Məhkəmə qərarları › İş №2(102)-4121/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4121/2022

10.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4121/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: miras qoyanın öhdəliklərinə görə vərəsələrin məsuliyyəti, məhkəmə aktının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı əsassız əldə edilmiş pulun vərəsələrdən tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-607/2022 nömrəli, 29 mart 2022-ci il tarixl i qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2018-ci ildə X5 ailə üzvləri ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 1 saylı Yataqxananın 9 saylı otağını satmaq üçün ev alqı-satqısı ilə məşğul olan X6 müraciət etmişdir.

2. Sonuncu otağın dəyəri qismində 13000 manat ödəməklə bağlı İddiaçı ilə razılığa gəlmiş, həmin məbləğin bir hissəsi satıcı qismində X3 ödənilmişdir.

3. Cavabdeh3 X2 arvadı, Cavabdeh1 onun qızı, Cavabdeh2 isə əvvəlki nikahdan olan oğludur.

4. X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-3170 /2021 nömrəli qətnaməsi ilə yuxarıda qeyd olunan məbləğlə bağlı X4 2500 manat pulun alınıb İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10000 manat borcun, 3000 manat maddi ziyanın və 31 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ildə İlham Hüseynov onu X5 ilə tanış etmiş və həmin vaxt sonuncu və onun həyat yoldaşı Şəfiqə ona bildirmişlər ki, razılaşdırılmış pulu versin və onlar da yaxın müddətdə yataqxananı sənədləşdirməklə onun adına alğı-satqı edəcəklər. Bu şəxslərə inanaraq 13000 manat pul vermiş və sonradan ona məlum olmuşdur ki, bu pulun 3000 manatını İlham özünə götürmüş və 10000 manatı isə yataqxana sahibi kimi özünü təqdim etmiş Məmiş Şiriyevə vermişdir. Lakin bu şəxslər vəd verdikləri vaxtda yataqxananı onun adına rəsmiləşdirməmiş və bundan sonra aldadıldığını başa düşərək məhkəmədə İlham Hüseynova qarşı iddia qaldırmaqla yataqxanaya görə vermiş olduğu pulları ondan tələb etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İlham Hüseynovdan 2500 manat pulun alınaraq ona verilməsi qət edilmiş, ona izah edilmişdir ki, yataqxanaya görə ödənilmiş pulu özünü mənzilin sahibi kimi təqdim etmiş Məmiş Şiriyevdə n tələb etməlidir. Hazırda sonuncu dünyasını dəyişmişdir. X8 aldığı pulla Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsində özünə 2 mərtəbəli fərdi yaşayış evi tikmiş və hazırda həyat yoldaşı və uşaqları qeyd edilən evdə yaşayırlar. Hesab edir ki, Şiriyev Məmiş artıq həyatda olmadığı üçün verdiyi onun qanun üzrə 1-ci növbə vərəsələrindən tutulmalıdır. Məmiş Şiriyevin həyat yoldaşı Şəfiqə onunla söhbət əsnasında pulu qaytaracağını bildirsə də, sözünə əməl etməmişdir.

8. İddiaçı sübut qismində məhkəməyə ünvan 1 ünvanında yerləşən 300 kv.metr torpaq sahəsində fərdi yaşayış evinin mövcud olduğu, həmin ünvanda mərhum X2 həyat yoldaşı Cavabdeh3 və mərhumun qızı Cavabdeh1 yaşadığı barədə X1 və yerli icra hakimiyyəti orqanının məktublarını təqdim etmişdir.

9. İddiaçı iddia ərizəsinə, həmçinin özünün, həyat yo ldaşı və azyaşlı oğlunun Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 1 saylı Yataqxananın 9 saylı otağında yaşadığı, arvadının isə həmin otaqda qeydiyyatda olduğu barədə mənzil kommunal sahəsinin xx.xx.2021-ci il tarixli arayışını əlavə etmişdir.

10. Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 2001-ci ildə Məmiş Şiriyevlə ailə həyatı qurmuşdur. 2004-cü ildə sözügedən yataqxananı almış və həmin yataqxanada yaşamışlar. Sonradan Məmiş səhhətində yaranmış problemlərə görə müalicə almaq üçün yataqxananı satmaq qərarına gəlmişdir. Məmişin yataqxananı hansı qiymətə satmasından məlumatı olmamışdır. Lakin makler tərəfindən Məmişə 9500 manat pul verildiyini bilir.

11. Cavabdeh2 da iddia tələbini qəbul etməyərək, iddiaçını ümumiyyətlə tanımadığını, atasının ikinci dəfə ailə həyatı qurduqdan sonra 2004-cü ildən onunla yaşamadığını, yataqxananın satılması barədə sonradan məlumatı olduğunu, onun yanında iddiaçının yataqxananın alınması üçün atasına pul vermədiyini qeyd etmişdir.

12. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-8373/2021 nömrəli iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia rədd edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı, hazırda vərəsə kimi cavabdehləri əsas götürərək onlardan pul tələb etsə də, lakin onların vərəsə olması barədə heç bir sənəd məhkəməyə təqdim etməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 739.1, 1091.1, 1092.1, 1093.1, 1151, 1306-cı ma ddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarındakı hüquqi mövqelərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 80, 106, 124.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılaraq, həmçinin qeyd edilmişdir ki, məhkəmə MPM-in 14.1-ci maddəsinin tələbini pozaraq iddiaçının DƏDRX-in 2 saylı Ərazi İdarəsinə mərhum Məmiş Şiriy evin adında olmuş əmlaklar barədə və onun ölümündən sonra ailə üzvlərinin vərəsəlik haqqında şəhadətnamə alıbalmamaları barədə notariusa sorğu göndərilməsi ilə əlaqədar vəsatətlərini təmin etməmiş, araşdırma aparmamış və bu da sonda qanunsuz qətnamənin çıxarılması ilə nəticələnmişdir.

17. Cavabdehlər mərhum Məmiş Şiriyevlə birlikdə hərəkət edərək dövlət fondunda olan yataqxanaya görə ondan 10000 manat məbləğində pul almış, halbuki onların bu yataqxananı satmaq, onu özgəninkiləşdirmək və onun üzərində sərəncam vermək hüquqları olmamışdır. Bu şəxslər həmin vəsaitdən yararlanaraq birgə istifadə etmiş, 2 mərtəbəli ev tikmiş və hazırda da həmin evdə yaşayırlar. Bu isə əsassız varlanma hesab olunduğu üçün ondan aldıqları pul geri qaytarılmalıdır.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiy asının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-607/2022 nömrəli iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev və Gülnarə Tağızadə) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh3 10000 manat pulun tutulub iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

19. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Məmiş Şəfiyev öldükdən sonra ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində Məmiş Şiriyevin həyat yoldaşı Cavabdeh3 və mərhumun qızı Cavabdeh1 yaşayır. Bununla da, Məmiş Şiriyevin vərəsəsi Cavabdeh3 müəyyən edilir. Otağın alınmas ı ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş pulun 2500 manatı vasitəçi İlham Hüseynovdan məhkəmə qətnaməsi ilə tutulmuş, həmçinin müəyyən edilmişdir ki, pulun 10000 manat hissəsi otağın sahibi Məmiş Şiriyevə verilmişdir.

20. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, otağın alınması ilə əlaqədar verilmiş 10000 manat pul Cavabdeh3 alınaraq iddiaçıya verilməlidir.

21. Məhkəmə kollegiyası digər cavabdehlərə münasibətdə qeyd etmişdir ki, cavabdeh qismində göstərilmiş Cavabdeh1 xx.xx.2004-cü il təvəllüdlü olduğundan, qeyd edilən şəxs 18 yaşına çatmadığından hazırki iş üzrə cavabdeh qismində iddiaya cavab verməli şəxs deyildir. Cavabdeh2 münasibətdə isə, həmin şəxs Məmiş Şiriyevin oğlu olsa da, Məmiş Şiriyevin vərəsəsi olması müəyyən edilməmişdir. Həmin şəxsin mərhum Məmiş Şiriyevə məxsus fərdi yaşayış evində yaşaması da müəyyən edilmir.

22. Məhkəmə kollegiyası iddia tələbinin 3000 manat maddi ziyanın və 31 manat dövlət rüsumunun cavabdehdən tutulmasına münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı ona 3000 manat zərər dəyməsini əsaslandırmamış, həmin zərərin hansı formada hesablanmasına dair hər hansı sübut təqdim etməmişdir.

23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 739.1, 1091.1, 1092.1, 1093.1, 1151, 1306-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarındakı hüquqi mövqelərə və MPM-in 5.1, 14.2, 49, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh3 (vəkili Vəkil) kassasiya şikayət i verərək, qətnamənin ləğv edilməsi və işin yenidən apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərin mərhum X2 miras əmlaklarını qəbul etmələri ilə bağlı, eyni zamanda miras passivinə vərəsə olmamaları ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş və bu barədə iş materiallarında heç bir mötəbər sübut yoxdur. İddiaçı öz iradəsinə uyğun olaraq razılığa gəlmiş, onu bu müqaviləni bağlamağa heç kəs məcbur etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

27. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

28. M addə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

29. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

30. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

31. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

32. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

33. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

34. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

35. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notar iat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

36. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə

37. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsasla ndıra bilməz.

38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qər əzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər ü zrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı iş üzrə iddianın qismən təmin olunması barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh3 kassasiya şikayəti verdiyindən həmin məhkəmə aktı iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıx arılmış və iddia qismən təmin olunmuşdur.

52. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən belə olan halda tam hüquqlu məhkəmə kimi işə baxan apelyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli madd i və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.

53. Eyni zamanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (MPM-in 217, 220-ci maddələri).

54. Apelyasiya instansiyası məhkəməsi tərəfindən belə iş üzrə qəbul edilmiş məhkəmə aktında işin müəyyən edilmiş halları, məhkəmə nəticə yə gəlməsi barədə motivləri və rəhbər tutduğu qanunlar (iddia tələbinin qanuni əsası) göstərilməli, hansı dəlillərə əsasən qətnamənin ləğv edildiyi və iddianın qismən təmin olunduğu əsaslandırılmalıdır.

55. Lakin hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamışdır.

56. İlk növbədə nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasına əsas verən maddi hüquq norması, başqa sözlə iddia tələbinin qanuni əsası kimi həm borc (kredit) münasibətlərini (Mülki Məcəllənin 739-cu maddəsi), həm əsassız varlanma qaydalarını (Mülki Məcəllənin 1091 və 1092-ci maddələri), həm də vərəsələrin miras qoyanın öhdəliklərinə görə məsuliyyətini (Mülki Məcəllənin 1306-cı maddəsi) tənzimləyən mülki qanunvericilik normalarına istinad etmişdir.

57. Eyni zamanda apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Məmiş Şəfiyev öldükdən sonra ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində Məmiş Şiriyevin həyat yoldaşı Cavabdeh3 yaşayır, bununla da həmin şəxs Məmiş Şiriyevin vərəsəsi müəyyən edilir.

58. Halbuki Mülki Məcəlləyə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1). Qətnamə əsasında apellyasiya instansiya məhkəməsinin hansı sübutlar və hüquq müəyyənedici sənədlər əsasında hazırda Cavabdeh3 yaşadığı daşınmaz əmlak olan fərdi yaşayış evinin Məmiş Şiriyevin miras aktivinə daxil olduğunu müəyyən e tdiyi aydın deyil.

59. Nəzərə alınmalıdır ki, mülki prosesin əsas prinsiplərindən biri olan çəkişmə prinsipinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (MPM-in 9.3-cü maddəsi).

60. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

61. Göründüyü kimi məhkəmə miras qalmış daşınmaz əmlakda yaşayan, başqa sözlə mirası faktiki qəbul etmiş vərəsəni o halda miras qoyanın borclarına görə birgə borclu hesab edə bilər ki, həmin əmlakı n miras aktivinə daxil olduğu mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun müəyyən edilmiş olsun.

62. Beləliklə, baxılan iş üzrə apellyasiya instansiya məhkəməsinin hansı maddi hüquq normalarını işin müəyyən edilmiş hansı hallarına tətbiq edərək, iddianın qismən təmin olunması barədə qənaətə gəldiyi aydın deyil.

63. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini mü əyyənləşdirə bilsin. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.

64. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

65. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlər ə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

66. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilm əli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

67. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.

68. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi i lə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar).

69. Qeyd edilənləri nəzərə almaqla Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan maddi hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.

70. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara a ldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-607/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar