Məhkəmə qərarları › İş №2(102)-4118/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4118/2020

23.07.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4118/2020 23.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh, vəkili X10, İddiaçı Marufcan oğlu, müstəqil tələb irəli sürən üçüncü şəxs X5, müstəqil tələb irəli sürməyən şəxslər X1, X6, X7, X3 və onların vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(001)-322/2019, hakim F.H.Qasımov) İddiaçı Marufcan oğlu, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh Cavabdeh qarşı iddiaları qismən təmin edilmiş, XXX ümumi istifadədə olan gediş-gəliş yolunda Cavabdeh istifadəsində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında uzunluğu 5,5 metr, eni bir tərəfdən 5,1 metr, digər tərəfdən 4,5 metr təşkil edən ümumi istifadədə olan torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş hasar və metal konstruksiyalı darvazanın cavabdehin vəsaiti hesabına sökülməsi və gediş-gəliş yolunun əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-14699/2019, hakiml ər Ş.A.Məmmədova, V.T.Həsənov, X.Ə.Sarıyev) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Marufcan oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən özbaşına tikilmiş ümumi istifadədə olan yol torpaq sahəsindəki tikililərin onun hesabına sökülərək, yol torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, X5 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yuxarıda göstərilən məzmunda qətnamə çıxarılmasını xahiş etmiş dir. Daha sonra İddiaçı Marufcan oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, yaşadığı XXX ümumi istifadədə olan gediş-gəliş yolunun torpaq sahəsində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yanında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunda nəzərdə tutulmamış cavabdehin özbaşına tikdiyi hasarın və digər özbaşına tikililərin Cavabdeh tərəfindən cavabdehin hesabına sökülməsi və cavabdehin qeyd edilən gediş gəliş yolunda özbaşına zəbt etdiyi torpaq sahəsinin cavabdeh tərəfindən cavabdehin hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, yuxarıda göstərilən məzmunda qətnamə çıxa rılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar araşdırılmamış, iş üzrə təqdim edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verilməmiş, mübahisə edilən hasar və darvazanın nə iddiaçı, nə də digər şəxslərin ümumi istifadəsində olan yola heç bir maneəsi və aidiyyəti olmadığı halda həmin tikililərin sökülməsi barədə əsassız nəticəyə gəlinmişdir. Cavabdehin kassasiya şikayətinə qarşı iddiaçı və üçüncü şəxslər tərəfindən yazılı etiraz verilmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər və vəkilləri isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və q ərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs onlara məxsus yaşayış evlərinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun cavabdeh tərəfindən zəbt edilməsinə istinad edərək hazırki iddia ərizəsi lə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsi ilə özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılmasının əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsi ilə özbaşına tikinti və onun nəticələri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi tikililər tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edildikdə özbaşına tikili hesab edilir. Göstərilən üç haldan ən azı birinin mövcudluğu tikilinin qanunvericiliyin tələblərinə riayət edilməklə inşa edilməsini istisna edir. İddiaçı və üçüncü şəxsin sökülməsini mübahisələndirdiyi tikililərin özbaşına tikili olması işin mübahisəsiz halıdır. Qeyd edilən normada belə tikililərin sökülməsi barədə məhkəmə iddia qaldırmaq hüququ olan subyektlərin dairəsi müəyyən edilmişdir; belə ki, özbaşına tikilinin sökülməsini müvafıq icra hakimiyyəti orqanı və ya maraqlı tərəf tələb edə bilər. İddiaçı və üçüncü şəxs məhz maraqlı tərəf qismində ümumi istifadədə olmalı olan torpaq sahəsinin cavabdehin üstün hüquqlarını müəyyən edən hər hansı qanuni əsas olmadan birtərəfli qaydada zəbt edildiyinə istinad edərək hazırki iddianı qaldırmışlar. İş üzrə ekspert rəyləri ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısınd akı ümumi istifadə olunan mübahisəli torpaq sahəsinin Cavabdeh tərəfindən mişar daşı vasitəsilə hasara alınaraq bağlandığı və cavabdehin istifadəsində olan həyətyanı sahəyə birləşdirildiyi, eləcə də həmin sahənin giriş hissəsində metal konstruksiyalı darvaza quraşdırıldığı müəyyən olunmuşdur. Tədqiq olunan yaşayış evinin qarşısındakı mübahisəli torpaq sahəsinin istifadəyə verilməsi və həmin sahədə hasar inşa olunması və giriş-çıxış qapısı quraşdırılmasına dair hər-hansı icazəverici sənədlər olmadığını nəzərə alaraq, həmin hasarın inşa edilməsinin və ümumi istifadə olunan sahənin tutulmasının tikinti normalarına uyğun olmadığı müəyyən edilir. Göründüyü kimi, mübahisə edilən tikilinin tikinti məqsədləri üçün ayrılmayan, ümumi istifadədə olan torpaq sahəsində və buna lazımi icazələr alınmadan inşa edilməsi iş materialları ilə təsdiq edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar