Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4128/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinə və Beyləqan rayon 1 saylı Notariat Ofisinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Quliyev Asif Əyyub oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Mə hkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2*24-cü il tarixli, 2(1*6)99/2*24 nömrəli qərardadından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinə və Beyləqan rayon 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 *,9965 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında 1716**2152 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinə dair 4Ə-285 nömrə ilə qeyd edilmiş mərhum X3 ilə Quliyev Asif Əyyub oğlu arasında bağlanmış 29.*6.2*16-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Beyləqan Rayon Məhkəməsinin 31 may 2*22-ci il tarixli, 2(*2*)-539/2*22 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, X3 ilə Quliyev Asif Əyyub oğlu arasında *,9965 ha torpaq sahəsinə dair bağlanmış 29.*6.2*16-cı il tarixli, 4Ə-285 nömrə ilə qeyd edilmiş alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir (hakim R.Nurullayev).
3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2* dekabr 2*2 2-ci il tarixli, 2(1*6)-214*/2*22 nömrəli qətnaməsi ilə üçüncü şəxs Quliyev Asif Əyyub oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 31 may 2*22-ci il tarixli, 2(*2*)-539/2*22 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakim İ.Əsədovun sədrliyi və məruzəsi ilə, hakimlər S.Mayılov və N.Mirzəyev).
4. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 23 may 2*23-cü il tarixli, 2(1*2)-1967/2*23 nömrəli qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2* dekabr 2*22-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim V.Məmmədovun məruzəsi ilə, hakimlər Z.Əliyev və A.Abbasov).
5. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kol legiyasının *4 aprel 2*24-cü il tarixli, 2(1*6)-99/2*24 nömrəli qətnaməsi ilə üçüncü şəxs Quliyev Asif Əyyub oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 31 may 2*22-ci il tarixli, 2(*2*)-539/2*22 nömrəli qətnaməsi üçüncü şəxs Quliyev Asif Əyyub oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (hakim C.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər T.Kərimov və T.Heydərov).
6. Həmin qətnamədən üçüncü şəxs Quliyev Asif Əyyub oğlu kassasiya şikayəti vermiş və həmin kassasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *4 iyul 2*24-cü il tarixli, 2(1*6)-99/2*24 nömrəli qərardadı ilə geri qaytarılmışdır (hakim T.Heydərovun sədrliyi və məruzəsi ilə, hakimlər P.Əhmədov və S.Mayılov).
7. Üçüncü şəxs Quliyev Asif Əyyub oğlu apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən təkrarən kassasiya şikayəti vermiş və kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2*24-cü il tarixli, 2(1*6)-99/2*24 nömrəli qərardadı ilə prosessual müddətin bərpasına dair üçüncü şəxsin ərizəsi təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *4 aprel 2*24-cü il tarixli, 2(1*6)-99/2*24 nömrəli qətnaməsindən üçüncü şəxs Quliyev Asif Əyyub oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
9. Apellyasiya kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kassasiya şikayəti verən tərəf ilk dəfə kassasiya şikayət ini müddəti ötürməklə vermiş və buna görə də şikayət geri qaytarılmışdır. Geri qaytarılma barədə qərardad sistemə yükləndikdən 3 aydan çox müddət keçdikdən sonra tərəf müddətin bərpasına dair ərizə ilə yenidən məhkəməyə müraciət etmişdir. Belə olan halda da, prosessual müddətin üzrlü səbəbdən ötürülməsi öz təsdiqini tapmır.
10. Apellyasiya məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*-1.1, 1*-1.2, 1*-1.3, 1*-1.5, 13*.1, 133.3, 4*5.*.1, 4*8.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
11. Üçüncü şəxs Quliyev Asif Əyyub oğlu kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2*24-cü il tarixli, 2(1*6)-99/2*24 nömrəli qərardadının ləğv edilməsi və kassasiya şika yətinin verilməsi üçün prosessual müddətin buraxılmasının üzrlü hesab edərək bərpa edilməsi, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 65 və 71-ci, Mülki Prosessual Məcəllənin 133.1, 134.1.5-ci maddələrinin tələbləri pozulmuşdur.
13. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə kassatorun məhkəməyə müraciət etmək hüququ pozulmuşdur. Məhkəmə tərəfindən qanunvericilikdə nəzərdə tutulmamış çatdırılma üsulunu - EMİS-də nümayəndənin (tərəfin yox) şəxsi kabinetinə məlumat yerləşdirilməsinin rəsmi çatdırılma kimi qəbul edilməsi qanuni hesab edə bilməz.
14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-i n 1*.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
15. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 1*-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vək il tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 13*.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasını n Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elekt ron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 4*2.2.3-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. 4*5.*.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 4*8.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 4*8.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müdd ət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayət i təmin etmədən saxlaya bilər.
17. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Kassasiya instansiya sı məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçının verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.
19. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
20. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).
21. Hazırkı işin materiallarından müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *4 aprel 2*24-cü il tarixli qətnaməsi *8 aprel 2*24-cü il tarixdə üçüncü şəxsin nümayəndəsi və vəkilinin “Elektron Məhkəmə” İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməklə, ona rəsmi qaydada təqdim olunmuşdur. Beləliklə, müəyyən olunur ki, qətnamə üçüncü şəxsin səlahiyyətli nümayəndəsinə qanunla müəyyən olunmuş qaydada təq dim olunmuşdur.
22. Həmçinin müəyyən olunur ki, üçüncü şəxs qətnamədən birinci kassasiya şikayətini 27 iyun 2*24-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə vermiş, apellyasiya instansiyası məhkəməsi *4 iyul 2*24-cü il tarixli qərardadı ilə kassasiya şikayətini şikayətin verilməsi üçün nəzərdə tutulan prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarmışdır. Həmin qərardad *5 iyul 2*24-cü il tarixdə üçüncü şəxsin nümayəndəsi və vəkilinin “Elektron Məhkəmə” İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilmişdir.
23. Bundan sonra üçüncü şəxs hazırkı kassasiya şikayətini və müddətin bərpasına dair ərizəsini ağlabatan müddətdə deyil, təxminən 3 ay keçdikdən sonra, *4 oktyabr 2*24cü il tarixdə vermiş, prosessual qanunvericiliklə müəyyən olunan müddəti ötürməsini üzrlü səbəbdən baş verməsini ağlabatan dəlillərlə əsaslandırmamış və müvafiq sübutları təqdim etməmişdir. 24. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2**6-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *8 may 2**8-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Mü ddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
25. Beləliklə, kassasiya kollegiyası izah edir ki, zəruri prosessual hərəkətlərinin vaxtında həyata keçirilməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz kassator daşımalıdır.
26. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəb lərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.
27. Kassasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası həmçinin izah edir ki, üçüncü şəxsin vəkili eyni zamanda etibarnamə əsasında onun nümayəndəsi olduğundan və 23 avqust 2*22-ci il tarixli etibarnamədə üçüncü şəxs vəkilə digər səlahiyyətlərlə yanaşı, məhkəmə aktlarından şikayətlərin verilməsi (imzalanması) səlahiyyətini verdiyindən, həmçinin Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinin məzmununa görə kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli olduğundan, məhkəmə aktından şikayətin verilmə müddətinin axımının həmin aktın nümayəndəyə rəsmi verildiyi tarixindən hesablanmalı olmasına dair apellyasiya məhkəməsinin mövqeyi qa nuni və əsaslı olmuşdur.
28. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quliyev Asif Əyyub oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 24 oktyabr 2*24-cü il tarixli, 2(1*6)-99/2*24 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.