Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4113/2021 13.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “X4 Limited LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4113/21 (Açar sözlər: işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqını, maddi və mənəvi ziyanın ödənilməsi, işəgötürənin əmrinin qanunverciciliyə uyğun olmaması) Bakı şəhəri, 13 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Əliyev Rəfail Ziyad oğlunun, cavabdeh “X4 Limite d LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 və vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “X4 Limited LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(103)-1141/2021 nömrəli qətnaməsindən cavabdeh “X4 Limited LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayətinə 13 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 21.06.2006-cı il tarixdən əmək müqaviləsi əsasında “X4 LTD” MMC-yə rəngsaz peşəsinə işə qəbul edilmiş, daha sonra fasiləsiz olaraq həmin müəssisədə müxtəlif peşələrdə işləmişdir.
2. İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən 10 iyul 2020-ci il tarixli əmrlə 13 iyul 2020-ci ildən xitam verilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdeh “X4 Limited LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək, cavabdeh MMC-nin 10.07.2020-ci il tarixli, 1174 saylı əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, 13.07.2020-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının, işə buraxılmadığı 08.05.2020-ci il tarixdən 13.07.2020-ci il tarixə kimi müddətə görə orta aylıq əmək haqqının ödənilməsi, 5000 manat maddi və 5000 manat mənəvi ziyan olmaqla, cəmi 10000 manat pul un cavabdehdən tutulması, əmək kitabçasında olan 10.07.2020-ci il tarixli qeydin cavabdehin möhürü ilə təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Neftçilərin Hüquqlarını Müdafiə X1 üçüncü şəxs qismində qoyulmuşdur.
5. İddia tələbi onunla əsaslandırılıb ki, cavabddehin 10.07.2020-ci il tarixli, 1174 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən, yəni “bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar” əsası ilə 13.07.2020-ci il tarixdən ləğv olunmuşdur.
6. Əmr qanunsuzdur. Belə ki, Covid-19 pandemiyası ilə əlaqədar ilkin karantin elan edildiyi vaxt iddiaçı dənizdəki platformada işdə idi. Həmin dövrdə iş növbəsi: 14 gün iş, 14 gün istirahət idi. Karantinlə əlaqədar iş rejimi də dəyişdi – 28 gün iş və 28 gün istirahət. Faktiki olaraq isə iddiaçı 44 gün işdə olub və bir o qədər istirahət elməli olduğu halda, istirahət gününün ilk 14 günündən sonra onları karantinə aldılar. Əslində bu iş rejimi çətin və əmək qanunvericiliyinin tələblərinə uyğun olmasa da, mövcud vəziyyətlə əlaqədar onlar bu dəyişməni anlayışla qarşıladılar.
7. Beləliklə 2020-ci ilin may ayının 3-də onlar Mərdəkan qəsəbəsində yerləşən “Karvan Otel” kotteclərində yerləşdirildilər. “X4 LTD” MMC “Karvan Otel” kotteclərində onlara normal şərait yarada bilmədi, eyni zamanda bir kottecdə ən azı 5 nəfər bir yerdə qalmağa məcbur olurdu. May ayının 7-də qaldıqları kotecdə elektrik naqilində nasazlıq yarandı və elektrik enerjisi kəsildi. Onlar bu barədə əməkdaşlara məlumat verdilər. Otelin əməkdaşla rı baxış keçirdikdən sonra bildirdilər ki, elektrik enerjisi ən azından səhərə kimi olmayacaq, yaranmış qəza problemi ciddidir. 8. 2020-ci ilin may ayı Ramazan ayı idi, iddiaçı və otaq yoldaşları oruc tuturdular. Elektrik enerjisi olmadığından otaqda isti su hazırlamaq mümkün deyildi. Belə bir vəziyyətdə onlar da məcbur olub müvəqqəti ehtiyaclarını qarşılaya bilmək üçün qonşu kottecə keçməyi düşündülər. Həmin məqsədlə öz kotteclərindən çıxıb qonşu kottecə gedərkən qonşu kottecin qarşısında olan zaman mühafizəçisi kamerada bunu görüb onlara yaxınlaşmış və onlar da məsələni ona izah etdilər.
9. Səhərisi gün, yəni, 2020-ci ilin may ayının 8-də onları “X2 LTD” MMC-nin ofisinə apardılar və onlar bununla əlaqədar izahat yazdılar. Müəssisənin ofisində görüş zamanı Kadrlar şöbə rəisi onlara bild irdi ki, karantin qaydalarını pozduqları üçün ərizə yazıb öz xahişləri ilə işdən getməlidirlər, əks təqdirdə, işdən qovulacaqları.
10. Kadrlar Şöbəsinin rəisi ilə eyni zamanda 12 may və 1 iyun 2020-ci il tarixli görüşlərdə də iddiaçı dəfələrlə qeyd etmişdir ki, karantin qaydasını pozmağı sırf şirkətin öz işçilərinə lazımi şərait yaratmamasından irəli gəlmiş və oruc tutmağı ilə əlaqədar olmuşdur.
11. Nəticədə iddiaçı ilə bağlanmış əmək müqaviləsi qanunsuz əsaslarla ləğv edildi. “X3 LTD” MMC iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndi ilə ləğv etsə də, əslində iddiaçıya qarşı Əmək Məcəlləsinin 186-cı maddəsini tədbiq etmişdir.
12. Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən: işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ aktlarla müəyy ən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının ¼-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə l əğv etmək.
13. Yəni, cavabdeh MMC guya karantin qaydalarını, o cümlədən müəssisədaxili intizam qaydalarını pozduğunu əsas gətirərək iddiaçının barəsində onun hərəkətlərinə qeyri-adekvat olan ağır intizam tənbehini tədbiq edərək əmək müqaviləsini ləğv etmişdir. Lakin, bu zaman Əmək Məcəlləsinin digər tələblərini pozmuşdur.
14. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
15. Cavabdehin əmək müqaviləsinin ləğv edilməsi barədə əmrində və digər sənədlərdə qeyd olunur ki, iddiaçı karantin qaydalarını 07.05.2020-ci il tarixdə pozmuşdur. Əmək müqaviləsi isə müəssisəni n 10.07.2020-ci il tarixli, 1174 saylı əmri ilə 13.07.2020-ci il tarixdən ləğv olunmuşdur. Göründüyü kimi intizam tənbehi, cavabdehin iddiaçının hərəkətləri intizam xətası kimi aşkar etdiyi gündən 2 ay 6 gün sonra verilmişdir, Həmçinin iddiaçıya qarşı intizam tənbehi tətbiq olunarkən, Əmək Məcəlləsinin 186.3-cü maddəsinin şərtləri də pozulmuşdur.
16. İddiaçının əmək fəaliyyətində olduğu 25 il müddət, əmək fəaliyyətində və xüsusən də neft sənayesində və cavabdeh MMC-də qüsursuz işləməyi, sertifikatları, əmək kollektivində olan nüfuzu, şəxsiyyəti, peşəkarlığı və bütün bunların fonunda ehtimal edilən xətanın gerçək xarakteri nəzərə alınmamış, nəticədə iddiaçıya qarşı qeyri-adekvat olan, ən sərt, ən ağırı intizam tənbehi seçilmişdir.
17. Qanunsuz işdən azad olunması ilə əlaqədar iddiaçıya madd i və mənəvi ziyan dəymişdir. Həmin maddi və mənəvi ziyanın əvəzi kimi iddiaçı ayrı-ayrılıqda 5.000 manat tələb edir. Həmçinin əmək kitabçasında müvafiq qeydlər aparılsa da, bu qeydlər cavabdeh müəssisənin möhürü ilə təsdiq edilməyib.
18. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz verib. Etirazın dəlilləri: - iddiaçı barəsində qəbul edilmiş əmr tamamilə əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə və düzgün əsaslarla qəbul edilib. İddiaçı heç də əsassız olaraq işdən azad edilməmişdir. İşdən azad edilməsinə gətirib çıxaran təqsiri hərəkətləri bilavasitə işçinin özü tərəfindən edilmişdir; - COVİD 19 tipli virusun yayılası ilə əlaqədar dünya səviyyəsində pandemiya elan edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründ ə iş rejiminin tənzimlənməsi barədə 31mart 2020-ci il tarixli 122 saylı Qərarına əsasən ölkə ərazisində xüsusi iş rejimi tətbiq edilmişdir. Həmçinin, AR NK-nın 2020-ci il 02 aprel tarixli, 124 nömrəli qərarının 1 saylı əlavəsinin 6ci bəndində “X5 Limited” MMC-nin də ehtiva olunduğu AR Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri) əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin siyahısında qeyd edilmişdir; - NK-nın qeyd edilən qərarını rəhbər tutaraq və şirkətin fəaliyyətinin dövlət üçün strateji əhəmiyyətini nəzərə alaraq, fasiləsiz iş rejimi və işçilər arasında COVİD 19 virusunun yayılması təhlükəsinin aradan qaldırılmasını təmin etmək məqsədilə Şirkət tərəfindən BCP-002-2020 (G ücləndirilmiş karantin rejimi tələbləri (Dəniz Səfərləri) və BCP010-2020 (Covid 19 karantin oteli) prosedurları qəbul edilmiş və bütün işçilər, o cümlədən, İddiaçı da həmin prosedurların tələbləri ilə tanış edilmişdir: - İddiaçı 17 may 2020-ci il tarixində dənizdə yerləşən “İstiqlal” qazma qurğusuna getməli olduğu üçün 03.05.2020-ci il tarixindən etibarən 14 günlük müddətində Şirkətin nəzarət edilən karantin məntəqəsinə yerləşdirilmişdir. Nəzarət edilən karantin məntəqəsində olduğu müddətdə Şirkətin qəbul etdiyi və iddiaçının yazılı şəkildə tanış olduğu təhlükəsizlik qaydalarına əməl etməli olduğu halda, iddiaçı həmin qaydaları bilərəkdən təqsirli və şüurlu şəkildə, kobud qaydada pozmuşdur. Belə ki, 08.05.2020-ci il tarixində iddiaçı öz kottecini tərk edərək digər 2 şəxslə birlikdə qonşu k ottecə getmiş və içəriyə heç də onun qeyd etdiyi kimi qapıdan daxil olmamışdır. İddiaçı əlində çanta digər kottecə pəncərədən daxil olmuşdur. Üstəlik, kameraya düşməmək üçün iddiaçı özünü kamuflyaj etmişdir. Bütün binlar müşahidə kamerasında qeydə alınmışdır; - şirkətin birbaşa əmək müqaviləsinə xitam verməsi iddiaçı tərəfindən edilən pozuntunun ağırlığından xəbər verir. Çünki şirkətin öz işçiləri, o cümlədən subpodratçı şirkətlər qarşısında öhdəlikləri vardır. Şirkət karantin məntəqəsində yerləşdirilən bütün şəxslərin sağlamlığı və onlarda virusun yayılmasının qarşısını almaq üçün cavabdehlik daşıyır. Buna görə də iddiaçı barəsində digər intizam tənbehinin tətbiqi kifayət etməmişdir.
19. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4030/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsi i lə iddia qismən təmin olunmuş, Cavabdeh-nin 10.07.2020-ci il tarixli, 1174 saylı əmri ləğv edilmiş, İddiaçı işə bərpa edilməsi, İddiaçı 13.07.2020-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının, işə buraxılmadığı 08.05.2020-ci il tarixdən 13.07.2020-ci il tarixə kimi müddətə görə orta aylıq əmək haqqının ödənilməsi, İddiaçı Əmək kitabçasında olan 10.07.2020-ci il tarixli qeydin Cavabdeh-nin möhürü ilə təsdiq edilməsi qət olunmuşdur. (hakim Natavan Tağıyeva)
20. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları qiymətləndirib müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 aprel 2020-ci il tarixli əmək müqaviləsinin 16-cı bəndinin g) işçi qəsdən şirkətin hər hansı təhlükəsizlik qaydalarını pozduqda, təhlü kəsizlik qaydaları üzrə imtahanda iştirak etmədikdə və ya bu cür imtahanları verə bilmədikdə) onunla şirkət arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən 13.07.2020-ci il tarixdən xitam verilmişdir.
21. Məhkəmə qeyd edib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə görə əmək müqaviləsində ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə əlavə hallar nəzərdə tutula bilər: bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallarda. Digər hallar dedikdə, cavabdeh, tərəflər arasında bağlanılmış 17 aprel 2020-ci il tarixli əmək müqaviləsinin 16-cı bəndinin g) yarımbəndində göstərilənləri nəzərdə tutmuşdur.
22. Azərbaycan Respublik ası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Lakin işəgötürən Cavabdeh işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə alınmadan, işçini digər məsuliyyətə cəlb edilmədən, ona ağır intizam tənbehini tətbiq edərək əmək müqaviləsinə xitam vermişdir. Halbuki, İddiaçı 21.06.2006- cı il tarixdən Cavabdeh şirkətində rənqsaz peşəsinə işə qəbul edilmiş, sonradan isə müxtəlif peşələrdə çalışmışdır
23. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı tərəfindən karantin qaydaları 07.05.2020-ci il tarixdə pozmuşdur. Cavabdeh isə 10.07.2020-ci il tarixdə 1174 saylı əmrlə əmək müqaviləsini ləğv etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Göründüyü kimi cavabdeh həmin maddənin tələblərini pozaraq intizam xətası aşkar etdiyi gündən 2 ay 6 gün keçdikdən sonra, 13.07.2020-ci il tarixdə İddiaçı ilə bağlanılmış əmək mü qaviləsini ləğv etmişdir. Həmçinin Cavabdeh 08 may 2020-ci il tarixdən işdən çıxarılan 13.07.2020-ci il tarixədək İddiaçı işdən kənarlaşdırmış və əmək haqqını ödəməmişdir.
24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı öz hərəkətləri ilə Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından heç birinə yol verməmişdir. Buna görə də İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 aprel 2020-ci il tarıxli əmək müqaviləsinin g) bəndinin pozulduğuna görə iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75ci maddəsinin 2-ci hissəsinin d) bəndinə əsasən 13 iyul 2020-ci il tarixdən işdən azad olunması haqqında 1174 saylı 10 iyul 2020-ci il tarixli əmr qanunsuz qəbul edilmişdir
25. Maddi və mənəvi ziyanının əvəzin in ödənilməsi barədə iddia tələbi birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı ona cavabdehin hərəkətləri nəticəsində maddi ziyan vurulması ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim etməmişdir.
26. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 11, 68, 70, 71, 72, 75, 186, 187, 300cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
27. İddiaçı iddianın (maddi və mənəvi ziyanının tutulması) təmin edilməyən hissəsində qətnamədən apellyasiya şikayəti vermiş, şikayətində həmin hissədə qətnamənin qanunsuz və əsassız olmasına istinad etmişdir.
28. Cavabdeh “X4 LTD” MMC də apellyasiya şikayəti verib, iddianın təmin olunan hissəsində qətnamənin ləğv, iddianın tam rədd edilməsini xahiş etmişdir. 29. cavabdehin apel lyasiya şikayətinin dəlilləri: - cavabdeh qanunvericiliyin heç bir tələbini pozmayıb; - məhkəmə cavabdehin əmək müqaviləsinə Məcəllənin 75.2 (d) maddəsi ilə xitam verməsini intizam tənbeh tədbiri kimi qiymətləndirmiş və buna görə də, bu əsasla xitama Məcəllənin 186-cı maddəsində müəyyən edilmiş 1 (bir) aylıq müddəti tətbiq edilmişdir. Bu mövqe tamamilə yanlışdır. Hazırkı iş üzrə iddiaçıya heç bir intizam tənbehi tətbiq edilməmiş və işçi ilə əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə Məcəllənin 70-ci maddəsinin (ç) bəndi ilə deyil, tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş əlavə hal üzrə Məcəllənin 75.2 (d) bəndi əsasında xitam verilmişdir; - əmək müqaviləsinə xitam verilməsinə əsas verən hadisə 08 may 2020-ci il tarixində baş vermiş və həmin gün də iddiaçının izahatı alınmış v ə onun videogörüntüdə karantin qaydalarını pozan şəxs olduğu müəyyən edilmişdir. Məcəllənin 8-ci maddəsinə əsasən, müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən, yəni 09 may 2020-ci il tarixindən hesablanır. Hazırkı iş üzrə iddiaçının əmək qabiliyyətinin olmamasına dair sənədlərdən məlum olur ki, iddiaçı cari ilin 13-22 may, 2231 may və 01-12 iyun (13 iyun işə çıxmaqla) tarixlərində, ümumilikdə 31 (otuz bir) gün xəstə olmuş və işə çıxmamışdır; - məhkəmə tətbiq edilməli olan 75-ci maddəni tətbiq etməmiş, eyni zamanda öz yanaşması ilə Məcəllənin 75.2 (d) maddəsinin tətbiqini məhdudlaşdırmış və bununla da Məcəllənin 68 və 76-cı maddələrinin tətbiqində səhvə yol vermişdir. Məhkəmə Məcəllənin əmək müqaviləsinin bağlanması əsasları və qaydalarını tənzimləyən maddə lərinin, eləcə də əmək müqaviləsinə xitam verilməsinə əsas verən hallara dair maddələrinin məzmununu düzgün qiymətləndirməmişdir. Məhkəmə iş üçün əhəmiyyət kəsb bütün faktiki halları - təhlükəsizlik prosedurlarının əhəmiyyəti və zəruriliyi, onların pozulmasına görə məsuliyyətin vacibliyi, iddiaçının bu qaydaları qəsdən pozması hallarını aydınlaşdırmamış və iddiaçının təqsirli hərəkətlərini sübut edən əhəmiyyətli maddi sübutları tədqiq etməmişdir.
30. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1141/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4030/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzə çi) Azad İmanov, Vahid Sadıqov)
31. Apellyasiya məhkəməsi cavabdeh X4 Limited LTD MMC-nin apelyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq hesab edib ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir. İddiaçı öz hərəkətləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından heç birinə yol verməmişdir. Eyni zamanda, cavabdeh təşkilatın intizam xətasını aşkar etdiyi gündən 2 ay 6 gün keçdikdən sonra, 13 iyul 2020-ci il tarixdə İddiaçı ilə bağlanılmış əmək müqaviləsini ləğv etmişdir ki, bu da ələ Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinin tələblərini pozulması deməkdir.
32. Apellyasiya instansiyası iddiaçının apellyasiya şikayəti üzrə də belə nəticəyə gəlib ki, İddi açı iddia tələbinin maddi və mənəvi zərər hissəsində birinci inistansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslıdır.
33. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normalarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh X4 Limited LTD MMC (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə işin faktiki hallarına, maddi və prosessual hüquq normalarını pozulmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
36. Kassasiya şikayətinə iddiaçının yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
37. Məhkəmə iclasında cavabdeh “X4 Limited LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 və vəkili (nümayəndəsi) Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.
38. Məhkəmə iclasında İddiaçı vəkili Əliyev Rəfail Ziyad oğlu kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.
39. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Neftçilərin Hüquqlarını Müdafiə X1 nümayəndəsinin çəhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 75.
1. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.
2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Maddə 186. (3-cü hissə) İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Maddə
300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madd ələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası k imi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli g ələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsindən də cavabdeh apellyasiya şikayəti verib, apellyasiya baxışının predmeti də cavabdehin apellyasiya şikayəti üzrə həmin hissə olub. Buna görə də qətnamənin tam yoxlanıması dedikdə, cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya baxışının predmeti olmuş hissə, yəni iddianın təmin edilən hissəsi başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.
44. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi q anuni nəticəyə gəlmişdir.
45. İddia tələbi işə bərpa barədədir. İddiaçı 13 iyul 2020-ci il tarixli 1174 saylı əmrlə onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmişdir.
46. İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulmasının sübut edilməsindən asılıdır.
47. Hər iki instansiya məhkəmələrinin müəyyən etdiyi işin hallardan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmuş, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissənini “d” bəndi ilə xitam verilməsi düz olmamışdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinin 16-cı bəndinin “g” bəndinə görə işçi qəsdən şirkətin hər hansı təhlükəsizlik qaydalarını pozdu qda, təhlükəsizlik qaydaları üzrə imtahanda iştirak etmədikdə və ya bu cür imtahanları verə bilmədikdə onunla şirkət arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən 13.07.2020-ci il tarixdən xitam verilmişdir.
48. İşə baxan məhkəmələr əmək müqaviləsinin 16-cı bəndinin “g” bəndində nəzərdə tutulmuş əsasla iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsasları müəyyən etməmişlər.
49. İşin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normalarının tələbləri baxımından iddianın təmin edilməsinə əsas olmuşdur. Bu baxımdan apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
50. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
51. Məhkəmə kollegiyası Əmək Məcəlləsinin 186-cı maddəsində müəyyən edilmiş 1 (bir) aylıq müddətin tətbiq edilməsinin yanlış olması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlil əsaslı olsa da, iddia tələbi başqa əsaslarla qanuni hesab edilib təmin edilməyidindən, bu dəlilin hər hansı əhəmiyyəti qalmır.
52. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda gös tərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “X6 LTD” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(103)1141/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.