Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4114/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4114/22 (Açar sözlər: mülkiyyətin müdafiəsi) Bakı şəhəri, 24 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-665/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Cavabdeh1 10 saylı, 21 fevral 2007-ci il tarixli protokolundan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən və Cavabdeh1nə məxsus olan kooperativ yaşayış binasının birinci girişi, 16-cı mərtəbəsində ümumi sahəsi 190 kv.metr, yaşayış sahəsi 102,5 kv.metr olan dörd otaqlı, 46 saylı mənzilin dəyərini tam ödədiyindən müvafiq mənzilin ona verilməsi, payçıya order verilməsi üçün zəruri sənədlərin Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə göndərilməsi qərara alınmışdır (Cild İ; İ.vər. 14).
3. İddiaçı Cavabdeh1 sədri X4 ünvanladığı 24 aprel 2007-ci il tarixli ərizəsinin surətindən görünür ki, ünvan 1 ünvanı nda yerləşən və Cavabdeh1nə məxsus olan kooperativ yaşayış binasının birinci girişi, 16-cı mərtəbəsində ümumi sahəsi 190 kv.metr, yaşayış sahəsi 102,5 kv.metr olan dörd otaqlı, 46 nömrəli mənzili almaq istədiyindən onun Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlüyünə qəbul edilməsini xahiş etmişdir (Cild İ; İ.vər. 15).
4. Cavabdeh1 tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh1 MTK-nə məxsusdur. Bu binanın birinci girişi, 16-cı mərtəbəsində ümumi sahəsi 195 kv.m, yaşayış sahəsi 102,5 kv.m olan dörd otaqlı, 46 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Onun Cavabdeh1 MTK-nə borcu yoxdur (Cild İ; İ.vər. 12).
5. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 46 saylı, 24 may 2006-cı il tarixl i müqavilənin surətindən görünür ki, ünvan 2 ünvanında inşa edilmiş 1 girişli, 16 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m olan 4 otaqlı 46 nömrəli mənzilə dair tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır (Cild İ; İ.vər. 84).
6. Cavabdeh1 maliyyə arayışının surətindən görünür ki, ünvan 2 ünvanında inşa edilmiş 1 girişli, 16 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 195 kv.m olan 4 otaqlı 46 nömrəli mənzilin pay dəyəri Cavabdeh2 tərəfindən tam ödənilmişdir, onun müvafiq mənzilə dair Mənzil-Tikinti Kooperativinə borcu yoxdur (Cild İİ; İ.vər. 56). 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2014cü il tarixli 2-1(82)4054/2014 nömrəli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələ ləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “mənzil və mansard sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” barədə iddiası təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə yerləşən, Cavabdeh1 MənzilTikinti Kooperativinə məxsus 10b nömrəli kooperativ evin 1-ci girişi, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 195 kv.metr olan 46 nömrəli mənzil sahəsi və həmin binanın 1-ci girişində yerləşən, ümumi sahəsi 220kv.metr olan mansard sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə h əvalə edilməsi qərara alınmışdır (Cild İİ; İ.vər. 55).
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10b, ümumi sahəsi 162,5 kv.metr olan 46 nömrəli mənzil (yeni qaydalarla: AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 3, mərtəbə 16, mənzil 1) Cavabdeh2 məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 2273 nömrəli reyestr kitabının 211574 nömrəli vərəqində 03 fevral 2015-ci il tarixdə qeydiyyat aparılmışdır (Cild İİ; İ.vər. 54).
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövl ət Reyestri Xidmətinin İddiaçı nümayəndəsi Vəkil1 ünvanladığı 07 iyun 2016cı il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10, 46 nömrəli mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının bərpa edilərək dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə müraciətə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılmış, araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən mənzil üzərində İddiaçı hüquqları 13 fevral 2008-ci il tarixdə ləğv edilmiş DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən qanuna müvafiq qaydada qeydiyyata alınmışdır. 29 avqust 2010-cu il tarixdə həmin mənzilin üzərinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-156/2010 nömrəli qərardadı ilə həbs qoyulmuşdur (Cild İ; İ.v ər. 39 - 40).
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)156/2010 saylı, 23 noyabr 2016-cı il tarixli qərarının surətindən görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-156/2010 nömrəli 29 iyul 2010-cu il tarixli qərarı ilə daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi sözügedən əmlakın üzərində həbsin müddəti 6 ay olduğundan, həmin müddətin artıq bitdiyindən, müvafiq əmlak üzərində həbs mövcud olmadığından və olmayan həbsin götürülməsi mümkün olmadığından təmin edilməmişdir (Cild İ; İ.vər. 42 43).
11. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5(103)-58/2016 saylı, 23 dekabr 2016-cı il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-156/2010 saylı, 29 iyul 2010-cu il tarixli qərarı ilə da şınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair İddiaçı ərizəsinin təmin edilməməsinə dair həmin məhkəmənin 5(005)156/2010 saylı, 23 noyabr 2016-cı il tarixli qərarından şikayətçi İddiaçı nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-156/2010 saylı, 29 iyul 2010-cu il tarixli qərarı ilə daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair İddiaçı ərizəsinin təmin edilməməsinə dair həmin məhkəmənin 5(005)156/2010 saylı, 23 noyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-156/2010 saylı, 29 iyul 2010-cu il tarixli qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10-da yerləşən 46 nömrəli mənzilin üzərinə 6 ay müddətinə qoyulmuş h əbs bitdiyindən həmin həbsin götürülməsi haqqında 10 noyabr 2016-cı il tarixdə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbulundan imtina edilmişdir (Cild İ; İ.vər. 44 - 45).
12. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin ********* saylı cinayət işi üzrə icraatın xitam edilməsi barədə 24 aprel 2017-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 2013-cü ildə tanışı X1 atasına məxsus Cavabdeh1 MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə 16 və 17-ci mərtəbələrdə yerləşən 46 nömrəli mənzili və 46-A nömrəli mansardı adına sənədləşdirib çıxarış alacağı və bundan sonra mənzili sonuncuya qaytaracağını vəd edərək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində 20.000 (iyirmi min) manat pulunu ələ keçirib X2 miqd arda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 09 iyun 2014-cü il tarixli qərarından görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa olunmuş hündürmərtəbəli yaşayış evinin 1-ci blokunda, 16-cı mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 195 kv.metrdən ibarət 46 nömrəli mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 020364 nömrəli 15 may 2007ci il tarixli orderin ləğv edilməsi və həmin mənzilin adına sənədləşdirilməsi barədə sərəncam verilməsinin Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X6 izahatında idd ianın təmin edilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən Cavabdeh2 iddiası təmin edilərək ünvan 3 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa olunmuş hündürmərtəbəli yaşayış evinin 1-ci blokunda, 16-cı mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 195 kv.m-dən ibarət 46 nömrəli mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 020364 nömrəli 15 may 2007-ci il tarixli orderin ləğv edilməsi və həmin mənzilin Cavabdeh2 adına sənədləşdirilməsi barədə sərəncam verilməsi Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərüffatı İdarəsinə həvalə edilmişdir. Müvafiq qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat Cavabdeh2 əməlində cinayət tərkibi olmadığından xitam edilmişdir (Cild İ; İ.vər. 46 - 58).
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 4 ünvanladığı 13 may 2017-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10, 46 nömrəli mənzil ilkin olaraq 04 noyabr 2006-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir (Cild İ; İ.vər. 59). 14. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1462/17 saylı 18 may 2017-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının bərpa edilərək dövlət reyestrin dən çıxarışın dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi təmin edilərək, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0,19360 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 16 mərtəbəli binada 190 kv.metr ümumi, 88,8 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı, 46 nömrəli mənzilin dövlət reyestrindən təkrar çıxarışın İddiaçı verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır (Cild İ; İ.vər. 60 - 62).
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********68- 05301-093006 olan və 07 may 2018-ci il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, bina 10, 46 nömrəli mənzilin hüququ subyekti İddiaçıdur (Cild İ; İ.vər. 24 - 25).
16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, ev 10, ümumi sahəsi 163,9 kv.metr 46 nömrəli mənzil İddiaçı məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 203 nömrəli reyestr kitabının 21131 nömrəli vərəqində 08 may 2018-ci il tarixdə qeydiyyat aparılmışdır.(Cild İ; İ.vər. 26) İş matеrialları nda olan, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin 19 sentyabr 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, İddiaçı ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0,1936 ha torpaq sahəsində yerləşən 10 nömrəli yaşayış binasının birinci giriş, 16-cı mərtəbəsində ümumi sahəsi 190 kv.metr, yaşayış sahəsi 102,6 kv.metr olan 4 otaqlı, 46 nömrəli mənzilinin qeyriqanuni zəbt etmiş şəxsin kimliyinin müəyyənləşdirilməsi, eyni zamanda həmin şəxslərin məsuliyyətə cəlb olunmasında köməklik göstərilməsi barədə şikayət ərizəsi əsasında toplanmış materialdan məlum olmuşdur ki, müvafiq mənzil Cavabdeh2 məxsusdur və hazırda həmin mənzil "xxxx" Açıq Səhmdar Cəmiyyətində girovdadır. Bu baxımdan İ ddiaçı tələbi mübahisəli və mülki xarakterli olduğundan, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (Cild İ; İ.vər. 63 - 64).
17. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin 26 noyabr 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, İddiaçı ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0,1936 ha torpaq sahəsində yerləşən 10 nömrəli yaşayış binasının birinci giriş, 16-cı mərtəbəsində ümumi sahəsi 190 kv.metr, yaşayış sahəsi 102,6 kv.metr olan 4 otaqlı, 46 nömrəli mənzilinin qeyriqanuni zəbt etmiş şəxsin kimliyinin müəyyənləşdirilməsi, eyni zamanda həmin şəxslərin məsuliyyətə cəlb olunmasında köməklik göstərilməsi barədə şikayət ərizəsi əsasında toplanmış mater ialdan məlum olmuşdur ki, müvafiq mənzil Cavabdeh2 məxsusdur və hazırda həmin mənzil "xxxx" Açıq Səhmdar Cəmiyyətində girovdadır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin 19 sentyabr 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təhqiqatçı tərəfindən araşdırma səthi aparıldığından yenidən araşdırma aparılması üçün müvafiq rədd materialı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə qaytarılmış və əlavə araşdırılma aparılmışdır. Həmin mənzilin Cavabdeh2 İddiaçı satılmasını və ya verilməsini müəyyən etmək mümkün olmamışdır. Bu baxımdan İddiaçı tələbi mübahisəli və mülki xarakterli olduğundan, toplanmış material üzrə cinayət işinin başlanması rədd edi lmişdir (Cild İ; İ.vər. 64 - 65). 18. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı 17/638 saylı, 20 fevral 2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 10 nömrəli, 16 mərtəbəli binada yerləşən ümumi sahəsi 190 kv.metr olan 46 nömrəli mənzil X7 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq 17 aprel 2008-ci il tarixdə ipoteka ilə yüklü edilmiş, 28 noyabr 2008-ci il tarixdə ipoteka yüklülüyündən azad edilmişdir (Cild İ; İ.vər. 21).
19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10, 46 saylı mənzil İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10B, 46 saylı mənzil xx.xx.2015-ci il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir. 44 saylı NKnun xx.xx.2015-ci il tarixli 4Ə-125 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. 53 saylı NK-nun xx.xx.2018ci il tarixli 4Ə-1489 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir (Cild İİ; İ.vər. 39). 20. 23/14-23 saylı, xx.xx.2020-ci il tarixli Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Mənzil Kooperativ Təsərrüfatı idarəsinin məktubuna əsasən Cavabdeh1 MTK tərəfindən təqdim ed ilmiş sənədlər əsasında ünvan 6 ünvana dair İddiaçı adına 15 may 2007-ci il tarixdə 020364 saylı order verilmişdir (Cild İİ; İ.vər. 241). 21. 020364 saylı orderin təsdiq edilmiş surətindən görünür ki, ünvan 6, 102.5 kv.m sahəsi, 4 otaqlı mənzil İddiaçı adına verilmişdir (Cild İİ; İ.vər. 242). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
22. İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən mənzil üzərində özbaşına aparılmış dəyişikliklərin cavabdehlər Cavabdeh1 MTK-nin, eləcə də cavabdehlər Cavabdeh2, Cavabdeh3 şəxsi vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında mübahisəli mənzilə dair bağlanmış 46 saylı müqavilənin, Cavabdeh2 ilə Cavabdeh3 arasında mübahisəli mənzilə dair bağışlama müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş çıxarışın, həmin çıxarış əsasında Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış daşınmaz əmlakın alqısatqı müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh4 adın a verilmiş çıxarışların etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd edilən mənzildən dərhal çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi və İddiaçı ünvan 7 ünvanında yerləşən mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində istifadədə olan 0.1936 ha torpaq sahəsi üzərində yerləşən on nömrəli yaşayış binasının birinci giriş, on altıncı mərtəbəsində ümumi sahəsi 195,0 kv.m, yaşayış sahəsi 102,5 kv.m, olan dörd otaqlı qırx altı saylı mənzilin pay dəyərini tam ödəməklə mülkiyyət hüquqları əldə etmişdir. Bundan sonra o, həmin mənzil sahəsinə dair çıxarış almışdır. Lakin müəyyən səbə blərdən həbs edildikdən sonra həmin mənzilin çıxarışı və texniki pasportu naməlum şəraitdə itmişdir. Həmin mənzilin çıxarışının və texniki pasportunun dublikatının verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət etdikdə həmin mənzilin üzərində həbs olmasını əsas gətirərək dublikatın verilməsindən qanunsuz olaraq imtina edildi. Halbuki Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin, eləcə də Bakı Apelyasiya Məhkəməsinin qərarından göründüyü kimi həmin mənzilin üzərində hal-hazırda heç bir həbs mövcud deyil. Bundan sonra o, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, hüquqları bərpa olunaraq, mənzilin dublikat çıxarışının verilməsi qərara alınmışdır. Qərar qanuni qüvvəsini alm ış və icra edilərək ona yenidən mənzilinə dair çıxarış və texniki pasport təqdim edilmişdir. O, həbsdə olması ilə əlaqədar mənzilə vaxtaşırı baş çəkə bilməsə də yaxın qohumları, eləcə də etibarnamə üzrə nümayəndəsi vaxtaşırı mənzilə baş çəkmişdir. Təxminən avqust ayında onun yaxın qohumları tərəfindən növbəti dəfə mənzilə baş çəkmək istəyərkən mənzilin yan tərəfindən yeni qapı açılmasının, mənzilin qapısının açarlarının dəyişdirilməsi məlum olmuşdur. Mənzildə yaşayış olmadığından həmin şəxsin kim olması məlum olmadığından ərizə ilə Nərimanov rayon polis idarəsinə müraciət edilmiş, araşdırma nəticəsində məlum olmuşdur ki, mənzili zəbt edən şəxs Cavabdeh2dur. Bundan sonra o, iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, iş üzrə qətnamə çıxarılmaqla yanaşı aparılan araşdırmalar zamanı cinayət əməlləri mövcud olduğundan xüsusi qərardad qəbul edilməklə iddia təmin edilmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh2 qardaşı və nümayəndəsi bütün məhkəmə iclaslarında mənzilin yalnız Cavabdeh2 məxsus olmasını iddia etməklə ona dair sübutların da məhkəməyə təqdim etmiş, məhkəməyə əlavə alqı-satqı haqqında heç bir sübut təqdim etməmişdir. Lakin cavabdeh Bakı Apclyasiya Məhkəməsinə təqdim edilmiş sübutların hansı səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə deyil, Apelyasiya instansiyasına təqdim edilməsini əsaslandırmamış, məhkəmə də apelyasiya instansiyasında təqdim edilmiş sübutları qəbul etmişdir. Halbuki AR MPM-nin 78.1-ci maddəsinə əsasən Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir və həmin məcəllənin 371 -ci maddəsinə görə Yeni sübutlar apelyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan sonra Bakı Apelyasiya məhkəməsi işə baxarkən apelyasiya şikayətinin əsasını təşkil edən mənzilin digər şəxslərə hələ 2018-ci ilin oktyabr ayından alqı-satqı yolu ilə satılmasına istinad etsə də şikayətçinin və mənzili guya “alan” şəxsin öz yazılı ifadəsində mənzilin Royal Bankda girovda olmasını, və hərrac yolu ilə almasına münasibət bildirməmişdir. Belə olan halda iddiaçı alqı-satqı barədə notariat işinin məhkəməyə gətirilməsini tələb etsə də vəsatət təmin edilməmişdir. Beləliklə Bakı Apelyasiya Məhkəməsinin 30 iyul 20 19-cu il tarixli, 2(103)-7890/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(005)-573/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamənin ləğvinə səbəb isə Cavabdeh2 qardaşı tərəfindən məhkəməyə təqdim edilmiş alqı-satqı və bağışlama müqavilələri olmuşdur. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi ona məxsus olan mənzilin ünvanına “b” artırmaqla eyni mənzilin mübahisəsi gedir. Cavabdehlərin əsl niyyəti birləşərək həbsdə olan şəxsin mənzilini özgəninkiləşdirərək, gəlir əldə etmək olmuşdur. 2010-cu ildə tamam başqa bir epizod üzrə o 9 il müddətinə azadlıqdan məhrum edilib. 2014-cü ildə Cavabdeh1 MTK-nın sədri rəhm ətə gedib və onun oğlu orada qalmış yiyəsiz qalan evləri digər Cavabdeh2lə əlbir olaraq ələ keçirirlər. Cavabdeh2 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək çıxarış almaq istəyir. Məhkəməni udur, lakin Daşınmaz Əmlakda aşkarlanır ki, həmin əmlaka çıxarış var və başqa şəxsin adına qeydiyyatdan keçirilib. Götürülüb qərarda dəyişiklik ediblər, guya çıxarış almaq istədiyi mənzil 10B-dir. Mübahisəli mənzilin ünvanına B hərfi əlavə edirlər. T.Hüseynovu Cavabdeh2 aldadır. Ona görə də T.Hüseynov polisə şikayət edir. Hazırda Cavabdeh2 axtarışdadır. Sonradan cinayət işinə xitam verilir.
24. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.Ədilova) 2(005)-430/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 Mənzil Tikinti Koope rativi arasında bağlanmış 46 saylı 24 may 2006-cı il tarixli müqavilənin, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə-125 reyestr nömrəli bağışlama müqaviləsinin, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-1489 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı, Cavabdeh3 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı 461089 saylı, Cavabdeh4 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışların ləğv olunması, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nərimanov r ayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, 10 nömrəli evin 46 nömrəli mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, 10 nömrəli evin 46 nömrəli mənzilində özbaşına aparılmış dəyişikliklərin cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinin və Cavabdeh2 vəsaitləri hesabına əvvəlki vəziyyətə qaytarılması, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, 10 nömrəli evin 46 nömrəli mənzilinə köçürülməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
25. Məhkəmə qeyd etmişdir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yarat mayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllədə etibarsız əqdlər öz kateqoriyasına görə mübahisə edilən və ya əhəmiyyətsiz əqdlərə bölünməklə növündən asılı olaraq onların müxtəlif əsasları müəyyən edilmişdir. Lakin mübahisə edilən və ya əhəmiyyətsiz əqd olmasından asılı olmayaraq daşınmaz əmlakın alqı-satqısından irəli gələn mülkiyyət hüququnun əmələ gəlməsi üçün ən azı iki tərəfin iradə ifadəsinin bildirilməsi, başqa sözlə ən azı iki tərəfin öz aralarında bağlanmış müqavilə şəklində razılaşması tələb olunur. Belə əqdlərdə lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun ifadə olunmasın ın vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Sadə dildə dedikdə, birincisi - hər iki tərəf bilavasitə və ya nümayəndəsi vasitəsi ilə məcburi qaydada müqavilənin bağlanmasında iştirak etməlidir, ikincisi – tərəflər müqaviləni bağlamalıdırlar (imzalamalıdırlar). Sonradan həmin əqdin etibarsız hesab edilməsi üçün hər hansı əsasın, o cümlədən əqdin hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində, habelə hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün və ya başqa əqdi pərdələmək və ya digər məqsədlərlə bağlanmasının müəyyən edilməsi istisna deyil. Bu da belə əqdlərin Mülki Məcəlləsinin 337-ci maddəsinin tələbləri baxımından etibarsız hesab edilməsi üçün bilavasitə əsas yaradır. Lakin hər bir halda Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən 14-cü fəslindən (337-354-cü maddələr) belə nəticəyə gəlmək olur ki, tərəflərin iştirakı ilə və onlar tərəfindən (şəxsən və ya nümayəndə vasitəsi ilə) imza edilməklə bağlanmış əqdlərin etibarsızlığı mübahisələndirilə bilər.
26. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, ev 10, 46 saylı mənzilə dair həm İddiaçı, həm də Cavabdeh2 adına onların hər birinin ayrılıqda mülkiyyət hüquqlarını təsdiqləyən çıxarışlar vardır. Məhkəmə qeyd etmişdir ki, 10 və 10B saylı mənzillərin eyni mənzil olması işin mübahisəsiz hallarıdır.
27. Məhkəmə belə nəticəyə gəlmişdir ki, ünvan 7 iddiaçı şəxs İddiaçı daim istifadəsi və sərəncamında olmuşdur. Belə ki, qeyd edilən mənzilə dair müvafiq çıxarış ilkin olaraq iddiaçı şəxsin adına qeydiyyatdan keçmiş, iddiaçı ilə bank arasında ipoteka müqaviləsi bağlanmış, sonradan borc ödənildiyindən həmin mənzil girovdan azad edilmişdir, eyni zamanda iddiaçı şəxs tərəfindən çıxarış itirildiyindən onun dublikatının verilməsi ilə bağlı aidiyyəti təşkilata müraciət edilmiş, onun imtinası əsasında iddiaçı müvafiq inzibati-iqtisadi məhkəməsinə müraciət etmiş, həmin məhkəmə qərarı ilə müvafiq çıxarışın dublikatının verilməsi cavabdeh təşkilata həvalə edilmişdir.
28. Məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsaslıdır və Cavabdeh2 ilə "Şakir” Mənzil Tikinti Kooperativi arasında bağlanmış 46 saylı müqavilə, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə-125 reyestr nömrəli bağışlama müqaviləsi, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-1489 alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.
29. Məhkəmə iddia tələbinin “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə bağlı aparılmış çıxarışların ləğv edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olmuş ünvan 7 ünvanında yerləşən mənzilin üzərində Cavabdeh4 mülkiyyət hüququ ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün məhz ondan əvvəl bağlanmış Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsas olmuşdur. Həmin müqavilə etibarsızdır.
30. Məhkəmə qeyd etmişdir ki, ünvan 7 ünvanında yerləşən mənzilin alqı-satqısı uyd urma əqdin əlamətləri olan 24 may 2006-cı il tarixli 46 saylı müqavilənin əsasında olduğundan Cavabdeh4 hazırki mübahisədə vicdanlı alıcı ola bilməz. İlk öncə o səbəbdən ki, Cavabdeh4 həmin mənzili qanuni əsaslarla əldə etdiyini bəyan edərək özünü vicdanlı alıcı hesab etməsi ilə bağlı məsələni mübahisələndirmir.
31. Belə ki, Cavabdeh4 mübahisəli mənzili əldə edərkən vicdanlı alıcı olması ilə bağlı faktları mübahisələndirməmiş, bu hal isə onun xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən vicdanlı alıcı kimi hərəkıət etməsi halını şübhə altına alır və cavabdeh bununla bağlı hər hansı etiraz və dəlillərini məhkəməyə təqdim etməmişdir.
32. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin əqdin etibarsızlığının hüquqi nəticələrini tənzimləyən 337.5-ci mad dəsinin müddəaları tətbiq edilməməlidir.
33. Belə ki, məhkəmə araşdırması zamanı alqı-satqı müqaviləsi üzrə məbləğin həqiqətən də ödənilməsi faktı müəyyən olunmadığından əqdin etibarsızlığının nəticələri hazırkı iş üzrə tətbiq edilməməlidir. Çünki, etibarsızlığın nəticələrinin hazırkı iş üzrə tətbiq edilməsinin üçün əsaslar mövcud deyildir.
34. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbinin hüquqi əsasından biri də mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi, mülkiyyətə cavabdeh tərəfindən qəsd və ya başqa maneələrin həyata keçirilməsi və mülkiyyətçinin qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etməsidir. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya ş ərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
35. Eyni zamanda, iddia ərizəsində qeyd edildiyi və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-573/2019 saylı mülki işi üzrə məhkəmə tərəfindən təyin edilmiş yerli baxış zamanı müəyyən edildiyi kimi müvafiq mənzil ilə bağlı müəyyən edilmiş dəyişikliklər Cavabdeh2 ilə "Şakir” Mənzil Tikinti Kooperativinin vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılmalıdır. Görülən əlavə dəyişikliklər nəticəsində qeyd edilən mənzilin yan tərəfindən əlavə qapı açılmışdır. Gələcəkdə arzuolunmaz nəticələrin yaranmaması məqsədilə, qeyd edilən dəyişiklər cavabdehlərin vəsaitləri hesabına əvvəlki vəziyyətə qaytarılmalıdır.
36. Belə olan halda isə Cavabdeh2 adına Azərbaycan Respubl ikası ƏMDK yanında DƏDRX-dən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı, Cavabdeh3 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı 461089 saylı, Cavabdeh4 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışlar ləğv edilməli, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, 10 nömrəli evin 46 nömrəli mənzilində özbaşına aparılmış dəyişikliklər cavabdehlər "Şakir” Mənzil Tikinti Kooperativinin və Cavabdeh2 vəsaitləri hesabına əvvəlki vəziyyətə qaytarılmalı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, 851ci məhəllə, Həsənoğlu küçəsi, 10 nömrəli evin 46 nömrəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməli, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, 10 nömrəli evin 46 nömrəli mənzilə köçürülməlidir.
37. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 139.1, 139.3, 139-1.1, 139-1.1.3, 139-1.1, 146.2, 152.1, 178.8, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 359.1, 362.1, 389.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2010-cu il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
38. Cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
39. Cavabdeh4 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri kobud surətdə pozulmuş, tətbiq edilməli olmayan hüquq normaları tətbiq edilmiş, işin hallarına və iddiaçının təqdim etdiyi sübutlara obyektiv hüquqi qiymət verilməmiş, işə iddiaçıya münasibətdə birtərəfli, qərəzli, qeyri-obyektiv baxılmış, əsassız və qanuna zidd qətnamə çıxarılmışdır. Belə ki, məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi üzrə məbləğin həqiqətən ödənilməsi faktı müəyyən olunmur. İş materiallarında tərəflər arasında bağlanmış müqavilənin əsli və həmin müqavilə üzrə ödəniş qəbzinin surəti, digər sənədlər məhkəmə yə tərəfindən təqdim edilmiş, lakin məhkəmə sənədləri nəzərə almamışdır. Digər tərəfdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən qabaq pretenziya qaydasında xəbərdarlıq etməmiş, məhkəmə proseslərinin vaxtı barədə ona bildirişlər göndərilməmişdir.
40. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi işə baxarakən işin faktiki hallarını düzgün qiymətləndirməmiş, məhkəmə prosesi zamanı vəsatətlərimizə düzgün baxılmamış, mənzilin yerləşmə yeri və digər mühim hallar araşdırılmamış, iddiaçının mülahizələri əsasında qətnamə çıxarılaraq maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdeh1 MTK tərəfindən İddiaçı verilmiş mənzillə Cavabdeh2 satılmış mənzillər eynilik təşkil etmir, eyni binada yerl əşmir. Belə ki, iş materiallarında olan sənədlər və dəlillər mənzillərin fərqli olduğunu, İddiaçı verilmiş mənzilin yerləşdiyi bina ilə ona verilmiş mənzilin yerləşdiyi bina arasında kifayət qədər fərqlər vardır. Belə ki, İddiaçı mənzili Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə 10 saylı binada yerləşir, ona satılmış mənzil isə 10b saylı binada yerləşir. Bunu təsdiq edən Cavabdeh1 MTK tərəfindən İddiaçı verilmiş maliyyə arayışı, 27.02.200ci il tarixli 10 Saylı Protokoldan çıxarış, İddiaçı Cavabdeh1 MTK-ya xx.xx.2007-ci il tarixli ərizəsi, AR DİN-in yaşayış yeri üzr qeydiyyat haqqında ******* nömrəli arayışı, 18-ci Polis Şöbəsinin vəkil sorğusuna verdiyi OSİ-12690 saylı cavab məktubu, Cavabdeh1 MTK-nın təqdim etdiyi Arayışı və digər sənədlər təsdiq edir. Nümayəndəsi məhkəmədə vəsatət qaldırmışdır ki, binaların və mənzillərin eyniliyi barədə iddiaçının dəlilləri yoxlanmalı, məhkəmə tikinti texniki ekspertizası təyin edilməli, yerində baxış keçirilməlidir. Cavabdeh1 MTK ilə İddiaçı arasında mənzilə dair mübahisənin mənzili alan Cavabdeh2, daha sonra mənzil əldə edən şəxslərin Cavabdeh3 və Cavabdeh4 hüquqlarını pozur.
41. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Q.Əsədov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışinski) 2(103)-665/2022 nömrəli iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
42. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaş mışdır. Belə ki, birinci instansiya məhkəməsi işin materialları əsasında müəyyən edilmiş işin faktiki hallarına və yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq mübahisələndirilən 10 və 10B saylı mənzillərin eyni mənzil olması qənaitinə gələrək Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, ev 10B, 46 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 24 may 2006-cı il tarixli 46 saylı müqavilənin etibarsızlığı ilə bağlı hissədə iddia tələbini əsaslı hesab etmiş və gəldiyi nəticəni belə əsaslandırmışdir ki, mülki iş materiallarında olan ********* nömrəli arxiv cinayət işindən çıxarılmış şikayət ərizələrindən göründüyü kimi, hazırda mübahisələndirilən müqavilə Cavabdeh1 MTK-nın təsisçisinin oğlu ilə Cavabdeh2 arasında olan sövdələşmə nəticəsində r əsmiləşdirilmiş, həmin sövdələşməyə əsasən sonuncu T.Ş.Hüseynova mübahisəli mənzilə və mansarda dair çıxarış əldə etməsi üçün köməklik edəcəyi vədini vermişdir. Lakin faktiki olaraq Cavabdeh2 tərəfindən hər hansı məbləğdə pul Cavabdeh1 MTK-ya ödənilməmişdir. Digər tərəfdən mülki iş materiallarında olan xx.xx.2016-cı il tarixli AR ƏMDK yanında DƏDRX-nin məktubu ilə müəyyən edilir ki, mübahisəli mənzil üzərində İddiaçı hüquqları xx.xx.2008-ci ildən qanunamüvafiq qaydada qeydiyyata alınmışdır. Məhkəmə mübahisələndirilən mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında 2006-cı ildə bağlandığını, İddiaçı adına isə 2007-ci il tarixdə orderin olmasına münasibətdə qeyd etmişdir ki, əvvəla 24 may 2006-cı il tarixli 46 saylı müqavilədə mübahisəli əmlakla bağlı mənzilin ünvanı 10B kimi qeyd edilmişd ir, lakin iddiaçıya məxsus əmlakın 10 nömrəli kooperativ binası olduğu görünür. Məhkəmə araşdırması müddətində cavabdehlər arasında bağlanmış 24 may 2006-cı il tarixli 46 saylı müqavilənin əsli məhkəməyə təqdim edilməmiş, müqavilənin əsli yoxdursa, müqavilələrin qeydiyyat kitabları, ilkin ödəniş və sonrakı ödənişlər barədə kassa mədaxil orderləri, əgər mədaxil orderləri yoxdursa, müəssisəyə mədaxil olunmuş pulların dövriyyəsini təsdiq edən kassa kitabı məhkəməyə təqdim edilməli idi. Əgər bu sənədlər məhkəməyə təqdim olunmayıbsa, yalnız mübahisəli müqavilənin iddiaçıya məxsus orderdən daha əvvəl bağlanması ilə əlaqədar cavabdehlərin əsası olmayan sözlərinə istinad edilməsi qəbul edilməzdir. Belə ki, deyilən fakt AR ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli məktubu ilə də təsdiqini tap ır. Belə ki, həmin məktubdan aydın olur ki, Bakı şəhəri, Nərimanov rayonu, 851-ci məhəllə, Həsənoğlu küçəsi, ev 10, 46 saylı mənzil İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir.(2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)1462/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə təkrar çıxarışın verilməsi öhdəliyi həvalə edilmişdir). xx.xx.2015-ci il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir.(2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2- 1(82)-4054/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarından sonra). Qeyd edilənlərdən habelə daşınmaz əmlakın dövlət reyestrinin məzmununun tamamlığı prezumpsiyasından da belə nəticəyə gəlinir ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 24 may 2006-cı il tarixli 46 saylı payın alqı-satqı müqaviləsində Mülki Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulan uydurma əqdin əlamətləri də müşahidə olunur. Belə ki, mübahisəli mənzilə dair “Cinayət işi üzrə icraatın xitam edilməsi barədə” 24 aprel 2017-ci il tarixli izahatlarda əks olunan faktlar alqı-satqı müqaviləsinin etibarlı müqavilə olmasını istisna edən hallardandır. Ona görə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK iddia tələbinə etirazlarda buna aydınlıq gətirməli idilər. Belə ki, yalnız müqavilənin iddiaçıya məxsus orderdən daha əvvəl bağlanması əsasında daşınmaz əmlakın həqiqətən də qanuni əsaslarla Cavabdeh2 satıldığına dair mülahizələr açıq-aşkar inandırıcı və ağlabatan deyildir. Qeyd olunanlara əsasən, ünvan 7 iddiaçı şəxs İddiaçı daim istifadəsi və sərəncamında olmuşdur. Belə ki, qeyd edilən mənzilə dair müvafiq çıxarış ilkin olaraq iddiaçı şəxsin adına qeydiyyatd an keçmiş, iddiaçı ilə yuxarıda qeyd edilən bank arasında ipoteka müqaviləsi bağlanmış, sonradan borc ödənildiyindən həmin mənzil girovdan azad edilmişdir, eyni zamanda iddiaçı şəxs tərəfindən çıxarış itirildiyindən onun dublikatının verilməsi ilə bağlı aidiyyəti təşkilata müraciət edilmiş, onun imtinası əsasında iddiaçı müvafiq inzibati-iqtisadi məhkəməsinə müraciət etmiş, həmin məhkəmə qərarı ilə müvafiq çıxarışın dublikatının verilməsi cavabdeh təşkilata həvalə edilmişdir.
43. Məhkəmə kollegiyası cavabdehlərin apelyasiya şikayətlərinin Cavabdeh1 MTK tərəfindən İddiaçı verilmiş mənzillə Cavabdeh2 satılmış mənzillərin eynilik təşkil etmədiyi, eyni binada yerləşməməsi, iş materiallarında olan sənədlər və dəlillərin mənzillərin fərqli olduğunu, İddiaçı verilmiş mənzilin yerləşdiyi bina ilə ona verilmiş mənzilin yerləşdiyi bina arasında kifayət qədər fərqlər olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, apelyasiya icraatı zamanı cavabdehlərin həmin dəlilləri ətraflı araşdırılmış, tərəflərin apelyasiya icraatında təqdim etdikləri əlavə materiallar əlavə araşdırılmış, mübahisəli mənzillərin yerləşdiyi binalara yerli baxış keçirilmiş və araşdırma nəticəsində müəyyən edilmişdir ki, mübahisəli ərazidə Cavabdeh1 MTK tərəfindən iki bina inşa edilmişdir. Həmin binalardan biri 6 girişli, 10 mərtəbəli, 130 mənzilli, digəri isə 1 girişli, 16 mərtəbəli 52 mənzilli binalardır. İddiaçıya və cavabdehlərə verilmiş müqavilələrdə hər iki mənzilin 1-ci giriş, 16 mərtəbəli binada yerləşməsi qeyd edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının mülkiyyə tində olan mənzilin çıxarışının dublikatının alınması barədə məhkəməyə müraciət etmiş, müvafiq məhkəmə qərarı aldıqdan sonra cavabdeh həmin qətnaməni apelyasiya qaydasında mübahisələndirsə də, şikayəti təmin edilməmiş, bundan sonra cavabdeh iddiaçıya verilmiş orderi məhkəmədə mübahisələndirsə də, iddiası baxılmamış saxlanılmışdır. Qeyd edilən hallar cavabdehin mübahisəli mənzillərin eyni mənzil olmasını qəbul edib mübahisələndirilməsini təsdiq edir. Göstərilən hallar cavabdehlərin mübahisələndirilən mənzilin onların mülkiyyətində olan eyni mənzil olmaması barədə apelyasiya şikayətlərinin dəlillərinin əsasız olmasını təsdiq edir.
44. Bundan əlavə, mübahisələndirilən mənzilə cavabdehin adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi üçün əsas olmuş inzibati məhkəmənin qərarı ləğv ed ilmişdir və həmin iddia baxılmamış saxlanılmışdır.
45. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 139.1, 139.3, 139-1.1, 139-1.1.3, 139-1.1, 146.2, 152.1, 178.8, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 359.1, 362.1, 389.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2010-cu il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
46. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
47. Kassasiya şikayəti onun la əsaslandırılmışdır ki, mənzillərin eyni olmaması apellyasiya məhkəməsi zamanı sübuta yetirilmişdir. Binalara baxış keçirilərkən həmin ərazidə iki binanın olması, birinin 10, digərinin isə 10B olması məlum olmuşdur.
48. Məhkəmənin müqavilənin Cavabdeh1 MTK-nın təsisçisinin oğlu Hüseynov Tural ilə Cavabdeh2 arasında sövdələşmə nəticəsində rəsmiləşdirilməsinə istinad etməsi əsassızdır. Cavabdehlə Hüseynov Tural arasında heç bir sövdələşmə olmamışdır. Aralarında sadəcə mübahisə olub, mübahisənin bu mənzillə heç bir əlaqəsi olmamışdır.
49. Məhkəmə zamanı Cavabdeh1 MTK tərəfindən məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, həmin binalarda İddiaçı aid mənzil mövcüd deyil. Məhkəmə bu fakta hüquqi qiymət verməmişdir.
50. Cavabdeh2 lə MTK arasında müqavilə 2006-cı ildə, İddiaçı ilə isə gü ya 2007-ci ildə bağlanılmışdır. Sənədlərin həqiqi olub-olmaması ilə bağlı ekspertiza keçirilə bilər.
51. İş materiallarında olan sənədlərə, sorğuların cavablarına (MTK, Reyestr Xidməti, Nərimanov rayon İcra Hakimiyyəti) obyektiv hüquqi qiymət verilməmişdir.
52. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 560.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. İddiaçı nümayəndəsi Vəkil1 kassasiya şikayətinə qarşı etiraz ərizəsi göndərərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
54. Maddə
13. Mülkiyyət to xunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
55. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi
56. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
57. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
58. Maddələr 139-1.1, 139-1.1.3, 139-1.1.4. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
59. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
60. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi ki mi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
61. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
62. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
63. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
64. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləş dirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
65. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
66. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
67. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
68. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının a yrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
74. Məhkəmə kollegiyası, qətnaməni cavabdeh Ə.Namazovun şikayəti əsasında onun mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə Ə.Namazovun kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlı dır.
75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
77. Kollegiya bildirir ki, Cavabdeh2 adına rəsmiləşdirilmiş müqavilənin, reyestr qeydinin etibarsızlığına, habelə mübahisəli mənzilin eyni olub-olmamasına dair tərəflərin dəlillərinə apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar əsasında qiymət verilmişdir.
78. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məh kəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
80. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
81. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-665/2022 nömrəli, 29 mart 2022-ci il tarixl i qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.