Məhkəmə qərarları › İş №2(102)-4122/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4122/2022

10.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4122/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X11, X12, Bakı şəhəri 15 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə, cavabdehlər X13, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4122/22 (Açar sözlər: vərəsəlik, mirasın qəbul edilmə faktı, qanun üzrə vərəsəlik, miras əmlakın bölünməsi) Bakı şəhəri 10 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddia çı cavabdehlər X17 və Cavabdeh2 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X11, X12, Bakı şəhəri 15 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “mirasın qəbul edilmə faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi, miras əmlakın bütün vərəsələr arasında yenidən bölünməsi və çıxarışın verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1739/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı (vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Reyhan İbrahim qızı (iddiaçının ata nənəsi, cavabdehlərin anası) 05 aprel 2004-cü il tarixdə ölmüşdür (Bakı şəhəri Nizami rayon QŞ tərəfindən verilmiş 05 fevral 2020-ci il tarix, AZ-İİ № 019689 saylı ölüm haqqında şəhadətnamə).

2. X4 (iddiaçının atası, cavabdehlərin qardaşı) 31 dekabr 2015-ci il tarixdə ölmüşdür (Bakı şəhəri Nəsimi rayon QŞ tərəfindən verilmiş 25 noyabr 2016-cı il tarixli, AZ-İ № ******* saylı ölüm haqqında şəhadətnamə).

3. Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontorunda tərtib edilmiş, reyestrdə 2 “V”143 № ilə qeyd edilmiş xx.xx.2009-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, 05 aprel 2004-cü ildə vəfat etmiş Reyhan İbrahim qızının vərəsələri Bakı şəhəri, A.Ələsgər küçəsi, ev 12-də yaşayan: qızı Quliyeva X21 və Bakı şəhəri Türkmən küç. ev 4-də yaşayan Cavabdeh2dır. Onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 44 nömrəli reyestr kitabının 4050 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********73-10301, Qeydiyyat nömrəsi 110719741, xx.xx.2007-ci il tarixdə verilmiş Çıxarışa əsasən miras qoyana məxsus 12 nömrəli fərdi yaşayış evinin 38,5 kv/m və k/s 91,1 kv/m olan üç otağından ibarətdir. Quliyeva X21 və Cavabdeh2 notariat kontoruna ərizə ilə müraciət edərkən özlərindən başqa vərəsənin olmadığını bildirmişlər. 4. ünvan 2 ünvanında yerləşən fər di yaşayış evinin mülkiyyətçilərinə dair Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə müfəssəl arayış təqdim edilmişdir. Həmin arayışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin; 1 otaq (yaşayış sahəsi-9.5 kv.m 5 saylı sahə) və köməkçi sahəsi-11.1 kv.m 4 saylı sahədən 1/2 hissəsi) X3; 1 otaq (yaşayış sahəsi-9.5 kv.m 5 saylı sahə) və köməkçi sahəsi-11.1 kv.m 4 saylı sahədən 1/2 hissəsi) X5; 2 otaq (yaşayış sahəsi-29.4 kv.m, köməkçi sahəsi-75.7 kv.m)- 1/2 hissəsi və 1 otağının 1/2 hissəsi Cavabdeh2; 2 otaq (yaşayış sahəsi-29.4 kv.m, köməkçi sahəsi-75.7 kv.m) 1/2 hissəsi X6; 1 otaq 1/2 hissəsi X10 mülkiyyətlərindədir. a) Tərəflər arasında olmuş məhkəmə mübahisələri

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-343/2017 xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh2 qarşı “qanunsuz verilmiş mövcud qeydiyyat vəsiqələrinin ləğv edilməsi, vərəsələrin payına düşən evlərin öz adlarına qeydiyyata alınması” tələbinə dair iddiası rədd edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11096/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçının atasının ölümündən sonra irsi transmissiya baş verməmişdir. Həmçinin, işə baxan məhkəmə mirasın, iddiaçının mərhum atası tərəfindən faktiki olaraq qəbul edilməməsi əsası ilə iddia tələbini rədd etməkdə səhvə yol vermiş, maddi hüquq normasını düzgün tətbiq e tməmişdir. Nə qədər ki, miras əmlak 15 saylı DNK-nın 2V-143 reyestr nömrəli xx.xx.2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında bölüşdürülmüş, iddiaçı həmin şəhadətnaməni və mirasın bölüşdürülməsi qaydalarını mübahisələndirməmişdir. İddiaçıya izah olunmuşdur ki, vərəsə qoyan öləndən sonra mirasın qəbulu ilə bağlı prosedurları mübahisələndirmədən miras alanların adına verilmiş çıxarışların ləğv olunması iddiası təmin edilə bilməz.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-136/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh2, Bakı şəhəri 15 saylı xüsusi notariat kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsinə qarşı şəhadətnamənin etibarsız sayılması, çıxarışın ləğv olunması, vərəsələrin hər birinə düşən əmlaka çıxarışın verilməsi və qeydiyyata alınması tələbinə dair iddiası təmin olunmaması, müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və X3 cavabdeh İddiaçı, Cavabdeh2, Cavabdeh1 Məmmədəli qızına, Bakı şəhəri 15 saylı xüsusi notariat kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsinə qarşı vərəsəliyin qəbulu faktının müəyyən edilməsi və digər tələblərə dair ərizəsi təmin olunmaması qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13080/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(007)- 136/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 15 saylı xüsu si notariat kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsinə qarşı şəhadətnamənin etibarsız sayılması, çıxarışın ləğv olunması, vərəsələrin hər birinə düşən əmlaka çıxarışın verilməsi və qeydiyyata alınması barədə, müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və X3 cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh1 Məmmədəli qızına, Bakı şəhəri 15 saylı xüsusi notariat kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsinə qarşı vərəsəliyin qəbulu faktının müəyyən edilməsi və miras qalmış əmlaka dair payların müəyyən edilməsi barədə iddia tələblərinin rədd edilməsi qət edilmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2552/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən, kassasiya şikayəti təmin edilm əyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qət edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1389/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı və üçüncü şəxslər X12 və X3 apelyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)136/2019 saylı iş üzrə 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X11, X12 Bakı şəhəri 15 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər X13, Cavabdeh2 qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi, miras əmlakın bütün vərəsələr arasında yenidən bölünməsi və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 dekabr 2015-ci il tarixdə vəfat etmiş X2 anası 05 aprel 2004-cü il tarixdə vəfat etmiş Reyhan İbrahim qızının miras qoyduğu Bakı şəhəri, Keşlə qəsəbəsi, A.Ələsgər küçəsi 12 saylı evin 3 otağından qəbul edib idarə etdiyi, lakin sənədləşdirə bilmədiyi miras payına onun, yəni oğlu İddiaçı birinci növbə vərəsə kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi, miras əmlaka dair Quliyeva X16 və Cavabdeh2 ad ına Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoru tərəfindən 12 iyun 2009-cu il tarixdə verilmiş və reyestrdə 2 “V”-143 № ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Quliyeva X16 və Cavabdeh2 adlarına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışların ləğv edilməsi, mərhum Reyhan İbrahim qızından qalmış miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və miras əmlakdakı paylara uyğun Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi barədə qətnamə qəbul edlməsini xahiş etmişdir.

12. İddiaçı Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə dəqiqləşdirmə verərək qeyd etmişdir ki, iddia ərizəsi tərtib olunarkən texniki sə hvə yol verilmişdir. Belə ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş Quliyeva X16 qızı kimi X22 göstərilmişdir. Lakin həmin şəxs X14r. Məhkəməyə təqdim edilmiş arayışda da X17 göstərilmişdir. Ona görə də iddia ərizəsində səhvən X9 göstərilmiş adda dəqiqləşdirmə aparmışıq və həmin şəxs “X17”dır. Qeyd edilənlərə əsasən 31 dekabr 2015-ci il tarixdə vəfat etmiş X2 anası 05 aprel 2004-cü il tarixdə vəfat etmiş Reyhan İbrahim qızının miras qoyduğu Bakı şəhəri, Keşlə qəsəbəsi, A.Ələsgər küçəsi 12 saylı evin 3 otağından qəbul edib idarə etdiyi, lakin sənədləşdirə bilmədiyi miras payına onun, yəni oğlu İddiaçı birinci növbə vərəsə kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi, miras əmlaka dair Quliyeva X16 (vəfat etdiyi üçün məhkəmədə qızı X17 təmsil edir) və Cavabdeh2 adına Bakı şəhəri 15 sayl ı Dövlət Notariat Kontoru tərəfindən 12 iyun 2009-cu il tarixdə verilmiş və reyestrdə 2 “V”-143 № ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Quliyeva X16 və Cavabdeh2 adlarına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışların ləğv edilməsi, mərhum Reyhan İbrahim qızından qalmış miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və miras əmlakdakı paylara uyğun Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, mərhum X2 oğludur, atası 31 dekabr 2015-ci il tarixdə vəfat etmişdir. O, 1982-ci il tarixə kimi Bakı şəhəri Keşlə qəsəbəsində A.Ələsgər küçəsi 12 saylı evdə atası ilə birlikdə y aşamışdır. Atasının həmin ünvanda həm kabineti olmuş, həm də özü orada yaşayaraq işləmiş və xəstəliyi ilə əlaqədar qısa müddətə bağ evinə aparmışdır və orada vəfat etmişdir. Həmin evin 3 otağı nənəsinin Reyhan İbrahim qızının adına olmuşdur. Onun ölümündən sonra atası həmin ünvanda yaşamaqla evin özünə düşən hissəsinə mirası qəbul etmişdir. Lakin evin özünə düşən hissəsini sənədləşdirmədən vəfat etmişdir. Atasının sağlığında onun xəbəri olmadan atasının bacıları Quliyeva X21 və Cavabdeh2 Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoruna ərizə ilə müraciət edərək özlərindən başqa vərəsələrin olmamasını göstərərək mərhum nənəsindən qalan 3 otağa bərabər paylarla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Bakı şəhəri 15 saylı Dövlə t Notariat kontoru xx.xx.2009-cu il reyestrdə 2 “V”143 № ilə qeyd edilmişdir). Atasından sonra o, onun payına mirası qəbul etmişdir və idarə edir. Belə ki, atası həmin kabinetdə yaşayan zaman evin damı uçmuşdur. Atasının ölümündən sonra o, uçmuş damı təmir elətdirmiş və bununla da miras əmlakı faktiki olaraq idarə etdiyini nümayiş etdirmişdir. Bu faktı əmisi X8, Cavabdeh2 və X20 polisə verdikləri ifadələrində təsdiq etmişlər. Sonradan onu atasının otağına buraxmadıqları üçün o, məhkəməyə müraciət etməyə məcbur olur. Otağı miras əmlak kimi öz adına sənədləşdirmək və otağa köçürülməyi üçün mirasın qəbul edilmə faktının müəyyən edilməsi zəruruidir. O, bibilərinin nənəsi Reyhan İbrahim qızından miras qalmış 3 otağa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaları və həmin şəhadətnamə əsasında bərabər paylarla daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almalarını sonradan bilmişdir. 31 dekabr 2015-ci il tarixdə vəfat etmiş atası X2 ana-nənəsi Reyhan İbrahim qızının vəfatından sonra miras qoyduğu Bakı şəhəri, Keşlə qəsəbəsi, A.Ələsgər küçəsi 12 saylı evdə qəbul edib idarə etdiyi, lakin sənədləşdirə bilmədiyi miras payına, onun, yəni İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün o, 20 may 2021-ci il tarixdə ərizə ilə Bakı şəhəri 15 saylı Notariat Ofisinə müraciət etmişdir. Bakı şəhəri 15 saylı Notariat Ofisinin 20 may 2021-ci il tarixli 573 saylı məktubu ilə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bu səbəbdən də o, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışların ləğv edilməsi, miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və həmin paylara uyğun daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilməsi üçün məhkəməyə müraciət edir.

14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-2949/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Babək Qasımov) iddia tələbinin rədd edilməsi qət edilmişdir.

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2552/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilən hallar hazırda tərəflər arasında yaranmış mübahisə üzrə pre ydusial əhəmiyyətə malikdir. Həmin iş üzrə müəyyən edilmişdir ki, miras qoyan Reyhan İbrahim qızının birinci növbə vərəsəsi İddiaçı yox, onun atası Qəhrəman Hüseynov olmuşdur. Sonuncu 2015-ci il tarixdə, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasından 6 il sonra vəfat etmişdir, eyni zamanda mübahisəli evin bir hissəsinin Sevinc Hüseynova və Nazim Hüseynova bağışlanması da onun sağlığında baş vermişdir. İddiaçının mərhum atası qeyd edilən əqdlərin heç birini mübahisələndirməmişdir. İddiaçının mərhum atası qanun üzrə vərəsə özü mirası faktiki olaraq qəbul etmiş olsa belə, digər vərəsələrin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməməklə, miras əmlakın onlar arasında bölüşdürülməsinə ümumiyyətlə etiraz etməmişdir. Belə olan halda, yəni iddiaçının atası sağ ikən miras əmlakın müqəddəratı ilə razılaşaraq öz payını tələb etmədiyi halda, həmin payla bağlı iddiaçının tələbi irəli sürməyə subyektiv hüququ yoxdur.

16. Belə ki, subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İddiaçı “31 dekabr 2015-ci il tarixdə vəfat etmiş X2 anası 05 aprel 2004-cü il tarixdə vəfat etmiş Reyhan İbrahim qızının miras qoyduğu Bakı şəhəri, Keşlə qəsəbəsi, A.Ələsgər küçəsi 12 saylı evin 3 otağından qəbul edib idarə etdiyi, lakin sənədləşdirə bilmədiyi miras payına onun, yəni oğlu İddiaçı birinci növbə vərəsə kimi mirası qəbul etməsi faktının müəyyən edilməsi, miras əmlaka dair Quliyeva X16 (vəfat etdiyi üçün məhkəmədə qızı X17 təmsil e dir) və Cavabdeh2 adına Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoru tərəfindən 12 iyun 2009-cu il tarixdə verilmiş və reyestrdə 2 “V”-143 № ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Quliyeva X16 və Cavabdeh2 adlarına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışların ləğv edilməsi, mərhum Reyhan İbrahim qızından qalmış miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və miras əmlakdakı paylara uyğun Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi” tələbini irəli sürsə də, iddiaçının atası X1 mirasın faktiki qəbul edilməsi və mübahisəli əmlakla bağlı mövcud olan əqdləri mübahisələndirmədiyindən onun Bakı şəhəri, Keşlə qəsəbəsi, A.Ələsgər küçəsi 12 saylı evində hüquqları tanınmamış və nəticə etibarı ilə iddiaçının atasının birinci növbədən vərəsəsi kimi mübahisə pretmeti ilə bağlı hər hansı tələb hüququ yoxdur və o, göstərilən iddia tələbi ilə bağlı tərəf kimi çıxış edə bilməz.

17. Məhkəmə həmçinin, qeyd etmişdir ki, iddiaçının mərhum atası X4 2015-ci ildə, yəni cavabdehlər tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasından 6 il sonra vəfat etmiş, eyni zamanda mübahisələndirilən əmlakın bir hissəsinin Sevinc Hüseynovaya və Nazim Hüseynova bağışlanması da onun sağlığında baş vermişdir. Bu müddət ərzində iddiaçının atası tərəfindən hər iki məsələ mübahisələndirilməmişdir. İddiaçı tərəf məhkəmədə qeyd etmişdir ki, X2 vərəsəlik işindən xəbəri olmamışdır. Lakin buna dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı, həmç inin müəyyən edilmişdir ki, X4 2013-cü ildə iddiaçı ilə yaşamağa başlamışdır. Həmin vaxtda əmlakla bağlı heç bir iddia olmamış və əmlak mübahisələndirilməmişdir. İddiaçı isə atasının ölümündən 2 il keçdikdən sonra mübahisəli əmlakla bağlı müxtəlif iddialar qaldırmışdır.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli, “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarix li qərarlarındakı hüquqi mövqelərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı (vəkili-nümayəndəsi Vəkil3) qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur: 21. - Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-2552/2020 saylı Qərarının preyudisiallığını qəbul etdiyi halda, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-11096/2017 saylı qətnaməsinin preyudisiallığını nə üçün qəbul etmədiyi məhkəmə qətnaməsi ilə müəyyən edilmi r. 22. - Məhkəmə miras əmlakın iddiaçının atasının mirası artıq 2004-cü il tarixdən qəbul etməsi faktına hüquqi qiymət verməmişdir. Halbuki cavabdehlər də izahatlarında bu faktı inkar etməmiş, əksinə təsdiq etmişlər. 23. - İddiaçının atası Qəhrəman Hüseynovun mirası qəbul etməsi faktının müəyyən edilməsi, onu miras əmlakla əlaqədar 2004-cü il tarixdən 5 il sonra digər vərəsələr tərəfindən heç bir müddət bərpa etmədən bir başa notariat orqanı ilə maraqları qarşılığında gizli yolla vərəsəlik işinin açılaraq qanun üzrə vərəsəlik şəhadətnaməsi almasında məlumatlı olmaq vəzifəsindən azad edir. Gizli yolla vərəsəlik işini olmasından öz evində oturan vərəsənin necə məlumatı ola bilərdi bu fakt ümumiyətlə araşdırılmamışdır. 24. - işə baxılarkən vərəsələrin dairəsi müəyən edilməmiş, miras əmlakın f aktiki mövcud vəziyyəti araşdırılmadan qərar qəbul edilmiş, şikayətin 2-3 il keçməklə verilməsininin səbəbləri tərəflər arasında bir neçə iddia üzrə məhkəmə mübahisəsi ilə əlaqədar olmasına əhmiyyət verilməmiş, cavabdehlərin izahatları araşdırılmadan işin faktiki halı kimi qəbul edilmiş, X2 guya “vərəsəlik payını Sevinc Hüseynovaya vəsiyyət etməsi” ifadəsini araşdrımadan sözdən ibarət mülahizəni işin faktiki halı kimi qiymət vermiş, İddiaçı AR MM-nin 1243.2-ci maddəyə əsasən mirası faktiki qəbul etməsini araşdrımamış, buna dair məhkəmə qərarının olmasını nəzərə almamış, faktiki idarə etdiyi miras əmlakın İddiaçı tərəfindən təmir edilməsini nəzərə almayaraq birtərəfli, əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1739/2022 nömrəli iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2949/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, İddiaçı şikayətdə göstərdiyi dəlilləri əsassızdır. Belə ki, İddiaçı məhkəmənin miras əmlakı onun atasının artıq 2004-cü ildən qəbul etməsi faktına hüquqi qiymət verməməsini, 2004-cü ildə açılmalı olan vərəsəlik işinin 5 il sonra 2009-cu ildə həm ərizə verən vərəsələrin, həm də notariusun digər və rəsələrdən gizli olaraq icraat aparması halının araşdırılmadığını, X2 vərəsəlik işindən xəbəri olmadığını, bununla da onun atasının vərəsəlik işinin 6 il müddətində mübahisələndirməməsinin əsaslarının sübut edilmədiyini qeyd etsə də, bunu təsdiq edən rəsmi sənədləri və sübutları məhkəməyə təqdim etməmişdir.

27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli, “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respu blikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarlarındakı hüquqi mövqelərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (vəkili-nümayəndəsi Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda tərtib edilmiş, əlavə olaraq aşağıdakılar qeyd edilmişdir: 30. - Reyhan İbrahim qızından qalan mirası faktiki qəbul edən və idarə edən İddiaçı hazırki iş üzrə iddia vermək üçün tam subyektiv h üququ olmuşdur. İddiaçı Qəhrəman Hüseynov tərəfindən faktiki qəbul edilmiş mirasdakı payına dair 2009-cu il tarixdə saxta və qanunsuz, gizli yolla əldə edilmiş vərəsəlik şəhadətnaməsini mübahisələndirməkdə subyektiv hüquqa malik olmuşdur. 31. - Məhkəmə qətnaməsi əsaslandırılmamış, maddi və prosessual hüquq normaları sıralanmış, apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə hüquqi qiymət verilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi təkrarlanmaqla məhkəmə qətnamə qəbul edilmişdir. Əvvəlki məhkəmə qətnamələri ilə hazırkı iddia tələbindən fərqli tələb olsa da məhkəmə buna da əhəmiyyət vermədən müxtəlif iddialar üzrə tələbləri fərqləndirməyərək əvvəlki qanuni qüvvəsini almış qətnamələrin olmasını əsas gətirərək məhkəmə araşdırması aparmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.201 7-ci il tarixli, 2(103)11096/2017 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, miras əmlak faktiki qəbul edilərək idarə olunmuşdur. Lakin hazırki işə baxan məhkəmə qüvvəsini almış məhkəmə qətnamələrinə əhəmiyyət vermədən qətnamə qəbul etmişdir. 32. - Məhkəmə apellyasiya şikayətinin dəlilərinə hüquqi qiymət verməmiş, yalnız birinci instansiya məhkəməsinin qənaət üzrə gəldiyi nəticənin əsaslı olması qənaətinə gəlmişdir. b)

33. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

34. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

35. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməs i) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

36. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

37. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

38. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

39. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mülki Prosessual Məcəllə

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normala rına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətində n irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, tərəflər arasında olan bu mübahisə dəfələrlə fərqli iddia predmetləri müstəvisində məhkəmələrdə həll edilmişdir. Məhkəmələr tərəfindən yekun olaraq bu nəticəyə gəlinmişdir ki, iddiaçının atasının ölümündən sonra irsi transmissiya baş verməmişdir. Miras qoyanın birinci növbə vərəsəsi İddiaçı yox, onun atası Qəhrəman Hüseynov olmuşdur. O isə 2015-ci il tarixdə, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasından 6 il sonra vəfat etmişdir, eyni zamanda mübahisəli evin bir hissəsinin bağışlanması da onun sağlığında baş vermişdir. İddiaçının mərhum atası qeyd edilə n əqdlərin heç birini mübahisələndirməmişdir. İddiaçının mərhum atası qanun üzrə vərəsəlik hüququ haqqında mövcud şəhadətnaməni mübahisələndirməməklə, miras əmlakın onlar arasında bölüşdürülməsinə ümumiyyətlə etiraz etməmişdir. İddiaçının atası sağ ikən miras əmlakın müqəddəratı ilə razılaşaraq öz payını tələb etmədiyi halda, həmin payla bağlı iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququ olmamışdır.

54. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, hazırki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri vardır və bu qətnamələrdə sübut edilmiş halların təkrar mübahisələndirilməsi yolverilməzdir.

55. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslə r tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

56. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

57. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti e yni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).

58. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın g östərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı).

59. İddiaçı kassasiya şikayətində onun atasının mirası fatiki qəbul etməsini müəyyən edən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin preyudisiya kimi nəzərə alınmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu qətnamədən sonra iddiaçının məhkəməyə verdiyi növbəti iddia üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2552/2020 saylı xx.xx.2020-ci il tarixli qərarında və onun əsasında qəbul edilmi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnamədə müəyyən edilmişdir ki, iddiaçının atası anasının ölümündən sonra mirası faktiki qəbul etmiş olsa belə, digər vərəsələrin adına verilmiş qanun ü zrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmədiyi, miras əmlakın onlar arasında bölüşdürülməsinə ümumiyyətlə etiraz etmədiyi, iddiaçının atası sağ ikən miras əmlakın müqəddəratı ilə razılaşaraq öz payını tələb etmədiyi halda, həmin payla bağlı iddiaçının tələb irəli sürməyə subyektiv hüququ yoxdur.

60. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə məhkəmələr tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

61. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə ko llegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1739/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar