Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4113/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qi smən ləğv edilməsi, miras əmlaka payın tanınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2018/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, ev 14, mənzil 161 ünvanda yerləşən mənzil Əliyev Əbuzər (Abuzər) Rüstəm oğlunun adına qeydiyyatdan keçmişdir.
2. Əliyev Əbuzər (Abuzər) Rüstəm oğlu xx.xx.2006-cı il tarixdə vəfat etmişdir.
3. Cavabdeh1 oglu Bakı şəhəri 18 saylı Notariat Kontoruna xx.xx.2006-cı il tarixli ərizə ilə müraciət edərək xx.xx.2006-cı ildə vəfat etmiş atası Əliyev Əbuzər (Abuzər) Rüstəm oğlundan miras qalmış Bakı şəhəri, Xətai rayonu, X 5 küçəsi, ev 14, 161 saylı mənzilə dair vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, özündən başqa Cavabdeh3 oglu və Cavabdeh2ın vərəsə olduqlarını göstərmişdir. X4 (Abuzər) Rüstəm oğlunun vərəsələri qismində arvadı - Cavabdeh2, oğulları - Cavabdeh1 ogluna və Cavabdeh3 miras əmlakdan bərabər hissələrdə irs almalarına dair xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə miras əmlakın Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, ev 14 ünvanda yerləşən 161 saylı mənzildən ibarət olduğu qeyd edilmişdir.
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı həmin “qanun üzrə vəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması, mirasdan payın müəyy ən edilərək, yeni şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7937/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
5. Lakin həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5593/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7937/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi rədd edilmişdir.
6. Qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası Əliyev Abuzər Rüstəm oğlundan miras qalmış Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, ev 14, mənzil 161 ünvanda yerləşən mənzilin qəbul etməsi faktının müəyyən edilməsi, 18 saylı Dövlət notariat kontorunda verilmiş xx.xx.2006-cı il tarixli, 2V-01-184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv olunması və miras əmlaka dair ¼ hissədə vərəsəlik payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1976-cı il təvəllüdlüdür. Ailələri 5 nəfərdən ibarə t idi. Bununla əlaqədar olaraq təxminən 30 il öncə iddiaçının ailəsinin tərkibinə uyğun olaraq 4 otaqlı mənzil istifadələrinə verilmişdir. Orada ömrünün xeyli hissəsini daimi olaraq yaşamışdır. Lakin təxminən 1995-ci ildən müəyyən səbəblərə görə başqa yaşayış sahəsinə müvəqqəti olaraq köçmüşdür. Ona görə də ailəsi daxilində gedən bəzi proseslərdən bixəbər olmuşdur. 2006-cı ildə atası Əliyev Abuzər Rüstəm oğlu vəfat etmişdir. O da hər bir övlad kimi atasını son mənzilə yola salmışdır. Hüzr mərasimlərində iştirak etmişdir, miras əmlak olan Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 14 saylı evin, 161 saylı mənzilində xeyli müddət yaşamış, məişətdə yaranan problemləri həll etdirmişdir. Hətta mənzilin daxilində quraşdırılan su kranın biri xarab olduğuna görə onun təmir olunması mümkün ol madığına görə, təzə su kranı alıb usta çağıraraq problemi aradan qaldırmışdır. Mirası qəbul etməyi ilə əlaqədar digər sübutları da var. Lakin cavabdehlər qərəzli və aldadıcı hərəkətlərə yol verərək, atasının vəfatından sonra (1997-ci ildə onun mülkiyyətinə keçmişdir) miras qalmış mübahisə predmeti olan mənzilin qəbulu ilə əlaqədar 18 saylı DNK-ya (hazırki Bakı şəhəri 18 saylı Notariat Ofisi) müraciət etmişlər və mənzili təkcə özləri ələ keçirmişdilər. Nəticədə onların adlarına notariat kontoru tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 2V-01-184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onların vərəsəlik hüququ tanınmış və həmin mənzilə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Beləliklə, də onun vərəsəlik hüquqları kobud surətdə pozulmuş, ona çatası paydan əsassız olaraq məhrum olmuşdur. Amma o, artıq qeyd etdiyi dövrdə faktiki olaraq, miras əmlakı qəbul etmişdir. O, hətta mənzildə mövcud olan telefon nömrəsi üçün aylıq abonent haqqını da ödəmişdir. Bütün bunlar bir daha sübut edir ki, o, miras əmlakı faktiki qəbul etmişdir. Buna baxmayaraq, bu günə qədər atasından miras qalmış mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir.
9. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişlər ki, iddiaçı xx.xx.2019-cu il tarixdə eyni, yəni “mirasın qəbul edilməsi faktının müəyyən olunması və mirasa dair payın müəyyənləşdirilməsi” barədə iddia ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddiaya Bakı şəhəri Xətai Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində, həmçinin Ali Məhkəmədə baxılmışdır və yekun olaraq son məhkəmə instansiyasında xx.xx.2021-ci il tarixli, 1(102)-2379/2021 saylı qərar çıxarılmışdır. Lakin iddiaçı bu proseslər barəsində heç bir kəlmə də qeyd etməmişdir. Bu səbəbdən, onlara da eyni məsələnin ikinci dəfə müzakirəyə çıxarılması təəccüb doğurmuşdur. İddiaçı iddia ərizələrində bir çox zəruri məqamları qeyd etməmiş, bəzən isə yanlış məlumat verərək faktiki olaraq gerçək vəziyyəti təhrif etmişdir. Belə ki, sözü gedən mənzil onların atası Əliyev Abuzər Rüstəm oğlu tərəfindən 1982-ci ildə alınmışdır. Ataları rəsmi nikahda olduğu Cavabdeh2, uşaqları, yəni onları həmin mənzildə müvafiq qaydada qeydiyyata aldırmışdır. 1995-ci ilin iyun ayında isə iddiaçı həmin mənzili ailə qurmaq məqsədi ilə özbaşına olaraq (valideynləri nin kəskin narazılığına məhəl qoymadan) tərk etmiş və ailə qurmaq məqsədi ilə X1 mənzilinə köçmüşdür. İddiaçının bu hərəkəti atalarının ciddi narazılığına səbəb olmuşdur. Bu hadisədən bir neçə ay sonra ailələr arasında barışıq olmuş və barışıqla bağlı atasının qoyduğu sərt şərtə uyğun olaraq, iddiaçı ailə qurmaq istədiyi şəxsin yaşadığı ünvana qeydiyyata düşmüşdür. Təxminən iki il sonra iddiaçı məhkəmə yolu ilə boşanmış və X2 bir mənzilin alınması üçün ona 3.000 ABŞ dolları məbləğində pul vermişdir. Ataları humanist addım ataraq, həmin məbləğin üstünü öz vəsaiti hesabına düzəldərək bir neçə ay sonra iddiaçıya Bakıxanov qəsəbəsində bir otaqlı mənzil alınmışdır. İddiaçı rəsmi boşandıqdan sonra, yeni mənzili alana qədər bir neçə ay müddətində qeydiyyatsız şəkildə onların mübahisəli mənzilində yaşamışdır. Bu dövrdən sonra iddiaçı faktiki olaraq ailədən kənarda yaşamışdır. Abuzər Əliyev demək olar ki, hər həftə ona maddi köməklik etmişdir. Lakin iddiaçı toplanan pulla özünə maşın almışdır. İddiaçı həyatının böyük hissəsini bu mənzildə yaşadığını qeyd edir. Lakin nəzərə alınmalıdır ki, o, mənzildə 1995-ci ilə kimi, ataları onu fərdi mənzillə təmin edənə kimi yaşamışdır. Digər tərəfdən, iddiaçı 2 il əvvəlki müraciətində bu mənzil barədə ümumiyyətlə məlumatsız olduğunu bildirmişdir. Bu məlumat tam saxtadır. Belə ki, həmin mənzil 1983-cü ildən atalarının ixtiyarında olmuş və iddiaçı 1995-ci ildən həmin mənzili tərk etməsinə baxmayaraq, mənzil daim onların ailəsinin balansında olmağa davam etmişdir. 1995-ci ildən sonra, həmin mənzildə ataları, anaları və onlar, yəni 4 (dörd) nəfər da imi yaşamışlar. 2006-ci ildə ataları dünyasını dəyişdikdən sonra isə mənzil notariusun iştirakı ilə geridə qalan 3 nəfər sakin arasında bölüşdürülmüşdür. Hazırda da mənzildə həmin 3 nəfər yaşamaqdadır. Bu faktı da iddiaçı daim bilirdi. Ona görə bu proseslərin üstündən 13 il keçdikdən sonra, iddiaçının belə saxta iddiası sadəcə acı təəssüf doğurur. Hazırkı iş üzrə miras qoyan Əliyev Abuzər Rüstəm oğlunun öldüyü 04 mart 2006-cı il tarixdən iddiaçının vərəsə kimi hüquqları yaranmışdır. Lakin iddiaçı həmin hüququnun davam etdiyi 6 ay müddətində qanunvericiliyin tələbinə əsasən nə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etməmiş, nə də əmlakı faktiki qəbul etməsini nümayiş etdirməmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim P.Zamanlı) 17 dekabr 2021-ci il tarixli, 2(01 1)- 7259/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əvvəlki iddia tələbinə baxılarkən iddiaçının mirası faktiki qəbul etməməsi faktı, eləcə də 18 saylı DNK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 2V-01-184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi və miras əmlaka dair ¼ hissədə vərəsəlik payının müəyyən olunması üçün əsasların olmamasına dair faktlar Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5593/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edildiyindən və iddiaçının hazırkı iddia tələbi ilə bağlı irəli sürdüyü faktlar eynilə əvvəlki iddia tələbi üzrə baxılan mülki işdə irəli sürülmüş işin faktiki halları ilə eynilik təşkil etdiyindən, həmçinin Bakı Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-5593/2020 saylı qətnaməsi qanuni qüvvəsini almaqla, hazırkı işdə iştirak edən şəxslərə aid olduğundan iddia tələbi təmin edilə bilməz.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 82.3-cü və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini rədd edərkən gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, onun iddiası üzrə məhkəməyə sübutları təqdim etməsinə baxmayaraq, məhkəmə onlara ümumiyyətlə baxış keçirməmiş, onl arla tanış olmamış, onları sübut kimi qiymətləndirməmiş və nəticədə səhv qənaətə gələrək, yalnız əvvəlki iş üzrə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin qətnaməsini əsas gətirməklə, hazırki iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxartmışdır. Məhkəmənin əsaslandığı qətnamə üzrə baxılmış iddiasının hüquqi əsasları, mahiyyəti və tələbi tamamilə fərqlidir. Onun ilk iddiası ümumi əsaslarla verilmiş və qanunla ona çatası olan vərəsəlik hüququnun tanınmasından ibarət olmuşdur. Belə olduğu halda işə baxan məhkəmə təqdim etdiyi sübutlara, izahatlara obyektiv baxış keçirməli idi. Lakin məhkəmə qanunsuz olaraq hüquqi faktı ümumiyyətlə araşdırmamış və bununla da onun vərəsəlik hüququ kobud surətdə pozulmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər F.V.Abdıyev (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və F.H.Qasımovdan ibarət tərkibdə) 2(103)-2018/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə hüquq normalarına uyğun çıxarılmışdır.
17. İddia üzrə irəli sürülmüş digər iki tələbdən fərqli olaraq “mirasın qəbul edilməsi faktının müəyyən olunması” məsələsinə xüsusi icraat qaydasında baxılır. Lakin hazırki mübahisə tərəflər arasında yaranmış ilk mübahisə deyil, tərəflər arasında onların atasından m iras qalmış əmlakla bağlı artıq məhkəmə mübahisəsi olmuş, həmin vaxt və hazırda iş üzrə cavabdehlər iddianı qəbul etmir. Onların irəli sürdüyü hüquqi mövqedən bu məsələ üzrə hüquq haqqında mübahisə olması müəyyən edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə də digər iki tələblə birlikdə iddia icraatı qaydasında baxıla bilər.
18. Məhkəmə kollegiyası mübahisə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi, ev 14, mənzil 161 ünvanda yerləşən mənzil xx.xx.1997-ci il tarixdə Əliyev Əbuzər (Abuzər) Rüstəm oğlunun adına qeydiyyatdan keçmişdir. O, xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Onun 4 vərəsəsi - arvadı Cavabdeh2, övladları İddiaçı (iddiaçı), Cavabdeh1 və Cavabdeh3 (cavabdehlər) qalmışd ır. Cavabdeh2 xx.xx.2006-cı il tarixdə, Cavabdeh3 xx.xx.2006-cı il tarixdə, Cavabdeh1 isə xx.xx.2006-cı il tarixdə, yalnız bir-birlərini vərəsə göstərməklə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün 18 saylı Notariat Kontoruna müraciət etmişlər və onlara miras əmlakdan bərabər hissələrdə irs almalarına dair xx.xx.2006-cı il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mənzil hazırda xx.xx.2006-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehlərin mülkiyyətindədir.
19. Hazırki mübahisədən əvvəl iddiaçı ilə cavabdehlər arasında artıq bir dəfə məhkəmə mübahisəsi olmuşdur. Belə ki, iddiaçının cavabdehlərə qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyənləşdirilməsi” tələbinə dair iddia Bak ı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-7937/2019 saylı qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-5593/2020 saylı qətnaməsi ilə təmin edilərək, iddia rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, miras qoyan Abuzər Əliyevin öldüyü xx.xx.2006-cı il tarixdən iddiaçının vərəsə kimi hüquqları yaranmışdır. Lakin iddiaçı həmin hüququnun davam etdiyi 6 ay müddətində qanunvericiliyin tələbinə əsasən nə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etməmiş, nə də əmlakı faktiki qəbul etməsini nümayiş etdirməmişdir. Apelyasiya məhkəməsinin sözügedən qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmaqla qanuni qüvvəsini almışdır.
20. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119, 217 və 384-cü maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmələr işin hallarını tam araşdırmamış, iddianın əsl mahiyyətini görməmiş və ən vacibi işdə olan vacib və əhəmiyyət kəsb edən sübutları nəinki nəzərə almamış, ümumiyyətlə onları araşdırmamış və hətta onlara sübut kimi qiymət verməmişdir. İşdə mühüm əhəmiyyət kəsb edən sübutların olması na baxmayaraq iddia təmin olunmamış, daha sonra isə apellyasiya məhkəməsi tərəfindən qətnamə qüvvədə saxlanılmışdır. Məhkəmə nəticəyə gələrkən əvvəlki iddia üzrə qəbul olunmuş məhkəmə aktlarına istinad etmişdir. Lakin əvvəlki məhkəmə işində olan iddianın əsl mahiyyəti, onun hüquqi əsaslandırması, eləcə də tələbi belə kəskin surətdə hazırki iddia tələbindən fərqlənir. Lakin işə baxan məhkəmələr buna diqqət yetirməmiş və işdə olan sübutlarla əlaqələndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək, məhkəmələr tərəfindən mübahisənin obyektiv araşdırıldığını və düzgün qətnamələr çıxarıldığını əsas göstərərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsin i Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2(103)-2018/2023 nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə 13 (İ hissə) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
26. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
27. Maddə 1134.1. Qanun üzrə vərəsəlik za manı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
28. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
29. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
30. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
31. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etmə lidir.
32. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
33. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
34. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
35. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəb ul etmişdir.
36. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
37. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
38. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublik asının Mülki Prosessual Məcəlləsi
39. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
40. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
41. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir:... 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanun i qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa;...
42. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;...
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
46. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlay a və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
47. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:... 418.4.10. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsin dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçının kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
51. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat v erilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur.
52. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
53. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
54. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaş dırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.
55. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlərdən biri, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olmasıdır.
56. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, iş üzrə icraata xitam verilir.
57. İddiaçı hazırki məhkəmə mübahisəsində atasından miras qalmış əmlakdan pay almağa nail olmaq istəyir və bu məqsədlə aşağıdakı tələbi irəli sürür: 1. atası Əliyev Abuzər Rüstəm oğlundan miras qalmış mənzilin qəbul etməsi faktının müəyyən edilməsi; 2. əmlaka dair verilmiş xx.xx.2006-cı il tarixli, 2V-01-184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv olunması; 3. miras əmlaka dair ¼ hissədə vərəsəlik payının müəyyən olunması.
58. Nəzərə alınmalıdır ki, mirasın bölünməsi barədə iddiaların həlli zamanı birinci addım olaraq vərəsənin mirası qəbul edib etməməsi araşdır ılmalıdır.
59. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, «Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəs inə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata ke çirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir».
60. Birinci instansiya məhkəməsi də haqlı olaraq iddianın həllinə iddiaçının mirası qəbul etməsinin araşdırılmasından başlamış və işin həqiqi halları əsasında o qənaətə gəlmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etməmişdir. Belə ki, iddiaçının eyni miras əmlakla bağlı “vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyənləşdirilməsi” tələbinə dair iddia Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-5593/2020 saylı qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, miras qoyan Abuzər Əliyevin öldüyü xx.xx.2006cı il tarixdən 6 ay müddəti ndə qanunvericiliyin tələbinə əsasən nə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etməmiş, nə də əmlakı faktiki qəbul etməsini nümayiş etdirməmişdir.
61. Məhkəmə bildirmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
62. Lakin hazırki vəziyyətdə “vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyənləşdirilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-5593/2020 saylı qətnaməsinin baxılan işə preyudisial təsirindən əvvəl MPM-nin 261.0.2-ci maddəsinə uyğun təsiri təhlil olunmalı idi. Çünki hər i ki tələb eyni tərəflər arasında, eyni əsaslarla və mahiyyət etibarilə vərəsəliklə bağlı olub. Birinci iddia aşağıdakı tələblərdən ibarət olub: 1. xx.xx.2006-cı il tarixli, 2V-01184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi;
2. Həmin şəhadətnamə əsasında miras əmlakı olmuş Xətai rayonu, X5 küçəsi, ev 14, 161 saylı mənzilə dair cavabdehlərin adına DƏDRX tərəfindən verilmiş mülkiyyət hüququnun qeydiyyata alınması haqqında çıxarışın ləğv edilməsi; 3. mənzilə dair iddiaçının qanun üzrə vərəsəlik hüququ tanınaraq, əmlakın 1/4 hissəsinə vərəsəlik payı müəyyən edilməklə, qanun üzrə vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi öhdəliyinin notariat kontorunun üzərinə qoyulması.
63. İkinci (hazırki) iddiada irəli sürülən tələblər: 1. miras qalmış mənzilin (m irasın) qəbul etməsi faktının müəyyən edilməsi; 2. xx.xx.2006-cı il tarixli 2V-01-184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin qismən ləğv olunması; 3. miras əmlaka dair ¼ hissədə vərəsəlik payının müəyyən olunmasından barədədir.
64. Müqayisə edildikdə görünür ki, birinci iddianın 1-ci və 3-cü tələbləri, ikinci (hazırki) iddianın 2-ci bə 3-cü tələbləri ilə eynilik təşkil edir.
65. İkinci iddiada irəli sürülmüş “miras qalmış mənzilin (mirasın) qəbul etməsi faktının müəyyən edilməsi” tələbi birinci iddiada olmamışdır. Lakin nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunduğu kimi əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Buna görə də mirasın bölünməsi ilə ba ğlı iddialara baxılanda hər bir halda məhkəmə tərəfindən iddiaçının mirası qəbul edib etməməsi araşdırılmalıdır. Məhz buna görə də tərəflərin arasında “vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyənləşdirilməsi” tələbinə dair birinci iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-5593/2020 saylı qətnaməsi ilə miras qoyan Abuzər Əliyevin öldüyü xx.xx.2006-cı il tarixdən 6 ay müddətində iddiaçının mirası qəbul edib etməməsi araşdırlmış və məyyən edilmişdir ki, iddiaçı mirası qəbul etməmişdir. Göründüyü kimi hazlrki iddiada irəli sürülmüş “mirasın qəbul edilməsinin müəyyən olunması” tələbi də qanuni qüvvəyə minmiş qətnamə ilə həll olunmuşdu.
66. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hü ququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir.
67. Bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipi onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Əks yanaşma proses iştirakçısının yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradar və bu hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.
68. MPM-nin 385.1.1-ci maddəsində məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi «prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi» müəyyən edilmişdir.
69. MPM-nin 387.1-ci maddəsində deyilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
70. Lakin MPM-nin 387.2-ci maddəsində şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadının ləğv edilməli hallar müəyyən olunub. Bu hallar prosessual normaların kobud pozulması kimi qiymətləndirilən hallardır. Bu halların mövcudluğunda məhkəmə aktı ümumiyyətlə qanunilik xassəsinə malik olmur və məhz buna görə də işə baxan məhkəmədən apelyasiya şikayətinin dəlillərində bu hallara istinad edilib edilməməsindən asılı olmayaraq məhkəmə aktının ləğvi tələb olunur.
71. Baxılan işdə apelyasiya instansiyası məhkəməsi MPM-nin 387.2.8-ci maddəsinə əsasən iş üzrə icr aata xitam verməli olduğu halda, iddiaçının cavabdehlərə qarşı iddia tələbi üzrə qanuni qüvvəyə minmiş qətnamələrin prosessual təsirini yalnız Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinadən preyudisial təsir həddində müəyyən etmiş, işə mahiyyəti üzrə baxaraq qeyd olunan qətnaməni çıxarmışdır. Buna görə də qətnamə MPM-nin 261.0.2 və 387.2.7-ci maddələrinə zidd olmaqla qanunsuzdur.
72. Azərbaycan Respublikası MPM-nin 418.4.10-cu maddəsində də iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv edilməsi tələb edilir.
73. MPM-nin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni pre dmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
74. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2018/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.