Məhkəmə qərarları › İş №2(102)-4112/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4112/2021

07.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4112/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-389/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məh kəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 16 sentyabr 2015-ci il tarixdə Cavabdeh ASC-nin Səbail filialı ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən İddiaçı illik istifadə dərəcəsi 25 faiz olmaqla 36 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Ak. Şəfayət Mehdiyev küçəsi, 97 saylı evin 140 saylı mənzili və X2 məxsus N küçəsində yerləşən 64 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Borclu İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi üçün bankın ləğvedicisi ondan borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bakı Şəhər i Yasamal Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli qətnaməsi ilə ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası qismən təmin edilərək cavabdeh İddiaçının xeyrinə cəmi 177.021,09 ABŞ dollarının tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2015-ci ilin avqust ayında qohumluq münasibətində olduğu X1 bankdan 50.000 ABŞ dolları məbləğində kredit götürməsini ondan xahiş etməsini, lakin banka girmədən N ona bir sıra sənədləri imzalatdırmasını, nəticədə sonuncunun ona 100.000 ABŞ dollarının verilməsi barədə kredit müqaviləsini və eləcə də onun mənzilinə dair ipoteka müqaviləsini imzalatdırmasını, sonra isə N ailəsi ilə birlikdə xarici ölkəyə getməsini, ipoteka müqaviləsini aldatma təsiri altında imzalamasını əsas göstərməklə onunla bank arasında bağlanmış 16 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən verilmiş Reyestrdən Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-526/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim: S.R.Mustafayeva) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ipoteka müqaviləsinin ElN dələduzluq yolu ilə ona imzalatdırmasını, lakin işə baxan məhkəmənin sübutlara düzgün qiymət vermədən səhv nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-389/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı apellyasiya şikayətinin dəlillərinə əsaslanan kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassa siya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 339.2 Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşka r edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasi ya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, bank tərəfindən İddiaçı ilə həm kredit müqaviləsi və həm də ipoteka müqaviləsi bağlanmışdır. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, ipoteka müqaviləsi İddiaçı tərəfindən imzalanmışdır. Həmin müqavilə bankla ba ğlanmış və bank tərəfindən iddiaçının aldadılması və ya müqavilə bağlamağa məcbur edilməsi müəyyən olunmamışdır. Elşad Səlimov ipoteka müqaviləsi üzrə tərəf olmadığından iddiaçının onun tərəfindən aldadılması müqavilənin etibarsız sayılması üçün əsas verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. İddiaçının əqdin iştirakçısı kimi bank tərəfindən aldadılması müəyyən olunmadığından, iddiaçının banka qarşı əqdin etibarsız hesab edilməsi barədə iddia qaldırması əsaslı sayıla bilməz. Müəyyən olunduğu kimi ipoteka müqaviləsinin bağlanması zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, müqavilə notariatda təsdiq olunmuşdur. Müqavilənin notariatda təsdiqi zamanı reyestr jurnalındakı imza da ekspert rəyinə görə iddiaçıya məxsusdur. Kollegiya qeyd olunanlarla əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun çıxarıldığından dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tut araq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-389/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar