qoyulan Abşeron rayonu, Masazır kəndi, Abşeron küçəsi, 54 saylı fərdi yaşayış evi tutmanın yönəldilməsi və hərracda satılması, hərracın müvafiq olaraq 08.11.2018-ci il saat 11:00-da və 29.11.2018-ci il saat 11:00-da keçiriləcəyi bildirilmişdir.
30. Abşeron Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" BOKT ASC-nin cavabdeh İddiaçı və X1 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası təmin olunmuş, cavabdehlərin Abşeron rayonu, Masazır kəndi, Abşeron küçəsi, 54 saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi və oradan əşyaları ilə birlikdə çıxarılması qət olunmuşdur.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının dəlilləri ipoteka qoyulmuş mənzilinin düzgün qiymətləndirilməməsi və hərrac barədə məlumat verilməməsi ilə bağlı olmuşdur. Halbuki, işdə olan sübutlardan görünür ki, ipoteka qoyulmuş əmlakın hərracdan satılması zamanı, onun ilkin satış qiyməti (40.000 manat) qanuni qüvvədə olan məhkəmə qərarı ilə müəyyən olunmuş, əmlak məhz həmin qiymətlə hərraca çıxarılmış, lakin alıcı olmadığından qanunla müəyyən olunmuş faiz dərəcələri ilə aşağı salınmış, nəticədə sonda tələbkara təklif olunmuşdur. Göründüyü kimi, əmlakın dəyəri ilə bağlı iddiaçının bildirdikləri hərracın nəticələrinə təsir göstərə bilməz. Bununla yanaşı, işdə olan digər sübutlardan (bildirişlər, qəzet elanları, protokol, alqı-sat qı müqaviləsi və s.) aydın olur ki, hazırki mübahisə obyekti üzrə iki hərrac (ilk və təkrar) keçirilmiş, hərracların yeri və vaxtı barədə maraqlı şəxslərə bildiriş göndərilmiş, qəzetdə elanlar verilmiş, lakin hərrac baş tutmamış, nəticədə ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunmuş, sonuncunun əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.
32. Konstitusiya Məhkəməsinin Plenumu 30 dekabr 2008-ci il tarixli qərarında (F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair) vurğulayır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
33. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq 20.12.2018-ci ildə tələbkar "xxxx" BOKT ASC-yə təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. Məhkəmə baxışı zamanı hərracın yekunları barədə 20 dekabr 2018-ci il tarixli, 170 saylı Protokolun etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməməlidir. Göründüyü kimi, iddiaçı tələbinin və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.
34. Beləliklə, apellyasiya kollegiyası toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə baxışı zamanı mübahisə obyekti olan yaşayış evi üzrə keçirilmiş hərracı n iddiaçının iddia etdiyi əsaslar üzrə qanunsuzluğu müəyyən edilməmişdir. Bu səbəbdən, iddia qalan hissələrdə də əsasızdır. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslarına və sübut edə bilməmişdir.
35. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
36. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkə məsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.
37. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.
38. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə hər hansı məhkəmə tərəfi ndən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır.
39. Göründüyü kimi məhkəmə qərarının icrası «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılır. Əgər məhkəmə qərarı uzun müddət ərzində icra olunmamışdırsa, şəxslərin ədalətli məhkəmə hüququ da pozulmuş olur.
40. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər.
41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki pro sessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
42. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təm in olunmamalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.